İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə38/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

 
118 
qorxardım. Yuxudan ayılanda isə heç bir səs eşitmirdim. 
O, (Həzrət Rza) dünyaya gələndə bir əlini yerə qoydu və 
başını  səmaya  qaldırıb  dodaqlarını  hərəkətə  gətirdi.  Elə 
bil  ki,  bir  söz  deyirdi.  Bu  anda  atası Musa ibn Cəfər  (ə) 
mənim  yanıma  gəldi  və  buyurdu:  “Ey  Nəcmə!  Allahın 
kəraməti sənə mübarək olsun”. 
Uşağı bir ağ parçaya büküb Həzrət Musa ibn Cəfərə 
(ə)  verdim.  Həzrət  (ə)  onun  sağ  qulağına  azan,  sol 
qulağına isə iqamə dedi. Fərat çayının suyundan istədi və 
onun  ağzını  Fərat  suyu  ilə  islatdı.  Sonra  onu  mənə 
tapşırdı  və  buyurdu:  “Bu  uşağı  məndən  al!  O  yer 
üzündəki Bəqiyyətullahdır”.
164
 
ĠMAM MUSA KAZĠMĠN (Ə) QIZI HƏZRƏT 
MƏ`SUMƏNĠN (Ə) HƏYATI 
Qələm  şə`ni  və  məqamını  yazmaqda  aciz  olan  çox 
möhtərəm qadınlardan biri İmam Musa Kazimin (ə) qızı 
Həzrət  Fatimə  Mə`sumədir  (ə).  Onun  qəbri  şiələrin 
ziyarətgahı  və  pənah  apardığı  yer,  Qum  elmiyyə 
hövzəsinin,  müctəhidlərin  və  elm-əməl  dahilərinin 
mərkəzidir. Bə`zilərinin nəql etdiyinə əsasən, onun anası 
həmin Həzrət Nəcmədir. Həzrət Rza (ə) həm ata və həm 
də  ana  tərəfindən  onun  qardaşıdır.  Həzrət  Fatimeyi-
Mə`sumə  (ə)  hicri  qəməri  173-cü  il  zilhiccə  ayının 
əvvəlində Mədinə şəhərində dünyaya göz açıb və 201-ci 
il  rəbiüs-sani  ayının  12-də  28  yaşında  Qum  şəhərində 
dünyadan gedib.
165
 
Hicri  200-cü  ildə  (yeddinci  Abbasi  xəlifəsi 
Mə`munun  israrı  və  də`vətindən  sonra)  Həzrət  Əli  ibn 
Musa  ər-Rza  (ə) Xorasana  gəldi  və  burada  Mə`mun  onu 
ehtiramla qarşıladı. Çoxlu imam övladları Həzrət Rza (ə) 
ilə görüşmək üçün Hicazdan İrana gəldilər. O cümlədən 
                                            
164
 Uyunu əxbarir-Rza (ə), 1-ci cild, səh.20. 
165
  Mustədrəku  səfinətil-bihar,  8-ci  cild,  səh.257;  İrşade  Mufidin 
tərcüməsi, 2-ci cild, səh.236. 


 
119 
Həzrət Mə`sumə (ə) də öz qohumlarından ibarət karvanla 
qardaşı  ilə  görüşmək  üçün  İrana  gəldi.  Ancaq  Savə 
şəhərinə  çatanda  xanım  xəstələndi.  Yaxınlarından  Qum 
barəsində  soruşdu.  Onlar  dedilər  ki,  yaxındır.  Əmin-
amanlıq  və  müqəddəs  şəhər  olduğuna  görə  xanım  sakin 
olmaq üçün Qumu seçdi. Qumda tanınmış şiələrdən olan 
Sə`d  Əş`ərinin  oğlanları  Həzrət  Mə`sumənin  (ə)  Savəyə 
gəldiyini  eşitdikdə  onu  qarşılayaraq  izzət  və  ehtiramla 
Quma gətirdilər. O Həzrət (ə) Musa ibn Xəzrəc ibn Sə`d 
Əş`ərinin  evinə  gəldi.
166
  17  (ya  16)  gündən  sonra  isə 
dünyasını  dəyişdi.
167
  İndi  Həzrət  Mə`sumənin  (ə) 
Qumdakı  pak  və  İlahi  ziyarətgahı,  ölkənin  və  xaricdəki 
müxtəlif  bölgələrdən  gəlmiş  Əhli-beyt  (ə)  aşiqlərinin 
ziyarət mərkəzidir.  İmam Kazim (ə) buyurur:  “Qum Ali 
Məhəmmədin  (s)  evi,  Ali  Məhəmməd  (s)  şiələrinin 
sığınacağı və pənahgahıdır”.
168
 
Bə`zi rəvayətlərə əsasən, Harun ibn Musa ibn Cəfər 
(ə)  öz  qohumlarından  Həzrət  Mə`sumə  (ə)  də  daxil 
olmaqla  22  nəfərlə  İrana  gəlir.  Yolda  Harun  (ə)  yemək 
yeyərkən  Mə`munun  cəlladları  hücum  edərək  onu  şəhid 
etdilər, digər adamlarını isə yaralayıb pərakəndə saldılar. 
Nəql olunur ki, Savədə Həzrət Mə`sumənin (ə) yeməyinə 
zəhər qatıb, o əziz və möhtərəm Xanımı (ə) zəhərlədilər. 
Xanım  (ə)  yatağa  düşdü  və  çox  çəkmədi  ki,  şəhid  oldu. 
Mə`mun  İmam  Kazimin  (ə)  övladlarından  altı,  ya  da 
yeddi  nəfərini  şəhid  etdi.  Çünki  onlar  qardaşları  İmam 
Rzanın  (ə)  qanını  almaq  məqsədiylə  Mə`munun 
hakimiyyətinə e`tiraz etmişdilər . . . “.
169
 
                                            
166
  Bu  ev  indi  də  “Sittiyyə”  elmi  mədrəsəsi  adıyla  Miri  Qum  adlı 
məhəllədədir. 
167
 Səfinətul-bihar, 2-ci cild, səh.376. 
168
 Həmin mənbə, səh.446. 
169
  Əl-həyatus-siyasiyyətul-İmamir-Riza  (ə),  müəllif  Cəfər  Murtəza 
Amili, səh.428; Qiyame sadate ələvi, səh.161 və 168. 


 
120 
Müəllif  isə  belə  deyir:  “Bu  nəzər,  Həzrət 
Mə`sumənin  (ə)  201-ci  hicri  qəməri  ilində  vəfat  etdiyi 
qeyd olunmuş səhih nəzərlə uyğun gəlmir. Çünki Həzrət 
İmam Rza (ə) 203-cü hicri qəməri ilində şəhid olmuşdu”.  
Həzrət  Mə`sumənin  (ə)  (Əhli-beyt  (ə)  kəriməsi) 
məzarının  ziyarəti  barədə  çoxlu  rəvayətlər  nəql  olunub. 
O  cümlədən,  Həzrət  Rza  (ə)  buyurub:  “Hər  kəs  Həzrət 
Mə`sumənin  (ə)  məzarın  ziyarət  etsə,  onun  yeri 
behiştdir”.
170
 
Yenə də buyurub: “Mənim şiələrimin hamısı Həzrət 
Mə`sumənin  (ə)  şəfaəti  sayəsində  behiştə  daxil 
olacaqlar”.
171
 
Diqqəti  cəlb  edən  digər  nöqtə  budur  ki,  Həzrət 
Mə`sumənin (ə) ziyarətnaməsinin mətnini Həzrət Rza (ə) 
Sə`d Əş`əriyə öyrədibdir.
172
 
9-Ġmam Cavadın (ə) anası Xəyzran 
İmam  Cavadın  (ə)  anasının  adı  Xəyzran  idi.  Onu 
Reyhanə,  Səbikə  və  Mirrisiyyə  kimi  adlarla  da 
çağırardılar.  Bu  qadın  öz  dövrünün  ən  yaxşı 
qadınlarından  idi.  İslam  Peyğəmbəri  (s)  bu  şücaətli  və 
fəzilətli  qadının  və  övladı  İmam  Cavadın  (ə)  gələcəyi 
barəsində  belə  buyurmuşdu:  “Atam  fəda  olsun  Nəvbə 
əhlindən olan pak təbiətli, ən yaxşı kənizin oğluna!”
173
 
Xəyzran  Nəvbə  əhlindən  (Misirin  yaxınlığında, 
Afrikadakı  məntəqələrdən  biri)  Mariyə  Qibtiyyənin 
tayfasından  idi.  Mariyə  Qibtiyyə  Həbəşistanın  padşahı 
Nəcaşinin  İslam Peyğəmbərinə (s) hədiyyə etdiyi həmin 
mə`rifətli qadın idi. Peyğəmbərin (s) ondan İbrahim adlı 
övladı oldu, ancaq uşaq tezliklə dünyadan getdi.
174
 
                                            
170
 Uyunu əxbarir-Riza (ə), 2-ci cild, səh.267; Səvabul-ə`mal, səh.98. 
171
 Mustədrəku səfinətul-bihar, 8-ci cild, səh.258. 
172
 Bihar, 102-ci cild, səh.266. 
173
 Rəyahinuş-şəriət, 3-cü cild, səh.22; Bihar, 50-ci cild, səh.7. 
174
 Bihar, 18-ci cild, səh.419 və 22-ci cild, səh.152. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə