Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə69/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   65   66   67   68   69   70   71   72   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



205 

rinə  olan  münasibətini,  bu  ölkələri  əsarəti  altında  saxlamaq 

istəklərini kəskin şəkildə pisləyirdi. 

  “Avropa-İslam-Mərakeş.  Moizeyi-tarixiyyə”  adlı  kəskin  ruhlu 

məqaləsində(199, N 207, N 3, 9) Avropa ölkələrinin Şərq barədə 

yürütdükləri  və  fərqli  yollarla  həyata  keçrdikləri  siyasətin 

mahiyyətini  şərh  edən  müəllif  bildirir  ki,  müsəlman  ölkələrinə 

başçılıq  edənlərin  başıpozuqluğu  sayəsində  “avropalılar  islam 

yerlərinə,  islam  blədələrinə  varis  çıxdı,  parça-parça  etməyə 

başladı”(199,  N  3).  Çox  keçmədi  ki,  Əndəlus,  Tunis,  Əlcəzair, 

Afrika    ölkələrinin   bir çoxu,   Hindistan,   Hindi-Çin,    Qoşqar, 

 

             



M. Hadinin “Təzə həyat” qəzetində dərc olunmuş “Avropa, 

İslam, Mərakeş” adlı məqaləsindən bir parça 

 

Qafqaz,  Xivə,  Buxara  və  s.  müsəlman  ölkələri  “Avropanın,  o 

“mədəni-dirrəndə”lərin  pənceyi-hərisanəsinə  düşüb  uduldu. 

Bundan  sonra  zahirdə  istiqlaliyyət  və  hakimiyyətini  himayə  və 

mühafizə edə bilən dörd islam hökuməti qaldı. Onlar da Türkiyə, 

İran, Əfqan və Fas hökuməti-islamiyyəsidir”(199, N 3). M.Hadiyə 

görə  bu  ölkələr  də  əslində  tam  müstəqil  deyil,  yarımmüstəmləkə 

şaraitində yaşamaqdadırlar. 

 

Avropa  ölkələrinin  işğalçılıq  siyaətini  kəskin  şəkildə 



pisləyən  M.  Hadi  qeyd  edir  ki,  bu  dörd  ölkənin  az-çox  müstəqil 

olmasının  səbəbi,  əslində  bu  ölkələrə  başçılıq  edənlərin 




İslam  Qəribli 

 

 



206 

millətpərəst  və  ya  vətənsevər  olmalarından  deyil,  Avropa 

ölkələrinin  arasındakı  ziddiyət  və  rəqabətdən  asılıdır.  Bu  dörd 

ölkəni  öz  aralarında  təndürüst  bölmək  barədə  imperialist  dairələr 

qəti qərara gələ bilmədiklərindən, bu ölkələr hələ ki, müstəqilliyini 

qoruyub saxlaya bilmişlər. Əgər imperialist ölkələr arasında “Kim 

hansı ölkəyə sahib olacaq?” sualı barədə yekun razılaşma olsaydı, 

yəqin  ki,  bu  ölkələr  də  müstəmləkə  boyunduruğu  altında  əzilən 

digər müsəlman ölkələrinin günüdə olardılar. Müəllifin  qənatinə 

görə,  “bu  dörd  islam  hökmdarlığının  müstəqilanə  yaşaması 

Avropanın  mənafeyi-ticariyyə  və  iqtisadiyyəsi  səbəbindəndir, 

başqa bir şey  deyildir”(199,  N 3).

 

 

M. Hadi onu da qeyd etməyi lazım bilir ki, Avropa ölkələri 



müxtəlif bəhanələrlə bu ölkələrin “daxili işlərinə müdaxilədən və 

asayişi-ümumiyyəni  xələldar  etmədən  bir  dəqiqə  olsun  belə 

usanmırlar. Islah adı ilə məmaliki-islamiyyəni əfsad edirlər. Bu da 

dami-hiylə  və  dəsisəsədir  ki,  bunula  istər  islam,  istər  mamaliki-

islamı  seyd  və  şikar  etməyə  mədəniyyəti-səyyad  bidarları 

tərəfindən qurulmuşdur”(199,  N 3).  

 

Müəllif fikirlərinə davam edərək yazır ki, son zamanlarda 



avropalıların islam dininə və bu dörd islam ölkəlsinə bəslədikləri 

kin-küdurət  batindən  zahirə  çıxmaqdadır.  Bu  dörd  islam 

dövlətinin  müstəqilliyini  həzm  edə  bilmədiklərindən,  avropalılar 

artıq  sözdən  əmələ  keçməkdədirlər  və  “bunların  səbr  kasələri 

dolduğundandır ki, açıqdan-açığa bu fikirlərində tutduqlarını işləri 

ilə izhar edirlər”(199,  N 3). 

 

Avropa 


ölkələrinin 

Şərqə  yönəlik  işğalçılıq  və 

soyğunçuluq  siyasətini  Mərakeşin  timsalında  aydınlaşdıran 

müəllif  qeyd  edir  ki,  Şərq  ölkələrini  ram  etmək  üçün  Avropanın 

imperialist  dövlətləri  heç  nədən,  hətta  insanları  kütləvi  şəkildə 

qırmaqdan  belə  çəkinmirlər.  Fikrini  əsaslandırmaq  üçün  o  yazır: 

“Bu  sözümüzü  isbat  və  təsdiqə  Fransanın  Mərakeş  səhneyi-

tamaşasında oynadığı faciəli rollar bir bürhani-cəlidir. Fransa bura 

əvvəlcə  əsləhə  və  əczayi-məşğələ  göndərib  asayişi-ümumiyyəni 

xələldar eylədi. Sonra da qonşuluq, daha doğrusu istila bəhanəsilə 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



207 

əsgər  və  səfaini-hərbiyyə  göndərib  icra  qıldığı  vəhşəti-

mədəniyyətpəsəndanə  və  ümum  aləmi-islamı  dağidari-yəs  etdi. 

Kimsəsiz, zavallı müsəlmanlar!”(199,  N 3). 

 

Mərakeşin  düçar  olduğu  fəlakətin  səbəbini  Fransa  və 



İngiltərədə  görən  M.  Hadi  bildirir  ki,  Mərakeş  -    bu  müsəlman 

ölkəsi  xristian  ölkələri  olan  Fransa  və  Almaniya  arasında  gedən 

rəqabətin  qurbanı  oldu.  Çəkişmələr  onunla  nəticələndi  ki, 

“Almaniya  bir  para  əməl  və  məqsədlərinə  nail  olub  işin  içindən 

kənara çəkildi. Fransa dövləti isə yolu açıq, meydani xali görüb öz 

arzusuna  kamali-sühulət  ilə  müvəffəq  oldu...  Mərakeş  dövləti 

ticarət  və  rəqabət  meydanında  məğbun  və  düçari-xəsarət  oldu. 

Avropalıların  bərəkəti  sayəsində  bir  məqama  gəldi  ki,  onlardan 

iznsiz  heç  bir  işə  iqdam  etməyə  haqqı  yoxdur...Ümurati-

daxliyyəsindən  bir  əmrə  şüru  edəcəyi  təqdirdə  əcnəbilərdən 

müsaidə istənilir. Əcəba,bu da yaşayışmı?”(199.N 3).  

 

Zahirdə riyakarcasına müsəlman ölkələrinə, islam dinində 



olan insanlara məhəbbət bəslədiklərini iddia edən , əslində quduz 

canavar  kimi  bu  ölkə  və  xalqları  parçalamağa  hazır  olan  Qərbin 

istilaçılıq  siyasətinin  insanlıq  fəlsəfəsi  ilə  bir  yerə  sığmadığını 

bildirən  M.Hadi  başqa  müsəlman  ölkələrini  də  Mərakeşin  düçar 

olduğu fəlakətlərdən dərs almağa çağırır. Bir mütəfəkkir olaraq “o 

sadəcə  imperialist  dövlətlərin  artıq  bir  ölkədə  törətdikləri  qanlı 

faciələri təsvir etməklə kifayətlənmir, hadisələrin başqa ölkələrdə 

də  təkrarlana  biləcəyi  təhlükəsini  onların  nəzərinə  çatdırır”(11, 

235)  və  yazır:  “Hər  kəsin  gözləri  varsa,  görsün.  Öz  şüunati-

daxiliyyəyi-moizeyi-haliyəsinə  baxsın.  Əks  təqdirdə  Mərakeşin 

düçar olduğu bəla və müsibətə giriftar   olacağı   azadeyi-iştibah   

bir   həqiqətdir.  Nə acı həqiqət, nə böyük müsibət!”(199,  N 9). 

 

M. Hadi açıq şəkildə bidirir ki, Avropanın imperialist qüv-



vələrinin  qarşısına  real  bir  güc  çıxarılmayınca  vəziyyət  beləcə 

davam  edəcək  .  Akademik  Məmməd  Cəfərin  çox  haqlı  olaraq 

qeyd  etdiyi  kimi,  “Hadiyə  görə,  Şərq  xalqlarını  müdafiə  etmək, 

onları müasir mədəniyyət yollarına salmaq lazım idi ki, qəsbkarlıq 

seli qarşısında, ayaqlar altında qalıb payimal olmasınlar”(387, 4). 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə