Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə58/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   54   55   56   57   58   59   60   61   ...   147

İslam  Qəribli 

 

 



172 

Sən əkdiyin o gözəl daneyi-həqiqətdir(201, N 8),- 

deyə  müraciət  edən  şair  inamla  bildirir  ki,  sənin  adın  xalqın 

yaddaşında əbədi yaşayacaqdır. Çünki: 

 

 



Cahanda məzrəələr danəpərvər olduqca, 

 

 Cahaniyanə adın mayeyi-Ģərafətdir(201, N 8).

 

 

Sovetlər  birliyinin  məlum  qadağaları  ucbatından  M. 



Hadinin  kitablarına  salınmayan  əsərlərindən  biri  də  “Növheyi-

əhraranə”  şeiridir.  “Təzə  həyat”  qəzetində(203,  N  22-23)  çap 

oluan  bu  şeirə  müəllif  türk  şairi  Ziya  Paşanın  “Məsuma!  Etdi-

zati-həsən  ədnə  intiqal,  Məzluma!  Oldu  Ģahi-Ģəhidan  bəridə 

sər” misralarını epiqraf kimi vermiş və həmin epiqraf,  yəni Ziya 

Paşanın misraları istisna olmaqla şeir heç bir dəyişiklik edilmədən 

“Firdovsi-ilhamat”da da dərc olunmuşdur(377, 29-32). Müsəddəs 

(altılıq)  formasında  olan  bu  on  dörd  bəndlik  şeir  680-ci  ilin 

sentyabr  ayının  10-da  Kərbəla  faciəsində  həqiqət  yolunda 

şəhadətə  yetişmələri  ilə  ölümsüzlük  qazanan  İmam  Hüseyn  və 

onun şəhid yoldaşlarının müqəddəs ruhuna ithaf olunmuşdur. Bu 

əsərdə: 


  

 

Hürriyyətin yolunda ən Ģanlı bir dilavər, 

 

ĠĢtə Heseyndir bu, canpareyi-peyğəmbər , - 

misraları bütün bəndlərin sonunda nəqarət kimi səslənir və əslində 

bu  şeirdə  tərənnüm  obyeti  Kərbəla  şəhidləri  yox,  vətən,  millət, 

həqiqət  yolunda  canlarını  fəda  etmiş  bütün  insanlardır.  Yeri 

gəlmişkən bir məsələni də qeyd edək ki, akademik   B. Nəbiyevin 

çox doğru olaraq qeyd etdiyi kimi, “böyük və davamlı bir ənənə 

olaraq bizim bütün görkəmli söz sərraflarımız özlərinin ən sanballı 

əsərlərini  tək  olan  Allahın  adı  ilə  başlamış,  onu  və  Allahın 

rəsulunu  səmimi  qəlbdən 

tərənnüm 

etmişlər”(416,  25). 

Peyğəmbərimizə  istər  poetik,  istərsə  də  publisistik  əsərlərində 

böyük sevgi və sayğı ilə yanaşan, peyğəmbərimiz Rəsuli-əkrəmin 

nəvəsinin rəyasət düşgünü Müaviyyə övladının – Yezidin əmri ilə 

rəyasətpərəst Məhəmməd ümmətləri tərəfindən qətlə yetirilməsini 

ürək  ağrısı,  insanlığa  və  müsəlmanlığa  sığmayan  bir  hadisə  kimi 

xarakterizə  edən  müəllif  müasirlərini  bu  tarixi  olaydan  ibrət 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



173 

götürməyə  çağırır.  Bu  hadisəni  vətəni,  milləti  darda  olanların 

yadına salmaqla  “xalaq və həqiqət  yolunda belə qurban getmək 

lazımdır” həqiqətini bir daha xatırladan  şairin təsvirində: 

 

 Bu ol Hüseyndir kim, yetmiĢ iki cavanla, 



 

 Qıldı cihadi-əzəm ġümr ilə  həm Sənanla, 

 

 Əndami-zəxmdarı girdi məzara Ģanla, 

 

 Dərgahi-Həqqə düĢdü cismındəki niĢanla(203,  N 22).  

   


“Məhərrəm  ayında,  Aşura  günündə  şaxsey-vaxsey  deyib 

yalandan göz yaşı axıtmaqdan,  ah-uf etməkdənsə, millətin ağlar 

gününə  baxıb  onu  bu  vəziyyətdən  qutarmaq  üçün  İmam  Hüseyn 

məktəbindən  bəhrələnmək  gərəkdir”  (kursiv  bizimdir  –  Ġ.  Q.)  

fikrini irəli sürən müəllif müsəlman qardaşlarının nəzərinə çatdırır 

ki,  islam  məmləkətlərində  islamiyyətin  ehtiramı  qalmamışdır  və 

bizlər vətənimizdə qərib kimiyik. Elə bir hala düşmüşük ki, bizim 

İmam Hüseynə yox,  bəlkə də  Kərbəlada uyuyan İmam Hüseynin 

bizim halımıza ağlamağı daha məqsədəmüvafiqdir. Boş sözlərdən, 

yalan  vədlərdən  əl  götürülməlidir.  Şair  tərəddüd  etmədən,  mərd-

mərdanə  boğazdan  yuxarı  azadlıqdan  danışıb  milləti  səfalətə 

sürükləyən həməsrlərinə bildirir: 

 

 Hürriyyət iddiası vurma, sözün yalandır, 



 

 Candan keçərmisən? Gəl, meydani-imtahandır! 

 

 Candan keçən, həqiqət, pək Ģanlı qəhrəmandır, 

 

 Hürriyyəti-Hüseynə əhvalı tərcümandır, 

 

 Hürriyyətin yolunda ən Ģanlı br dilavər, 

 

 ĠĢtə Hüseyndir bu,  canpareyi-peyğəmbər!(203, N 23). 

 

Nəsrlə  yazılmış  kiçik  müqəddimə  ilə  başlayan,  müsəddəs 



formasında  olan  “Rahgüzari-mətbuatda  bir  şükufeyi-maarif” 

şeiri(204, N 32, 33) millətin tərəqqi və təkamülü üçün çox gərəkli 

bir  məsələnin  şərhinə  həsr  edilmişdir.  Mətndə  dəyişiklik 

edilmədən  “Firdovsi-ilhamat”a  və  sonrakı  kitablara  daxil 

edilən(377, 64-67; 379, 80-82) bu on bir bəndlik şeirə yazılmış ön 

sözdə oxuyuruq: “Sabaleyin (bir sabah, bir səhər - İ. Q.) odamdan 

çıxıb mətbəəyə gedirdim. Kitab çantasını zinəti-duşi-şətarət edən 

(sevinclə çiyninin bəzəyi edən, çiyninə keçirən - İ. Q.) bir xristian 




İslam  Qəribli 

 

 



174 

balasına  rast  gəldim...  Hənuz  8-9  yaşlarında  bulunan  bu  gül-

qönçeyi-irfanın  könlümə  ilqa  etdiyi  hissiyyti-məsumanəyi-kudə-

kanəsi şeir olaraq dodaqlarımdan tökülməyə başladı”(204,  N 32).    

   

İnkişaf  etmiş,  tərəqqi  və  təkamülünü  elm,  maarif  və 



mədəniyyət sayəsində qazanmış millətlətlərə həsəd dolu nəzərlərə 

baxan,  öz  millətini  mədəni  millətlər  sırasında  ön  cərgələrdən 

birində  durmağa  layiq  ikən  səfalət  girdabında  çabalayan  görən 

müəllif  o  xalqlara  qibtə  edir  ki,  həmin  millətlərdə  uşaqların 

oynadıqları  yer  səfil  və  sərgərdanların  gəzib  dolaşdıqları 

tərbiyəsizlik yuvaları olan küçələr deyil, mədəniyyət beşikləri olan 

məktəblərdir.  Özü  uşaq  olsa  da,  ruhunda  bir  intibah,  sifətində 

maarif nuru olan əcnəbi balalarını: 

 

 

Memari-elm ilə dili imran olan çöcuq, 



 

 Ey cənnəti-səadətə pizvan olan çocuq(204,  N 32), - 

deyə vəsf edən, “Təhsili-mərifətlə olur rüfəti-bəşər” deyən müəllif 

uşaqların  tərbiyəsində  cəmiyyətin  təsiri  ilə  bərabər  anaların  da 

böyük  rol  oynadığını,  bu  işi  elmsiz    xanımların  deyil,  elmli, 

oxumuşların gördüyünü qeyd edir və təəsüflə bildirir ki: 

 

 



Bizlərdə yox ki, kəĢfi-kəmalət xanımlara, 

 

 OlmuĢ halal pərdeyi-qəflət xanımlara, 

 

 Hürriyyətü hüquq “zəlalət” xanımlara, 

 

 Pirayədir qüyudü əsarət xanımlara(204,  N 33). 

 

Müsəlman  qadınlarının  halına  rəğmən  “Olsun  həsəd  şu 



madərə  kim,  elmə  yardır”  deyə  acı-acı  təəssüflənən  mütəfəkkir 

sual edir ki, ilk müəllimi oxumuş anaları olan övladlar “... olurmu 

tihi-cəhalətdə  sərsəri?”.  Cavab  aydındır.  Validəsi,  anası  savadlı 

olan  uşaq  cahil  ola  bilməz.  Daha  sonra  o,  nisvan    -  qadın  adı 

tutulanda  dodaq  büzən,  qadınları  cəhalət  pərdəsi  altında  saxlayıb 

onlardan bir canlı əşya kimi istifadə edənlərə üz tutaraq yazır: 

 

 

Nisvan sözü alındımı kilki-kitabətə, 



 

 Bir daĢdı sanki bu düĢüyor rəsi-millətə! 

 

 Olsun, tüfu-tüfu, bu cühulanə qeyrətə, 

 

 Layiqmidir, quzum, belə millət siyadətə?(204, N 33) 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə