Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə72/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   68   69   70   71   72   73   74   75   ...   147

İslam  Qəribli 

 

 



214 

ediləcək bir ad qazamaq üçün çalışmalıdırlar ki, bu “şübhəsiz cəhl 

ilə deyil, elm və tərbiyə vasitəsilə ola bilər”. Insan övladı hürr və 

azad  yaradıldığı  halda,  tərbiyətsizliyi  saysində  əsir,  qul  kimi 

yaşayıb tərbiyətlilər əlində xar və zəlil olmağa razı olursa, bunun 

səbəbi  məktəb,  maarif  və  mədəniyyətdən  uzaq  düşməsidir  ki, 

bundan da növbənöv cinayətlər, pisliklər törər. “Sözün meydanını 

geniş görmək istəyən, sözü müxtəlif məna və çalarlarda işlətmək 

ən  böyk  idealı  olan”(36,  76)  M.  Hadinin  fikrincə,  əgər  insanlar 

düzgün tərbiyə olunub təbiət, cəmiyyət, insanlıq, qarşılıqlı hörmət, 

fərdin  cəmiyyətin  ayrılmaz  bir  parçası  olması  barədə  bilgilərə 

malik  olsaydı,  “istər  özünü,  istər  millətini  başqalar  nəzərində 

şayani-nifrət  göstərməyə  vicdanı  əsla  riza  görməzdi.  Bəlkə  də 

fənalıqlar üzərində gözəl işlər, yaxşı əməllər icrası ilə həm özünü, 

həm  də  cəmiyyətini  şərəfraz  və  layiqi-ehtiram  etməyə  qeyrət 

edərdi.  Belə  olduqa  fənalıqlar, xainnəfs  və xaini-millət  olacağına 

“hafizi-nəfs” və “xadimi-millət” ünvani-cəlilərinə məhzər olmağa 

müvəffəq ola bilırdi.  Fəqət heyhat!”(208, N 76). 

 

Məqaləsində 



təhsil 

və 


maarifin 

rolunu 


yüksək 

qiymətləndirib bunları tərəqqi və  təkamülün başlca şərtləri  hesab  

M.  Hadi  bildirir  ki,  fərdlər  cəmiyyətin  bir  hissəsi  olduğundan,  

“insanlar  mütəşəkkil  cəmiyyət  halında  yaşamalıdırlar,  insan 

cəmiyyəti  mütəşəkkil  qaydada  qurulmalıdır.  Bu  ictimai 

mütəşəkkilliyin əsasını isə hamıya, ümuma xidmət etmək vəzifəsi 

tutmalıdır”(11,  113).  “İnsanlar  yalnız  yaşamaq  üçün  deyil, 

mənsub 


olduğu 

cəmiyyəti-bəşəriyyəyə 

xidmət 

üçün 


yaradılmışdır”, - deyən mütəfəkkirə görə insan cəmiyyətsiz yaşaya 

bilməz, yaşasa da, bundan kimsəyə fayda yetişməz. Insanların bir-

birinə  möhtac  olduqlarını  isbat  üçün  o,  Daniel  Defonun  məşhur 

“Robinzon  Kruzo”  əsərindən  Robinzonun  uzaq  bir  adada  tənha 

yaşayışını  xatırlayır  və  müəlimllə  Hanri  adlı  məktəblinin  bu 

xüsusda  mükaliməsini  oxuculara  təqdim  edir.  Aydın  olur  ki, 

Robinzonun  sərgüzəştlərini  sevə-sevə  oxuyan  Hanri  Robinzon 

kimi  bir  həyat  keçirmək  istəyir,  “hər  gün  quş  və  balıq  şikarına 

getməyi”  “elmi-hesab  və  bu  qədər  fikri  yorduracaq  fənnlər 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



215 

oxumaqdan min qat  yaxşı hesab edir”.  Lakin müəllimi onu başa 

salanda ki, Robinzonun sərgüzəşti sadəcə əfsanədən başqa bir şey 

deyil  və  insan  cəmiyyət  xaricində  tək-tənha  yaşa  bilməz,    o,    öz 

səhvini başa düşür.  

 

“Cəmiyyətin  ümumi  yüksəlişi  üçün  cəmiyyətin  bütün 



üzvlərinin əxlaqının yaxşılaşdırılması, saflaşdırlması”(11, 111) ən 

təsirli vasitələrdən biridir, - fikrini irəli sürən müəllif məqaləni bu 

sözlərlə  tamamlayır:  “Birgəyaşayış  şəraitində  biri  digərinin 

köməyinə möhtac olan insanlar bu vəzifəni  “insanca ifa etməyə” 

borcludurlar 

və 


“ifayi-xidməti-insaniyyə 

də 


tərbiyeyi-

ümumiyyəyə     bağılıdır”(208,  N 79).  

 

“Mərəzimiz nədir?” məqaləsi kimi, sonunda “Mabədi var” 



qeydi  olan  bu  əsər  də  ya  tamamlanmamış,  ya  da  sonrakı 

hissələrini qəzet dərc etməmişdir. 

 

“İnsanın mənəvi varlığını və  azadlıq meyillərini  əzən hər 



cür  təcavüzə,  cəmiyyət  həyatını  alçaldan  fikir  istibdadına  və 

xalqın, vətənin müqəddəratını məngənəyə alan sinfi-milli  əsarətə 

qarşı  barışmaz  olan  mütəfəkkir  şair  kimi  bəşərin  taleyini 

məhkumluqdan  azadlığa  və  bəsitlikdən  mükəmməlliyə  doğru 

ucalan  romantik  ideal  şəklində  dərk  etmiş,  təhlilə  çalışmış”(34, 

111-112)  M. Hadinin bəşəriyyət, insanlıq, bərabərlik, haqq bildiyi 

əməl  uğrunda  sona  qədər  mübarizə  və  s.  bu  kimi  məsələlərə 

münasibət  bildirmək  nöqteyi-nəzərədən  diqqəti  cəlb  edən 

əsərlərindən  biri  də  “Budda  kimdir?”  fəlsəfi  əsəridir(211,  N  97, 

101,  102).  Buddizim  dininin  yaradıcısının  həyat  yolu,  yaşam 

tərzini  və  bu  dinin  fəlsəfi  mahiyyətininin  bir  çox  cəhətlərinin 

araşdırılması  niyyəti  ilə  yazılmış  bu  əsər  tarixi-fəlsəfi-dini 

mahiyyət daşısa da, əsas müddəaları bu günlə, gələcəklə yaxından 

səsləşir. Dərin düşüncə və araşdırmaların məhsulu olan məqalənin 

müəllifi əsəri “canlı epik təhkiyə yolu ilə başlayıb”(401, 49) əldə 

edə  bildiyi  faktlar  əsasında  əsl  adı  Suddharth  olan  Buddanın 

dünyaya  gəlməsi  və  yaratdığı  din,  bu  dinin  mahiyyəti  barədə 

məlumat verir. Müəllif təqdimatından öyrənirik ki, Hindistanın ən 

qədim və ən məşhur şəhərlərindən olan Benaresdən şimala doğru 



İslam  Qəribli 

 

 



216 

Himalay  dağlarının  ətəklərində  miladdan  beş  əsr  əvvəl  Saki 

qövmündən  Suddxodan  adlı  bir  hökmdar  var  imiş.  Züriyyəti 

olmayan bu hökmdara qoca, pirani yaşlarında xöşbəxtlik üz verir 

və onun böyük arvadı Mayyadan bir “erkək övladı” dünyaya gəlir. 

Uşağa Suddharth adı qoyulur. “Öz istəkli övladını daima qəmdən 

azadə,  şad  və  fərəhnak  görmək  istəyən”(211,  N  97)  hökmdarın 

göstəriş ilə saraydan başqa bir yerə çıxmayan oğlanın ətrafında elə 

şərait  yaradılır  və  elə  söhbətlər  edilir  ki,  orada  ürəyə  toxuna 

biləcək heç nəyə yol verilmir. Suddharth on doqquz yaşında ikən 

“atası artıq dərəcədə zamanının gözəli olan bacısı qızı Yazdurqanı 

onun üçün alıb qayət müşəşə və müntəntən bir toy elədi. Gözəl, 

lətif  və  rəna  bağçalar  içində  mükəmməl  imarətlər,  kaşanələr  dü-

zəldib  ər  və  övrətə  orada  olmağa  əmr  etdi.  Nə  səfalı 

yaşayış!”(211, N 97). 

 

Tam bir il bu  sarayda  şad-xürrəm  yaşayan, iyirmi  yaşına 



qədər  haraya  üz  döndərsə  fərəh,  səfa  və  sevincdən  başqa  bir  şey 

görməyən  cavan  günlərin  birində  xidmətçisi  Canna  ilə  arabada 

şəhər gəzintisinə çıxdığı zaman indiyə kimi görmədiyi və xəyalına 

belə  gətirmədiyi  hadisələrin  şahidi  olur.  Bu  gəzinti  zamanı  rast 

gəldiyi  hadisələr  nəticəsində  ona  aydın  olur  ki,  insan  xəstələnə, 

qocala, hətta ölə bilər və bunların heç biri qacılan deyil və heç kəs 

bu təbii olaylardan sığortalanmayıb. 

 

Bəşəriyyəti  sevən,  bu  günə  kimi  yalnız  gözəlliklər  görüb 



yaxşılıqlar  barədə  düşünən  gənc  şahzadə  belə  qərara  gəlir  ki, 

bəşəriyyəti xəstəlik, qocalıq və ölümdən qurtarmaq üçün bir çarə, 

bir dərman tapsın. Ona görə də o, “əvvəlcə güşeyi-inzivayə çəkilib 

ibadətə vəqfi-nəfs edən və bu sayədə milliyyəti-nəfsaniyyədən vaz 

keçən  brahimə  və  rəbbanları  ziyarət  edir”(211,  N  101).  Bu 

adamlar  cəmiyyətlə  əlaqələrini  kəsib  “bəşəriyyətə  xidmət  edəcək 

vəzifeyi-insaniyyələrini  buraxıb  xadimi-nəfs  olduqlarından” 

Suddharthın  onlaradan  xoşu  gəlmədi,  çünki  “hüzni-ümumidən 

azad  olan  bir  insan  ciddən  şayani-nifrətdir”(211,  N  101).  Daha 

sonra  o,  belə  fikrə  gəldi  ki,  özünə  məşəqqət  etmək  vasitəsi  ilə 

bəşəriyyəti  xilas  edə  biləcək  yol  tapa  bilər.  Lakin  bunun 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə