Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə45/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   41   42   43   44   45   46   47   48   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



133 

altında  xar,  zəlil  yaşamaqda”  olan  İranı    onu  gözləyən  labüd 

fəlakətdən qurtarmaq üçün yollar axtarılmalıdır. 

Məktubun  başqa  bir  yerində  oxuyuruq:  “Həzrəti-vala 

cəsuranə söylədiyim bu sözlərdə məni məzur tutmalıdır. Məni bu 

nöqtəyə sövq edən vətən məhəbbətidir. Zira, sevgili vətəni düçari-

təhlükə görüyor və ənqərib zamanda əcnəbilərin dəsti-qəhharəsinə 

düşəcəklərini  müşahidə  ediyoram.    Aləmi-mədəniyyət  nəzərində 

şərəf və etibarımızı büsbütün qayib edəcəyimizi hiss etməkdəyəm. 

Binaənəleyh  madam  ki,  bir  həyatı  vətən  uğrunda  bəzli-səy  və 

qeyrət edərək lazım olur isə rahi-vətəndə fədayi-can edəcəyəm. Təriqi-

həqqaniyyətə həyatımı belə müzayiqə etməyəcəyəm”(148, 86). 

“Bakı  tarixindən  bir  nəbzə”  adlı  məqalədə  M.  Hadi  cümə 

günü,  dekabrın  22-də  Bakı  dəmir  yol  vağzalından  general-

qubernator  Semyon  Andreyeviç  Fadeyevin  Tiflisə  yola  salınma 

mərasimi  və  mərasimdə  iştirak  edənlər  sırasında  general  M.  İ. 

Kanevski,  qubernator  Alişevski,  Bakı  qazısı  Mir  Məhəmməd 

Kərim  ağa,  Hacı  Zeynalabidin  Tağıyevin  də  olduğu  barədə 

məlumat  verdikdən  sonra  Bakının  tarixi  haqqında  söz  açır. 

Bakının  tarixi  barədə  bilgilər  verərkən  o,  ərəb  tarixçisi  Yaqut 

Həməviyə və A. Bakıxanovun “Gülüstani-İrəm” əsərinə daha çox 

istinad  edir.  Birinci  Pyotrun  (M.  Hadidə  Petr  ibn  Aleksey  ibn 

Mixail)  Bakını  tutmaq  planından  başlayaraq  Bakıda  baş  verən 

hadisələrə  qədər  hazırda  tarixşünaslığımızdan  bizə  bəlli  olan 

hadisələr  barədə  danışan  müəllif  məqaləni  belə  bir  cümlə  ilə 

tamamlayır: “Bakı şəhəri Rusiyaya 1801 sənəyi-miladiyyədə tərk 

olunmuşdur”(148,  90).   

“Füyuzat”ın  11-ci  sayında  M.  Hadinin  dərc  olunan  ikinci 

əsəri 

“Məlumati-tarixiyyə” 



məqaləsidir(157, 

171-174). 

“Məhəmməd Hadi” imzası ilə çıxan məqalənin soninda “Mabədi 

var”  qeydi  verilsə  də,  sonrakı  nömrələrdə  məqalənin  davamına 

rast gəlmədik. 

Tarix  elmini  “aləmi-bəşəriyyətə  mənfəətbəxş  ülum, 

fünundan  biri”  hesab  edən  M.  Hadiyə  görə  “tarix  bir  kitabi-

məlumatbəxşadır  ki,  insanları  əhvali-maziyə  vaqif,  iqtizaati-hala 




İslam  Qəribli 

 

 



134 

aşina, təmini-istiqbala agah və xəbərdar eylər”(157, 172). Tarixini 

bilməyən xalqların və ya tarixi bəlli olmayan millətlərin bu elmin 

xeyir və faydasından büsbütün qafil olduğunu bəyan edən müəllif 

Rusiya  müsəlmanlarını  da  həmin  cərgəyə  daxil  edir,  təəssüflə 

bidirir  ki,  mükəmməl  tariximiz  yazılmadığından  şərəfli 

keşmişimiz  zaman  keçdikcə  unudulmaqda,  qaranlıq  pərdələr 

altında  itib-batmaqdadır.  “Millətini  kamalınca  tanımayan  adam 

millətpərvər  olmayacağı  nə  qədər  aydın  bir  həqiqət  isə,  vətənini 

kəma  huvə  həqqihi  bilməyənlər  (kifayət  dərəcədə  doğru,  düzgün 

tanımayanlar - İ. Q.) də vətənpərəst olmayacaqları bir o qədər açıq 

bir  keyfiyyətdir”  (157,  173),  -  yazan  müəllif  qarşısına  Rusiya 

hökumətinin  ərazisində  yaşayan  təxminən  20  milyon  “milləti-

nəcibeyi-islamiyyə”-  müsəlman  haqqında  oxuculara  məlumat 

vermək  məqsədi  qoyur.  Bu  iyirmi  milyon  müsəlman,  şairin 

fikrincə, “altı böyük qismə ayrılaraq qövmiyyət etibarınca hər bir 

qismə  bir  ünvan,  bir  isim  verilmişdir”  və  həmin  qövmlər 

bunlardır: 1) qazanlılar, 2) kumuklar, 3) kırımlar, 4) sibiryalılar, 5) 

türküstanlılar, 6) qırqızlar. 

M.  Hadi  məqaləsində  qeyd  edir  ki,  “İşbu    qırqız  taifəsi 

külliyyət 

üzrə 


badiyəpeyma 

və 


səhranişindir..., 

aləmi-


bədəviyyatda  yaşayırlar”(157,  174).  Yaşadıqları  yer,  ərazi  “Çin 

məmaliki  ilə  həmhüdud  olan  və  ərəb  tarixində  “Dəşti-qıpçaq” 

namilə adlanan əraziyi-vasiədir”. Əsas məşğuliyyəti maldarlıq və 

heyvandarlıq  olan  bu  qövmün  “at  ilə  dəvə  sürüləri  pək  çoxdur. 

Başlıca  yeyəcək  və  qidaları  bəslədikləri  heyvanatın  məhsuludur. 

At südü ən nəfis, ən sevgili ətimələridir”. 

Qırqızlar  haqqında  bu  kiçik,  ümumi  qeydlərdən  sonra 

müəllif  “qazanlılar”  (əslində  tatarlar-  İ.  Q.)  haqqında  nisbətən 

geniş məlumat verir, onların Volqa (İdil), Kama, Belaya, Oka çayı 

və Ural dağları ətrafafında yaşadıqlarını bildirir. 

Qazanlıların tarixən mədəni və oturaq həyat keçirən bir xalq 

olduğunu  bildirən  müəllif  qeyd  edir  ki,  hazırda  onlar  kompakt 

halda  Rusiyanın  bir  sıra  yerlərinə  dağılmış,  Perm,  Ufa,  Samara, 

Nijni-Novqorod,  Orenburq  daha  şox  onların  şəhərləri  sayılır. 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



135 

Fikirlərinə  davam  edən  müəllif  daha  sonra  yazır:  “Fəqət  biisim 

təhtində  yaşayan  əfradi-müslimə  yalnız  sabiqüz-zikr  şəhərlərə 

münhəsir olmayıb bu isim bil-ümum Peterburq, Penza, Saratov və 

Bəhri-Müncəmidi-Şimali sahillərində (Şimal Buzlu Okeanı - İ. Q.) 

vaqe  Arxangel  bələdələrində  ixtiyari-iqamət  edən  tatarlara  işbu 

“qazanlılar ismi tətbiq oluna bilər”(157, 174). 

Məqalədə  bolqarlar  barədə  verilən  məlumatlar  daha  əhatəli 

və maraqlıdır. Məqalədə oxuyuruq: “Foli nəhrinin ətraf və həvalisi 

bolqar  namilə  adlanan  bir  qövmün  igamətgahi-nüfus  və 

cövlangahi-nüfuzu  olmaqla  bərabər,    nəhri-məzkurun  kənarında 

təsis  olunmuş  Bolqar  şəhəri  qövmi-məzburun  məqərri-hökuməti 

olmuşdur... İşbu bolqar taifəsinin türk qövmündən olması ilk dini-

mübini-islama müşərrəf olan bu qövm olduğunu tatar alimlərinin 

ən  məşhurlarından  Şəhabəddin  Mərcani  həzrətləri  təlif  etdiyi 

“Müstəfidül-əxbar fi əhvali-Qazan və Bolqar” nam əsərində zikr 

və  isbat  etmişdir”.  Orta  əsr  ərəb  tarixçilərindən  İbn  Əsir,  İbn 

Hövqəl,  Yaqut  əl-Həməvi  və  İstəxrinin  də  bu  qövmün  türk  və 

müsəlman  olması  barədə  yazdığını  qeyd  edən  müəllif  onların 

Abbasi  xəlifələrindən  olan  Əl-Müqtədirbillah  Cəfərin  dövründə 

müsəlmanlığı qəbul etməsini bildirir. 

Bolqarların  zaman-zaman  bəşər  mədəniyyətinə  töhfələr 

verdiyini  yazan  müəllif  onların  müasir  durumundan  danışanda 

bildirir ki, “Hal-hazırda isə bolqar məmləkəti bir xarabazar təşkil 

ediyor. Əlhalatan haza came minarəsi, məqbərəsi və hasarının bir 

qismi  və  bir  xeyli  asari-qədiməsi  tamaşagəranın  vəsaili-ənzari-

tamaşası olmaqdadır”(157, 174). 

İstiqlaliyyətini əldən vermiş bolqarlar barədə ürək ağrısı ilə 

məlumat  verən,  “bu  gün  də  Bolqar  şəhəri  bir  xarabazardan 

ibarətdir”,  -  deyən  müəllif  daha  sonra  yazır:  “Biləxirə  tatar 

qövmünün  Orta  Asiyadan  seyli-xüruşan  kimi  gəlməsi  bu  gün  də 

Rusiya  idarəsində  bulunan  Şərqi  və  Cənubi  Avropanı  əhatə 

etmişdir”(157, 174). 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə