İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

 
115 
Nəql  olunur  ki,  bir  gün  Ümmü  Fərvə  Kə`bənin 
kənarında  təvafla  məşğul  idi.  Həcərul-əsvədin  yanına 
gəldi  və  onu  sol  əllə  məsh  etdi.  Oradakılardan  biri 
(zahirən  əhli-sünnə  fəqihlərindən  idi)  ona  dedi:  “Ey 
Allahın  kənizi!  Sünnəti  yerinə  yetirəndə  səhvə  yol 
verdin” (Yə`ni sol əllə “Həcərul-əsvədi” məsh etdin). 
Ümmü  Fərvə  ona  belə  cavab  verdi:  “Bizim  sənin 
elminə ehtiyacımız yoxdur”.
156
 
Səriştəli  alim,  mühəddis  Qumi  bu  cümlələri  nəql 
etdikdən  sonra  deyir:  “E`tiraz  edən  zahirən  əhli-sünnə 
fəqihlərindən  idi.  Ümmü  Fərvənin  əri  İmam  Baqir  (ə), 
qaynatası  İmam  Səccad  (ə),  övladı  hikmət  mə`dəni  və 
elmin  qaynar  bulağı  olan  İmam  Sadiq  (ə),  öz  atası 
(Qasim)  böyük  fəqih  şəxslərdən  və  İmam  Səccadın  (ə) 
e`timadlı şagirdlərindən biri olduğu halda, onların elm və 
fiqhlərindən necə də ehtiyacsız olmasın?”
157
 
7-Ġmam Kazimin (ə) əziz anası Humeydə 
İmam  Musa  Kazimin  (ə)  əziz  anası  Humeydə 
Məğrib  (Afrika  və  Əndəlos  tərəflərindən  olan) 
mühacirlərindən idi. İmam Baqir (ə) oğlu İmam Sadiqin 
(ə)  onunla  evlənəcəyi  ərəfədə  o  xanıma  buyurdu:  “Adın 
nədir?” 
Ərz etdi: “Humeydə”. 
İmam  (ə)  ona  buyurdu:  “Sən  dünyada  mədh 
olunmuş, axirətdə isə bəyənilmisən”. 
Sonra  isə  İmam Sadiqə  (ə)  buyurdu:  “Bu qızı  həyat 
yoldaşın olması üçün özünlə apar”. 
İmam  Sadiq  (ə)  həyat  yoldaşı  Humeydənin  (İmam 
Kazimin  (ə)  anasının)  şə`ninə  buyurub:  “Humeydə 
çirkinliklərdən və qatqılardan saf qızıl külçəsi tək pakdır. 
Allahın  mənə  və  məndən  sonrakı  höccətə  bəxş  etdiyi 
                                            
156
 Ə`yanuş-şiə, 1-ci cild, səh.659. 
157
 Muntəhəl-amal, 2-ci cild, səh.81. 


 
116 
kəramətə  xatir,  mələklər  onu  mənə  qovuşanadək  daim 
qorudular”.
158
 
Humeydə  savadlı  və  hədis  bilən  bir  qadın  idi.  O 
e`timadlı  rəvayətçi  kimi  bə`zən  İmam  Sadiqdən  (ə) 
eşitdiyi rəvayətləri nəql edirdi. Əbu Bəsir deyir ki, İmam 
Sadiq  (ə)  şəhid  olandan  sonra  onun  yanına  getdim  və 
başsağlığı  dedim.  O  ağladı  və  mən  də  ağladım.  O  dedi: 
“Əgər  İmam  Sadiq  (ə)  vəfat  edən  zaman  hüzurunda 
olsaydın,  təəccüblü  bir  mənzərəni  müşahidə  edərdin.  O 
Həzrət (ə) son anlarında gözünü açdı və buyurdu: “Bütün 
yaxın adamlarımı buraya topla”. 
Hamını çağırdım. O Həzrət (ə) onlara nəzər saldı və 
buyurdu:  “Şübhəsiz  bizim  şəfaətimiz  namazı  yüngül 
sayanlara çatmayacaq”. 
İmam  Kazim  (ə)  Əbva`  kəndində  (Məkkə  ilə 
Mədinə  arasında  yerləşir  və  Peyğəmbərin  (s)  anası 
Həzrət  Amənənin  (ə)  qəbri  oradadır)  dünyaya  göz  açdı. 
Həzrətin  (ə)  ata-anası  (İmam  Sadiq  (ə)  və  Humeydə) 
həcc  mərasimini  yerinə  yetirmək  üçün  dostları  ilə 
birlikdə  Mədinədən  Məkkəyə  gedəndə  yolda  İmam 
Kazimin  (ə)  dünyaya  gəlməsi  kəramətlər  və  təəccüblü 
hadisələrlə  baş  verdi.  Bu  barədə  hədislərdə  və  tarixdə 
nəql olunub.
159
 
8-Ġmam Rzanın (ə) möhtərəm anası Nəcmə 
İmam  Rzanın  (ə)  anası  Məğribdən  (Afrika  və 
keçmiş  Əndəlos  hüdudlarından)  olan  “Tuktəm”  adlı  bir 
qadın  idi.
160
  İmam  Kazimin  (ə)  anası  Humeydə  (o  da 
Əndəlosdan  idi)  onunla  tanış  olur  və  onu  oğlu  İmam 
                                            
158
 Üsuli kafi, 1-ci cild, səh.477 və 476. 
159
 Rəyahinuş-şəriət, 3-cü cild, səh.19. 
160
 Onun üçün Ərva, Səmmanə və . . . kimi digər adlar da demişlər. 
İmam  Rzanın  (ə)  təvəllüdündən  sonra  onu  “Tahirə”  də  çağırırdılar. 
Nəcmənin künyəsi Ümmül-Bənin idi (Uyunu əxbarir-Rza, 1-ci cild, 
səh.16; Ə`yanuş-şiə, 2-ci cild, səh.13). 


 
117 
Kazimin  (ə)  həyat  yoldaşı  olması  üçün  bəyənir.  Tuktəm 
imamət  və  vilayət  ailəsində  Nəcmə  adlandırılır.  Nəcmə 
İmam  Kazimlə  (ə)  ailə  qurmazdan  əvvəl  Humeydədən 
İslam  əxlaqı  və  qayda-qanunlarını  öyrənir.  O,  din, 
iste`dad  və  ağıl  cəhətindən  qadınların  ən  yaxşısı  idi. 
Həzrət  Humeydə  deyir:  “Nəcmə  bizim  evə  gələndə 
Peyğəmbəri  (s)  yuxuda  gördüm,  mənə  buyurdu:  “Ey 
Humeydə!  Nəcməni  oğlun  Musaya  (ə)  bağışla  (onunla 
evləndir).  Şübhəsiz,  tezliklə  yer  üzünün  ən  yaxşı  insanı 
ondan dünyaya gələcək”. 
Mən  bu  göstərişə  əməl  edib  Nəcməni  oğlum  İmam 
Kazimlə  (ə)  evləndirdim.  İmam  Rza  (ə)  da  ondan 
dünyaya gəldi”.
161
 
Rəvayətdə  gəlib  ki,  Humeydə  oğlu  İmam  Kazimə 
(ə)  buyurur:  “Oğlum!  Tuktəm  elə  bir  qadındır  ki,  ondan 
yaxşısını  heç  vaxt  görməmişəm.  Səni  onunla 
evləndirirəm  və  sənə  ona  yaxşılıq  etməyi  sifariş 
edirəm”.
162
 
Həzrət  Nəcmə  (ə)  Allahın  zikrinə,  münacata  və 
ibadətə o qədər vaxt ayırır ki, Həzrət İmam Rzaya (ə) süd 
verdiyi  müddətdə  qohumlarına  deyir:  “Dayə  tutmaqla 
mənə kömək edin”. 
Ondan soruşdular ki, sənin südünmü azalıb? 
O  cavabında  deyir:  “And  olsun  Allaha  yalan 
demirəm!  Südüm  azalmayıb.  Ancaq  mən  bu  uşağa 
himayəçilik  edəndən  sonra  namaz,  təsbih  zikrlərim  və 
ibadətlərim  azalıb  (ibadət  və  münacatlarımı  yerinə 
yetirmək üçün kömək istəyirəm)”.
163
 
İmam  Rzanın  (ə)  anası  Həzrət  Nəcmədən  (ə)  nəql 
olunur  ki,  “oğluma  (Əli  ibn  Musa  ər-Rzaya  (ə))  hamilə 
olanda  heç  bir  ağırlıq  hiss  etmədim.  Yatanda  öz 
bətnimdən  həmd,  təhlil  və  təsbih  səsi  eşidərdim  və 
                                            
161
 E`lamul-vəra, səh.302. 
162
 Uyunu əxbarir-Rza, 1-ci cild, səh.14 və 15. 
163
 Həmin mənbə, səh.15. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə