İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

 
106 
öz  köynəyini  ona  kəfən  etdi.  Peyğəmbərdən  (s) 
soruşdular: “Siz heç kim üçün belə etməmisiniz, Fatimə 
üçün etdiniz?” 
Peyğəmbər  (s)  cavabında  buyurdu:  “Əbu  Talibdən 
sonra heç kəs mənə Fatimə kimi yaxşılıq etmədi”. 
Fatimə  bint  Əsəd  Peyğəmbərə  (s)  bey`ət  edən  ilk 
qadın idi”.
135
 
3-Ġmam Həsən (ə) və Ġmam Hüseynin (ə) anası 
Fatimeyi Zəhra (ə) 
Həzrət  Zəhra  (ə)  be`sətin  beşinci  ilində,  cəmadiys-
sani  ayının  iyirmisi,  cümə  günü  dünyaya  gəldi.  Onun 
atası  İslam  Peyğəmbəri  (s),  anası  isə  Xədicə  Kübra  (ə) 
idi. Fatimənin fəzilətləri saysız-hesabsızdır. Hətta onların 
mündəricatını  da  burada  göstərmək  mümkün  deyil. 
Ancaq  biz  burada  bir  neçə  nümunəni  qeyd  etməklə 
kifayətlənirik: 
Fatimə  atasının  sağlığında  onun  munisi  və  vəfalı 
dostu  idi.  Bəzən  atası  onu  “Ümmü  Əbiha”  (atasının 
anası)  adlandırırdı.  Fatimə  (s)  atasının  yanına  gələndə, 
Peyğəmbər  (s)  ona  ehtiram  etmək  üçün  ayağa  qalxardı. 
Peyğəmbər (s) buyurardı: “Fatimə (ə) mənim bədənimin 
bir  parçasıdır.  Hər  kəs  onu  qəzəbləndirsə,  məni 
qəzəbləndirər  və  hər  kəs  onu  sevindirsə,  məni 
sevindirər”.
136
 
Əhli-sünnə  kitablarında,  o  cümlədən  “Səhih-
Buxari”də  yuxarıdakı  cümlələr  qeyd  olunub.  “Yənabiul-
məvəddət” kitabında  (əhli-sünnə kitablarından biri) nəql 
olunur  ki,  Peyğəmbər  (s)  buyurdu:  “Ey  Fatimə!  Allah 
sənin qəzəbinlə qəzəblənər, sevincinlə də sevinər”.
137
 
                                            
135
 Nəhcül-bəlağənin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh.14. 
136
  Ə`yanuş-şiə,  2-ci  cild,  səh.271-273;  Rəyahinuş-şəriət,  1-ci  cild, 
səh.7. 
137
 Yənabiul-məvəddət, səh.171. 


 
107 
Aişə  deyir:  “Hələ  Peyğəmbərə  (s)  Zəhra  (ə)  qədər 
oxşayan  bir  kəsi  görmədim.  O  Peyğəmbər  (s)  kimi 
danışardı,  hərəkətləri,  yol  getməyi,  əməlləri  Peyğəmbər 
(s) kimi idi”.
138
 
İmam  Sadiq  (ə)  buyurur:  “Əgər  Allah  Əlini  (ə) 
yaratmasaydı,  Həzrət  Adəm  (ə)  zamanından  qiyamətə 
qədər Zəhra (ə) şə`nində ona ər tapılmazdı”.
139
 
Həzrət Zəhra (ə) ibadət edəndə başqalarını özündən 
qabaq  dua  edərdi.  Pərhizkarlıqda,  təqvada  və  gecə  oyaq 
qalmaqda misilsiz idi. O bə`zən orucunu açanda, özünün 
və  uşaqlarının  yeməyini  imkansızlara  verərdi.  Onun  əri, 
uşaqları  və  tərbiyə  etdiyi  adamlar  da  Həzrətin  (ə)  bu 
işindən  çox  sevinərdilər.  Onların  bu  fəziləti  barədə 
“Dəhr” surəsi nazil oldu.
140
 İmam Səccad (ə) buyurur ki, 
Uməys  qızı  Əsma  dedi:  “Bir  gün  Fatimənin  (ə) 
hüzurunda idim. Birdən Rəsulullah (s) daxil oldu. Həzrət 
Zəhranın  (ə)  boynunda  qızıldan  bir  boyunbağı  var  idi. 
Əli  (ə)  bu  boyunbağını  döyüş  qəniməti  kimi  gətirmişdi. 
Peyğəmbər  (s)  Fatiməyə  (ə)  buyurdu:  “Elə  etməyin  ki, 
camaat desin: Fatimə (ə) özünü tağutlar (padşahlar) kimi 
bəzəyib”. 
Fatimə (ə) Rəsulullahın (s) məqsədini başa düşdü və 
dayanmadan  gedib  onu  satıb  pulu  ilə  qul  alıb  azad  etdi. 
Peyğəmbər (s) bunu eşidəndə sevindi”.
141
 
Bu  zaman  Peyğəmbər  (s)  buyurdu:  “Atası  ona  fəda 
olsun”. 
Fatimənin (ə) səbiri və müqaviməti barəsində faktlar 
kifayət qədərdi. O, digər qadınlarla birlikdə Ühüd döyüşü 
cəbhəsində  idi.  Cənazələrin  kənarında  olanda,  xüsusilə 
əmisi  Həmzənin  (ə)  cənazəsinin  yanına  gəlib  atasına 
təskinlik  verirdi.  Peyğəmbər  (s)  Fatimənin  (ə) 
                                            
138
 Ə`yanuş-şiə, 2-ci cild, səh.272. 
139
 Üsuli Kafi, 1-ci cild, səh.461. 
140
 Məcməul-bəyan, 10-cu cild, səh.404. 
141
 Bihar, 43-cü cild, səh.81. 


 
108 
pərhizkarlıq  və  fədakarlıq  edib,  əlində  olanını  Allah 
yolunda  sərf  etdiyinə  və  axirəti  düşündüyünə  görə 
buyurdu: “Məhəmməd (s) Əhli-beytinin (ə) dünya ilə nə 
işi  var?  Onlar  axirət  üçün  yaradılıblar.  Əgər  dünyanın 
(maddi  dünya)  milçəyin  qanadı  qədər  dəyəri  olsaydı, 
Allah  onu  bir  qurtum  su  içimi  kimi  kafirlərə 
verməzdi”.
142
 
Bu  barədə  deyiləsi  sözlər  çoxdur.  İndi  isə  Həzrət 
Zəhranın  (ə)  ailə  qurmasından  söz  açaq.  Fatimənin  (ə) 
elçiləri  çox  olsa  da  o,  dünya  malından  qılınc  və 
zirehindən  başqa  bir  şeyi  olmayan  İmam  Əlini  (ə) 
mə`nəvi  məqamına  görə  üstün  bildi  və  onun  həyat 
yoldaşı  oldu.  Xanım  Fatimə  ərinə  munis,  vəfalı  və 
mehriban  bir  həyat  yoldaşı  idi.  Özünün  qısa  müddətli 
ömründə  həzrət  Əlidən  (ə)  dörd  övladı  oldu:  1.  İmam 
Həsən  (ə),  2-İmam  Hüseyn  (ə),  3-Zeynəb  (ə),  4-Ümmü 
Gülsüm (ə). 
Övladlarının hər biri İslamdan bir nur idilər. Onların 
qəhrəmanlıqları,  şücaətləri  heç  vaxt  unudulmur.  Həzrət 
Əli  (ə)  buyurur:  “Mən  Peyğəmbərin  (s)  yaxın  sirdaşı 
idim.  Hər  zaman  Peyğəmbərin  (s)  evinə  getsəydim,  öz 
qadınlarını  eşiyə  çıxarardı.  O  isə  mənim  mənzilimə 
gələndə Fatiməni (ə) və oğlanlarımdan heç birisini eşiyə 
çıxarmazdı”.
143
 
Həzrət Zəhranın (ə) mehriyyəsi və cehizi az və sadə 
idi.  Toy  gecəsi  gəlinlik  köynəyini  yoxsul  bir  qadına 
verərək ər evinə geyilmiş köynəklə köçdü. Rəsulullahdan 
(s)  sonra  münafiqlər  hökuməti  ələ  keçirməyə  cəhd 
edərkən onların əleyhinə qalxdı və məsciddə batil əqidəli 
insanları məhkum edib çıxılmaz vəziyyətdə qoyan isbatlı 
bir  xütbə  oxudu.  Fatimə  (ə)  hər  cümləsində  sanki 
Peyğəmbərin  (s)  fəryadı  dilində  və  Əlinin  (ə)  də  qılıncı 
                                            
142
 Həmin mənbə, səh.20. 
143
 Üsuli kafi, 1-ci cild, səh.62. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə