Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə53/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   49   50   51   52   53   54   55   56   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



157 

“Füyuat”da  çap  etdirdiyi  əsərlərdən  danışarkən  bu  əsərə  də 

münasibət  bildirdiyimizdən,  burada  yalnız  “Dəbistan”akı  mətnlə 

“Füyuzat”dakı  mətn  arasındakı  fərqləri  göstərməklə  kifayət-

lənəcəyik.  Yeri  gəlmişkən,  həm  “Firdovsi-ilhamat”da,  həm  də 

sonrakı  kitablarda  “Dəbistan”dakı  mətn  əsas  götürülmüşdür(377, 

79-81; 379, 40-41). 

Aşağıdakı  ilk  səkkiz  misra  “Füyuzat”  jurnalınakı  mətndə 

yoxdur: 

Olmarızmı həqqi-insaniyyədən biz zövqyab, 

Yoxsa dünyada nəsibi-millət olmuĢdur əzab? 

Kimsəyə olmur əsərbəxĢa fəğanü dadımız, 

Aləmi yandırmayır bilməm neçin fəryadımız? 

Sanma atəĢdir ki, rövzənlərdən olmuĢ Ģölədar, 

Ahi-cangahi-fəqirandır könüllərdən çıxar. 

Ah, əmniyyətlə olmazmı vətən cənnətmisal, 

Etmərizmi yari-ümmidi dərağuĢi-vüsal?(191,  N 3). 

Bundan  başqa,  “Dəbistan”dakı  18-ci:  “Qönçeyi-elmü 

ədəblə  xüldzar  olsun  vətən,  Zibi-ədlü  dad  ilə  pirayədar  olsun 

vətən”  beyti  “Füyuzat”da  14-cü  beyt  olaraq  bu  redaksiyada 

getmişdir: 

Zibi-ədlü dad ilə pirayədar olsun vətən, 

Haizi-Ģanü Ģərəf bir xüldzar olsun vətən(154, 147). 

Digər  bir  fərq  isə  şeirin  sonluğunda  özünü  göstərir.  Belə 

ki, “Dəbistan”da şeir: 

Niyyəti-xalis ilə meydana girsək, Hadiya, 

Bəxtimiz nəcmi olur zinətfəzayi-etila,- 

beyti ilə bitdiyi halda, bu beyt “Füyuzat”da yoxdur. 

 

“İrfandır”  rədifli  “Sevgili  şagirdlərimizə  ərməğan” 



şeiri(192,    N  4)  şagirdləri  məktəbə  təqrib  niyyəti  ilə  qələmə 

alınmış,  mövzuca və məzmnca  M.  Hadinin  “Dəbistan”da maarif 

və  elmin  faydası  barədə  yazdığı  əsərlərlə  eyniyyət  təşkil  edir. 

“Firdovsi-ilhamat”da  “Şagirdanə  ərməğan”  adı  ilə  getmiş  altı 

beytlik  bu  şeir(377,  10)  “Dəbistan”dan    götürülərək    eyni  ilə 

“Seçilmiş əsərləri”nə daxil edilmişdir(379, 42). 

 

Dəbistan bir qəfəs, Ģagirdlərdir bülbüli-lahut, 



İslam  Qəribli 

 

 



158 

 

Dəbistan ləfz, onun mənayi-mənidarı irfandır,- 

beyti ilə tamamlanan   bu şeirdən başa M. Hadinin “Dəbistan”da 

“Dünya  saheyi-qəmdir”  adlı,  “Olmasın”  rədifli  on  beytlik  bir 

qəzəli də dərc olunmuşdur(193, N 4). “Dəbistan”dan götürülərək 

mətnində  dəyişiklik  edilmədən  “Firdovsi-ilhamata”(377,  33), 

oradan  da  “Seçimiş  əsərləri”nə  salınan  (379,  77)  bu  ictimai 

məzmunlu  əsəri  M.  Hadinin  bəşər  tarixi  barədə  düşüncələri  də 

adlandırmaq olar. 

 

Mahiyyət, mündəricə və ideyaca tutumlu, həcmcə çox da 



böyük  olmayan  bu  əsərin  bütün  beytləri  bədii  sual  əsasında 

qurulmuşdur. İlk iki beytdə oxuyuruq: 

 

GülĢəni-aləmdə bir gül varmı bixar olmasın? 

 

Hansı bülbüldür cəfayi-xardən zar olmasın? 

 

Gördünüzmü bir çiçək baği-fənadə solmasın, 

 

Hansı bir nəxli-əməl vardır ki, bibar olmasın? 

 

Suallara  veriləcək  cavablar,  təbii  ki,  aydındır.  Gülü 



tikansız,  bülbülü  gülün  aşiqi  olan  qızılgülün  tikanlarının 

cəfasından  ayrı  təsəvvür  etmək  olmaz.  Sualın  qoyuluşu  başqa 

mətləblrdən xəbər verir. Olmazdımı gül tikansız yaranaydı, bülbül 

də  məşuquna  yetmək  üçün  əzablara  düçar  olmayaydı?  Açan  hər 

bir  çiçəyin  solması  təbiidir.    Barsız  xurma  ağacı  olmadığı  kimi, 

əvəzsiz,  nəticəsiz  əməlin  də  olmadığı  təbiətin  qanunudur.  Elə  iş 

görməli, elə  yaşamalısan ki, çiçək kimi solub gedəndən sonra da 

rəhmətlə xatırlanasan və elə  əməl sahibi olmalısan ki, əməllərinə 

görə xəcalət çəkməyib, əksinə, fəxarət hissi keçirəsən. 

 

M.  Hadi  irsinin  tədqiqində  danılmaz  xidmətləri  olan  Mir 



Cəlal  çox  haqlı  olaraq  qeyd  edir  ki:  “M.  Hadidə  fəlsəfəyə, 

təfəkkürə,  ictimai  mücadilələrin  mənasını  axtarmağa,  insanları 

yalnız öz işləri, öz münasibətləri haqqında deyil, həm də ümumən 

varlıq  haqqında  düşünməyə  çağırmaq,  mövcud  “sirli”  aləmin 

mübhəm  suallarından  xilas  üçün  çarə  tapmaq  həvəsi,  insanın 

acizliyinə  dözməmək  arzusu  üstündür”(62,  209).  İnsanın 

acizliyinə dözməyən, bəşəriyyətin gələcəyinə böyük ümidlərlə ba-

xan  M.  Hadi  bildirir  ki,  insanlğa,  bəşəriyyətə  xidməti  özlərinə 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



159 

şərəf  işi  hesab  edən,  şəxsi  mənafelərini  ictimai  amallara  qurban 

verənlər  tarixin  bütün  mərhələlərində  məhrumiyyətlərə  düçar 

olublar  və  şairin  fikrncə,  bundan  qətiyyən  narahat  olmağa, 

peşmançılıq  hissləri  keçirməyə  dəyməz.  Qardaşları  Yusifi  elə-

belə, məzə xatirinə quyuya atmadılar, Yusif onlardan gözəl, ağıllı, 

ata  yanında  və  cəmiyyət  içərisndə  hörmətli  olduğu  üçün    həsəd 

üzündən  bu  çirkin  əmələ  əl  atdlar.  Bu  əməlləri  ilə  qardaşlarına 

zülm  etdikləri  kimi,  doğma  atalarına  da  cəfa  etdilər.  Oğul  dərdi 

çəkməkdən  ata  kor  oldu.  Axırda  qardaşlar  da,  Yusif  də,  Yəqub 

peyğəmbər də əməllərinə görə Allah-taaladan mükafatlarını aldılar 

və hər kəs əməlinin meyvəsini daddı.  

 

“Atdılar  nari-bəlayə  həzrəti-İbrahimi”,  niyə,  nə  üçün? 



Əqrəbasını  bütpərəstlikdən  əl  çəkməyə,  təkallahlığa,  düz  yola, 

salamat  bir  əqidəyə  dəvət  etdiyi  üçün.  Allah  İbrahimə  əməlinin 

müjdəsini verdi və onu  yanar od içində salamat saxladı.   Yəhya, 

Musa, İsa kimi Quranımızda adı çəkilən müqəddəs peyğəmbərlər 

qövmləri  tərəfindən  min  cürə    tənələrlə  üzləşdi.  Biri  şəhid  oldu, 

biri  Firon  tərəfindən  zülm  və  sitəm  gördü,  digəri  isə  çarmıxa 

çəkildi, lakin heç biri insanlığa xidmətdən geri çəkilmədi. 

 

Hansı peyğəmbər olubdur çəkməsin yüz min əza, 



 

Varmı bir Əhməd düçari-təni-əĢrar olmasın? -  

deyən  M.  Hadinin  Məhəmməd  peyğəmbəri,  sonrakı  beytlərdə 

Sokratı,  Bəstamini,  Həllac  Mənsuru  xatırlaması  təsadüfi  deyil. 

Adları  qeyd  olunanların  zəmanəsində  həqiqəti  yaydıqları,  doğru 

danışıb düzgün əməl sahibləri olduğundan hansı məhrumiyyətlərə 

düçar  olmasını  kim  bilmir  ki?  Fəqət  zülm  eləyənlər  nəhayətdə 

Allahın  qəzəbinə  tuş  oldular,  zülm  olunanlar  Tanrının 

mərhəmətini qazanaraq əbədiyyətə qovuşdular. 

 

Qəzəlin son beytlərində oxuyuruq: 



 

Hansı aĢiqdir cahanda naili-didari-yar, 

 

Varmı bir pərvanə məhvi-Ģöleyi-nar olmasın? 

 

Vermədi Fərhadə çərxi-bivəfa ġirinini, 

 

Hadiya, kimdir fəna mülkündə xunbar olmasın?(379, 77). 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə