Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə73/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   69   70   71   72   73   74   75   76   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



217 

mümkünsüz olduğunu dərk edəndən sonra o başa düşdü ki, “bütün 

cismlər,  üzvlər,  maddələr  münheysəzzahir  müvəqqəti  yaşayır. 

Hərçənd  ki,  kainatda  heç  bir  mövcud  qabili-ədəm  deyildir...  Nə 

qədər ki, cism mövcuddur, əziyyətdən xilas mümkünsüzdür”(211,  

N  101).  Suddharthın  uzun  axtarış  və  götür-qoyları  onda  belə  bir 

əqidənin  yaranmasına  səbəb  olur  ki,    “bəşəriyyətin  səadət  və 

rifahını  nəfsin  pis,  yaramaz  arzularından  imtina  etməkdə, 

bunlardan azad olmaqda axtarmaq lazımıdr”(11, 227).  

 

Bir  tədqiqatda  yazılan:  “Ümumiyyətlə  Buddanın  təliminə 



görə  həyat  iztirabdır...  Yaşamaq  cəhdindən,  həzz,  hakimiyyət  və 

əbədi  həyat  arzularından  törəyən  bu  iztirablardan  xilas  olmağın 

yeganə  yolu  həddi-hüdudu  olamyan  bu  cəhdlər  və  arzularadan 

imtina etmək, fani dünyadan əl üzməkdir”(401, 51) fikrinin əksinə 

olaraq, bu dinin təməlində dörd həqiqət durur ki, bunların hər biri 

bəşəriyyətin  ümumi  mənafeyinə  xidmət  edir  və  bunların  da  ən 

başlıcası  məhəbbət  və  hürriyyətdir.  M.  Hadinin  fikrincə,  

“məhəbbət  məzaya  və  fəzailin  anasıdır.  Şu  insan  ki,  öz  arizuyi-

şəhvətpərəstanə və mənafeyi-zatiyyəsini  məhəbbəti-ümumiyyəyə 

fəda edir, şübhəsizdir ki, cəhalət və tərbiyəsizlik zatiyyəsini qırıb 

hürr  və  sərbəst  olur.  Bu  məhəbbət  vasitəsilə  özünü  həm  əzabi-

vicdaniyyədən  və  həm  də  ölülükdən  xilas  etmiş  olur”(211,  N  

102). 

 

Müəllif  Buddizim  dininin  mahiyyəti  barədə  məlumat 



verərkən  bildirir  ki,  bu  dinə,  Buddanın  təliminə  görə  qarşıya 

qoyulan  vəzifəni  icra  etmək  on  maddəyə  bağlıdır  ki,  bunlar  da 

aşağıdakılardan  ibarətdir:  kimsəni  qətl  etmə,  insan  həyatını 

söndürmə,  oğurluq  etmə,  təmizliyiə  diqqət  et,  sədaqətli  ol, 

ümumi asyiĢi pozan əməllərdən çəkin, and içmə, yaxĢı sözlər 

danıĢ, əks surətdə dilini saxla, tamahkar olma və baĢqalarının 

xoĢbəxtliyini gördükcə Ģad ol, qəlbini pislikdən saxla, kimsəyə 

ədavət bəsləmə və düĢməninə belə mərhəmət göstər, məsləksiz 

olma və həqiqəti arayıb tapmağa səy et. 

Göründüyü kimi, bu on şərtin hər biri bəşər tarixinin bütün dövr-

ləri  üçün  gərəkli  və  heç  zaman  köhnəlməyən  şərtlərdir  ki,  məhz 



İslam  Qəribli 

 

 



218 

bunlar bu təlimin intişarına, Suddharthın ətrafına çoxlu müridlərin 

toplaşmasına və bir din olaraq günümüzə qədər yaşamasına səbəb 

olmuşdur. 

 

Doxsan  illik  ömrünün  “iyirmi  sənəsı  müstəsna  olduğu 



təqdirdə”  yetmiş  il  həqiqət  axtarıcılığı  yolunda  keçən  və  bütün 

yaranmışlar  kimi  labüd  ölümə  məhkum  olan  Budda  bu  fani 

dünyadan əbədiyyətə köçərkən şagirdlərinə belə bir vəsiyyət edir: 

“Sevgili  övladlarım!  Necə  ki,  sizə  tövsiyə  etmişdim,  elə  də 

yaşayın. Tövsiyələrimi xətti-hərəkət ittixaz edib o dairədə dolanın. 

Dami- ovhamdan  özünüzü xilas  etməyə  çalışınız.  Bilin  ki,  bütün 

cismlər məhkumi-fənadır, fəqət həqiqət fani deyil, baqi və müəbbəddir. 

Hürriyyətinizi həqiqətdə arasanız, taparsınız”(211,  102).

 

 

Yuxardakı  qeydlərimizdən  aydınlaşdığı  kimi,  M.  Hadi 



Buddanın  yaşam  tərzinə  və  yaradıcısı  olduğu  dinin  şərhinə 

təsadüfən  müraciət  etməmiş,  buddizmdə  insan  və  bəşər  taleyi 

üçün  gərəkli  məqamlar  gördüyündən  Budda  və  onun  təlimi  ilə 

Azərbaycan oxucusunu tanış etmişdir. 



 

“Ah, kimsəsiz vətən!” şeirinin əvəlinə bir növ müqəddimə 

kimi  verilmiş  “Şamaxıdan”  adlı  yazıda(215,  N  161)  M.  Hadi 

tarixən abad olan Şamaxının indi fəna bir vəziyyətdə olmasından 

ürək  ağrısı  ilə  söz  açır.  Yazının  əvvəlində  müəllif  qeyd  edir  ki, 

“Şamaxıya daxil olduğum gündən bəri özümü şəhər deyil, adətən 

bir  məzarstanda  hiss  eləyirəm.  Fikrim  hərəkətdən,  hissim 

fəaliyyətdən,  təbim  qüdrətdən,  əlahasil,  bütün  məlakəti-

mənəviyyəm ifayi-vəzifədən qalmışıdr”(215, N 161).  Buna səbəb 

isə,  müəllifin  “dirilər  qəbiristanı”,-  deyə  təsvir  etdiyi  şəhərin 

büsbütün   inkişafından,   tərəqqidən ayrı düşməsi,  şəhər evlərinin 

zəlzələdən  xarabaya  çevrildiyi  kimi,  əhalinin  də  qəlblərinin 

“zəlzəliyi-xanimansuzi-cəhalətədən  xarab  və  bərbad”  olması 

olmuşdur.  “Asari-mədəniyyətin  naqili-yeganəsi  olan  dəmir 

yolu”nun,  elektrikin  yoxluğu,  ədəbi,  mədəni  mühitdəki  süstlük 

şəhərdə  çox  acınacaqlı  vəziyyət  yaratmış,  “Yədi-qüdrətin 

insanlara  ehsan  etdiyi  nuri-əql  və  idrakları  sayiqeyi-cəhl  və 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



219 

qəflətlə  elə  paslanmışdır  ki,  o  ayineyi-səadətnüma  istiqbalı 

göstərmək istedadından məhrum qalmışdır”(215, N 161). Bu 

müqəddimədən  sonra  gələn  “Ah,  kimsəsiz  vətən!”  şeirində  isə 

Şamaxını əvvəlki dəbdəbəsindən salan bir çox başqa xüsusiyyətlər 

də göstərilmişdir ki, şairin poetik əsərlərini təhlil edərkən bunlara 

münasibət bldirdiyimizdən, burada əlavə şərhə lüzum görmədik. 

M.  Hadi  pulisistikasının  ən  dəyərli  nümunələrindən  biri 

“Həyati-səfilə, yaxud bəxtsiz bir ailə” məqalə-hekayəsidir(220, N 

175,177,179,180).  XX  əsrin  əvvəllərində,  dünyanın  biri  digərini 

əvəz  edən  təlatümlü  hadisələr  burulğanında  çalxalandığı  bir 

zamanda  əsrarəngiz, tarixi nağıllara bələnmiş Şərqin Azərbaycan 

adlanan  məməkətində  insan  haqlarının  tapdanmasının  gündəlik 

həyat  normasına  çevrildiyni  vətəndaş  qeyrəti  ilə  qələmə  alıb 

mətbuat  səhifələrinə  çıxaran,  ictimaiyyəti  bu  cür  tükürpərdici 

hadisələrdən  ibrət  dərsi  almağa  çağıran  M.  Hadi  bir  ailənin 

timsalında  Azərbaycan  mühitinə xas olan ümumi  bir  bəlanı şərh 

və bu bəlanın köklərini açıb göstərməyə cəhd etmişdir. 

Sadə, anlaşıqlı bir dilə, çox aydın sintaksisə malik olan və 

şəxsi təəssürat əsasında yazılmış bu əsərin əvvəlində müəllif qeyd 

edir  ki,  Əbdüləli  adlı  bir  dostu  vacib  bir  işdən  ötrü  onunla 

görüşmək istəmiş və görüş baş tutandan sonra o, yəni Əbdüləli M. 

Hadini  “islam  övrətlərinin  bəxti  kimi  qara,  çəkdikləri  cövri-cəfa 

qədər  tükənməz”  olan  bir  əhvalatla  tanış  etmiş  və  bu  xüsusda 

qəzetdə  işlədiyi  üçün  ondan  kömək  diləmişdir.  Bu  əhvalat, 

müəllifin dili ilə desək “hekayeyi-dilsuz kimsəsiz, sahibsiz, yersiz, 

nəfəqəsiz,  ac,  möhtac,  qərib,  kəndlər,  şəhərlər  avarəsi  olan 

bədbəxt  bir  müsəlman  övrətinin  hekayəsindən  ibarətdir”(220,  N 

175).  Dostunun məlumatından  anlaşılır ki, özündən başqa səkkiz 

nəfər  də  köməyi  olmayan  ailə  üzvləri  ilə  “hekayəti-səfilə  ilə 

mübarizə  edən”  bir  qadın  vətənindən  didərgin  düşərək    Bakıya  

gəlməyə məcbur olumuşdur.  

 

Dostuna  verdiyi:  -  Bunlar  nə  vaxdan  Bakıya  gəlmişlər, 



məqsədləri     nədir,   bunların    bu    hali-bədbəxtanəsinə    səbəb 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə