Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə74/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   70   71   72   73   74   75   76   77   ...   147

İslam  Qəribli 

 

 



220 

 

 



       M. Hadinin “Firdovsi-ilhamat” kitabının titul səhifəsi 


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



221 

 

 

tasadüfdür,  yoxsa  təsadüfən  daha  qəddar,  daha  qəhhar  olan 

bəşərmidir?,-  suallarına  aydın  cavab  ala  bilməyən  müəllif 

dostunun  məsləhəti  ilə  qərara  alır  ki,  xidməti  vəzifəsini  yerinə 

yetirdikdən  sonra,  saat  beşdə  o  bədbəxt  qadınla  görüşüb  rubəru, 

üzbəüz  söhbət  etsin,  məsələnin  mahiyyətini,  işin  nə  yerdə  

olduğunu öyrənsin. 

Saat  on  ikidə  idarəyə,  işə  gələn  müəllif    “övrətin  taleyi 

kimi siyəhrəng, könlü kimi qəlbişikəstə qələmini ələ alıb vəzifəsi 

ilə  məşğul  olsa”da,  “qələmin  ucundan  təşərröh  edən  qaralar 

övrətin  əyyami-siyəhfamını  gözləri  qarşısına  gətirdiyindən”  “stol 

üstündə  yığın-yığın  duraraq”  ona  müntəzir  olan  işləri  ilə  əməlli-

başlı məşğul ola bilmir və aşağıdakı fikirlər onu düşüncələrə qərq 

edir: 

-

 



Ədalət, o mizani-səadət nə vaxt qurulacaq? 

-

 



Müsavat, o qanuni-insaniyyət nə zaman icra olunacaq? 

-

 



Hürriyyət,  o  yari-əfsunkar  nə  gündə  ərzi-camal 

edəcək? 


-

 

Mürrüvət, 



feyzi-cahanpira 

hansı  əyyamda 

sayəəndazi-aləmi-bəşəriyyət  olacaq? 

-

 

Məhəbbət,  o  nuri-məalipərvər  nə  dəmdə  şəşəəpaşi-



afaq olacaqdır? 

Bu  düşüncələrlə işini birtəhər  bitirməyə səy  edən  müəllif 

yaşadığı “İslamiyyə” mehmanxanasına gəlib nahar etdikdən və bir 

qədər  dincəldikdən  sonra  qadınla  görüşüb  onun  düşdüyü 

vəziyyətlə tanış olmaq üçün dostunun mənzilinə  yollanır. “Xatun 

hüzurə daxil olduqdan sonra” araya bir sükunət çökür və bir neçə 

saniyə sürən sükutdan sonra müəllif qadından xahiş edir ki, “sizə 

üz  vermiş  fəlakətin  səbəbini  olduğu  kimi  söyləyin  və  mən  də 

əhvalınızı  olduğu  kimi  yazıb  qövlən  qeyrətdən,  himmətdən, 

mürüvvətdən, namusdan, fəzaili-insaniyyədən boş-boş dəm vuran 

müsəlmanların  nəzərgahi-ibrətinə  vəz  etməkdən  çəkinməyəcəm. 

O qələm isə, onu da sizin haqqınızda oynatmağı müzayiqə etməyəcəyik. 




İslam  Qəribli 

 

 



222 

Deyərik,  çağırarıq,  bağırarıq,  səda  verən  olmazmı?  Bu  yanıqlı 

fəryadlardan əsərlənmiş bir qəlb tapılmazmı?”(220,  N 179). 

Müəllifin bu suallarından təsirlənmiş “bu heykəli-səfalət 

ehtizalı,  titrək  və  kəsik  səslə...  sərgüzəşti-bədbəxtanəsini  nəql 

edir”  və  aydın  olur  ki,  əslən  şirvanlı  olan  bu  qadının  adı 

Mişkibikə,  atasının  adı  Rəhimxandır.  Şamaxıda    tanınmış  bir 

“familiyaya  mənsub”  olan  bu  xanım  “sahibsizliyin  nəticeyi-

məşumanəsindən naşi iki il bundan qabaq xasiyyəti, təbiəti, ətvari-

mişvari” ona büsbütün məlum olmayan bir adama ərə verilmiş və 

altı  ay  onunla  bərabər  yaşamışdır.  Qadının  sözlərinə  görə  bu 

yaşamaq deyil, “cəhənnəm içində həyatla cəngləşmək” imiş. Bəs 

bunun  səbəbi  nə  idi?  M.  Hadi  qadının  dili  ilə  səbəbi  oxuculara 

aşağıdakı  kimi  təqdim  edir:  “İxtiyarı  əlimdə  olmayan  könlümün 

ərimə  qarşı  olan  məhəbbətsizliyi...  Könül  bir  şeydir  ki,  zülm  və 

sitəmlə  ələ  gətirilməz.  Güclə  məhəbbət  olmadığı  kimi, 

məhəbbətsiz yaşamaq da mümkün deyildir”(220, N 180). 

“Bu  əzabdan,  əzabi-iztirabdan  xilas  ola  bilmək  üçün” 

Şamaxının hazırda vəfat etmiş qazısına müraciət etsə də, qazıdan: 

“Güclə  boşanmaq  olmaz,  madam  ki,  ərin  boşamayır,  şər  fəsxi-

nikahə  hökm  edə  bilməz.  Sənin  ixtiyarın  kişinin  əlinə 

verilmişdir”(220, N 180), - cavabını alan qadın ərinin hədələrinə 

dözməyərək  “səkkiz  baş  səfalət  qurbanları  ilə  Şamaxını  tərk 

etmiş”,  doqquz  ay  Ağabəyli  kəndində  yaşamış,  daha  sonra 

Sağırlıya  gedərək beş həftə  də orada  güzəran  keçirmişlər. Qadın 

məlumatı  bu  sözlərlə  tamamlayır:  “Şəhər-şəhər,  qəryə-qəryə 

dolaşmaqdan  məqsədimiz  isə  bu  adamın,  ərimin  əlindən  xilas 

olmaq istəyidir, bu dərdə bir çarə axtarırıq. Fəqət heyhat!”(220,  N  

180). 

Bu  “ədalətsizlik  və  bərabərsizliyin  hökm  sürdüyü, 



azadlıqdan  əsər-əlamət  olmadığı  bir  dövrün”(11,    91)  ürək 

parçalayan hadisəsini Qafqaz Ruhani İdarəsinin və Şamaxı Şəriət 

Məhkəməsinin nəzərinə çatdıran müəllif islamiyyət adından tələb 

edir ki, bu işə əncam çəksinlər. Xüsusən “iş başına əyləşən gündən 

ədalət, müsavat və hüquqi-insaniyyəni nəzərdə tutan” Şamaxının 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



223 

təzə  qazısı  Mustafa  əfəndidən  rica  edir  ki,  “qazılığa  bir 

məmuriyyə  nəzəri  ilə  deyil,  xadimi-ədalət  ilə  nəzəri  baxsın”,  bu 

biçarə ailənin əzablardan qurtarması üçün yardımçı olsun. Müəllif 

eyni  zamanda  Şirvanın  imkanlı  adamlarının  da  yadına  salır  ki, 

maddı imkanlarını bu çarəsizlərdən əsirgəməsinlər. 

Qısaca  şərhini  verdiyimiz  məqalənin  ümumi  ruhundan 

aydınlaşan  budur  ki,  ədalət,  hürriyyət,  bərabərlik  olmayan  yerdə 

qanunsuzluğun  baş  alıb  getməsi  adi  hal  olsa  da,  buna  qarşı 

vətənini,  millətini,  dinini  sevən  hər  bir  şəxs  imkanları  daxilində 

mübarizə aparmalı, millət və din adına ləkə gətirən işlər mümkün 

qədər minimuma endirilməlidir. 

Bir  mütəfəkkir  olaraq  vətənin,  millətin  xoşbəxtliyindən 

bəhs etməkdən  yorulmayan,   bu saf,  pak və müqəddəs arzusuna 

çatmaq  üçün  yollar  axtaran  M.  Hadi  ictimai  bəlaların, 

ədalətsizliyin  başlıca  səbəbini  ən  çox  maarifsizlikdə,  cəmiyyəti 

ağuşuna  almış  cəhalətdə  gördüyündən,  cəhalətpərəstliyi  kəskin 

şəkildə  tənqid  etməklə  bərabər,  elmə,  maarifə  təqribedici  əsərlər 

də  yazır,  insan  və  cəmiyyət  həyatında  maarif  və  elmnin  rolunu 

göstərmək  üçün  Qurandan,  hədislərdən  sitatlar  gətirir,  tarixdə 

olmuş bir çox hadisələrin günün bir çox həlli vacib olan məsələləri 

ilə  səsləşdiyini  nəzərə  alaraq  onları  oxucuların  nəzərinə  çatdırır, 

bu  günkü  acınacaqlı  hallarına  baxıb  tarixdən  ibrət  almağa 

çağırırdı.  “Elm  insana  paxlava  yedirir”  məqaləsi  də  bu  qəbildən 

olan  əxlaqi-tərbiyəvi  və  dərin  mündəricəli  əsərləndəndir(223,  N 

183).  Abbasi  xəlifələrindən  olan  Harun  ər-Rəşidin  zamanında 

olmuş  bir  görk  götürüləsi  hadisəni  zəmanəsinin  halına 

uyğunlaşdıraraq  oxuculara  təqdim  edən  müəllif  yazır  ki,  islam 

aləminin  ən  böyük  üləmalarımdan  olan  Sabitoğlu  Neman  

başmaqçılıqla məşğul olub özünü və qoca anasını dolandıran Əbu 

Yusif adlı bir uşaqdakı fərasət və istedadı görərək onu oxumağa, 

yanında təhsil almağa dəvət edir və bildirir ki, təhsil aldığı müd-

dətdə  onun  və  ailəsinin  yaşayışı  üçün  lazım  olan  bütün  xərcləri 

ödəyəcəkdir.  “Künyəsi  əbu  Hənifə  olub  İmam  Əzəm  ləqəbi  ilə 

şöhrətyabi-cahan olan” Nemanın bu alicənab təklifini qəbul edən 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə