Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə44/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   40   41   42   43   44   45   46   47   ...   147

İslam  Qəribli 

 

 



130 

fəryad  edir,  “Min nəva,  min növheyi-dilsuz inşad eyləriz” və  elə 

düşünürük  ki,  bunlarla  da  tərəqqiyə  nail  olduq.  Lakin  boş-boş 

danışmaqla  heç  nəyə  nail  olmaq  olmaz.  İş  görmək  üçün  əməl, 

fəaliyyət  lazımdır.  Oxucusuna  xitabən  M.Hadi  elan  edir  ki,  nə 

qədər  ki,  elmi,  dini  və  dünya  işlərindən  baş  çıxarmağa  qüdrəti 

yoxdur,  demək,  onun  həyatı,  yaşayışı  da    yoxdur.  Bunlar  yoxsa, 

onda: 


  Eyyühəl Ġslam, ümmidi-nicatın yox sənin(184,  484). 

Nicat  üçün  nə  lazımdır?  Şairə  görə  qəlbi  “nuri-irfanla”  –

maarif işığı ilə nurlanmayan şəxslər rəzalət və cəhalətə qalib gələ 

bilməzlər,  əksinə  dinin  və  məzhəbin  əsasını,  sütunlarını 

“rəxnədar” edərlər. “Ütlubul elmə vəlov bis-sin....” buyurmuşdur 

Nəbi” (Quranın “Beşikdən məzara qədər oxu, elm öyrən” ayəsinə 

işarədir.  –  İ.Q)  hikmətini  müsəlman  qardaşlarına  xatırladan  şair 

bildirir  ki,  məhz  elmə  önəm  verməlkərinin  nəticəsidir  ki,  Qərb 

ölkələri, xüsusən Firəngistan gündən-günə tərəqqi edir və:  

 

Bu gediĢlə onlarındır atiyi-imran bu gün(184,  484). 

Şair  bildirir  ki,  o  göz  ki  kordur,  nursuzdur,  o,  elmin 

düşmənidir, maarifin qənimidir. Çünki: 

 

DüĢməni-ənvar olur ol çeĢm kim, binurdur, 

  Nəzreyi-xəffaĢda, əlbət, günəĢ mənfurdur, 

  Didə görməz, guĢ eĢitməz, fikrimiz məsturdur, 

  Qəti-ümmid eylədik biz doğrusu islamdan(184,  484). 

Şeir M.Hadinin belə bir acı təəssüratı ilə tamamlanır: 

 

DaĢlara təsir edərdi naleyi-cangahımız, 

  Olmadı təsirbəxĢi-əhli-islam ahımız, 

  Nifrət etmiĢ sanki bizdən, Hadiya, Allahımız, 

  Qəti-ümmid eylədik biz doğrusu islamdan(184,  484). 

Poetik  əsərlərinin  təhlilindən  göründüyü  kimi,  M.  Hadi 

ənənəsinə  sadiq  qalaraq  vətən,  millət  və  Tanrının  yaratdığı 

məxluqatın  ən  əşrəfi  olan  ĠNSAN,  onun  yaşam tərzi, keçmiş, bu 

gün,  gələcək    haqqında  fikir  və  mülahizələrini  irəli  sürür  və  bu 

qənaətə  gəlir ki, bəşəriyyətin  salamatlığı maddiyyatdan daha  çox 

mənəviyyatla bağlıdır.  İnsanın mənəvi cəhətdən kamil olması isə 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



131 

təlim,  tərbiyə  və  böyüyüb  boya-başa  çatdığı  mühitdən  asılıdır. 

Cəmiyyət  azad  olmayınca,  əxlaqi  və  ümumbəşəri  dəyərlərə 

söykənən azad düşüncələrə meydan verilib bunların səmərəsindən 

bəhrələnməyincə  nə  kamil  insan,  nə  də  mükəmməl  həyat 

tərzindən bəhs etməyə dəyməz. İnsan nicat və səadəti axtarmamalı, 

onu qazanmaq üçün mücadilə etməlidir. Ən vacib şərt kimi şəxsi 

istəklərin  bəşəri  mənafelərə  qurban  verilməsi  gərəkdir  ki,  bunun 

da  baş  yolu  mənəvi  kamillikdən  keçir  və  deməli  şikəst 

mənəviyyatın bəhrəsi  zorakı, hərki-hərkiliyə  əsaslanan cəmiyyət 

–  zalımlar  və  məzlumlar  dünyası,  mükəmməl  mənəviyyatın 

bəhrəsi  isə  insanın  insan  kimi  yaşamaq  istəklərini  reallaşdıran 

azad, hürr cəmiyyət olacaqdır. 

 

 



  I. 6. ƏDƏBĠ-ĠCTĠMAĠ  GÖRÜġLƏRĠNĠ  ƏKS  ETDĠRƏN          

 

MƏQALƏ VƏ PUBLĠSĠSTĠK ĠQTĠBASLARI 



 

            

         “Füyuzat”da  Məhəmməd  Hadinin  şeirləri  ilə  bərabər  onun 

inqilabi-ədəbi  görüşlərini  əks  etdirən  məqalələrinə”(64,  13)  və 

publisistik  tərcümələrinə  də  geniş  yer  ayrılırdı.  Jurnalın  3-cü 

nömrəsində çap olunan “Almaniyada darül-məlulin” məqaləsi M. 

Hadinin  orijinal  əsəri  deyil.    Bu  yazı  jurnalın  və  müəllifin 

izahından  aydın  olduğu  kimi,    “Kəlküttədə  fars  lisanında  nəşr 

olunan “Həblül-mətin” cəridəsindən iqtibas olunmuşdur”(142, 43). 

“Həblül-mətin”in Almaniyadakı mənbələr əsasında nəşr etdiyi bu 

məqalədə  Almaniyanın  maarif  sisitemindən,  əsəsən,  buradakı 

şikəst,  kimsəsiz  uşaqların  təlim-tərbiyəsindən  bəhs  olunur.  Qeyd 

olunur ki, altımış milyon nəfər əhalisi olan Almaniyada valideyn 

himayəsindən  məhrum  olan  uşaqları  ya  dövlət,  ya  da  imkanlı 

şəxslər  öz  himayəsinə  götürmüş,  onlar  üçün  məktəb  və 

xəstəxanalar  inşa  etmişlər.  Məqalədən  anlaşıldığı  kimi,  “Darül-

məlulin”  (xəstələr,  şikəstlər,  kimsəsizlər  evi)  tipli  müəssisələr 

Almaniyada  çoxdur  və  bunlar  1832-ci  ildən  yaradılmağa 

başlanmışdır.  Bu  müəssisələrdə  uşaqların  səhhəti,  sağlamlığı  ilə 




İslam  Qəribli 

 

 



132 

yanaşı,  onların  təlim-tərbiyəsi  ilə  də  ciddi  məşğul  olur,  hətta  lal 

uşaqlar  belə  unudulmur,  onlara  müxtəlif  peşələr  öyrədilir.  Bu 

səbəbdəndir  ki,  270  minə  yaxın  sayı  olan  bu  kimsəsizlərin 

əksəriyyəti sonralar özləri-özlərini dolandırmaq gücünə malik olur 

və “ bu təfsilata görə məlum olur ki, yüzdən doxsan məlul tərbiyə 

sayəsində  möhtaci-müavinət  və  sədəqə  olmayaraq  təmini-maaş 

edə bilirlər və özlərini idarədən aciz qalmazlar”(142,  45). 

Jurnalın  beşinci  nömrəsində  Qahirədə  ərəb  dilində  çıxan 

“Əl-məcəllətül-osmaniyyə”  qəzetindən  tərcümə  olunmuş  bir 

məqalə  “Nidaül-vətən  li  əbnayi”  (“Vətənin  övladına  nidası”)  adı 

ilə çap olunmuş, sonunda mütərcim imzası qoyulmuşdur(146, 79). 

Tərəddüd  etmədən  bildiririk  ki,  məqaləni  ərəbcədən  Azərbaycan 

türkcəsinə  çevirən  M.  Hadidir.  Dil,  üslub,  ifadə  tərzi,  cümlələrin 

quruluşu  şairin  eyni  ilə  “Həyat”  və  “Füyuzat”da  çap  etdirdiyi 

məqalələrə  bənzəyir.  Kiçik  bir  nümunə  göstərməklə  məsələni 

uzatmağa  ehtiyac  duymuruq:  “Vətəni-əziz  şu  yolda  övladına 

lisani-hal ilə nida ediyor: - Övladi-əzizlərim, sevgili fərzəndlərim! 

Nidamı  eşidiniz,  tövsiyəmi  can  kibi  hifz  etməklə  bərabər,  bu 

qorxunc yuxudan bidar olunuz”(146, 79). 

Məqalənin  M.  Hadi  tərəfindan  tərcümə  edildiyini 

təsdiqləyən  digər  bir  cəhət  şairin  məqalədən  sonra  jurnalın  son 

səhifəsində  “Məhəmməd  Hadi”  imzası  ilə  çap  etdirdiyi  “Nidaül-

vətən” şeiridir. 

 Jurnal  1-ci  nömrəsinin  10-cu  səhifəsində  “Qanuni-əsasiyi-

İran  və  hürriyyəti-islamiyan  mücahidlərindən  Ağa  Seyid 

Məhəmməd  müctəhid  Təbatəbayi  həzrətlərinin  təsviridir”  sözləri 

ilə    Təbatəbayinin  şəklini  vermiş,  6-cı  nömrədə  isə  onun  “sədri-

sabiqə”  yazdığı  çox  cəsarətli  bir  məktubunu  M.  Hadinin 

tərcüməsində  oxuculara  təqdim  etmişdir(148,  85-86).  Məktub  bu 

sözlərlə başlanır: “Sevgili vətənin başdan-başa bir xarabazar təşkil 

etdiyi,  düçari-fəlakət  və  təhlükə  olduğu  açıq  və  aydın  bir 

keyfiyyətdir”. Məktubda bildirilir ki, məmləkətin islahı və millətin 

normal  yaşayışı  üçün  “Şurayi-ümmət”,  “Məclisi-milli”  təsis 

olunmalı,  “əhalisinin  böyük  bir  qismi  əcnəbilər  boyunduruğu 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə