Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə62/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   58   59   60   61   62   63   64   65   ...   147

İslam  Qəribli 

 

 



184 

yox,  bütün  Azərbaycanın  acınacaqlı  vəziyyəti  təsvir  olunan...., 

vətənpərvərlər  dilindən  deyilən  bir  mahnı”(403,  237)  kimi  təqdir 

olunan  bu  əsərdə  vətənə:  “Hər  bir  evin  laneyi-şivənfəzaydır”,- 

deyə xitab edən şair gündən-günə halı pərişan olan vətənin bu hala 

düşməsində hamı ilə bərabər özünü də günahkar sayır və təəssüfə 

qeyd edir ki, halına yanıb “fatihəxan” olsam da, dərdinə əlac edə 

bilmirəm. Bəs görəsən səbəb nədir ki, “cənnəti-maarifi viran olan 

vətən”in  dərdinə  əlac  etmək  müşkülə  çevrilib?  Səbəb  cəhalət  və 

elmsizlikdir ki, bunun sayəsində: 

 

 

Əsbabi-cəhl cümlə səadətqərindir, 



 

 Ərbabi-mərifət hamı sərbərzəmindir(216,  N 162). 

 

Məlum  bir  həqiqəti  xatırlamağa  ehtiyac  duyuruq  ki,  XX 



əsr  Azrbaycan  yazıçıları  içərisində  əsrin  əvvəllərində baş  vermiş 

İran və Türkiyə inqilablarına rəğbətlə yanaşan və bu mövzularda 

silsilə əsərlər yazan cənətkarlarının ön sıralarında gedənlərdən biri  

M.  Hadi  olmuşdur.  “Təzə  həyat”  qəzetinin  iki  nömrəsində  dərc 

olunan “Edəlim, çal!” rədifli “Ey mütribeyi-dövri-təməddün” adlı 

on  bəndlik  müsəddəs  də  bu  silsiləyə  daxil  olan  əsərlərdən 

biridir(217,    N  166,  169).  Mətnində  dəyişiklik  edilmədən 

kitablarına da düşən(377, 159-161; 379, 96-97) bu şeir daha çox 

inqilabi  məzmunu  və  hürriyyətə  çağırış  mötivəri  ilə  seçilir.  

Mədəniyyət  əsrinin  musiqiçisindən  hürriyyət,  azadlıq  nəğmələri 

çalmağı  xahiş  edən  şair  Türkiyədə  baş  verən  1908-ci  il 

inqilabından  vəcdə  gələrək  hürriyyəti  bir  obraz  kimi  alaraq  onu 

gah  “Ey  aləmi  məftun  qılan  dilbəri-vicdan”,  gah  “Ey  şiveyi-

rəqqasə  və  nuri-həqiqət”,  gah  da  “şahrahi-həyatın  rəhbəri”  kimi 

vəsf  edir.  Şair  bildirir  ki,  hər  bir  tərəqqi  və  təkamül  azadlığa 

bağlıdır  və  bütün  mədəniyyətlər  hürriyyətin  meyvəsidir.  Əgər 

millətin  hürriyyəti  bərqərar  olacaqsa,  təkcə  hazırkı  vətəndaşların 

bəxti  üzünə  gülməyəcək  və  azadlıq  uğrunda  çarpışıb  o  günü 

görmədən əbədiyyətə qovuşanların da ruhları sevinəcəkdir.  

 

M. Hadinn Türkiyə inqilabından təsirlənərək yazdığı başqa 



bir şeir “Türkiyə Qanuni-əsasinə dair əməl təranələri” şeiridir(218, 

N  171).  Qəzetdə  “Əbdülsəlimzadə  M.  Hadi”  imzası  ilə  dərc 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



185 

olunan “Gəlir” rədifli on yeddi beytlik bu şeir nə şairin sağlığında, 

nə də ölümündən sonra çıxan kitablarının heç birinə düşməmşdir. 

Türkiyədə  qəbul olunmuş  yeni Konstitusiyanın Türkiyə  əhalisınə 

faydalar  verəcəyinə  möhkəm  inanan,  onu  gülşəndə  nəğmələr 

oxuyan  bülbüllərin  nəğməsi,  “huriyi-nazəndə”,  ölü  canlara  can, 

ruh verən İsa nəfəsi və s. bu kimi epitetlərlə vəsf edən şair bildirir 

ki, “Cahani-bəladən canə yetişən bəşər övladı” - Türkiyə əhalisi, 

nəhayət  bu  qanunun  verdiyi  imtiyazlar  sayəsində  öz  haqlarını 

tanıyacaq, bəşər övladı olaraq insan kimi yaşamağın nə olduğunu 

öz həyatlarında hiss edəcəklər.     

 

“Nə  latənahi  cahandır  cahani-hürriyyət”,-  deyə  azadlıq 



barədə  düşüncələrini  əsərlərində  təkrar-təkrar  bəyan  edən  şair 

azadlığa xitabən yazır: 

 

 Yüz illik ölmüĢü bir lütfün eyləyər ehya, 



 

 Desəm qələtmi ki, Ġsa nəfəsnisar gəlir. 

 

 ..Bu rütbə ağlamıĢam kim riyazi-hicranda, 

 

 O əĢklər çiçək açmıĢ, bahari-yar gəlir(218,  N 171). 

 

İlk  baxışda  məhəbbət  motivli,  bir  qədər  də  məşuqədən 



şikayət  təsiri  bağışlayan  “Şikvayi-aşiqanə,  yaxud  əlhani-pərişan” 

şeiri(219,  N  173,174)  M.  Hadinin  fəlsəfi  lirikasının  dəyərli 

nümunələrindəndir.  Mətnində  dəyişiklik  edilmədən  kitablarına 

düşmüş(377,  162-165;  379,  98-100)  iki  hissəlik  bu  əsərin 

(“Seçilmiş əsərlər”də şeir birinci və ikinci hissələrinin hər biri on 

bir,  üçüncü  hissəsi  isə  on  altı  beyt  olmaqla  üç  hissə  şəklində 

verilmişdir  -  İ.  Q.)  birinci  –  on  bir  beytlik  bölümü  sevgilidıən, 

onun  vəfasızlığından  giley-güzar,  ikinci  –  iyirmi  yeddi  beytlik 

bölümü  isə  mütəfəkkirin    insan  və  cəmiyyətdə  onun  yeri  barədə 

düşüncələridir. 

 

“Ey  atəşi-eşqi  məni  hər  dəmdə  yaxan  yar”  misrası  ilə 



başlanan əsərin ilk bölümündən bəzi beytlərə diqqət edək: 

 

 Bizdən kəsərək rabiteyi-mehrü vəfanı, 



 

 Qoydun, gözəlim, gözləri həsrətkeĢi-didar. 

 

 Məhbubi-qülub oldumu ən sevmədiyinlər? 

 

 Ən sevdiyini nifrətə kim qıldı səzavar? 


İslam  Qəribli 

 

 



186 

 

 ...Biganələri məhrəmi-razi-hərəm etdin, 

 

 ġimdi sənə biganə gəlir məhrəmi-əsrar. 

 

 Mən bilməz idim dürri-məhəbbət satılarmıĢ, 

 

 Satdın, mələkim! Səhvini kəndin də qıl iqrar(219,  N 173).  

 

Göründüyü  kimi,  klassik  məhəbbət  şeiri,  gözəl  qəzəl 



nümunəsidir  və  misraların  təhlilinə  ehtiyac  görmürük.  İkinci 

hissədə,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  mənzərə  büsbütün 

başqalaşır.  Burada  söhbət  əsarət,  hürriyyət,  məslək,  maarif  və 

mədəniyyət, əsarətdən qurtarmaq və s. məsələlər barəsindədir. 

 

M.  Hadiyə  görə  əsarət  altında  yaşamağa  alışan  şəxslərin 



nəzərində  “zümreyi-əhrar” alçaq, xar və zəlil görünür. O, bildirir 

ki,  gündə  bir  dona  girən,  öz  zatını  həqarətlə  ayaqlar  altına  atan 

adam hörmət sahibi ola bilməz və mənfur xilqətə malik olanların 

insan sayılmağa haqqı yoxdur. Çünki: 

 

 Ġnsan ona derlər ola bir məsləkə salik, 



 

 Denilsə səzadır buna ən Ģanlı fədakar. 

 

 Öz məsləkini həqq bilən ərbabi-fəzail, 

 

 OlmuĢ da nasıl aləmə gör naĢiri-ənvar(219,  N 174). 

 

Şair  bildirir  ki,  zülmətlə  nur  bir  yerdə  ola  bilməz  və 



zülmətdən cəhalət, nurdan ədalət törəyər. Cəhalət əhli ilə heyvanın 

(Hadidə  bəhayim-  İ.Q.)  fərqi  o  qədər  də  seçilməz  və  “İnsan  ona 

derlər ola irfanə həvəskar”. Cəhalət əhlinə:   “ Diqqətlə dinləsəniz, 

qiyamət  günü  yaxınlaşmaqda  və  İsrafil  surunu  çalmaqdadrr.  

Cəhalət  qəbrində  yatmağınız  yetər,  oyanın!”,  -  deyə  xitab  edən 

ədib  onlara  xatırladır  ki:  “Əshabi-zilalə  denilir:  “İdxülü  finnar” 

(Tərcüməsi: 

Cəhənnəm 

atəşində 

yanacaq, 

od 

içərisinə 



girəcəksiniz- İ. Q.). “Cahilin yeri cəhənnəm, aqiln yeri behiştdir”, 

- fikrini irəli sürən müəllif şeirin sonunda yazır: 

 

 

ġayani-behiĢt olmada ərbabi-maarif, 



 

 ġayisteyi-niran oluyor hizbi-siyəhkar. 

 

 Ərbabi-təməddün edir ehrazi-məratib, 

 

 Əsfəllərə layiq görülür vəhĢiyi-xunxar. 

 

 Hürriyyətə, ülviyyətə, qüdsiyyətə, millət! 

 

 Amali-səadətlə olaq biz dəxi təyyar(219,  N 174). 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə