Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə59/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   55   56   57   58   59   60   61   62   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



175 

 

XX 



əsr 

Azərbaycan 

ədəbiyyatının 

mötəbər 


tədqiqatçılarından olan AMEA –nın müxbir üzvü A. Zamanovun 

qeyd  etdiyi  kimi,  “M.  Hadi  qadın  azadlığı  məsələsinə  azadlıq 

hərəkatının  ayrılmaz  bir  hissəsi  kimi  baxır,  qadınların  çadra 

altından, dörd divar arasından çıxıb elmə, maarifə qovuşmalarını, 

ictimai  həyatda  insanlıq  mövqeyi  tutmalarını  tələb  edirdi”(445, 

110).  Şairə  görə  təhsili,  məktəbi,  oxumuş  qadınları  və  maarif 

ocaqlarında bəslənən övladları olmayan millətlərin hürriyyəti, aza-

dığı olmadığı kimi, səadəti də ola bilməz.  Bu cür millətlər başqa-

larının əmrlərini yerinə yetirən nökərlərdir ki, bütün yaramazlıqlar 

onların elmsizliyindən törəyir. 

 

“Təsviri-bədaye” şeiri(209, N 94) M. Hadinin dünya, onun 



yaranışı, həyat, cəmiyyətdəki ziddiyyətlər və s. bu kimi məsələlər  

barəsində  fəlsəfi  düşüncələrinin  məhsuludur.  Müsəddəs  formalı, 

mətnində  dəyişiklik  edilmədən  həm  “Firdovsi-ilhamat”da(377, 

152-154),  həm  də  sonrakı  kitablarda(379,  83-84)  çıxan  bu  şeiri 

şair “Bu yaradılmış, icad edilmiş  nədir?” (Bu süngah nədir?) sualı 

ilə  başlayır  və  əsər  boyu  müxtəlif  istiqamətlərdə  sualın  cavabı 

axtarılır. Allahın qüdrəti ilə xəlq olunmuş aləmin bütün işlərində 

ikilik,  tarixin  hər  səhifəsində  ziddiyyətlər  görən  şair  sual  edir  ki,  

görəsən: 

 

 Nə məqsədlə yaranmıĢ cidalghi-həyat? 



 

 Nədir həyat ilə dəva edən cünudi-məmat? 

 

 Nədir imarəti təqib edən bu təxribat?(209, N 94) 

 

 Və şair dərhal da belə bir fikir irəli sürür: 



 

 

Gəlir xəyalə bu sirri edəndə təhqiqat: 



 

 Bütün sərairi-həsti səzayi-heyrətdir, 

 

 Bu sayəzari-müĢəĢə dəfini-zülmətdir(209, N 94). 

 

Yəni  bütün  bu  heyrət  doğuranların  cavabını  tapmaq 



müşküldür  və  bunlar  dəbdəbəli  bir  zülmətdə  gizlin  qalmağa 

məhkumdurlar. Bir yanda təcəddüd, bir tərəfdə qaranlıq, bir tərəf 

behişt,  digər  tərəf  cəhənnəm  və  beləcə  bütün  əksliklər  üz-üzə. 

Səbəb nədir ki, “behişti-rənada” güllər, çiçəklər açmış, büllbüllər 

yer-yerdən təranəsaz olmuşlar?  



İslam  Qəribli 

 

 



176 

 

Şairin  təsvirində  hər  pisin  bir  yaxşısı,  hər  qaranlığın  bir 



işığı var və dünya yaranışından belə yaranıb. Əfsus ki, bəşəriyyət 

ən dadlı bir nemətdən hələ ki, məhrumdur. Bəs bu nemət nədir? 

O, azadlıqdır ki, şair onu belə təqdim edir: 

 

 Səmadə quĢlar olur pərgüĢayi-hürriyyət, 



 

 Nə dadlıdır o fəzayi-səfayi-hürruyyət, 

 

 YaĢa, yaĢa, yaĢa, ey dilrübayi-hürriyyət! 

 

 BəĢərdə yox hələ zövqi-həvayi-hürruyyət(209,  N 94). 

 

M.  Hadi  lirikasının  dəyərli  nümunələrindən  olan 



“Nəvahati-həyat”  şeiri(210,  N  97)  məzmun  və  ruh  etibarı  ilə 

əvvəlki  şeiri  ilə  yaxından  səsləşir.  Kitablarına  heç  bir  dəyişiklik 

edilmədən  salınan(377,  157-158;  379,  85)  on  iki  beytlk  qəsidə 

formalı  “Halında”  rədifli  əsərin  yeddinci  beytinin  “dad”  sözünə 

müəllif  belə  bir  izah  vermişdir:  “Dad”  ədalət  mənasındadır. 

Demək  istərəm  ki,  ədalət  nasıl  ağuşi-nisyana  atılmışsa,  mərdani-

meydan da öyləcə xamuşabadi-nisyana düşüb qalmışdır”(210,  N 

97).  Məlum  olduğu  kimi  M.  Hadi  lirikasının  baş,  əzəli  və  əbədi 

mövzularından  biri  azadlıq  idealının  təbliğ  və  tərənnümüdürsə, 

digəri də istibdadın lənətlənməsi və tənqidiqir. Bu əsərdə də bu iki 

obraz  üz-üzə  qoyulmuş,  birinin  şölələnib  parlaması,  ayaq  tutub 

yeriməsi  millətə  hava  və  su  kimi  lazım  ikən  üzərinə  qara  pərdə 

çəkilməsi  və  pərvazlanmasına  hər  cür  maneələrin  törədilməsi, 

digərinin sönməsi, bəşər tarixindən silinməsi labüd ikən inkişafına 

geniş  meydan  açılması  ürək  parçlayan  bir  ovqatla  oxuculara 

təqdim olunmuşdur. Şeirin bir neçə beytini nəzərdən keçirək: 

 

 Çəkildi hicləgahi-ismətə nazəndə hürriyyət, 



 

 Görəndə cilvəgahi-hüsnün istibdad halında. 

 

 ..Hanı hürriyytətü ədlü müsavat, ey riyapərvər? 

 

 Müsəmmadən xəbər yox, qaldı bunlar  ad altında. 

 

 ..Bu vəhĢətgahda əyləncəyiz dəsti-cəhalətə, 

 

 Nasıl istərsə oynadar nərrad halında. 

 

 ..Təfərrüc eylə sərvistanı, gör Ģol sərvi-azadı, 

 

 Məzarından çıxıb azadəgan azad halında..(210,  N 97). 

 

Səbəb  nədir  ki,  millət  nurla  zülməti  fərqləndirməyə 



çətinlik  çəkir,  zəlalət  isə  irşad  halında  cilvələnir?  Şair  səbəbi 


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



177 

uzaqda axtarmır və tam səmimiyyətlə bildirir ki,  hal,  yəni zaman 

belə davam etdikcə sabahımız bundan betər olacaq. Çünki: 

 

 Olub məsləkfüruĢan aləti-əzvaqi-istibdad, 



 

 Bu alçaqlar görür bu halı istedad halında(210, N 97). 

  

Bunlar  M.  Hadi  poeziyasında  ümidsizlik  motivləri  hesab 



edilməməlidir.  Millətin  bu  gününə  və  gələcəyinə  cavabdehlik 

daşıyan ziyalılar məslək satmaqla məşğul olub istibdadın zövqünə 

uyğun bir alətə çevrilirlərsə, canını millətə fəda etməyə hazır olan, 

vətən sevgisi, qələm, söz və Tanrı vergisi olan istedaddan savayı 

bir şeyi olmayan bir şair bundan artıq nə deyə bilər və nəyə gücü 

çatar?   

 

Biz  dedik  ki,  M.  Hadi  təpədən-dırnağacan  hicc-həyəcan 



adamı, milli və bəşəri şair, böyük mütəfəkkir olmaqla yanaşı, həm 

də əqidə, məslək adamıdır. Onu tutduğu yoldan, daşıcıyısı olduğu 

məsəkdən  döndərmək  qeyri-mümkündür.  İlk  yazılarını  çap 

etdirdiyi  gündən  ömür  və  yaradıcılıq  yolunun  sonuna  qədər 

məramına  sadiq  qalan,  millətin  dərdlərindən  yaza-yaza  bu 

dərdlərin təşxisinə çalışan şair “Şərareyi-ruh” adlı çox qiymətli bir 

əsərində yazır: 

 

 Tükəndi ömri-qiymətdarımız bidad altinda, 



 

 Qaradı nuri-istedad istibdad altında!

 

(206, N 61). 

 

Mətnində  dəyişiklik  edilmədən  “Firdovsi-ilhamat”a(377, 



141-146)  və  sonrakı  kitablara  salınan(379,    87-89)  şeirin 

sərlövhəsindən  əvvəl  müəllifin  belə  bir  qeydi  verilmişdir: 

“Vətəncida  bir  dağdari-həsrətin  əmaqi-ruhundan  fəvəran  edən 

atəşin  təraneyi-cigərsuzanələrinə  nəzirə”(206,  N  61).  Bu  qeyd 

eyni  ilə  “Firdovsi-ilhamat”da  da  təkrar  olunmuşdur(377,  141). 

Ənənəvi hal olaraq nəzirə yazdığı, iqtibas və tərcümə etdiyi, hətta 

əsəri kimdən təsirlənərək yazdığını qeyd edən M. Hadi nədənsə bu 

şeiri kimə nəzirə yazdığını nə qəzetdə, nə də “Firdovsi-ilhamat”da 

göstərməmişdir.  Bizcə,  bu  şeir  konkret  bir  əsərə  nəzirə  deyil  və 

bəlkə də M. Hadi azadlıq və Təbrizdəki Məşrutə hərəkatı barədə 

yazılanlardan təsirlənərək  bu alovlu şeiri yazmışdır. 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə