İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

 
90 
Bu  zaman  İmam  Hüseynin  (ə)  göndərdiyi  şəxs  onun 
xeyməsinə gəldi və dedi: “İmam Hüseyn (ə) sizi çağırır”. 
Züheyr  və  ətrafındakılar  öz  yerlərində  donub 
qaldılar.  Sükuta  qərq  olub  dinmədilər  ki,  bu  nə  işdir?! 
Birdən  Züheyrin  Dəyləm  adlı  həyat  yoldaşının  coşqun 
səsi ucaldı: “Ey Züheyr! İmam Hüseynin (ə) göndərdiyi 
adam bura gəlib. Niya ona cavab vermirsən? Peyğəmbər 
(s) övladının çağırışını cavabsız qoyursan? Yaxşı olar ki, 
İmam  Hüseynin  (ə)  hüzuruna  gedib  sözünü  eşidəsən  və 
qayıdasan?” 
Həyat yoldaşının tə`sirli sözləri onu elə döndərdi ki, 
həmin an ayağa qalxdı və İmam Hüseynin (ə) göndərdiyi 
adamla  birlikdə Həzrətin  (ə) hüzuruna  getdi.  İmamla  bir 
az  söhbət  etdikdən  sonra  vilayət  nuru  onun  qəlbinə  işıq 
saçdı,  dünyaya  olan  məhəbbəti  aradan  getdi  və  İmam 
Hüseyn  (ə)  yolunda  fədakarlıq  etməyə  hazır  oldu. 
Xeyməyə  qayıdıb  həyat  yoldaşına  dedi:  “Mən  səni 
boşayıram.  Öz  yaxınlarının  yanına  get  və  bundan  sonra 
azadsan.  İstəmirəm  ki,  mənə  görə  sən  də  əziyyət 
çəkəsən”. 
Sonra öz ətrafındakılara dedi: “Hər kəs öz  İmamına 
kömək etmək  istəyirsə, mənimlə birlikdə gəlsin”.  
Onlarla  xudafizləşdi  və  İmamın  (ə)  xeyməsinə  tərəf 
hərəkət etdi. Züheyrin həyat yoldaşı göz yaşı axıdıb dedi: 
“Səndən bir istəyim var. Qiyamət  günü  İmam Hüseynin 
(ə)  cəddi  Peyğəmbərin  (s)  hüzurunda  məni  yada 
salasan”.
109
 
Züheyr  İmam  Hüseynə  (ə)  qoşuldu.  O,  aşura  günü 
böyük eşq və məhəbbətlə İmam Hüseyni (ə) müdafiə etdi 
və  göstərdiyi  misilsiz  şücaətlə  yüz  iyirmi  nəfəri 
öldürəndən  sonra  şəhid  oldu.  Elə  bir  məqama  çatdı  ki, 
Həzrət İmam-Zaman (ə.c.) (Seyyid ibn Tavusun dediyinə 
əsasən) bir ziyarətnamədə buyurur: 
                                            
109
 İrşade Mufid, 2-ci cild, səh.74; Muntəhəl-amal, 1-ci cild, səh.237, 
247, 264; Rəyahinuş-şəriət, 3-cü cild, səh.306. 


 
91 
“Salam  olsun  Züheyr  ibn  Qəynə  ki,  İmam  Hüseynə 
(ə) buyurdu: 
Səndən heç vaxt əl çəkmərəm. Peyğəmbər (s) oğlunu 
düşmənlər  arasında  qoyub  gedim?!  Allah  məni  o  günə 
salamat çıxartmasın”. 
Züheyr  şəhid  olan  zaman,  İmam  Hüseyn  (ə)  onun 
başı üstünə gəldi və buyurdu: “Ey Züheyr! Allah sənə Öz 
dərgahında  yer  versin.  Düşmənlərinə  elə  lə`nət  etsin  ki, 
meymun və donuz sifətinə çevrilsinlər”.
110
 
Beləliklə şir kimi şücaətli bir qadın iki yol ayrıcında 
qalmış ərini izzət və şərəfə çatdırdı. 
KƏRBƏLA MEYDANINDA ġĠR ÜRƏKLĠ QOCA ANA 
Aşura günü Cunadə ibn Haris Ənsari meydana gedib 
şəhid  olandan  sonra,  oğlu  Əmr  də  döyüşə  girdi  və 
kafirlərdən  bir  dəstəsini  öldürəndən  sonra  şəhid  oldu. 
Ondan  da  sonra  atası  şəhid  olmuş  cavan  bir  oğlan 
meydana  gedəndə  anası  ona  dedi:  “Meydana  get  və 
peyğəmbər  övladının  düşməniylə  döyüşüb  İmamı  (ə) 
müdafiə et”. 
O,  meydana  tərəf  çapıb,  gücü  çatdığı  qədər  İmam 
Hüseynin  (ə)  hüzurunda  döyüşdü.  İmam  (ə)  buyurdu: 
“Atası  təzə  şəhid  olmuş  bu  cavan  oğlanın  anası  bəlkə 
onun meydana gəlməsinə razı olmazdı”. 
Cavan dedi: “Məni anam meydana göndərib”. 
Cavan  ildırım  kimi  sıçrayıb  meydana  tələsdi  və 
döyüşməyə  başladı.  Axırda  şəhid  oldu.  Onun  anası  bu 
səhnəni  görürdü.  Düşmən  o  cavanın  başını  bədənindən 
ayırdı və anasına tərəf atdı. Ana bir xeymənin sütununu 
əlinə götürüb özü meydana getdi və belə bir rəcəz oxudu: 
“Ey  mənim  qəlbimin  sevinci  Hüseyn!  Mən  əldən 
düşmüş, üzülmüş zəif bir qarıyam”. 
                                            
110
 Nasixut-təvarixe İmam Hüseyn (ə), səh.301-60. 


 
92 
Sonra  düşmənlərə  xitab  edib  dedi:  “Ey  Allah 
düşmənləri! Fatimənin (ə) əziz övladlarına kömək etmək 
üçün sizi ağır zərbələrlə məhv edəcəm”. 
Bu  qadın  düşmənlərdən  ikisini  öldürdükdən  sonra 
İmam  Hüseyn  (ə)  onu  xeyməyə  qaytardı  və  onun  üçün 
dua etdi.
111
 
Ey  şəhidlərin  ana-bacıları!  Siz  də  belə  olsanız, 
qiyamətin  günü  Fatimeyi-Zəhranın  (s)  və  Zeynəbi-
Kübranın (ə) hüzurunda üzüağ olarsınız. Allaha təvəkkül 
etməklə  haqq  müqabilində  təslim  olub  deyin:  “Bizim 
üçün Allahın istəyi xoşdur”. 
KOR ATA VƏ DĠLAVƏR QIZ 
Əfifin  oğlu  Əbdullah  İmam  Əlinin  (ə)  xalis 
şiələrindən  idi.  İmam  Əli  (ə)  birlikdə  döyüşlərdə  iştirak 
etmişdi  və  o  Həzrətin  (ə)  ordusunun  önündə 
gedənlərdəndi.  Cəməl  savaşında  onun  bir  gözünə  ox 
dəydi və o, gözünü itirdi. Siffeyn döyüşündə bir gözü ilə 
iştirak etdi. Ancaq bu döyüşdə onun həmin gözünə də ox 
dəydi  və  iki  gözü  də  kor  oldu.  Ondan  sonra  savaşlarda 
iştirak  etməkdən  məhrum  olmuşdu,  ancaq  qəlbi  kor 
deyildi  və  o,  fikri,  dili  ilə  İmam  Əlinin  (ə)  xidmətində 
olar,  Onu  və  Əhli-beyti  (ə)  müdafiə  edərdi.  Kərbəla 
hadisəsi  baş  verəndə  o,  İmam  Hüseynə  (ə)  və  Həzrətin 
(ə)  əzizlərinə  edilən  bütün  zülmləri  eşitməkdən  çox 
əziyyət çəkirdi. Dua, qarğış, ağlamaq və fəryad  etməklə 
zalımlara  nifrətini  bildirirdi.  Bir  gün  Kufənin  qaniçən 
valisi  ibn  Ziyad  öz  xam  xəyalıyla  qələbə  bayramı 
münasibətilə  məclis  qurdu.  Əbdullah  həmişəki  kimi 
məscidin bir kənarında oturmuşdu. Fürsət axtarırdı ki, öz 
fəryadlarıyla  məclisi  qarışdırsın.  Birdən  ibn  Ziyadın 
söhbətə başladığını eşitdi. O deyirdi: «Şükr olsun Allaha 
ki, yalançı oğlu yalançını, Hüseyni (ə) öldürdü». 
                                            
111
  Bihar,  45-ci  cild,  səh.27  və  28;  Mənaqibe  ibn  Şəhr  Aşub,  4-cü 
cild, səh.104. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə