Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə75/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   71   72   73   74   75   76   77   78   ...   147

İslam  Qəribli 

 

 



224 

gənc onun tələbələri sırasına qoşulur və az br müddətdə ustadının 

etimadını doğruldur.  

Bir  gün  Nemanın  mədrəsəsində  “Ümmül-sənaye” 

bulunan elmlə məşğul olan bu adamın anası ilə müəllim arasında 

bir söhbət olur və alim ananı xatircəm edir ki, darıxmağa dəyməz, 

sizin  bütün  ehtiyaclarınız  ödənəcəkdir.  Sonra  da  əlavə  edir  ki:  

“Ana,  övladının,  o  sevgili  balanın  oxumağına  darıxma.  Elm  elə 

fəzilətli, məziyyətli bir şeydir ki, sabah oğluna badamlı şəkərləmə 

yedirər.  Öylə  isə  övladının  təhsili-fəzail  etməsinə  mane 

olma”(223,  N 183). 

Ustadın  “təlim  və  tərbiyəsi  sayəsində  təhslinini  tamam 

edib vaxtının ən fazil bir alimi olan” Əbu Yusif aldığı təhsil, ağıl 

və  istedadın  nəticəsi  olaraq  xəlifə  Harun  ər-Rəşidin  sarayında 

yüksək  vəzifə  sahibi  olur  və  hökmdarın  ən  yaxın  adamları 

cərgəsinə  keçir.  Xəlifəyə  o  qədər  yaxın  olur  ki,  “hətta  əksər 

gecələri xəlifə ilə təam edir, müsahibə və mübahisədə  olur”(223, 

N 183). 


Daha  sonra  məqalədə  oxuyuruq:  “Adəti  üzərinə  bir  gecə 

bir  ziyafəti-şahanədə  olduğu  halda  xəlifə  Əbu  Yusifə  qaşıqla  bir 

şey  uzadır.  Əbu  Yusif  ağzına  aldıqda  xəlifəyə  xitabən:  -  Nə 

ləzzətli bir şey, əcəba nədən bişmiş?, - deyib sual edər. 

Xəlifə: - Nə olacaq? Badamla yoğrulmuş şəkər. 

Əbu Yusif heyrətlə Haruna baxır: 

-

 

Səhihmi? 



Xəlifə: - Bəli, səhih! 

Əbu  Yusif  bir  təşəkkür  dili  ilə:  -  Sədəq  ustad  na  Əbu 

Hənifə!, - cümləsini söyləyir”(223,  N 183). 

Xəlifə bu müəmmanın mənasını öyrənmək istədikdə, Əbu 

Yusif neçə il bundan qabaq  ustadı ilə arasında olan söhbəti məclis 

əhlinin  nəzərinə  çatdırır  və  “bu  sözü  eşidən  hazıri-məclis  Əbu 

Hənifənin ruhuna rəhmətxan oldular” (223,  N 183). 

Göründüyü  kimi,  məqalədə  üç  məqam  qabardılmışdır. 

Birincisi,  istedadı,  təhsilə  marağı    olanlara  himayədarlıq 

edilməlidir,  necə  ki,  Əbu  Hənifə  bunu  etdi.  İkincisi,  göstərilən 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



225 

etimadı doğrultmaq lazımdır, necə ki, Əbu Yisif etimadı doğruldu. 

Üçüncüsü, elm, təhsil hər bir şəxsə səmərə verər və Əbu Yusifin 

timsalında biz bunu gördük. 

“Elmin,  maarifin  yayılmasını  insanların  həyatının  daha 

yaxşı qurulması üçün ciddi amil hesab edən”(11,  214) M. Hadi 

oxucularını  bu  ibrətamiz  hadisə  barədə  dərin-dərin  düşünməyə 

çağırır və yazır: “Baxın, elm insana şəkərləmə yedirər. Cəhalətin 

yedirəcəyi  isə  zəhrimar  və  fəlakətdir.  Biz  də  rəqabət,  müsabiqət 

şəkərləməsini  yemək  istərsək,  mütləqa  oxumalı,  fürsətdən 

istifadəyə çalışmalıyıq”(223,  N 183).  

M.  Hadi  irsinin  kamil  bilicilərindən  olan  akademik  Əziz 

Mirəhmədovun  məlum  tədqiqatında  oxuyuruq:  “Hələ  uşaq  ikən 

Hadidə  böyüklərə  xas  olan  sifətlər  var  imiş.  Çox  atılıb  düşməyi, 

çığır-bağırı,  şıltaqlığı  sevməzmiş.  Üsullu,  lakin  xeyli  inadkar  bir 

uşaq  imiş.  Yaşıdları,  dərs  yoldaşları  “qapaz-qapaz”,  “durna-

durna”  oynadığı  vaxtlarda  o,  sakit    bir  küncə  çəkilib,  saatlarca 

kitab oxuyarmış”(401, 10). M. Hadinin həyatı, məişəti və düşüncə 

tərzi  ilə  bağlı  olan  bu  fikrin  nə  qədər  sərrast  və  inandırıcı 

olduğunu isbat  etmək üçün böyük mütəfəkkirin  səmimi hisslərlə 

qələmə alınmış bir əsərini nəzərdən keçirmək kifayətdir ki, bu əsər 

“Dəftəri-həyatımdan 

bir 

vərəq, 


yaxud 

xatirati-səbavət” 

adlanır(225,  N  200).  M.  Hadinin  yeniyetməlik  illəri  barədə  ən 

dolğun  məlumatların  verildiyi  bu  məqalədən  öyrənirik  ki,  hələ 

uşaqlıq  illərindən  tay-tuşlarından  fərqli  olaraq  o,  əyləncə  və 

oyunlara biganə olmasa da, onlardan o qədər də xoşlanmaz, kiçik 

yaşlarından “hekayət və əşar kitabları oxumağa” daha çox meyil 

göstərərmiş.  Gələcək  ədibin  xatirini  əyləndirən,  uşaq  zövqünə 

uyğun  olan  bir  şey  var  imişsə,  o  da  kitab  oxumaq  imiş.  Bu  da 

səbəbsiz  deyilmiş  ki,  həmin  səbəbi  M.  Hadi  bir  cümlə  ilə  belə 

ifadə edir: “Ta kiçikliyimdən bəri başımda böyük bir ədib olmaq 

sevdası”(225,  N 200). 

Gələcəkdə  həqiqətən  də  böyük  ədib  olan  M.  Hadi  qeyd 

edir  ki,  anam  “tanış-bilişlərindən,  əhibba  və  əqrəbadən  birinin 

ziyafətinə dəvət olunduğu zaman” mən  də zor-xoş  onunla  gedər, 



İslam  Qəribli 

 

 



226 

“mütaliəyə  olan  kəsrəti-eşqimdən  dolayı  hansı  ziyafətgahda 

bulunsaydım  gözlərimi  rəfə,  şkafa  ətf  edər,  durardım.  Şayəd 

gözümə  bir  kitab  yığıntısı  ilişsəydi,  dərhal  oraya  qoşar,  alt-üst 

edərdim. Zövqümə müvafiq bir kitab bulmağa müvəffəq olursam, 

artıq dünyalar mənim olmuş  kimi son dərəcə məmnun olurdum. 

Kitabı  bulduğum  kimi  bir  güşeyi-tənhaiyəyə  çəkilib  oxumağa 

başlardım...  Movcibi-maraq  orası  idi  ki,  keyfimə  gələn  bir  kitab 

əlimə  düşdümü,  sahibi-xanənin  gözünü  oğurlamağa  qeyrət  edər, 

fürsət bulduğum kimi dər cib edərdim”(225,  N 200).  

Məqaləni  sadəcə  müəllifin  yeniyetməlik  dövrü  ilə  bağlı 

xatirəsi  adlandırmaq  doğru  olmaz.  Əsərdə  bir  neçə  mühüm 

məsələyə  aydınlıq  gətirilmişdir  ki,  bunlardan  biri  müsəlman 

aləmini, xüsusi ilə əhalinin orta və aşağı təbəqəsini ağuşuna almış 

cəhalət  və  nadanlıqdır.  Bir  qonaqlıqda  ikən  fürsət  tapıb  xəlvətcə 

aradan  çıxara  bildiyi  bir  kitabı  evlərində  hansı  şəraitdə  oxuduğu 

barədə  məlumat  verən  müəllif  düşünməkdən  çox  “yatmaq  da 

ibadətdəndir”,- deyə “cəhalət bəstərində” mürgü vuran həmdin və 

həmvətənləri  barədə  yazır:  “Müsəlmanlar  ayıqlıqdan  ziyadə 

uyğuya aşiqdirlər. Oturub nə yapacaqlar? Zövc cahil, zövcə cahilə. 

Hər  ikisi  dilli,  fəqət  dilsiz.  Əfradi-ailə  bütün  tərbiyəsiz. 

Ədəbiyyatdanmı danışacaqlar, siyasətdəınmi qonuşacaqlar? Tərzi-

məişətdən,  yaxud  sənayeyi-nəfisədənmi  mübahisə  edəcəklər? 

İdareyi-beytiyyə,  tərbiyeyi-ətfaldanmı  dəm  vuracaqlar?  Heyhat!.. 

Söhbətləri  bir  xürafat,  həp  ləğləğiyyat  olmayacaqmı?”(225,    N 

200). Belə səmərəsiz, məslək və məramsız diriliyin ölümdən daha 

betər  olması  fikrində  olan,  “mənasız  yaşamaqdan  isə  mənalı 

ölmək gözəl deyilmi?”,- deyən müəllif oxuduğu qəribə məzmunlu 

bir  kitab  haqqında  məlumat  verdikdən  sonra  digər  bir  məsələ 

ortaya  çıxır.  Anlaşılır  ki,  səyyahlardan  birinin  “bazar,  dükan, 

mağazaların  qapısı  güşad,  əmtəə,  əqmişə  yerli-yerində”,  fəqət 

əhalisi hərəkətsiz,  “heykəli-biruh” olan  bir şəhər haqqında  kitabı 

M.  Hadinin  əlinə  keçmişdir.  Elə  bir  şəhər  ki,  oradakı  adamların 

“gözləri  vardı  görmüyor,  qulaqları  vardı  dinləməkdən  məhrum, 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə