İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

 
96 
Sonra  bu  qadın  uca  səslə  elə  ağladı  ki,  yerə  yıxıldı. 
Güman etdilər ki, dünyadan getmişdir.
115
 
Bəli, ərinin ölümü ona qiyaməti xatırladırdı və Allah 
xofundan  belə  vəhşətdə  idi.  Onun  adı  dünyada  ən  üstün 
qadınlar  sırasında  dərc  olundu.  Çünki  ixtiyarında  olan 
bütün maddi imkanları mə`nəviyyata fəda etdi. 
MƏTANƏTLĠ NATĠQ QADIN HÜRRƏ 
Qəhrəman  və  natiq  qadınlardan  biri,  öz  güclü 
məntiqi  və  şücaəti  ilə  tarixin  rəhimsiz  və  qaniçəni 
Həccac  ibn  Yusif  Səqəfini  diz  çökdürən,  misilsiz 
qəhrəmanlıqla  onu  məhkum  edən  və  axırda  da  onun 
tə`riflərini  eşidib  azad  olan  Həlimə  Sə`diyyənin  nəvəsi 
Hürrədir.  Burada  sizin  diqqətinizi  onun  Həccacla  olan 
maraqlı mübahisəsinə cəlb edirik. 
Tarixdə  öz  cinayətkarlığı  ilə  məşhur  olan  Həccac 
ibn  Yusif  Səqəfi  Əbdül-Məlik  (əməvilərin  beşinci 
xəlifəsi) tərəfindən İraqın valisi təyin olunmuşdu. O, şiə 
məzhəbinin  Kumeyl,  Qənbər  və  Səid  ibn  Cubəyr  kimi 
adlı-sanlı  şəxsiyyətlərini  öldürmüşdü.  Həccacın  şiələrə 
etdiyi  bütün  bu  zülmlərin  səbəbi  Həzrət  Əliyə  (ə)  olan 
düşmənçiliyi  və  kin-küdurəti  idi.  Bir  gün  şücaətli  və 
qəhrəman  qadınlardan  olan  Həlimə  Sə`diyyənin  qızı, 
Həzrət Peyğəmbərin (s) süd bacısı, Həlimə Sə`diyyə kimi 
tanınan  və  Həzrət  Əlinin  (ə)  şücaətli  tərəfdarlarından 
sayılan  Hürrə  adlı  bir  qadın  təsadüfən  Həccacın  yanına 
gəldi.  Həccacla  Hürrə  arasında  aşağıda  qeyd  olunmuş 
maraqlı  bir  mübahisə  baş  verdi.  Həccac  dedi:  “Sən 
Həlimə Sə`diyyənin qızı Hürrəsən?” 
Hürrə  dedi:  “Bu,  imansız  bir  adamın  zirəkliyidir 
(aydındır  ki,  mən  Hürrəyəm.  Ancaq  sənin  kimi  imansız 
bir adamın məni tanıması, sənin zirəkliyinə dəlildir)”. 
                                            
115
 Qisəsun minət-tarix, Əli Təntavi, səh.255. 


 
97 
Həccac  dedi:  “Allah  səni  bura  gətirərək  mənim 
cəngimə salıb. Eşitmişəm ki, sən Əlini (ə) Əbu Bəkrdən, 
Ömərdən və Osmandan üstün bilirsən”. 
Hürrə  dedi:  “Sənə  yalan  demişlər  (Mən  Əlini  (ə) 
onlarla  müqayisə  etməmişəm).  Əksinə  mən  Əlini  (ə) 
Adəm,  Nuh,  Lut,  İbrahim,  Musa,  Davud,  Süleyman  və 
İsa (ə) kimi peyğəmbərlərdən üstün bilirəm”. 
Həccac  dedi:  “Vay  olsun  sənə!  Sən  Əlini  (ə) 
səhabədən  və  həmçinin  peyğəmbərlərdən  və  onların 
arasında  “Ulul-əzm”  olan  peyğəmbərlərdən  də  üstün 
bilirsən?  Əgər  bu  iddianı  isbat  edə    bilməsən  boynunu 
vuracam”. 
Hürrə dedi:  “Əlini (ə) peyğəmbərlərdən üstün bilən 
təkcə  mən  deyiləm.  Əksinə,  Qur`ana  əsasən  Allah  özü 
onu  peyğəmbərlərdən  üstün  bilir.  Qur`an  Adəm  (ə) 
barəsində  buyurur:  “Adəm  Rəbbinin  əmrindən  çıxdı  və 
Onun mükafatından məhrum oldu”.
116
 
Ancaq  Əlinin  (ə)  (həyat  yoldaşının  və  övladlarının) 
barəsində  buyurur:  “Sizin  zəhmətiniz  (Allah  yanında) 
məqbul və təqdirəlayiqdir”.
117
 
Həccac  dedi:  “Afərin  sənə  ey  Hürrə!  İndi  isə  de 
görüm,  niyə  Əlini  (ə)  Nuh  (ə)  və  Lutdan  (ə)  üstün 
bilirsən?” 
Hürrə  dedi:  “Allah  Əlini  (ə)  onlardan  üstün  bilir. 
Çünki  Qur`anda  buyurulur:  Allah-təala  kafirlərə  Nuhun 
və  Lutun  övrətlərini  misal  çəkir.  Onlar  bizim 
qullarımızdan  iki  saleh  bəndənin  kəbini  altında  idilər. 
Lakin onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları 
Allahdan  (Allahın  əzabından)  heç  vəchlə  qurtara 
bilmədilər.  Onlara:  “Başqaları  ilə  birlikdə  siz  ikiniz  də 
Cəhənnəmə girin!”-deyildi”.
118
  
                                            
116
 Taha surəsi, ayə 121. 
117
 İnsan surəsi, ayə 22. 
118
 Təhrim surəsi, ayə 10. 


 
98 
Lakin Əlinin (ə) həyat  yoldaşı Peyğəmbərin (s) qızı 
Fatimədir. Onun sevinci Allahın sevinci və onun qəzəbi 
Allahın qəzəbidir”. 
Həccac  dedi:  “Afərin  sənə  ey  Hürrə!  İndi  isə  de 
görüm  niyə  Əlini  (ə)  peyğəmbərlər  atası  Həzrət 
İbrahimdən (ə) üstün bilirsən?” 
Hürrə  dedi:  “Allah-təala  Qur`anda  buyurur  ki, 
İbrahim  (ə):  “Ey  Rəbbim,  ölüləri  necə  diriltdiyini  mənə 
göstər!”-dedikdə,  Allah  buyurdu:  “Məgər  iman 
gətirməyibsənmi?” 
İbrahim (ə) ərz etdi: “Bəli, inanıram, lakin istəyirəm 
ürəyim sakit (xatircəm) olsun”.
119
 
Ancaq  mənim  mövlam  Əli  (ə)  (yəqinin  ən  uca  bir 
dərəcəsində  olduğu  halda)  buyurdu:  “Əgər  gözümün 
önündən pərdələr götürülsə, mənim yəqinim artmaz”.
120
 
Belə  bir  sözü  heç  kəs  bundan  əvvəl  deməyib  və 
bundan sonra da deməyəcəkdir”. 
Həccac dedi: “Afərin sənə ey Hürrə! Niyə Əlini (ə) 
Allahın kəlimi Musadan üstün bilirsən?” 
Hürrə  dedi:  “Allah  Musa  (ə)  barəsində  buyurur: 
“Musa  (ə)  Fir`onun  adamlarından  qorxan  və  hər  bir 
hadisənin intizarında olan halda şəhərdən çıxdı”.
121
 
Ancaq Əli (ə) (Rəsulullahın (s) Məkkədən Mədinəyə 
hicrəti  macərasında)  Həzrət  Peyğəmbərin  (s)  yatağında 
yatdı və heç kəsdən qorxmadı. Sonra Allah onun (şücaət 
və fədakarlığının) şə`ninə bu ayəni nazil etdi: “İnsanların 
bə`zisi, Allahın razılığını qazanmaq yolunda (Allah rizası 
üçün) öz canını (fədakarlıq edib) satar”.
122
 
Həccac  dedi:  “Afərin  sənə  ey  Hürrə!  İndi  isə  de 
görüm, nə üçün Əlini (ə) Davuddan (ə) üstün bilirsən?” 
                                            
119
 Bəqərə surəsi, ayə 260. 
120
 Nəhcül-bəlağənin şərhi, 11-ci cild, səh.202. 
121
 Qəsəs surəsi, ayə 21. 
122
 Bəqərə surəsi, ayə 207. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə