Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə47/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   43   44   45   46   47   48   49   50   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



139 

tərəfindən təkdir (məzəmmət edilmə-İ. Q,) olunur. Tökdükləri göz 

nuru,  çəkdikləri  zəhmətin  mükafatı  şu...  Nə  gözəl  hədiyyədir 

bu.”(171,  317).  

          “Füyuzat”ın  23-24-cü  saylarında  əsər  çap  etdirməyən  M. 

Hadi 25-ci nömrədə 3  yazı ilə  çıxış  edir.  Bunlardan biri məqalə, 

biri şeir, digəri isə Sədi Şirazidən edilmiş tərcümədir. 386-388-ci 

səhifələrdə  özünə  yer  almış  “Amerikada  üsuli-təlim  və  tərbiyyə” 

adlı  məqalə  “M.  Hadi”  imzası  ilə  çap  olunmuş,  sərlövhəyə 

“Cərideyi-ərəbiyyədən tərcümə edilmişdir” qeydi verilmişdir(175, 

386-388).  Məqalədə  Amerika  Birləşmiş  Ştatlarında  (“M.  Hadidə 

“Amerikayi-Şimali  cəmahiri-mütəffiq”  -  İ.  Q)  məktəb  və  maarif 

sistemindən ətraflı şəkildə bəhs edilmişdir. Məqalədə göstərilir ki, 

“İstər zükur, istər ünas olsun, altı sinnidən etibarən məktəbə veri-

lərək  on  altı  sinninə  qədər  təhsildə  bulunması  təhti-

məcburiyyətdir.  Bu  qaideyi-ümumiyyədən  kimsənin  inhirafə 

haqqı  yoxdur.  Binaənəleyh  bu  müddəti-müəyyənədə  üzri-sihhisi 

olmayan şagirdan məktəbə davamdan bir gün olsun geri qalamaz. 

Məktəb  müdavimlərindən  birinin  bir  məzirəti  olduğu 

təqdirdə  tələbəyə  məxsus  doktorlardan  üzrnamə  istehsalinə 

məcburdur. Məhz məktəblilər üçün təyin olunan “Məclisi-maarif” 

ətibbasında  şəhadətnamə  istehsal  olunmaz  isə,  təhsildən  qalmaq 

imkanı yoxdur.”(175,  387).  

Müəllif  daha  sonra  bildirir  ki,  bu  qanun  Amerikada  yaşasa 

da  vətəndaşlığı  olmayanlara  şamil  edilmir.  Bu  şəxslər  ölkənin 

təbəəliyinə qəbul edildikdən sonra isə, “bunların yerli şagirdlərdən 

fərqi yoxdur”. 

Məqalədən  aydın  olur  ki,  Birləşmiş  Ştatlarda  orta  təhsil 

məcburi və dövlət hesabınadır. Oğlanların “kəsbi-məişət etməsinə 

valideynlərinin  ehtiyacı  olduğu  tədqirdə  on  dörd  sinnidə 

məktəbdən  ba  şəhadətnamə  çıxa  bilər.  Yəni  səkkiz  sənə 

təhsilindən sonra məktəbdən müfariqət edər. Fəqət baqi iki sənəyi 

də  gecə  məktəblərində  davam  edərək  təhsilini  ikmal  etmiş  olur. 

Qızlara gəlincə, istər valideyn onların müavinətinə möhtac olsun-




İslam  Qəribli 

 

 



140 

olmasın,  16  sənənin    xitamınadək    təhsildə    davam    edəcəklər-

dir”(175,  388). 

Orta  təhsil,  peşə  məktəbləri  və  təhsildən  yayınmalara  görə 

ciddi cəzaların tətbiq edildiyi barədə ətraflı məlumat verən müəllif 

ölkənin  ali  təhsil  sistemi  haqqında  da  müfəssəl  bilgilər  verərək 

yazır:  “Cahani-irfan  olan  Amerika  biladında  sənaye  və  ziraət 

məktəbindən  başqa  453  darülfünun  və  məktəbi-aliyə  vardır.  İstə 

bu məkatibdə tibb, hüquq, ülumi-riyaziyyə, ticarət və mədəniyyəti 

–hazirənin icab etdiyi fünun tədris edilməkdədir”(175,  388). 

Məqalədən  anlaşırlır  ki,  Amerikada  təhsil  dünyəvidir  və 

“dinə  dair  elmlərin  məktəblərə  əsla  dəxli  yoxdur.    İştə  ülumi-

diniyyənin təlim və  təəllümünə  kəlisalarda təxsis edilmiş şöbələr 

vardır.  Arzuməndi-elmi-ədyan  olanlar  bazar  günlərində  oraya 

müraciət edər, ruhanilərdən öyrənə bilərlər”. 

Cəmiyyətin  tərəqqi  və  təkamülünün  başlıca  yolunu  məktəb 

və maarifdə görən ədibin bu məqaləsi də şeirləri kimi ürək ağrısı 

ilə  yazılmış,  Amerika  təhsil  sistemindən    heyranlıqla  bəhs 

edilməklə  öz  ölkəsindəki  təhsil  və  təlimin  ağlar  gündə  olmasına 

acı-acı təəssüf edilmişdir. 

Jurnalın  26-cı  sayında  “M.  Hadi”  imzası  ilə  beş  səhifəlik 

“Qafqaza aid” adlı bir məqalə də dərc olunmuşdur(179, 407-411).  

“Mabədi  var”  qeydi  ilə  tamamlanan  məqalədə  Şamaxı  ətrafı 

ərazilərdə,  xüsusən  Qobustanda  yaşayan  əhalinin  həyat  təpzi, 

güzəranları, mübtəla olduqları bəla və müsibətlərdən bəhs olunur. 

Müəllifin  bu  etnoqrafik  səciyyəli  məqaləsində  Qobustanda 

yaşayan, dolanışığını müxtəlif üsullarla təmin edən əhali üç qismə 

ayrılır:  əkinçilər,  maldarlar  və  kirəkeşlər.    Bunların  hər  biri 

haqqında, onların hansı əziyyətlərlə dolanmaları barədə müfəssəl 

məlumat  verən,  acı-acı  gileylənən  müəllif  onların  mal  və 

mülklərinə  sahiblik  edən  yerli  məmurları,  əsasən  də  müftəxor 

şeyxləri  qamçılamaqdan  çəkinmir.  Məqalənin  bir  yerində 

oxuyuruq:  “Bunlar  dürlü-dürlü  hiylə  və  dəsais  ilə  cahil  camaatı 

dami-iğfalə düşürməkdə, arzularınca sağıb yeməkdədirlər. Mənafe 

və  məzərrini  idrakdan  aciz    sadədil  camaat  isə  bunların  vəd  və 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



141 

vədi-əbləhfiribanələrinə  aldanaraq  “Şeyxin  fərmanı  -  Haqqın 

fərmanı”,  -    deyə  tələqqi  edib  şeyxin  müğayiri-qeyrət  və  xilafi-

həqiqət  olan  hər  bir  fərmanına  gərdəndadeyi-inqiyad  və 

təslimdirlər”.  Bir  qədər  sonra  isə  aşağıdakı  cümlələri  oxuyuruq: 

“Bəzi  heyvanlar  gecənin  qaranlığından  istifadə  edərək  sürüyə 

hücum  etdikləri  kimi,  buranın  da  adamsifət  bəhimsurət  olanları 

əhalinin  zülməti-cəhalətindən  bilistifadə  bəşəriyyət  sürülərinə 

təcavüzdən  geri  duramıyorlar...  Təriqət  niqabı  ilə  müsəlmanları 

dami-iğfalə  salan  bu  mütəşəyyixlər  hər  biri  xalqın  başına  bir 

hökmdari-mütləq  kəsilərək  həm  bunları  soymaq,  həm  də 

dünyadan,  kəsbdən,  həyatdan  tənəffür  etdirmək  misilli  iki  böyük 

cinayət irtikab ediyorlar”(179,  408). 

Digər  “Füyuzat”çılar  kimi  M.  Hadi  də  “mətbuatın  roluna 

böyük 

əhəmiyyət 



verir, 

yeni 


ideya-bədii 

düşüncənin 

formalşmasında  onun  əvəzsiz  olduğunu  bildirir”(441,  103), 

yazılarında  xalqın  taleyi  ilə  bağlı  olan  məsələlərin  şərhinə  daha 

çox  önəm  verir  və  bu  missiyanı  yerinə  yetirmək  üçün  müxtəlif 

üsullara əl atırdı. Bu üsullardan biri  müasirlərinin əksəriyyətindən 

fərqli  olaraq  M.  Hadinin  publisistik  yazılarının  təsir  gücünü 

artırmaq  üçün  yeri  gəldikcə  şeirlərdən  də  istifadə  etməsi  idi  ki, 

bunların bir qismini Şərq klassiklərindən nümunələr, əksəriyyətini 

isə  onun  öz  qələminə  mənsub  olan  bənd  və  beytlər  təşkil  edirdi. 

Bu məqaləsində də o, türk şairi Ziya Paşanın  “Zalımları ədlin nə 

zaman xak edəcəkdir, Məzlumların çıxmaqdadır göylərə ahı” 

beytindən,  müəllifini  göstərmədiyi  “ĠĢtə  bax,  məhzun  olan 



kimdir,  çəkən  kimdir  əzab,  Böylə  vicdansızlar  olmazmı 

ərəqrizi-hicab”  misralarından  və  dörd  parça  şeirdən  istifadə 

etmiş,  üç  parçanın  altında  “M.  H.”  imzasını  qoymuş,  “Sofi,  gəl 

öyrən  həyatın  tərzini  heyvandan”  misrası  ilə  başlanan  şeirdən 

sonra  heç  bir  imza  qoymamış,  qeyd  verməmişdir.  Həmin  dörd 

parça  şeiri  M.  Hadi  1908-ci  ildə  çıxmış  “Firdovsi-ilhamat” 

kitabına  müəyyən  dəyişikliklər  etməklə  müstəqil  şeirlər  kimi 

salmışdır ki, həmin əsərlər aşağıdakılardır: 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə