Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə43/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   39   40   41   42   43   44   45   46   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



127 

Şeirin  son,  məqtə  beytində  şair  bildirir  ki,  onun,  yəni  M. 

Hadinin istibdad qılıncından belə qorxusu yoxdur. Çünki: 

 

Çoxdan etmiĢ qətl onu, yarım, qitali gözlərin(177,  419). 

Jurnalın  bu  sayında  M.  Hadinin  eyzən  “Gözlərin”  qəzəli 

kimi  lirik-aşiqanə  ruhda  olan,  insan  qəlbini  ehtizaza  gətirən 

“Mənim”  rədifli  bir  qəzəli  də  çap  olunmuşdur(178;  430). 

Məcmuədə  “Bir  aşiqi-hürriyyətin  ehtisasati-ruhiyyəsini  təsvir  və 

iraə edən bir lövhədir”, “Firdovsi-ilhamat”da “Bir aşiqi-nazənini-

vətənin  ehtisasati-ruhiyyəsini  təsvir  və  iraə  edən  bir  lövheyi-

giram”(377; 101-102) adı ilə çap olunan bu əsər sohrakı kitablara 

jurnalda  olan  adla  daxil    edilmiş(379,  381;  71,    76-77)  və 

tərtibçilər tərəfindən belə bir qeyd verilmışdir: “Bir aşiqi-nazənini-

vətənin ehsasati-ruhiyyəsini təsvir və iraə edən bir lövheyi-giram”. 

Deməli,  ilk  sərlövhənin  şeirdəki  azadlıq  ideyasına  müvafiq  olan 

“aşiqi-hürriyyət”  surətini  “Fİ”dakı  sərlövhədə  ancaq  lirik-

vətənpərvərlik  səciyyəsi  daşıyan  “aşiqi-nazənini-vətən”  surəti 

əvəz etmişdir”(379, 437-438). 

Bu  şeiri  nakam  bir  aşiqin  həsb-halı,  monoloqu  da 

adlandırmaq olar. Şeirin ilk beytində cahanda nəsibinin qüssə-qəm 

olduğunu bildirən şair: 

  Rəmidə olmada məndən Ģu huri-kəbki-xüram, 



  Bu seydgəhdə Ģikarım olur qürab mənim(178,  430),- 

deyə bəxtindən gileylənir və təəssüflə söyləyir ki, sevgili, sevimli 

gözəl  kəkliyim  məndən  ürküb  qaçdığından,  ovladığım  qarğadan 

başqa bir şey  olmur.  Belə bir şeiri misra-misra, beyt-beyt  təhlilə 

ehtiyac  olsa  da,  böyük  Xətib  Təbrizinin  “Şeiri  şərh  etmək  onu 

yazmaqdan  çətindir”  fikrini  əlimizdə  əsas  tutaraq  heç  bir  şərh 

vermədən 

şeirin  bir  neçə  beytini  nümunə  gətirməklə 

kifayətlənirik.  Çünki  bu  qəbildən  olan  əsərlərə  şərh  vermək 

onların qiymətini artırmaq əvəzinə, bəlkə də azaldar: 

  Saçın kimi günüm oldu siyah qürbətdə, 

  Cavanlığım gülünü tökdü iğtirab mənim. 

  ..O rütbə təĢnələbi-sağəri-vüsaləm kim, 

  AtəĢimi dəf edəməz kasələrlə ab mənim. 



İslam  Qəribli 

 

 



128 

  ..Tələmmüati-camalın  görünməyən dəmlər, 

  Nigahıma kəsilir zülmət afitab mənim. 

  ..Edərsəm, ah, əgər arizuyi-vüslətini, 

  Ümidimə verilir qəhr ilə cavab mənim. 

  Bu yanda təneyi-əğyar, o yanda nazi-nigar, 

  Dili-həzinimə verməkdədir əzab mənim. 

  ..BəlakeĢ aĢiqinə satma bunca istiğna, 

  Bu nazın etmədədir könlümü kabab mənim. 

  ..Xilas olmağa, Hadi, yədi-bəlayidən, 

  Dəvayi-dərdi-dilimdir Ģərabi-nab mənim(178,  430). 

Bircə fikri söyləməkdən keçinə bilmədik ki, bu əsər yazılan 

zaman  M.  Hadinin  mətbuat  aləminə  gəlişinin  cəmi-cümlətanı 

üçüncü ili idi. 

“Əbdülsəlimzadə  M.Hadi”  imzası  ilə  çıxan  və  10  bənddən 

ibarət  olan  müsəddəs  formalı  “Ramazanül-mübarək”  adlı(182, 

453-454)  şeir  “Ramazan”  adı  ilə  “Firdovsi-ilhamat”da  çap 

olunmuş(377,  121-123),  M.  Hadinin  Sovet  hakimiyyəti  illərində 

çap  olunan  kitablarının  heç  birinə  düşməmişdir.  Müqəddəs 

Ramazan bayramı münasibətilə bu şeirdə orucluq ayının fəzilətləri 

barədə düşüncələrini oxucuları ilə bölüşən şair şeirin hər bəndini: 

  Ən sevgili aydır, gözəl aydır, Ramazandır, 



  Əlfayi- xuda ĢəĢəəbari-fəyəzandır”,-  

beyti ilə tamamlayır. Əsərin ahəngindən, məzmun və ideyasından 

anlaşıldığı  kimi,  əslində  M.Hadinin  məqsədi  oruc  tutmağın 

savabları  barədə  Allah  kəlamının  təbliğindən  büsbütün  uzaqdır. 

Mövzunun  və  janrın  verdiyi  imkanlardan  istifadə  edən  şair  yenə 

də  bir  çox  əvvəlki  şeir  və  məqalələrində  olduğu  kimi  maarif, 

mədəniyyət  və  ümumi  məhəbbəti  təbliğ  etmiş,  vətən  övladlarını 

elmi  öyrənməyə,  imkanlıları  isə  elmə,  maarifə  sahib  durmağa 

çağırmışdır. Zəkatın  İslamda  ən önəmli və savab əməl olduğunu 

oxucusuna xatırladan şair yazır: 

 

Əsnafi-zəkatın biridir talibi-irfan, 

  LəbtəĢneyi-təhsilə səzavardır ehsan, 

  Kəsbi-ədəb etmək ola ta kim ona asan, 

  Elm ilə açar qönçeyi-canpərvəri-vicdan, 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



129 

  Ən sevgili aydır, gözəl aydır, Ramazandır, 

   Əlfayi-xuda ĢəĢəəbari-fəyəzandır(182,  453). 

Şair  üzünü  imkan  sahibləri  olan  həmvətənlərinə  tutub 

onlardan  rica  edir  ki,  sərvət  kisəsinin  ağzını  açıb  təhsil  yolunda 

pul xərcləyin, məktəbliləri sevindirin. Adınızın tarix səhifələrində 

diri  qalmasını  istəyirsinizsə,  “təhsili-şərəflə  özünüzü  möhtərəm 

eyləyin” fikrinə davam edən şair sonrakı bəndlərdən birində yazır: 

 

Möhtaci-himəmdir biliniz aĢiqi-təhsil, 

  Ta sayeyi-himmətdə edə elmini təkmil, 

  Söz vazeh ikən lazım olurmu onu təvil, 

  Ġslam ediyor ayeyi-ehsaninə tərtil, 

   Ən sevgili aydır, gözəl aydır, Ramazandır, 

   Əlfayi-xuda ĢəĢəəbari-fəyəzandır(182,  454). 

M.Hadinin  jurnalın  son  sayında  “Əbdülsəlimzadə  M.Hadi” 

imzası ilə “Əlvida, yaxud acı bir iqrar”  adlı mürəbbe formasında 

olan 8 bəndlik bir şeiri çap olunmuşdur(184, 484). Şeir mətnində 

heç bir dəyişiklik edilmədən Həştərxanda çıxan “Bürhani-tərəqqi” 

qəzetinin  18  noyabr  1907-ci  il  I  sayında  və  sonrakı  kitablarında 

çap olunmuşdur(379, 381; 72-73,  77-78). 

Dolayısı  ilə  “Füyüzat”ın  qapadılmasına  etiraz  kimi 

düşünülmüş  bu  əsərində  M.Hadi  yenə  də  sadiq  olduğu  ideyaları 

tərənnüm  obyektinə  çevirir  və  onsuz  da  İslam  aləminə  olan 

məhbbətdən  doğan  umu-küsülər,  giley-güzarlar  bu  şeir  üçün  də 

aparıcı  xəttə  çevrilir.  “Ah,  bədməstü  xarabız  cümləmiz  bir 

camdan” misrası ilə başlanan şeirin elə ilk bəndindən şair rəngləri 

tündləşdirir  və  bildirir  ki,  qəflət  yuxusuna  elə  dalmış,  cəhalət 

girdabına elə yuvarlanmışıq ki, min günəş doğsa, bizi vahimələr, 

şübhələr  gecəsinin  xofundan  ayılda  bilməz.  Səbəbləır  çoxdur  və 

ən başlıcalarından biri də, İslamdan, bu gözəl dindən, onun bəşəri 

və dünyəvi qayda-qanunlarından uzaqlaşmağımızdadır. 

Elə bir hala düşmümük ki, “Yox iki qardaş İslamda yekbal 

ola”. Şairin düşüncəsinə görə bu cür ayrılıqların, fikir birliklərinin 

yoxluğunun  axırı  fəlakətlərlə  nəticələnəcək.  Bir  qədər  sonra  şair 

acı-acı  bidirir  ki,  İslam  məmləkətləri  intibah,  inkişaf  etsin  deyə 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə