Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə34/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   30   31   32   33   34   35   36   37   ...   147

İslam  Qəribli 

 

 



100 

dünyanın  dolaşıq  işləri  qarşısında  aciz  qalmışlar?  Niyə  dünya 

zülm və sitəm səhnəsinə çevrilib və nədən  “Bu zülmabadi-giytidə 

(ədalətsizlik, zülm yeri olan dünyada) fəqət bir namı var ədlin?”. 

Çox təəssüflər olsun ki, ədalətin ancaq adı olan bu dünyada 

zülmsevənlərin  nə  qədər  desən  yarı-yoldaşı,  dostu  var  və 

məzlumların  halına  rəhm  eləyən  yoxdur.  Müstəbidlər    “calisi-

ovrəngi-istiğna”  (maddi  cəhətdən  tam  təmin  olunmuş  taxt-tac 

sahibi)  olmuş,  azadlıqsevənlərə  isə  zillət  nəsib  olmuşdur.  Bütün 

bunlara səbəb nədir? Təbii ki, M. Hadi verdiyi sualların heç birinə 

konkret cavablar vermir və bütün beytlərin axırında “Bilməm ki?” 

sualı  ilə  oxucusuna  müraciət  etməklə  onu  bu  barədə  düşünməyə 

vadar edir. Şeir aşağıdakı düşündürücü misralarla tamamlanır: 

 

Həzaran bülbülan baği-fənada naləpərvərdir, 

  Nə məcbur eyləmiĢ bunları əfğanə, bilməm ki? 

 

Ürək al qana dönmüĢ, Hadiya, hüzni-ümumidən, 

Bu hüznü bəxĢ edən kimdir dilü vicdanə, bilməm ki? 

   Nəsibi xuni-dildir bu fəna mülkündə əhrarın, 

 

Əcayib bir müəmmamı bu tilsimxanə, bilməm ki?(138, 25).  

 “Amali-istiqbal, yaxud ümid və əməllər” şeirini(139, 15-16) 

şair  “Amali-istiqbal”  adı  ilə  “Firdovsi-ilhamat”  kitabına  da 

salmış(377,  76-77)  və  mətndə  bir  neçə  düzəlişlər  də  etmişdir. 

(Şeirin  jurnal  variantı  və  kitabdakı  mətn  tutuşdurularaq  M. 

Hadinin sonrakı kitablarına salınmışdır. Bax: 1978, səh.17; 2005, 

səh.  31-32).  Belə  ki,  ikinci  misranın  son  sözü  “iqbal”  “amal”la, 

üçüncü:  “Sənsən  qılan  insanları  azadeyi-zillət”  misrası  “Sənsən 

bizə  hər  dəmdə  əməlbəxşi-səadət”lə  əvəzlənmiş,  “Amali-

təfəyyüzlə  olur  şəxs  hünərvər”  misrası  “Firdovsi-ilhamat”a 

düşməmiş,  “Vabəstədir  ancaq...”  sözləri  ilə  başlanan  altıncı  beyt 

yeddinci beyt kimi, “Ümid eliyor...” sözləri ilə başlanan yeddinci 

beyt  doqquzuncu  beyt  kimi,  “Ümid  olamazsa...”  sözləri  ilə 

başlanan  doqquzuncu  beyt  isə  səkkizinci  beyt  kimi  verilmişdir. 

Bundan  başqa,  şeirin  on  üçüncü:  “Dərguş  qılın  tövsiyeyi-

əqlpəsəndi,  Ümmid  ilə  yazdım  sizə  atidəki  “bəndi””,-  beytindın 

sonra: 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



101 

  “Ümmid ilədir binayi-aləm, 

  Ümmid mühəndisi-cahandır. 

  Zövqavəri-fikr, qəlbü candır, 

  Ümmid ilədir bəqayi-adəm”(139,  31),- 

bəndi verilmişdir ki, bu dörd misra jurnalda “Ümid insan üçün pək 

böyük və pək müqəddəs olan bir istinadgahi-mətindir” cümləsi ilə 

başlayan və nəsrlə yazılmış bir mətnin daxilində getmişdir. Nəsrlə 

yazılmış sonluğu məqalə  də  adlandırmaq  olar və  “Mabədi var..” 

qeydi  ilə  bitən,  “Əbdülsəlimzadə”  imzası  ilə  dərc  olunan  bu 

yazının davamı, əfsuslar olsun ki, sonralar  ya  yazılmamış,  ya da 

yazılsa  da  dərc  edilməmişdir.  Bu  şeirdə  və  şeirə  nəsrlə  əlavə 

olunmuş  sonluqda “Azərbaycan poeziyasında intibah,  azadlıq və 

hürriyyət  mücahidlərindən  biri  olan  M.  Hadi”(431,  31)  azadlıq, 

mədəniyyət barədə düşüncələrini qələmə alır, Xristofor Kolumbun 

Amerika qitəsini kəşf etmək üçün bu işə ümidlə girişməsindən söz 

açır,  “öz  romantik  təbiətinə  uyğun  olaraq    fransız  ədibi  Viktor 

Hüqodan  gətirdiyi  sitatlarla”(36,  32)  (“Həyat  həqiqətlə, 

mövcudiyyət  də  xəyal  və  ümid  ilə  qaimdir”,  “Mövcudiyyət 

vicdandır,  vicdan  isə  ümidlə,  əməllə  qaimdir”  və  s.)    fikrini 

qüvvətləndirir və bu qənaətə gəlir ki: 

 

Ümmid ilə insan ediyor teyyi-mərahil(139,  31). 

  İnsan ümid ilə mərhələləri keçib başa çatdırır – İ. Q.)  

   Jurnalın  3-cü  nömrəsində  M.  Hadinin  iki  şeiri    nəşr 

olunmuşdur.  “Bədaye”  adlanan  birinci  şeir  on  bir  beytdən(140, 

39), “Kitabi-həyat” şeiri isə müxəmməs formasında olmaqla on üç 

bənddən  ibarətdir(141,  41).  Jurnalda  “Məhəmməd  Hadi”  imzası 

ilə  dərc  olunmuş  bu  əsərlərin  birincisini  “Mənaziri-təbiət”, 

ikincisini isə adını saxlamaqla şair kiçik söz və ifadə dəyişiklikləri 

ilə  “Firdovsi-ilhamat”  kitabına  da  salmış(377,  22-23  ,  23-26), 

sonrakı nəşrlərdə də şeirlər “Firdovsi-ilhamat”da olduğu kimi çap 

olunmuşdur(379, 381; 20, 21-22,  34, 34-36).  Birinci  əsərdə  əsas 

mövzu  həqiqətin  tərənnümüdür.  Şairin  fikrincə,  həqiqət  nəzərləri 

ilə  baxılarsa  dünyanın  Turi-Sina  (Ərəbistan  yarımadası  ilə  Misir 

arasında  yerləşən  Sina  yarımadasında    Allah  ilə  Musa 




İslam  Qəribli 

 

 



102 

peyğəmbərin danışdıqları yer - İ. Q.), ağaclardan bir ağızdan “ya 

Mysa”  kəlməsinin  eşidilməsinin  şahidi  olmaq  olar.  Şairə  görə, 

həqiqət  olmayan  yerdə  rəzalət  ayaq  tutub  yeriyir,  bütün 

qaranlıqlar,  pisliklər  hökmfərma  olur.  “Həqiqi  abid  olsa,  bir 

ibadətxanədir aləm”,- deyən M. Hadi bu fikirdədir ki: 



  Büluri-kainata inikas etdikcə hürriyyət, 

 

Təcəddüdpərvəranə rənglərlə çöhrəpiradır(140, 39).                                         

      “Kitabi-həyat”  şeiri  üsyankar  təbiətli  şairin  fəryad  və 

şikayətlərinin  hələ  yaradıcılığının  ilk  illərində  belə  poeziyasının 

əsas mövzularından biri olduğunu təsdiqləyir. Şeirin ilk bəndində 

şair bildirir ki,  yer üzü fəlakət səhnəsi, insanlar bəla oxlarına bir 

hədəfdir.  Göylər,  səmalar  möhnət  oxlarından  deşilərək  “göz-göz 

olmuş” və beləliklə: 

 

Dəsti-cəlladi qəzadan zəxmdar olmuĢ cahan(141,  41). 

       “Bütün  əskiliyə  qarşı  üsyan  edən,  haqsızlığa  qarşı  meydan 

oxuyan  və  ona  ilham  verən  ən  ziyadə  sərbəstliyi,  hürriyyəti 

şeirlərində  tərənnüm  edən”(3,  152)  şair  bildirir  ki,  “ürəyi 

azadlıqsevərlərin  qəlbi  kimi  yaralı  olan”  dünya  şivən  səhnəsidir, 

buna  səbəb  isə  “bizdə  asari-mürüvvət  hissinin  yoxluğudur”. 

Cahan “bir sürü  cəllad əlindən əşkbar olmuş”, tərəqqi istəyənlər 

zindan  künclərinə  atılmış,  zaman-zaman  haqq  deyən  dillər 

kəsilmiş və: 

  

Dari-zülm olmuĢ cahan, yoxdur ədalətdən niĢan, 

  Təlxi-abi-cövr ilə aludədir nasutiyan(141,  41). 

İşlərin  bu  qədər  qarmaqarışıq  olmasının  səbəbi,  şairin 

fikrincə, dünyada həqiqət və hürriyyətin olmamasındadır. “Hüzni-

ümumi  çəkməkdən  dil  yarədir”,-  deyən  şair  bu  əqidədədir  ki,  

oxucusu  onu  başa  düşəcək,  dünyanın  yaxşılıqlarını  yox, 

pisliklərini  qabarıq  şəkildə  verdiyi  üçün  onu  qınamayacaqdır. 

Əsərdə  məqsəd  yatmış  vicdanları  oyatmaq,  daşlaşmış  ürəkləri 

yumşaltmaqdır ki, bu baş ideya şeirin son bəndlərinin birində belə 

ifadə olunur: 

 

Xameyi-möhnətnəvisim qəlbi-səngi mum edər, 

  ġeiri-cansuzum fərəhpərvərləri məhmum edər, 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə