Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə49/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   45   46   47   48   49   50   51   52   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



145 

və öyrət ki, səadətin, hürriyyətin necə gözəl nemət olduğunu həm 

özün, həm də ətrafdakılar hiss edə, başa düşə bilsinlər. 

 

Gər istərsən MəsihvəĢ kəlamın guĢə alsınlar, 



  Həqiqi ruhi-qüds ol, sonra dəvayi-Məsiha qıl. 

  ..Dilərsən misli-Ġsa baqi olsun namın aləmdə, 

  Məzari-cəhldə yatmıĢları feyzinlə ehya qıl. 

  ..Gər istərsən ki, ruhun bəzmi-vəhdət içrə Ģah olsun, 

  Sərayi-dini islamı ədavətdən müərra qıl. 

  Xilafi-sözlər ilə cismü canın xəstələnmiĢdir, 

  Burax bu ixtilafı, cana, elm ilə müdəvva qıl. 

Göründüyü  kimi,  bütün  şeir  boyu  məqsəd  maarif,  

mədəniyyət və hürriyyəti təbliğ etmək olmuşdur. 

        “Füyuzat”ın 25-ci sayında M.Hadinin Sədi Şirazidən tərcümə 

etdiyi “Mərəzi-ibrət,  yaxud Şamda qəhətlik” adlı bir  əsər də çap 

olunmuşdur(176,  391-392).  Sədinin  “Bustan”  əsərindən  edilmiş 

bu  tərcümə  mövzu  və  ideya  baxımından  M.  Hadinin  həmin  illər 

yaradıcılıq məramı ilə üst-üstə düşür. Yeri gəlmişkən, bir cəhəti də 

qeyd  edək  ki, şeir  və məqalələrində  olduğu kimi,  tərcümələrində 

də  M.  Hadi  ictimai  mahiyyət  kəsb  edən  əsərlərə  üstünlük  verir, 

intim  duyğuları  və  aşiqanə  hissləri  təbliğ  və  tərənnüm  edən 

əsərlərin  tərcüməsinə    o  qədər  də  meyl  göstərmirdi.  Bu  isə,  heç 

şübhəsiz ki, onun şair idealından və məramından irəli gəlirdi. 

Tərcümədən anlaşılır  ki,  quraqlıq Şam şəhərində  böyük bir 

bəlanın  yaranmasına səbəb olmuş, bulaqların suyu qurumuş, çöl-

çəmən,  bağ-bağat,  əkinəcək  yanıb  külə  dönmüş,  aclıq  və  səfalət 

hər  yeri  bürümüş,  insanlar  çəyirtkə  kimi  qırılmaqdadır.  Belə  bir 

acınacaqlı məqamda Sədi dostu ilə rastlaşır, aralarında M. Hadinin 

tərcüməsindən gördüyümüz aşağıdakı mükalimə baş verir: 

                           

Sədi 

  Dedim: - Ey dusti-pakəxlaq, nolmuĢ? 

  Neçün gülbərgi-rüxsarın pozulmuĢ? 

  Nə fəqrü miskənət üz verdi, ey yar? 

 

Mənə aç dərdi-pünhanın, qıl izhar. 

 

 



İslam  Qəribli 

 

 



146 

                Rəfiq   

  Mənə səsləndi:- Sədi, yoxmu huĢun, 

   EĢitməzmi sədayi-qəhti guĢun? 

   Bilib də söyləmək pək nabəcadır, 

 

Sualın əfv olunmaz bir xətadır. 

 

Səmadan düĢməyir bir qətrə baran, 

 

Nə də çıxmaz göyə ahi-fəqiran

Dostuna cavabında Sədi bildirir ki, sənin gərək bu işlərdən 

qorxun  olmaya.  Çünki  hər  şeyin  var,  bu  aclıq  və  səfalətin  sənə 

qorxusu ola bilməz.  

Dostu  şairə  bildirir  ki,  doğrudur,  mənim  çoxlu  mal-

dövlətim,  həddən  ziyadə  sərvətim  və  cah-cəlalım  var.  Lakin 

bunlar  indi  mənə  zərrəcə  lazım  deyil.  “Hüzni-ümumi”  cismimi 

əritmiş,  məxluqun  dərdini  çəkməkdən  ay  kimi  nazilmişəm  və 

vücudum hazırda bir xəyala bənzər. 

 

Əhalinin qəmindən ruyi-zərdəm, 



  Düçari-möhnətü alamü dərdəm. 

  Mərəzdən gərçi salimdir vücudum, 

  Görəndə xəstəni titrər vücudum. 

  Dilərmi hiç görsün əhli-Ģəfqət, 

  Vücudi-xəlqdə dərdü möhnət. 

Bu  mükalimədən  sonra  M.  Hadinin  özü  mütərcim  kimi 

arzusunu aşağıdakı şəkildə bəyan edir: 

 

XoĢ ol insana kim, rahətrəsəndir, 



  Nə alçaqdır o kim, əhli-ziyandır. 

  Səadət olsun ol zatə ki, daim- 

  ġu kəs sərdəftəri-rövĢəndilandır... 

Son arzusunu isə M. Hadi tərcüməyə əlavə etdiyi beytdə bu 

bu cür ifadə edir: 

 

Ġlahi, bizləri ibni-təriq et, 



  Bizə tövfiqini yar et, rəfiq et! 

Jurnalın  27-ci  nömrəsində  M.  Hadinin  orijinal  əsəri  çap 

edilməsə də, “Nizaminin övladına nəsihəti” adlı bir tərcüməsi dərc 

olunmuşdur(180,  423).  Tərcümənin  sonunda  belə  bir  mütərcim 

qeydi  verilmişdir:  “Gəncəvi  Həkim  Nizaminin  “Xəmsə”sindən 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



147 

tərcümə  edilmişdir”.  Tərcümənin  N.  Gəncəvinin  hansı  əsərindən 

edildiyi  göstərilməsə  də,  bu  tərcümənin  Nizaminin  1188-ci  ildə 

tamamladığı,  Şirvanşah  Axsitanın  sifarişi  və  şairin  öz  oğlu 

Məhəmmədin  xahişi  ilə  əruz  vəzninin  həzəc  bəhrində  yazdığı 

“Leyli  və  Məcnun”dan  edildiyi  bizə  məlumdur.  Tərcüməni 

orijinalla  tutuşdurduqda  məzmunda  bir  o  qədər  də  fərqlərin 

olmadığı aşkarlandı. İndilik tərcümənin orijinala yaxınlığı və bədii 

xüsusiyyətləri  barədə  fikir  söyləməkdən  uzaq  olduğumuz  üçün, 

yalnız  onu  deyə  bilərik  ki,  bu  tərcüməni  şair  yalnız  maarif  və 

mədəniyyəti  təbliğ  etmək  niyyəti  ilə  etmiş,  onu  jurnalda  çap 

etdirməklə  yanaşı,   “Firdovsi-ilhamat” kitabına  da salmışdır(377, 

62-64). 

Məlum  olduğu  kimi,  Nizami  14  yaşlı  oğlu  Məhəmmədə 

nəsihət edir ki, elm öyrənərək mərifət və kamal sahibi olsun. Həm 

də o elmləri öyrənsin ki, onların bəşəriyyətə, insanlığa xeyri dəyir. 

Nizami oğlunda şairlik istedadının olduğunu hiss etsə də, ona şair 

olmamağı məsləhət görür. Məsləhət görür ki, iki elmi öyrənməyə 

cəhd etsin ki, bunlardan biri “elmi-əbdan” ( təbiət, tibb elmləri -  İ. 

Q.),  digəri  isə  “elmi-ədyan”dır  (dini  elmlər).  M.  Hadi  həmin 

hissəni belə tərcümə edir: 

  BuyurmuĢ  Fəxri-aləm: - Elm elman,  



  Biri əbdan, digər elm elmi-ədyan. 

  Edər bunlarla millət kəsbi-qüvvət, 

  Fəqahətdir, sənaətdir, təbabət. 

  Əsasi-Ģərdir bunlarla qaim, 

  Səmayi-dindir bunlarla daim. 

  Fəqih ol, ittiqapərvər və dindar,  

  Fəqihi-pürdəsais olma zinhar. 

  Təbib ol, can bağıĢla mürdəganə 

  Nəinki mövt bəxĢ et zindəganə. 

Qeyd  edək  ki,  M.Hadinin  tərcümə  etdiyi  bu  hissə,  Nizami 

Gəncəvinin  “Leyli  və  Məcnun”  poemasında  72  misradan, 

tərcümədə isə 50 misradan ibarətdir. S.Vurğun tərəfindən edilmiş 

poetik  tərcümədə  isə  həmin  hissə  54  misradan  ibarətdir. 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə