Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə67/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   63   64   65   66   67   68   69   70   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



199 

 

 



Çıxdı niqabdan o həqiqət çiçəkləri, 

 

 Millət xəyalət ilə hələ dərhicabdır

 

( 230,  N 205). 

 

M. Hadi başqa bir əsərində, daha doğrusu “Əşari-pərişan, 



yaxud  solğun  çiçəklər”  şeirində  bildirir  ki,  vətənin  şövqü  ilə 

ürəyim  qan,  xəyalım  isə  pərişandır.  Bunun  səbəbi  isə  vətəndəki 

insanı  dərin  hüzn  və  üzüntülərə  salmağa  vadar  edən  olacaqlar, 

hadisələrdir. Bütün naqabil işlərin başında isə zülm və cəfa durur. 

Əkinçi,  dehqan  əzab  -  əziyyətlə,  sabaha  ümid  dolu  nəzərlərlə 

çalışıb-çabalayır  və  nəticədə  əkini  biçinə  hazır  ikən  zülm  əli  ilə 

zəhməti  yerə  vurulur  ki,  onun  da  əli  qoynunda  qəm  dəryasına 

batmaqdan başqa çarəsi qalmır. 

 

 

Qoy bircə satım yaxĢı fiatla bu qidayı, 



 

Oğlum! Qızım! Allam sizə gül-güllü xarayi, -  

deyə  övladlarına  ümid  verən,  lakin  arzusu  elə  arzu  olaraq  qalan 

dehqanın,  ailəsi  yanında  üzüqara  vəziyyətə  düşən  zəhmətkeşin 

halına yanan tapılmır və bütün bunlar zamanın ab-havası ilə üst-

üstə düşür. Şerin ikinci bəndində oxuyuruq: 

 

 

...ġəbnəm ki, düĢər qönçələrə çeĢmi-səmadən, 

 

 YaĢlar ki, təqəttür edər ənzari-bükadən, 

 

 Seyr eylə riyahı ki, əsər baği-fənadən, 

 

 NaliĢ ediyor yədi-səyyadi - cəfadən, 

 

 Elani-qəm eylər həpsi zülmü bəladən, 

 

 Göydən eniyor qətreyi-baran pəriĢan, 

 

 Yerdən göyə çıxmaqdadır əfğan pərĢan(236,  215). 

“Milli nəğmələr” şeiri maarifçlik ənənələrinə sadiq qalan, 

millətin  tərəqqi  və  təkamülündə  məktəbin  rolunu  yüksək 

qiymətləndirən  müəllifin  ziyalılara  və  millət  balalarına  xitabıdır. 

“Nur”  məktəbinin  millətə  hansı  xeyirlər  verəcəyini  birər-birər 

məktəbdə oxuyacaq balalara xatırladan və onları “Ey baği-vətəndə 

açılan  tazə  nihalan”  kimi  vəsf  edən  şair  tövsiyə  edir  ki,  onlar 

məktəbi bir cənnət guşəsi hesab etsinlər, çünki: 

 

Adab ilədir tərbiyeyi-cənnəti-vicdan, 

 

 Elm ilə edər kəsbi-Ģərəf zadeyi-insan(237,  N 219). 

“Milli  nəğmələr”  şeirinin    (əsər  həm  də  “Fidovsi-

ilhamat”da(377, 195-199), həm də “Seçilmiş əsərlər”də(379, 218-



İslam  Qəribli 

 

 



200 

219) 


mətnində 

dəyişiklik 

edilmədən  çap  olunmuşdur) 

yazılmasının  konkret bir  səbəbi və  tarixçəsi vardır ki, bu tarixçə 

müəllif  tərəfindən  “Tazə  həyat”da  sərlövhədən  əvvəl  aşağıdakı 

şəkildə verilmişdir: “Bakıda Hacı Zərbəli məhəlləsində həmiyyətli 

Kərbəlayi  Abdulla  Zərbəliyevin təşəbbüsati-maarifpərvəranəsi ilə 

“Nur” məktəbi-feyzi-mənsəbi təmir edilməkdə olduğu məlumdur. 

Bu  münasibətlə  şagirdani-irfanın    pirayeyi-lisani-şükranı  olmaq 

üçün bəzi rüfəqayi-möhtərəmə tərəfindən bir nəğmeyi-milliyyənin 

inşadı  acizlərinə  təklif  edildi.  “Varını  verən  utanmaz”  məsəli- 

məşhurunca, acizləri də məhsuli-qələmi-iqtidari olan atidəki millət 

mahnılarını kəmalü iczü inikaslara təqdimə cəsarət eylərəm”(237,  

N 219). 


 

“M.  Hadiyə  görə  milli  intibah  millətə  məktblər  açmaqla 

başlanır”(36, 46). Məktəb və maarifi təbliğ edən digər şeirlərində 

olduğu  kimi,  bu  əsərində  də  qonşu  millətlərin  məhz  təlim  və 

tərbiyə  sayəsində  ağ  günlərə  çıxmasını,  dünyanı  və  özlərini  dərk 

etmələrini  bəyan  edən  müəllif  bildirir  ki,    biz  də  əsl  insan  kimi 

yaşamağın nə demək olduğunu anlamaq, bilmək istəyiriksə, nicat 

yolunun başlanğıcı olan məktəblər bina etməli, tənbəlliyin daşını 

atmalı,  cəhalətin  pəncəsindən  qurtarmaq  üçün  səy  və  qeyrət 

göstərməliyik. 

 

“Öz  maarifpərvər  əsərlərini  xalqın  böyük  azadlıq 



mübarizəsinə  kömək  məqsədi  ilə  yazan,  cəhalət  və  nadanlıq 

əleyhinə  üsyan  səsini  ucaldan”(59)  “Vardırmı  cəhalət  kimi 

dəhşətli  fəlakət?”,  -  suali  ilə  oxucularına  müraciət  edən  M.  Hadi 

gələcəyə  böyük  ümidlələ  baxaraq  əsərini  aşağıdakı  səmimi  və 

təhsinedici misralarla tamamlayır: 

 

 



Ey baği-vətən gülləri, ey tazə çiçəklər! 

 

 Ey cənnəti-elm içrəki nasuti mələklər! 

 

 Balaları pərvazə qılın səyü əməklər, 

 

 Sizdən vətənin gözləri hürriyyəti bəklər, 

 

 Firdovsi-maarif biləlim məktəbi-“Nur”i, 

 

 AlqıĢlayalım xidməti-əĢxasi-qəyyuri(237,  N 219).  


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



201 

 

“İnsan, onun taleyi, həyat tərzi, arzuları, ictimai mövqeyi 



Hadini  bir  filosof  şair  kimi  həmişə  məşğul  etmiş”(446)  və 

“Rəhgüzari-mətbuatda lövheyi-şəfqət, yaxud üç zavallı” adlı

 

(239,  


N  221)  qəmli  bir  mənzərənin  təsviri  verilmiş  şeirdə  də  bu 

tendensiya açıq cizgilərlə görünməkdədir. “Türabi-zillətdə” sükuta 

qərq olmuş iki körpə qız uşağının və onların köməksiz analarının 

qəlb  parçalayan  vəziyyəti  doqquz  beytlik  ictimai  məzmunlu  bu 

qəzəldə  çox  böyük  ustalıqla  bədii  həllini  tapmışdır.  Şeirdən 

anlaşılır  ki,  ailə  başsızdır.  Ata  haradadır?  Başqa  bir  diyardamı, 

yoxsa ölüm şərbətini  içib məzardamı? Bilinmir.  Bilinən odur  ki, 

bu  bədbəxt  ailənin  üzündəki  ələm  onların  tərcümeyi-halının  nə 

qədər məşəqqətli olduğuna aydın dəlildir. 

 

Böyük  mütəfəkkir  görür  və  yaxşı  başa  düşürdü  ki,  XX 



əsrin əvəlləri, xüsusən, 1906-1908 –ci illər təcəddüd və inqilablar 

dövrüdür. Ona görə də bu dövr lirikasında və  publisistikasında o 

təkcə  dünya  inqilabi  hərəkatların  genişlənməsi  faktlarını  təsvir 

etməklə  kifayətlənmir,  inqilabların  başlanmasına  səbəb  olan 

hadisələri,  inqilabların  mahiyyəti,  xarakteri  və  hərəkətverici 

qüvvələrinin  də  nədən  və  kimlərdən  ibarət    olduğunu 

aydınlaşdırmağa  cəhd  edirdi.    Bir  çox  başqa  əsərlərində  olduğu 

kimi,    poetik  yaradıcılığının  gözəl  nümunələrindən  biri  olan 

“Ədvari-təcədüd,  əsari-inqilab”  şeirində(241,  N  229)  qoyduğu 

suallara  cavab  axtaran  şair  bu  qənaətə  gəlir  ki,  “cəmiyyət 

müəyyən  bir  inkişaf  qanunu  üzrə  yüksəlir,  o  bir  yerdə  dayana 

bilməz,  irəliləməli,  yüksəlməlidir.  Bu  da  inqilaba  gətirib 

çıxarır”(11,  145).  “Tutmuş  bütün  əvalimi  tufani-inqilab”  misrası 

ilə başlanan on yeddi beytlik “İnqilab” rədifli şeirin ilk beytlərində 

oxuyuruq: 

 

 Baxsan cidalgahi-həyatə görər gözün, 

 

 BaĢdan-baĢa kəsilməkdə meydani-inqilab. 

 

 Xilqət təcəddüd istiyor, istər sən istəmə, 

 

 Təsdiq edir bu fikrimi vicdani-inqilab. 

 

 Bu bəzmgahi-fitrətə ətf eylə guĢini, 

 

 Hər bir dəhəndən uçmada əlhani-inqilab(241,  N 229). 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə