İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

 
121 
İmam  Kazimin  (ə)  şagirdlərindən  biri  Yezid  ibn 
Suləyt  Mədinə  ilə  Məkkə  arasındakı  yolda  İmam 
Kazimlə  (ə)  görüşdü.  Həzrətdən  (ə)  özündən  sonrakı 
canişini barədə soruşdu. Həzrət (ə) bir az şərh verdikdən 
sonra buyurdu: “Məni bu il tutacaqlar. İmamət oğlum Əli 
(ibn Musa ər-Rza (ə)) ilədir”. 
Sonra buyurdu: “Oğluma (Həzrət Rzaya) müjdə ver 
ki,  tezliklə  əmin,  e`timadlı  və  mübarək  bir  oğlan  (yə`ni 
İmam Cavad  (ə)) sahibi olacaq. O sənə mənimlə burada 
görüşməyini  xəbər  verəcək.  O  zaman  ona  xəbər  ver  ki, 
oğlanın  (İmam  Cavadın)  anası,  Rəsulullahın  (s)  oğlu 
İbrahimin  anası,  Rəsulullahın  (s)  həyat  yoldaşı  Mariya 
Qibtiyyənin tayfasından olan bir kənizdir. Əgər bacarsan 
mənim salamımı o kənizə (Xəyzurana) çatdır”.
175
 
Beləliklə  görürük  ki,  İmam  Kazim  (ə)  Xəyzuranla 
görüşməzdən  və  o  xanımın  İmam  Rza  (ə)  ilə 
evlənməsindən  əvvəl  Həzrət  Peyğəmbər  (s)  salamını 
Cabir ibn Əbdullah vasitəsilə İmam Baqirə (ə) çatdırdığı 
kimi, öz salamını ona çatdırmağı buyurur. 
ĠMAM RZANIN (Ə) XƏYZURANIN PAKLIĞI VƏ 
MƏDHĠ BARƏSĠNDƏ BUYURDUĞU SÖZLƏR 
Bir  gün  İmam  Rza  (ə)  öz  əshabına  buyurdu:  “Mən 
elə bir övlad (İmam Cavad) sahibi olmuşam ki, dəryaları 
yaran  Musa  ibn  İmrana  oxşayır.  Anası  da  paklıq  və 
müqəddəslikdə  İsa  ibn  Məryəmə  (ə)  oxşayır.  Bu  uşağın 
anası (yə`ni Xəyzuran) pak və pakizə yaradılmışdır”.
176
 
İmam  Rzanın  (ə)  bacısı  Həkimə  söyləyir  ki,  İmam 
Cavadın (ə) təvəllüdü yaxınlaşanda, İmam Rza (ə) mənə 
buyurdu:  “Həkimlə  (mama  ilə)  birlikdə  Xəyzuranın 
otağına get”. 
Sonra  İmam  Rza  (ə)  o  otağın  işığını  yandıraraq 
oradan  çıxdı  və    qapını  bağladı.  Xəyzuranda  doğum 
                                            
175
 Üsuli kafi, 1-ci cild, səh.315. 
176
 Bihar, 50-ci cild, səh.15. 


 
122 
ağrısı  başlananda  çıraq  söndü.  Çıraq  söndüyünə  görə 
narahat  olduq.  Lakin  Həzrət  Cavad  (ə)  dünyaya  gələndə 
həmin otaq onun vücudunun nuru ilə işıqlandı. Bu zaman 
İmam  Rza  (ə)  qapını  açaraq  otağa  daxil  oldu.  Uşağı 
götürüb beşiyinə  qoydu və  mənə  buyurdu:  “Ey  Həkimə! 
Beşiyin yanında qal”. 
Üçüncü  gün  gördüm  ki,  İmam  Cavad  (ə)  gözlərini 
səmaya  dikib.  Sonra  sağ  və  sol  tərəfə  baxdı  və  dedi: 
“Əşhədu ənla ilahə illəllah 
Və ənnə Məhəmmədən Rəsulullah”. 
Həkimə  deyir  ki,  mən  qorxdum  və  dəhşətə  gəldim. 
Bu  halda  Həzrət  İmam  Rzanın  (ə)  hüzuruna  getdim  və 
ərz  etdim:  “Bu  uşaqdan  elə  sözlər  eşitdim  ki, 
təəccübləndim”. 
İmam Rza (ə) buyurdu: “Nə eşitdin?” 
Ərz etdim: “O Allahın birliyinə və Məhəmmədin (s) 
risalətinə şəhadət verdi”. 
İmam  Rza  (ə)  buyurdu:  “Bu  uşağın  həyatında 
təəccüblü işlər sən gördüyündən də çoxdur”.
177
 
10-Ġmam Hadinin (ə) anası Həzrət Səmanə 
Həzrət Səmanə (ə) Məğrib əhlindən idi. Allahın  əli 
ilə  Mədinəyə  gəlib  çıxdı  və  İmam  Cavadın  (ə)  həyat 
yoldaşı  oldu.  Bu  mə`rifətli  qadın  mə`nəvi  fəzilətlər  və 
kamal  yolunda  o  qədər  üstün  idi  ki,  onu  Seyyidə  və 
Ümmül-Fəzl  (fəzilətlər  anası)  adlandırardılar.  Həzrət 
Səmanə (ə) öz dövründə zöhd və pəhrizkarlıqda misilsiz 
idi. İlin çox günlərini müstəhəb oruc tutardı. 
Səmanə  Məğrib  karvanıyla  Mədinəyə  gəldi.  Orada 
Məhəmməd  ibn  Fərəcin  vasitəsi  ilə  İmam  Cavadın  (ə) 
evinə  gələrək  O  Həzrətin  (ə)  həyat  yoldaşı  oldu.  İmam 
Cavad  (ə)  onun  şə`ninə  belə  buyurub:  “Onun  adı 
Səmanədir.  O  məni  həqiqətən  tanıyır.  O,  behişt 
qadınlarındandır.  Tüğyankar  şeytan  ona  yaxın  gəlmir. 
                                            
177
 Bihar, 50-ci cild, səh.10. 


 
123 
İnadkar  zalımların  hiyləsi  ondan  uzaqdır.  Heç  vaxt 
yatmayan Tanrının lütf və mərhəməti altındadır”. 
Böyük  alim  Seyyid  Mürtəza  “Uyunul-mu`cizat” 
kitabında Həzrət Səmanənin şə`nindən yazır: “O, Allaha 
ibadətdə təvazökarlıq və acizliyin son həddində olardı və 
Allahla çox sıx bağlılığı vardı”.
178
  
İman nuru cilvələnir bu canda, 
Mustafa qanunu yaşayır onda.  
Çöhrəsi günəşdir şərəf şəfəqli, 
Qəlbi vaqif, Ümmül-kitab hədəfli. 
İmamət tacıyla başı ucalmış, 
Önündə mələklər diz üstə qalmış. 
11-Ġmam Həsən Əsgərinin (ə) anası Həzrət Süsən 
Həzrət  Süsən  (ə)  adlı-sanlı  tayfada  doğulmuş,  çox 
möhtərəm  və  savadlı  bir  xanım  idi.  Allahın  əli  ilə 
Mədinəyə gələrək İmam Hadinin (ə) həyat yoldaşı olmaq 
şərəfinə  nail  oldu.  O,  Süsən,
179
  Səlil  və  Hudeys
180
  kimi 
müxtəlif adlarla tanınırdı. Onu İmam Hadinin (ə) yanına 
gətirəndə  və  İmam  Hadinin  (ə)  həyat  yoldaşı  olanda, 
Həzrət  (ə)  onun  şə`nində  belə  buyurdu:  “Səlil  hər  bir 
pislikdən,  nöqsandan,  çirkin  xüsusiyyətlərdən  və 
napaklıqdan uzaqdır”.
181
 
Onu  kiçik  qeyb  dövründə  “Cəddə”  (Qaim  İmamın 
nənəsi) çağırırdılar. Bir gün İmam Həsən Əsgəri (ə) anası 
Süsənə  (ə)  buyurdu:  “260-cı  ildə  mənə  müsibət  üz 
verəcək. Həmin ildə mənim dünyadan getməyim ehtimal 
olunur”. 
                                            
178
 Rəyahinuş-şəriət, 3-cü cild, səh.23; Muntəxəbut-təvarix, səh.789. 
179
 Kəşful-ğəmmə, 3-cü cild, səh.271; Ə`yanuş-şiə, 2-ci cild, səh.40. 
180
 Bihar, 50-ci cild, səh.236. 
181
  İsbatul-vəsiyyət,  Rəyahinuş-şəriətə  uyğun  nəql  olunubdur,  3-cü 
cild, səh.24. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə