Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə52/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   48   49   50   51   52   53   54   55   ...   147

İslam  Qəribli 

 

 



154 

qurumuş  ağac  eynidir”,  -  qənaətində  olan  şair  bunları  nəzərə 

alaraq hər bəndin sonunda aşağıdakı beyti nəqarət kimi təkrar edir:  

Darül-ədəbin bilməliyiz qədrini, millət,  

Göstərməli ikmalına olduqca həmiyət(187,  N 9). 

 

On beş beytlik qəsidə formalı “Maarifə dair” şeiri(188, N 



13)  mövzu  və  ideyaca  yuxarıda  qısaca    şərhini  verdiyimiz 

əsərlərlə yaxından səsləşir. 

 

Qeyd  edək  ki,  bu  şeir  müəllif  tərəfindən  “Firdovsi-



ilhamat” kitabına da salınmış və kitab çapında sonuncu: 

 

Söylər sizə Hadi: - Oxuyun, milləti-islam! 



 

Xaməm bu yerdə ediyor xətm məqalı(377, 195), - 

beyti  yoxdur.  Sonrakı  nəşrlərdə  isə  həmin  misralar  jurnal 

variantına əsaslanaraq yerinə qoyulmuşdur(379, 12). 

 

Əvvəlki  şeirlərində  olduğu  kimi,  bu  əsərində  də  şair 



məktəb və maarifin cəmiyyətin həyatındakı müsbət rolunu yüksək 

qiymətləndirir,  bildirir  ki,  məktəb  ədəb  çiçəklərinin  cəm  olduğu 

bir  gülüstandır.  Boş-boş  xülyalarla  məşğul  olmaq  zamanı  deyil. 

Dövrümüz  mədəniyyət  əsri,  insanların  öz  hüquqları  uğrunda 

mübarizə əsri olduğundan biz də hürriyyət və mədəniyyət qatarına 

qoşulmağa  məcburuq.  Avropalılardan  ibrət  götürməyin  zamanı 

yetişib.  Nə  qədər  ki,  maarif  və  təhsildən  uzağıq,  əhvalımız 

düzəlməkdənsə, günü-gündən fənalaşacaq. Çünki: 

 

Zənciri-əsarətdə yaĢar əhli-cəhalət, 

 

Məhkumların gün kimi bəsbəlli zəvalı(379,  12). 

 

“Məhkumluğdan, əsarətdən qurtarmağın yolu məktəbdən, 



maarifdən,  elmi  öyrənib  onu  bəşər  həyatına  tətbiq  etməkdən 

başlanır” tezisini irəli sürən və bu ideyasını əsərlərində dönə-dönə 

müxtəlif  forma  və  üsullarla  isbata  çalışan  M.  Hadi  “Bədayeyi-

təbiət”  şeirində(189,  N  16)  təbiətin  bahar  fəslini  təsvir  edir.  İlk 

baxışda  peyzaj  lirikası  nümunəsi  təsiri  bağışlayan  şeir,  diqqət 

yetirilərsə,  təbiət  şeiri  deyil,  ictimai-siyasi  lirikanın  gözəl 

nümunəsidir. Şeirin ilk  yeddi beytində  təbiətin  yaşıl dona bürün-

məsindən, gülə, laləyə, çiçəyə baxıb yarını xəyalında canlandırma-

sından,    meşələrin  “ərzi-lətafət”  etməsindən,  “Güllər  gülüyor, 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



155 

quşlar oxur, feyz saçır bad” kimi könül açan məsələlərdən danışan 

müəllif  səkkizinci  beytdən  başlayaraq  obyekti  dəyişr.  Təbiət 

yerindədir,  lakin  quşlaın  nəğməsi  ürək  yandıran  nalə  və  fəryadla 

doludur: 

 

Möhnətzədələr hər biri bir dürlü nəvadə, 



 

San Ģivən edirlər bu çəmənzari-fənadə. 

 

Səyyadi-sitəmpərvərə nifrin ediyorlar, 

 

Cəlladi-cəfagüstərə təlin ediyorlar. 

 

Zülm əhli xərab eylədi gülzari-vücudu, 

 

Eyvah, sitəm məhv elədi baği-Ģühudu(379,  23). 

Hələ  bu  hamısı  deyil.  Zülmün  xaraba  qoyduğu  təbiətdə 

(əslində  cəmiyyətdə  -  İ.  Q,)  bulaqlar  hüzünlü  bir  səslə  axır, 

kəsilmiş, doğranmış ağacların halına ağlayır. Bir qədər əvvəl ürəyi 

sevinclə dolu olan şair bunları gördükdə, yaranmışların bir-birinə, 

əslində insanın insana qənim kəsildiyini xəyalında canlandıranda 

fəna  gülzarının  qönçəsi  kimi  çöhrəsinin  solması  təbiidir.  Bu 

təbiiliyin  müqablində  aşağıdakı  sualların  meydana  gəlməsi  də 

qanunidir: 

Aya bu nasıl mənzəreyi-faciəzadır, 

Hər “pərdəsi”, hər “fəsli” səzavri-bükadır? 

Hər zərrədə məĢhud olur asari-fəlakət, 

Bir  cövhəri-qəmdənmi doğulub tifli-təbiət?(379,  23) 

Suallların  cavabı  aydındır  və  bu  sualları  M.  Hadi  təkrar-

təkrar  özü  cavablandırmışdır:  Hürriyyət,  müsavat  olmayan 

yerdə yer üzü sitəm səhnəsi, bəĢər övladının  yaĢayıĢı faciədir

“Ricayi-vətən”  şeiri(190,  N  1)  M.  Hadinin  dil  baxımdan 

ən  sadə,  anlaşıqlı  şeirlərindən  biridir.  “Firdovsi-ilhamat”  və 

sonrakı kitablarda “Vətənin nidası” adı ilə çap olunmuş(377, 62; 

379,  36)  dörd  beytlik  bu  uşaqlar  üçün  nəzərdə  tutulmuş 

hikmətamiz şeirdə  bir  dənə  də  olsun mənasının  anlaşılması  çətin 

olan söz  yoxdur və bir-iki sözü çıxmaqla sözlərin demək olar ki, 

hamısı türk mənşəli, əsl Azərbaycan sözləridir. Şeiri olduğu kimi 

veririk: 

Bəsdir, yetər oğlum, dur, oğul, dur, daha yatma, 

Namusu, həyanı, ədəbi uyğuya satma! 



İslam  Qəribli 

 

 



156 

Ey sevgili övlad, ayıl, Allahı sevərsən, 

Gün doğdu, hamı durdu, yatan bircə özünsən. 

YoldaĢlarına, sil gözünü yaxĢı bax, oğlum, 

Onlar yetib istəklərinə, sən uzaq, oğlum. 

BaĢdan papağın, ya baĢını qapdıracaqdır – 

Ol yol gedən adəm ki, yol üstü yatacaqdır. 

Şərhə ehtiyac  görmürük  və  böyük türkoloq T. Hacıyevin 

bir  fikrini  burada  sitat  kimi  verməkdən  də  keçinə  bilmirik:  “Dil 

hisslərin,  duyğuların,  psixologiyanın  –  bütövlükdə  insanın  daxili 

aləminin, onun mənəviyyatının açarıdır. Dil lövhə yaratmaq üçün 

söz  sənətkarının  fırçasıdır,  söz  isə  xarakteri,  mənəviyyatı  tam 

aydınlığı ilə çanlandırmaq üçün onun boyalarıdır”(47, 92).  Bircə 

onu əlavə etməklə kifayətlənirik ki, “M. Hadinin dili çətindir, onu 

başa  düşmək  olmur”,-  deyə  gileylənənlər  hərdən-hərdən  əzaba 

qatlaşıb bu  sözlə tablo yaratmağın əvəzsiz ustadı olan dahi şair və 

mütəfəkkirin  əsərlərini  oxusunlar  və  onda  onun  anlaşıqli  dildə 

yazdığı çoxlu şeir, məqalə və elmi əsəri ilə rastlaşacaq, üslub və 

dil gözəlliyinin şahidi olacaqlar.  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  “M.  Hadini  anlamaq 

çətindir”,- deyənlərə əlli il bundan əvvəl Bəxtiyar Vahabzadə çox 

böyük  cəsarət  və  müdrikliklə  cavab  vermişdir.  Həmin  fikri 

təkrarlamağa  bir  daha  ehtiyac  duyuruq:  “Hadini  anlamaq  üçün 

onun yaşadığı hisslərlə, duyğularla yaşamaq və bəslədiyi əməllərlə 

qanadlanmaq lazımdır.  Öz qəlbində  Vətənin və xalqın sevinc  və 

ələmlərini, keçmişini və bu gününü, arzu və idealını yaşatmaq, bir 

sözlə,  cəmiyyətpərvər,  əməlpərvər  olmaq  lazımdır.  Öz  məhdud 

hissləri  ilə,  kiçik  şəxsi  duyğuları  ilə  nəfəs  alan,  yalnız  özü  üçün 

yaşayan  adamcığazlar  Hadini  necə  başa  düşsün?  Hadi  özü 

demişkən: “Əhli hal anlar məni!”(439,  41).   

M. Hadinin “Dəbistan”da dərc etdirdiyi şeirlərindən biri də 

“Arizuyi-dil”  əsəridir(191,  N  3).  Bu  şeirin  digər  bir  variantı 

“Fəzaili-insaniyyə.  Məbuslarımıza  xitab”  adı  ilə  “Dəbistan” 

jurnalından  əvvəl  “Füyuzat”da  dərc  olunduğundan(Bax: 

“Füyuzat”, 20 fevral 1907-ci il, N 10, s. 147) və biz M. Hadinin 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə