Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə66/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   62   63   64   65   66   67   68   69   ...   147

İslam  Qəribli 

 

 



196 

 

 Ərzi-Nəcədən dəhəni-Mürtəza- 



 

 Sizləri alqıĢlayır, eylər səda: 

 

  Sövləti-Ģiranənizə mərhəba! 

 

 Nüsrət edir tiğinizi piĢva! 

 

 “ArĢ,irəli, arĢ, bizimdir fəlah, 

 

 ArĢ, igidlər, vətən imdadinə!”(228,  N 203). 

 

Dünyada  nə  var-dövlət,  nə  mal-mülk,  nə  də  rəyasət, 



mənsəb  əbədi  deyil və  “dəhrdə  ancaq  yaşayan  addır”.  Elə bir  ad 

ki,  rəhmətlə  anılsın  və  ləyaqətlə  qazanılsın.  Ləyaqəti  olmayanın 

aqibəti, aqibəti və imanı olmayanın axirəti olmaz və bunların hər 

biri  şəxsi  mənafe  ilə  deyil,  ictimai  münasibətlərlə  bağlıdır. 

Söylənilənləri  qazanmaq  üçün    şairn  nişan  verdiyi  yol  isə  çox 

doğru olaraq budur: 

 

 Kəsbi-ləyaqət üçün ülviyyətə- 



 

 Olmalı qurban rəhi-hürriyyətə, 

 

 Fəthü zəfər bağlıddurur qeyrətə, 

 

 

 Qeyrətə, mərdanəliyə, himmətə(228,  N 203).

     


 

 “Təsviri-məhəbbət,  yaxud  vərəqi-eşqü  mədəvvət”  şeiri( 

229,  N  204)  şairin  ilk  baxışda  məhəbbət  lirikasına  daxil  olan 

əsərlərindən biri təsirini bağışlasa da, əslində burada məhəbbətin 

şairdə  oyatdığı  hisslərlə  ictimai  düşüncələrin  vəhdətinin  şahidi 

oluruq.  “Böyük  Azərbaycan  şairi  Məhəmməd  Füzulinin  (1494-

1556)  “Mən  aşiqəm,  həmişə  sözüm  aşiqanədir”  misrasının  təsiri 

ilə  yazılmış”(379,  442.  İzahların  müəllifi  Əziz  Mirəhmədovdur) 

şeirin qəzet variantı ilə “Firdovsi-ilhamat”dakı mətn arasında(377, 

188-190)  cüzi  fərqlər  vardır(379,  442)  və  əsər  sonrakı  nəşrlərə 

kitab variantı əsasında daxil edilmişdir.  

 

Şair bildirir ki, ürəyim eşqin cəhənnəmi (könlüm cəhimi-



eşq),  dilim  bu  cəhənnəm  atəşindən  şölənənən  alov  dilinə 

bənzədiyindəndir ki, şeirim alov, od olub qəlbləri yaxar, yandırar. 

Aşiq olduğumdan nəğmələrim də aşiqanədir və : 

 

 



Övraqi-fikirimə yazılan min-min ayələr- 

 

 Ayəti-eĢqdir, gözəlim, hadiyanədir. 

 

 ...Ümmidlər kimi güli-Ģeirim gülür mənə, 

 

 Eylər təranə, təbim o dəm bülbülanədir(229,  N 204). 


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



197 

 

Bir  qədər  sonra  vəziyyət  dəyişir.  Lətafəti  şairin  təbi  kimi 



“pək  nazikanə”  olan  məşuqla    “məftunuyam  onun,  o  camali-

həqiqətin”,-  deyən  aşiqin  istəkləri  arasında  üst-üstə  düşməyən 

məqamlar var. “Mən istərəm də, istəməz mənimlə ülfət o” və bu 

məqamda  aşiq  onun  eşqini  ürəyindən  silmək  istəsə  də,    bu 

mümkün deyil. Çünki: 

 

 Mən istərəm çıxarmağa könlümdən eĢqini, 



 

 Qılmaz itaət əmrimə pək amiranədir(229,  N 204). 

 

Sonrakı  beytlərdə  şair  elan  edir  ki,  eşqimə  sadiqəm, 



məhəbbətə  könül  verdiyimdəndir  ki,  “aləmdə  sözlərim  hübbül-

bəşər  təranəsidir”  və  məhəbbətə  şəxsi  yox,  ümumbəşəri  bir 

məfhum 

kimi 


baxdığımdan: 

“Əfkarıma 

baxılsa 

bəşərpərvəranədir”.  Şairi  düşündürən  başqa  bir  cəhət  meydana 

çıxır. Məhəbbət, eşq bəşəriyyət üçün xilas yolu olduğu halda: 

 

 EĢqü məhəbbəti niyə təhqir edir bəĢər? 



 

Ikinci misrada şair cavabı elan edir: 

 

 Xislətləri bütün-bütünə düĢmənanədir! 



 

Sonrakı misralarda oxuyuruq: 

 

 Bilməm vəfadan nə fənalıq görüb bəĢər? 



 

 Yox sidqdən əsər, əməli xainanədir. 

 

Bəşərdə  bu  ikiliyi  görən  şair  dünyaya  gəlişinə  peşmanlıq 



duyurmuş kimi şeiri bu misralarla  tamamlayır: 

 

 Məhdi-vücuda düĢdüyümə nadim olmuĢam, 



 

 Bu səhvə söylərəm:  - Qələti-alihanədir. 

 

 Seyr eylədim həqiqəti, gördüm xəyal imiĢ, 

 

 Əlfazi-aləmi oxudum, biməal imiĢ(379,  113). 

Akademik, böyük ustad Bəxtiyar Vahabzadə qeyd edir ki, 

“Hadi poeziyasının böyüklüyü orasındadır ki, onun dayaz, fikirsiz, 

məzmunsuz,  yalnız sənət  naminə  deyilmiş bir  dənə  də  olsun  boş 

misrasına rast gəlmək olmaz. Onun hər şeirində xalqın bir dərdi, 

bir  arzusu  qələmə  alınmışdır”(439,  41).  Lirikasının  dəyərli 

nümunələrindən  olan  “Mən  bir  kitabəm”  şeiri  də  şairin  məhz  bu 

qəbildən  olan  əsərlərindəndir.  Bu  şeir  ədibin  dünya  və  kaintdakı 

biri  digərindən  törəyən  hadisələr  barəsində  düşüncələri  olmaqla 



İslam  Qəribli 

 

 



198 

yanaşı, həm də birbaşa oxucu ilə həsb-halı, xitabıdır(230,  N 205). 

Mətnində  dəyişiklik  olunmadan  kitablarında  da  çap  olunan(377, 

182-184; 379, 114-115) 24 beytlik qəsidə formalı əsərində özünün 

bir kitab və hər vərəqinin də min kitab olduğunu bildirən müəllifin 

bu fikri böyük M. Füzulinin “O dərdlər ki, mənim vardır...” sözləri 

ilə  başlanan  məşhur  qəzəlini  yada  salır.  Şairin  “hər  vərəqim  min 

kitabdır”  qənaətiə  gəlməsi  nə  özündən  müştəbehlik,  nə  də  gəlişi 

gözəl  sözlər  kimi  başa  düşülməməlidir.  Araşdırdığımız  əsərləri 

tam şəkildə sübut edir ki, M.Hadi üçün şəxsi həyat və səadət bir o 

qədər də önəmli olmamış, onu millətin, geniş mənada bəşəriyyətin 

taleyi  düşündürdüyündən,  dünyadakı  qlobal  hadisələr  zaman- 

zaman  yaradıcılığının  əsas,  aparıcı  xəttini  təşkil  etmişdir  ki,  bu 

əsər də, məhz həmin ideyanın məhsulu kimi ortaya çıxmışdır.  

Ömür  yolu  kimi  yaradıcılıq  yolu  da  təlatümlü  olan,  nə 

şəxsi,  nə  də  ədəbi  həyatında  xırdalıqlara,  cılız  hisslərə  yer 

olamayan, “Qılsın mütaliə məni ərbai-inqilab”, - deyə oxucusuna 

müraciət edən sənətkar bildirir ki, “onun vətənində cəhalət gecəsi 

hökm sürür, ölkə əsarət altındadır”(11, 117) və zülmün qılıncı ilə 

yaralanmış  aləmləri,  cəhalətin  odu  ilə  xarabazara  dönmüş  vətəni 

yalnız  hürriyyət  ilə  abad  etmək  olar.  O  hürriyətlə  ki,  o  aldadıcı, 

beş  günlük  yox,  əbədi  olsun.  Dünya  nemətlərindən  istifadə  edə-

edə qafil olaraq hadisələrdən baş çıxarmağı bacarmayanlara: 

 

 Tihi-xəyal içində Ģitaban olan səfil! 



 

 Yortma, o parlayan su degildir, sərabdır, –  

deyə  müraciət  edən,  “zülmətpəsəndlərin  yeri  cəhənnəm,  işıqlı 

düşüncə  sahiblərinin  yeri  behiştdir”  fikrində  olan  mütəfəkkiriə 

görə: 

 

 Elm əhlidir cahanda səzavari-iltifat, 



 

 Cahil həmiĢə məzhəri-qəhrü itabdır. 

 

Başqa  əsərlərində  olduğu  kimi  bu  şeirində  də  şair 



inqilablar  əsri  olan  XX  əsrin  əvvəllərində  qeyri-millətlərin  öz 

hüququları  uğrundə  mübarizə  aparmalarına  üstüörtülü  işarə  edir 

və  öz millətinin hələ  də  “atılan toplardan diksinmədiyni” (M.  Ə. 

Sabir) ürək ağrısı ilə dilə gətirərək  yazır: 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə