Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə60/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   56   57   58   59   60   61   62   63   ...   147

İslam  Qəribli 

 

 



178 

 

On bəndi yeddilik, altı bəndi altılıq formasında olan şeirin 



ilk  bəndlərində  milləti  hüquqsuz  vəziyyətə    salan,  onun  qəddini 

bükən,  bütün  islam  aləmini,  xüsusilə  İranı  bərbad  hala  salıb 

xarabazara  döndərən  cəhalətdən  acı-acı  gileylənən  şair  dördüncü 

bənddən etibarən müraciət obyektini dəyişir və azadlıq, hürriyyət 

problemi  önə  keçir.  “Fəğan!  Sultani-qəflət  verməyir  İranə 

hürriyyət”, - deyən, hürriyyəti gözəl, pak, bakirə bir qıza bənzədən  

müəllif bildirir ki,  halva-halva deməklə  ağız şirin  olmadığı kimi, 

xalq  istəyir,-  deyə  İran  şahı  iranlılara  məşrutə  -  azadlıq 

verməyəcək. Çünki: 

 

 Verilməz huri-hürriyyət, bu sözlər cümlə bicandır, 



 

 Bu fəttani-cahanın məhri yüz minlərcə  qurbandır, 

 

 Fədakaranə aĢiq lafə gəlməz, böylə fəttandır, 

 

 Keçər candan o kəs kim, talibi-rüxsari-canandır, 

 

 Bizim də karımız boĢ-boĢ, səmərsiz ahü əfğandır, 

 

 Tükəndi ömri-qiymətdarımız fəryad altında, 

 

 Qarardı nuri-istead istibdad altında!(206,  N 61) 

 

“M. Hadi azadlığa, sərbəstliyə böyük ümid bəsləyirdi”(4, 



249)  və  dönə-dönə  qeyd  edirdi  ki,    insan  hürriyyətini  özü 

qazanmalı, əsarət və zülmdən qurtarmaq üçün canından, malından 

keçməlidir.  Əgər  bəşər  övladı  azadlığını  qazanmaq  üçün  canını 

əsirgəyərsə,  ölüncə  heyvan  kimi  əziyyət  və  zəhmət  altında 

yaşamağa  məcburdur.  “Əsadən,  xirqədən,  təsbihdən,  tiftik 

əbalərdən” bəhs edən İmam Cümə, Şeyx Fəzllulah kimi “əshabi-

cəfaları”  dinləyən,  onların  cənnət  və  cəhənnəm  barədəki 

səfsəfələrnə uyan xalq azadlıq şərbətinin nə dadda olduğunu bilə 

bilməyəcəkdir.  

 

Bir 



zamanlar 

“qucağı 


məhdi-ərbabi-zəka 

olan”, 


bəşəriyyətə  Sədi,  Firdovsi  kimi  dühalar  bəxş  edən  İran  indi 

“zülamabad” bir ölkə halına salınmış və məmləkət “cəhli-istibdad 

altında” inləməkdədir. Səbəb nədir ki, Şeyx Fəzlullah kimi bir şər, 

fitnə-fəsad yuvasına  “İran aşiyan olmuş”dur?  Bunun nəticəsidir 

ki: 

 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



179 

 

 



Təməddün dlbəri fərtutə, vəhĢət növcavan olmuĢ, 

 

 Maarif cənnəti solmuĢ, vərəqrizi-xəzan olmuĢ, 

 

 XamuĢabadi-nisyanda bu bülbüllər nihan olmuĢ, 

 

 Zəğənlər, bumlar baği-vətəndə növhəxan olmuĢ(206,  N 65).  

 

“Mənə  küsdünmü,  bilməm,  ey  vətən,  ey  dilbəri-balım”,- 



deyə  vətənin  dərdlərindən,  onun  səmalarını  bürüyən  kəsif 

buludlardan  söz  saldığı,  eyiblərini  açdığı  üçün  vətənin  ondan 

inciyə  biləcəyini  bəyan  edən,  özünü  “Mən  ol  avarə  mürğəm 

zəxmdar  olmuş  pərü  balım”  şəklində  təqdim  edən  müəllifin  lirik 

qəhrəmanı  “Birər girdik məzarə pənceyi-bidad altında”,- deyərək 

fəryad edir.  

 

İranlılara bir zamanlar  İranda Nuşirəvan kimi  ədalətli bir 



şahın hökmranlıq etməsini, bu ölkənin əmniyyət və ədalət ölkəsi 

olmasını  xatırladan  M.  Hadi  təəssüflə  bildirir  ki,  bu  ölkə  “İndi 

zülm  ilə  müşairi-bilbənan  olmuş”dur.  İdarəetmə  sistemindəki 

naqisliklər  ölkəni  elə  vəziyyətə  gətirib  çıxarıb  ki,  millətin  (M. 

Hadidə  “biçarə  ahu”  -  İ.  Q.)  qanına  susayan  minlərlə  səyyad  - 

ovçu, çoxlu sayda cəlladlar peyda olub. “Nə fəryad etməyə avazi-

istimdadımız”, nə də fəryadımızı dinləyən “bir imdadımız vardır”. 

 

Bəs nə etməli, çıxış yolu nədədir? Çıxış yolunu “Aylı, ey 



xabə  dalmış,  yatma  istibdad  altında”  tezisi  ilə  bildirən  şair  son 

olaraq bildirir ki, sürünməklə yaşamaqdansa, kişi kimi ölmək daha 

şərəflidir və: 

 

 



Ayıl, ey xabə dalmıĢ, ölmə istibdad altında, 

 

 Ölürsən öl yenə bir Ģanlı, ali ad altında!(206, N 100). 

 

 M.  Hadinin  “Mələkim,  nədir  o?”(213,  N  103)  şeiri 

məhəbbət  mövzusunda  olan  kamil  bir  qəzəldir.  Şeirin  ilk  “Nuri-

vəfamıdır  nigəhindən  uçan  ziya?”  misrasına  müəllif  tərəfindən 

belə  bir  qeyd  verilmişdir:  “Birinci  şeir  ustad  Əkrəmin  (türk  şairi 

Əkrəm Rəcəyizadə - İ. Q.)   “Feyzi-bahardır dəhənindən uçan 

ziya,  Bəslər  çiçək  açılmaq  üçün  ibtisamını”,-  şeiri-

ilhampərvəranəsindən iqtibas edilmişdir”(213, N 103). “Firdövsi-

ilhamat”a və “Seçilmiş əsərlər”ə düşən şeirin(377, 139-141; 379, 



İslam  Qəribli 

 

 



180 

90-91) qəzet mətni   on üç beytdən, kitab mətni mətni isə  on beş 

beytdən ibarətdir. Qəzet variantında: 

 

 Gözdən iraq Hadini qəlbindən etmə dur, 



 

 Bir lütfün ilə oxĢa, a hurim, irağını(213, N 103),-  

beyti  ilə  tamamlanan  şeirə  müəllif  “Firdovsi-ilhamat”da    şeirin 

qafiyə-rədif  sistemi    ilə  səsləşməyən  aşağıdakı  iki  beyti  də  əlavə 

etmişdir: 

 

 Ərbabi-zilalın əməli cümlə həbadır, 



 

 Bu mənzərə, əlhəq ki, səzavari-bükadır. 

 

 Türklər nə gözəl məsəl demiĢlər: 

 

 “Dünyanı ümid ilə yemiĢlər”(377,  141).   

    


İctimai  mövzular  aləmində  özünü  daha  sərbəst  hiss  edən 

M.  Hadidən  adətən  məhəbbət  şairi  kimi  bəhs  edilməmiş, 

məhəbbət mövzulu şeirləri və nəsr əsərləri, demək olar ki, tədqiq 

olunmamışdır. Sayca ictimai, siyasi şeirlərindən az olan bu qəbil 

əsərlərində şair  elə incə,  dəruni,  psixolaji məqamlara toxunur və 

məhəbbətin  insan  həyatındakı  rolunu  elə  ustalıqla  açır  ki,  dərin 

dəyərə  malik  ictimai,  fəlsəfi  əsərlərini  yazmasaydı  belə,  bu 

əsərlərə  görə  o,  şübhəsiz  ki,  ədəbiyyat  tarixində  əbədi 

yaşayacaqdı.  

Mətləbdən  uzaqlaşmayaq.  Şeirin  bir  neçə  beytinə  diqqət 

edək: 

Mürği-məhəbbətim uçuyor baği-qəlbinə, 

Ey gülnihal, göstər ona gül budağını. 

Tiflanə tərz ilə gəlir ağuĢi-nazinə, 

Tifli-dilim  aç ona  gəlsin qucağını.  

Ol gördüyün qaramı düĢüb qəlbi-laləyə? 

Qəlbim kimiydi bəsləmədə lalə dağını. 

..Ey kainati-ruhuma sultan olan pəri, 

Yandır biladi-qəlbimi, pozma dimağını(213,  N 103).   

  

M.  Hadi    “Təzə  hayat”ın  107-ci  nömrəsində 



“Vətənpərvər”  imzası  çap  etdirdiyi  yeddi  bəndlik  müsəddəsini 

“Təraneyi-vətənpərəstanə”  adlandırmışdır(214,  N  107).  Bu  şeir 

“Firdovsi-ilhamat”a  düşməmiş,  qəzetdən  götürülərək  eyni  ilə 

“Seçilmiş  əsərlər”ə  salınmışdır(379,  92-93).  İranda  Səttarxan  və 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə