Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə35/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   31   32   33   34   35   36   37   38   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



103 

  Qəm nədir dərk etməyən qafilləri məğmum edər, 

  Bu məsaibgahi-dəhrin nolduğun məlum edər, 

 

Möhnətü yəsü ələmlə dilfigar olmuĢ cahan(141,  41). 

Jurnalın 8 dekabrda çıxan dördüncü nömrəsində M. Hadinin 

26  beytdən ibarət olan bir şeiri  -  “Hissiyyati-madəranə və  yaxud 

övlad bəsləmək hissləri” çap olunmuşdur(143, 55-56). “Firdövsi-

ilhamat”  kitabına  “Hissiyyati-madəranə”  adı  ilə  daxil  edilmiş  bu 

şeirin mətnində dəyişiklik edilməmiş(377, 69-72) və şeir sonrakı 

nəşrlərə 

də 


“Firdovsi-ilhamat”da 

olduğu 


kimi 

daxil 


edilmışdir(379,  381;  24-25,  34-38).  Əsas  mövzusu  ana-bala 

sevgisindən  ziyadə  təlim-tərbiyə  ilə  bağlı  olan  bu  əsərində  şair 

analara xitabən deyir: 

 

Biədəb bəsləməyin tiflanı, 

  Mərifətpərvər edin tiflanı(143, 55). 

“Məhəmməd  Hadi”  imzası  ilə  çap  olunan  bu  əsərində 

cəmiyyətin  tərəqqisində  anaların,  qadınların  rolunu  yüksək 

qiymətləndirən şair daha sonra yazır: 



 

Nə zaman kəsbi-ülum etsə nisa, 

  Cismi-millət tapacaq onda Ģəfa. 

  Elmlə ruha müdavat olunur, 

  Elmlə kəsbi-füyuzat olunur. 

  Elmdir Ģəmsi-səhabi-əzəli, 

  Elm tənvir edər afaqi-dili(143,  56). 

“Məhəmməd  Hadi  Şirvani”  imzalı  mürəbbe  formasında    9 

bənddən  ibarət  “İsmət,  yaxud  əfif  olan  zatların  xəsaili”  adlı  şeir 

jurnalın  18  dekabr  1906-cı  il  5-ci  nömrəsində  çap 

olunmuşdur(144,  73-74).  “Firdovsi-ilhamat”a(377,  38-39)  və 

sonrakı nəşrlərə düşən(379, 381; 27-28; 40-41) bu şeirin sonuncu 

bəndinin  ilk  -  “Şeiri-rənasında  söylər  arifi-Rumi”  misrasına  türk 

şairi  Ziya Paşanın  (1825-1880)  aşağıdakı iki misrası ilə  verilmiş 

izah kitablara düşməmişdir: 

 

Lənət ola ol malə ki, təhsilinə anın, 

  Ya irz, ya namus, ya qeyrət ola alət(144, 74). 

Mövzu və ideyaca jurnalda çap olunan əvvəlki şeirlərdən bir 

o  qədər  də  fərqlənməyən  bu  əsərdə  baş  leytmotiv  insanın  öz 



İslam  Qəribli 

 

 



104 

şəxsiyyətini qorumaq üçün yollar axtarması, yaşayışında kimsəyə 

boyun əyməməsidir. Şair bu əqidədədir ki: 

 

Kimsəyə qılmaz təməllüq həqpərəstan nan üçün, 

  Çaki-ismət eyləməz alicənaban nan üçün, 

  Abi-nayabi-ifafi tökməz insan nan üçün, 

Tərki-məslək eyləməz ərbabi-irfan nan üçün(144, 74). 

 Mürəbbe  şəklində  olan  “Nidaül-vətən”  şeiri(145,  80)  M. 

Hadinin  1908-ci  ildə  çıxmış  “Firdovsi-ilhamat”  kitabına  düşsə 

də(377, 


46), 

1920-ci 


ildən 

sonra  çıxan  kitablarına 

düşməmişdir(379,  381).  “Dünyada  əməlimiz  fəqət  emari-

vətəndir”  misrası  ilə  başlanan  bu  əsərdə  vətənin  “gülşəni-

rənası”nın  solmasından,  “vicdani-münafiq”  (ikiüzlü,  riyakarların 

vicdanı)  kimi  “bünyanı”  (özülü,  təməli)  pozulmuş,  cahillərin 

fikirləri kimi halı pərişan vətənin vəziyyətindən ürək ağrısı ilə söz 

açan şair bildirir ki, bizlərdə vətən məhəbbəti olmayınca, vətənin 

şan və şərəfi hifz, himayə   edilməyincə nə vətənə, nə də millətə 

nicat yoxdur. Laqeydliyimizdən vətəni: 



 

Bir hala gətirdik ki, olub layiqi-nifrət(145, 80). 

Şeirin  jurnal  variantı  ilə  kitabdakı  mətni  arasında  bir  neçə 

fərq vardır. Belə ki, on birinci misranın başlanğıcındakı “Bir dəsti-

zülam  ilə”  sözləri  “Zülzali-cəhalətlə”  sözləri  ilə,  18-ci  misranın 

son  “afətzədəganə”  sözü  isə  “qəflətzədəganə”  sözü  ilə 

əvəzlənmişdir. Şeir belə bir düşündürücü bəndlə tamamlanır: 



  Bülbül kimi ərbabi-qələm qıldı təranə, 

  Ġrcayi-nüfuz etmədi qəflətzədəganə, 

  Təsir eləməz vəhy ola səngdilanə, 

  Bu nami-bəla calibi-ənzari-vətəndir(145, 80). 

Jurnalın  29  dekabr  1906-cı  ildə  işıq  üzü  görmüş  6-cı 

nömrəsində  M.  Hadinin  üç  əsəri  çap  olunmuşdur.  Bunlardan 

birincisi  “Dəli  şairə  dəlilər  mühibbi  olan  bir  quşun  köməyi. 

Tövsiyeyi-mürğ”  adlı  şeir,  ikincisi  “Müctəhid  ağa  Təbatəbayi 

həzrətlərinin  məktubu”  sərlövhəli  tərcümə,  üçüncüsu  isə  “Bakı 

tarixindən bir  nəbzə”  adlı iri  həcmli bir məqalədir. Şeirin  altında 

“Dəlilər  mühibbi”,  tərcümənin  altında  “Mütərcim  M.  H.”,  mə-




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



105 

qalənin altında isə “M. Hadi” imzası qoyulmuşdur(147; 85, 86-86, 

86-90) . 

Şeir  jurnalın  birinci  nömrəsində  (134,  10-11)  “Dəli  şair” 

imzası  ilə  çap  olunmuş  “Heyrət,  yaxud  bir  mələyin  insanlara 

xitabı”  adlı  on  iki  beytlik  bir  şeirə  cavab  kimi  yazılmış,  vəzn, 

qafiyə  və  rədif  sistemi  belə  saxlanılmışdır.  Yeri  gəlmişkən  qeyd 

edək 


ki,  “Füyuzat”in  birinci  nömrəsində  çıxan  şeri 

tədqiqatçılardan biri M. Hadinin şeiri hesab etmişdir ki, bizcə bu 

fikir doğru deyil(42, 11). Şeirin M. Hadinin olmadığını sübut üçün 

bircə  faktı  söyləmək  yetərlidir.  Altıncı  nömrədə  çıxan  şeiri  M. 

Hadi öz əsəri kimi “Firdovsi-ilhamat”a daxil etmiş(377, 105-106), 

birinci  nömrədəki  şeiri  isə  məhz  başqa  müəllifin  olduğu  üçün  

kitabına  salmamışdır  (Bizcə,  şeirin  müəllifi  Əlı  bəy 

Hüseynzadədir).  M.  Hadinin  bu  əsəri  sonrakı  kitablara  da 

salınmış(379, 381; 29, 42), başlıq istisna olmaqla (həm “Firdovsi-

ilhamat”da,  həm  də  sonrakı  nəşrlərdə  şeirin  sərlövhəsi  belədir: 

“Tövsiyeyi-mürğ”), jurnal mətni ilə kitablardakı mətn tam eynidir. 

 

Xitab eylər bizə bir mürğ, der: insanlar, insanlar! 



Nədir tutmuĢ cahanı naləvü əfğanlar, insanlar?!(147,  85), - 

beyti ilə başlanan şeir bir quşun insanlara tövsiyəsi, müraciəti kimi 

təqdim  olunsa  da,  əslində  məqsəd  və  məram  bambaşqadır.  M. 

Hadi şeirlərində görünməkdə olan ümumi kədər - “hüzni-ümumi” 

bu  əsərin  hər  beytində  görünməkdədir.  Quşun  dilindən:  “Niyə 

insanlıq gülzarını yandırırsınız?” sualı bir qədər sonra acı ittihama 

çevrilir.  İnsana  ədalətlə  hökm  etmək  buyuruğu  Allah  tərəfindən 

verilsə  də  (“Atılmış  guşeyi-nisyanə  nəssi-təhkumu  bilədl”),  o, 

buna  əməl  etmir.  Murdar  nəfsinə  uyaraq  qan  tökür,  məzlumun 

haqqını  yeyir, bu azmış kimi nə haqq söz, nə də Tanrıdan gələn 

fərmanlar ona təsir etmir. İnsanın cahilliyi ucbatıtından  “cahan bir 

qətlgah olmuş”, o isə hələ də cəhalət eydinə - bayramına qurbanlar 

kəsməkdə  davam  etməkdədir.  Bu  hala  heyvanlar  lənət  oxuduğu 

halda  (lənətxandır  heyvanlar),  insanlar  pis  əməllərdən  əl  çəkmir. 

Buna  səbəb  nədir?  Səbəb  şairin  yaradıcılığında  təkrar-təkrar  rast 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə