Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə55/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   51   52   53   54   55   56   57   58   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



163 

əsərlərində  təkrar-təkrar  iqrar  edən  şair  millətin  bugünkü  halına 

baxıb açı göz yaşları axıdaraq yazır: 

 

Nə istedadi-ülviyyət, nə də irfanımız vardır, 



 

Dəyərsiz, xeyirsiz yüz min sürü nadanımız vardır. 

 

Şairin 



təsvirində 

insanlıqdan 

kənar 

düşmüş 


cəmiyyətimizdə  adı  insan,  əməlləri  heyvan  əməllərinə  bənzəyən 

çox  sayda  canlılar  vardır  ki,  əməlləri  ilə  ətrafındakılara  Allah-

taalanın  qəzəbinə  tuş  gəlmiş  şeytandan  betər  ziyan  vururlar. 

Oxucusuna: 

 

Nə kəsb etdik, bəradər, göstərin bazari-sevdadə? - 

sualı ilə müracət edən şair dərhal da  bidirir ki,  açıq gözlə baxsaq 

görəcəyik  ki,    yaxşı  əməldən  çox,  pis  əməllərin  sahibi  olmuş, 

böyük eyiblər qazanmışıq. Boşboğazlığı özümüzə peşə etmişik və 

“bütün əfradımız” insaf  və vicdandan dəm vurmaqdadır, “Fəqət, 

heyhat!.. Nə insafü nə vicdanımız vardır”. 

 

Cəhlə  təslim  olduğumuzdan  maarif  əhlini  hər  an  təkfir 



etməyə  hazırıq.  Elmsizliyimizin  ucbatından  gərəkli  ilə  gərəksizi 

(M. Hadidə xəzəflə dürrü – İ. Q.) bir-birindən ayırmağa hünərimiz 

yoxdur.  Dildə  məqsədimiz  “Kəbeyi-ülyayi-hürriyyət”dir  deyirik, 

lakin nə hürriyyətə gedən yolu tanıyıriq, nə də azadlıq uğrunda bir 

qurbanımız yoxdur. Ürəyimizdən keçir ki, hürriyyət uğrunda bir iş 

görək  (Könül  istər  ki,  bu  yolda  əsbran  olsun),  lakin  bu  gen 

dünyada (cövlangahi-vase) ürəklərimizdən keçənləri həyata keçirə 

biləcəyimiz  bir  meydan  tapmırıq.  Çünki  meydanı  tapmağa 

çalışmır,  sadəcə  arzu  edirik.  Arzunun  gerçəkləşməsi  üçün 

çalışmaq, iş  görmək lazımdır, bunlar da bizdə  yoxdur.  Bəlkə bir 

millət  olaraq  bizim  azad,  firavan  bir  məmləkətdə,  maarif, 

mədəniyyət  və  iqtisadiyyatca  inkişaf  etmiş  ölkələr  sırasında 

yaşamağa haqqımız, yaxud hünərimiz yoxdur? Yox, belə deyil: 

 

Biz o tutiləriz kim, Ģəkkəristani-maarifdə, 



 

Bəqayi-nam üçün asarımız, dastanımız vardır(195, N 114). 

Belədirsə,  niyə  bu  qədər  xar  və  zəlil  olmuşuq?  Yenə  də 

sualın  cavabı  aydındir:  Cəhl  adlı  şeytanın  əlindən  qurtulub  

hüququnu  tələb  etməyən,  hürriyyətini  qazanmaq  üçün  qurban 




İslam  Qəribli 

 

 



164 

verməyən  millət  tarix  səhnəsindən  silinməyə  məhkumdur.  Bizim 

millət  isə  istedadlı,  hünərli,  hər  cür  insani,  bəşəri  haqları 

qazanmağa  layiq  millətdir  və  bu  milləti  doğru  yola  yönəldən 

qüvvələr lazımdır ki, kimin kim olmağı bilinsin.  

“İrşad”da  dərc  olunan  hər  iki  əsər,  təhlildən  göründüyü 

kimi,  tənqidi,  inqilabi  və  bir  qədər  də  satirik  məzmun  daşyan 

əsərlərdir və hər iki şeirin başlıca ideyası milləti bugünkü halına 

baxıb dünya hadisələrindən ibrət götürməyə və öz müqəddəratını 

həll etmək üçün mübarizəyə səsləməkdən ibarətdir. 

 

                    ****  



M.  Hadinin  1906-cı  ilin  16  dekabrından  1907-ci  ilin  26 

martına  qədər  (cəmi  14  nömrə)  Bakıda  nəşr  olunan      “Birinci 

olaraq  türk  dilində  həftəlik  sosialist  qəzetəsi”  olan,  ...  ilk  əvvəl 

Mehdi  bəyin  (Medi  bəy  Hacınıski  –  İ.  Q.)  təhdi-müdiriyyətində, 

sonra isə Məhəmməd Əmin Rəsulzadənin  redaktorluğu ilə çıxan 

“Təkamül”  qəzetində”  (393,  51)  “El  fəryadı”  adlı  beşlik  formalı 

bir  şeiri  dərc  olunmuşdur(196,  N  1).  “Həqiqətpərvər”  imzası  ilə 

çıxan  bu  əsər  mətnində  heç  bir  dəyişiklik  edilmədən  “Firdovsi-

ilhamat”  kitabına  da  salınmnış  (377,    85-86),  eyni  ilə  sonrakı 

kitablarına da düşmüşdür(379, 381; 29 39-40).  

Altı  bəndlik  şeir  bütünlüklə  azadlığın  tərənnümünə  həsr 

olunmuşdur.  Vətənin  inkişafının  hürriyyət  və  sərbəstliklə  bağlı 

olduğunu söyləyən  müəllif   şeirin ilk  bəndində bildirir  ki,  millət 

hürriyyət  sayəsində  inkişaf  edərək  yüksək  fikirləri  kəsb  edə,  hər 

mülk,  məmləkət  həqiqi  qiymətini  anlaya  bilər.  Avropalılar 

azadlıqlarını  əldə  etdiklərindən    kamal  sahibi  olduqları  halda, 

digər  millətlər  əsarət  altında  olduqları  üçün  maarif  və 

mədəniyyətdən məhrum edilərək məhv edildi. 

Sonrakı bəndlərdə M. Hadi qeyd edir ki, cəmiyyətdə şəxs, 

söz, fikir  və  qələm  azad  olmalıdır ki,  “Hər kəs  gələ  hürriyyət ilə 

şövqə,  xüramə”.  Sərbəstlik  olmalıdır  ki,  insan  məramına  çatmaq 

üçün qəti addımlar ata, vətənin çiçəklənməsi üçün işlərini davam 

etdirə  bilsin.  Bunun  üçün  elə  bir  cəmiyyət  qurulmalıdır  ki,  o 

cəmiyyətdə: 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



165 

Hər kəs həqi-məĢruinə sahib gərək olsun, 

Qayətdə ədalətli qəvanin qoyulsun, 

Ən faidəli qaidələr cari olunsun,  

Mizani-ədalət və müsavat qurulsun(196, N 1). 

M.  Hadinin təsvirində  yaşadığı məmləkətdə  bunlar olma-

dığından  “Fasid  olub  əlhəqq  vətənin  abü  havası”  və  bu  vətənin 

əvvəlki  əmin-amanlığından  əsər-əlamət  yoxdur.  Məmləkətdəki 

hərc-mərcliyə  son qoymaq üçün  yeni qanuni-əsasi  – konstitusiya 

meydana  qoyulmalı,  orada  elə  maddələr  olmalıdır  ki,  onların 

sayəsində vətənin dərdlərinə çarə tapılsın.  

 

 



 

M. Hadinin  “El fəryadı” şeirinin çap olunduğu “Təkamül” qəzeti 

Şerin  beşinci  bəndi  məzmununa  görə  əvvəlki  bəndlərdən 

fərqlidir. Bu bənddən anlaşılan məna bundan ibarətdir ki, “milləti  

şahrahi-fünunə”  sövq  etmək  üçün  minlərcə  vətənpərvərlər 

canlarından  keçib,  al-qanlarına  qərq  olaraq  hürriyyətin  dadını 

kütlələrə dadızdırmağa cəhd etmişlər. Millətin xoşbəxtliyi üçün iş 

görmək  əvəzinə  boş-boş  danışıb  özlərini  millət  qəhrəmanı  kimi 

gözə  soxmağa  çalışanlara  vətən  uğrunda  şəhid  olanları  nümunə 

göstərən  şairin  qəti  qərarı  belədir:  danışmaqdansa  iş  görmək, 

sözdən əmələ keçmək lazımdır. 

Sözdən əmələ keçməməyin nəticəsidir ki, məmləkətdə: 

Zülm atəĢi hər yanə saçır dudeyi-zülmət, 

Biçarə vətən sanki olub məhĢəri-Ģərrət, 

Səhrayi-bəladə gəzir avarə rəiyyət. 

“Vətən  ana,  vətəndaşları  isə  onun  övladlarıdır”,  -  deyən 

şair sual edir: 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə