İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

 
99 
Hürrə dedi: “Allah Davud (ə) barəsində buyurur: Ey 
Davud! 
Biz 
səni  yer  üzündə  xəlifə  (və  öz 
nümayəndəmiz) etdik. Camaat arasında haqq və ədalətlə 
hökm et, nəfsdən gələn  istəklərə  uyma,  yoxsa onlar  səni 
Allah yolundan sapdırar”.
123
 
Həccac dedi: “Davudun (ə) verdiyi hökm nə barədə 
idi?” 
Hürrə  dedi:  “Biri  əkinçi,  digəri  isə  heyvandarlıqla 
məşğul olan iki kişi barəsində idi. Heyvandarlıqla məşğul 
olan kişinin qoyunları əkinçinin əkin sahəsinə girib onun 
əkdiklərini  korladılar.  Bu  iki  nəfər  öz  mübahisələrini 
ayırd  etmək  üçün  Davudun  (ə)  yanına  gələrək  şikayət 
etdilər. Davud (ə) buyurdu: Gərək heyvandarlıqla məşğul 
olan  kişi  öz  qoyunlarını  satıb  onların  pulunu  əkinçiyə 
versin və əkinçi də öz əkin sahəsinin əvvəlki vəziyyətinə 
qayıtması və abadlaşması üçün bu pulları xərcləsin. 
Davudun (ə) oğlu Süleyman (ə) atasına dedi: Ay ata! 
Bəlkə  qoyunların  südü  və  yunu  alınıb  əkinçiyə  verilsin 
(və bu qaydayla əkinçiyə dəymiş ziyan ödənilər). 
Allah  Qur`anda  buyurur:  “Biz  məsələnin  hökmünü 
dərhal Süleymana anlatdıq”.
124
 
Ancaq  bizim  mövlamız  Əmirəlmö`minin  Əli  (ə) 
buyurur:  Sizin  aranızdan  getməmişdən  qabaq,  hər  nə 
sualınız olsa, məndən soruşun. 
O  Həzrət  (ə)  Xeybər  savaşındakı  qələbə  günündə 
Rəsulullahın  (s)  hüzuruna  gəldi.  Rəsulullah  (s)  orada 
olanlara  buyurdu:  Sizdən  daha  üstünü,  daha  elmlisi  və 
sizin hamınızdan daha yaxşı hökm verən Əlidir”. 
Həccac  dedi:  “Afərin  sənə  ey  Hürrə!  İndi  isə  de 
görüm nə üçün Əli (ə) Süleymandan (ə) üstündür?” 
Hürrə dedi: “Allah Qur`anda Süleymanın (ə) dili ilə 
nəql edir ki, o dedi: Pərvərdigara! Məni bağışla və mənə 
                                            
123
 Sad surəsi, ayə 26. 
124
 Ənbiya surəsi, ayə 79. 


 
100 
elə bir mülk (səltənət) ver ki, məndən sonra heç kəs ona 
nail ola bilməsin”.
125
 
Ancaq  bizim  mövlamız  Əli  (ə)  dünya  barəsində 
buyurur: Ey dünya, səni üç dəfə boşamışam! Mənim sənə 
ehtiyacım yoxdur. 
Həmin  anda  Allah  bu  ayəni  nazil  etdi:  “Biz  axirət 
yurdunu  yer  üzündə  təkəbbürlük  etməyənlərə  və  fitnə-
fəsad  törətməyənlərə  qismət  edirik.  Gözəl  aqibət  ancaq 
Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”
126
 
Həccəc dedi: “Afərin sənə ey Hürrə! Nə üçün Əlini 
(ə) İsadan (ə) üstün bilirsən?” 
Hürrə  dedi:  “Allah  Qur`anda  İsaya  (ə)  xitab  edib 
buyurur:  Xatırla  ki,  Allah  o  zaman  (qiyamət  günündə) 
İsa ibn Məryəmə buyuracaq: 
“Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da 
özünüzə  tanrı  bilin!”-demişdin?  İsa  (ə)  deyəcək:  “Sən 
pak  və  münəzzəhsən!  Haqqım  çatmayan  bir  şeyi  demək 
mənə  yaraşmaz.  Əgər  mən  bunu  demiş  olsaydım,  Sən 
mütləq  bilərdin.  Sən  mənim  ürəyimdə  olan  hər  bir  şeyi 
bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz 
ki,  bütün  qeybləri  bilən  Sənsən!  –Mən  onlara  yalnız 
mənə əmr etdiklərindən başqa bir söz deməmişdim”.
127
 
Beləliklə, İsaya (ə) pərəstiş edənlər barəsində hökm 
çıxarmaq və əzab vermək qiyamətə qədər tə`xirə düşdü. 
Ancaq  “Nəsriyyə”  firqəsi  (ğulat  dəstəsi)  Əlini  (ə)  Allah 
biləndə, Əli (ə) onları öldürdü və onların əzabın qiyamət 
gününə saxlamadı”. 
Həccac  dedi:  “Afərin  sənə  ey  Hürrə!  Öz  iddianı 
isbat etməyin öhdəsindən yaxşı gəldin. Əgər iddianı isbat 
edə bilməsəydin boynunu vuracaqdım”. 
                                            
125
 Sad surəsi, ayə 35. 
126
 Qəsəs surəsi, ayə 83. 
127
 Maidə surəsi, ayə 116 və 117. 


 
101 
Sonra  Həccac  Hürrəni  azad  edib  yaxşıca  mükafatla 
yola saldı.
128
 
                                            
128
  Fəzail  ibn  Şazan,  səh.122;  Bihar,  46-cı  cild,  səh.134-dən  136-ya 
qədər. 


 
102 
 
Altıncı fəsil 
HƏZRƏT PEYĞƏMBƏRĠN (S), ĠMAMLARIN (Ə) VƏ 
SAĠR ġƏXSLƏRĠN ANALARININ HƏYATINA 
BAXIġ 
Qəhrəmanlıq göstərmiş qadınlar arasında, gərək heç 
vaxt  İslam  Peyğəmbərinin  (s),  Həzrət  Əlidən  (ə)  tutmuş 
Həzrət  Məhdiyə  (ə.c.)  qədər  mə`sum  imamların  anaları 
unudulmasın.  Onlar  belə  bir  üstün  şəxsiyyətlərin  anası 
olmağa layiq görülmüşlər. İslam Peyğəmbəri (s), Fatimə 
(ə) və on iki imamlar (ə) kimi mə`sumlar onların verdiyi 
pak  və  fəzilətli  tərbiyələri  ilə  böyüyüb  boya-başa 
çatmışlar.  Biz  bu  kitabda  nümunəvi  qadınlar  barəsində 
qısa şəkildə bir neçə cümləni qeyd edib, onların mə`rifət 
və əxlaqından bir neçə nöqtəni zikr etməklə, bizə verdiyi 
mə`nəvi dərslərdən bəhrələnəcəyik. 
1-Ġslam Peyğəmbərinin (s) anası Həzrət Amənə 
Məkkənin  Əbd  Manaf  tayfasında  məişət  vəziyyəti 
orta  durumda  olan  ailədə  pak  bir  qız  yaşayırdı.  Onun 
paklığı  və  nuraniliyi  hələ  uşaqlıq  və  gənclik  dövründə 
mə`sum  çöhrəsində  görünürdü.  Heç  kəs  bilməzdi  ki,  o, 
yaradılış  aləminin  ən  böyük  şəxsiyyətinin,  yə`ni  həzrət 
Məhəmmədin (s) anası olmağa layiq görüləcək. 
Əbdül  Müttəlibin  övladlarından  biri,  Peyğəmbərin 
(s) əziz atası Əbdullah misilsiz şəxsiyyətli, xoş əxlaqlı və 
gülər  üzlü  bir  cavan  idi.  Nübuvvət  nuru  vücuduna 
yerləşdikdən  sonra  onun  alnında  xüsusi  bir  parlaqlıq 
olardı.  O  zamanın  bir  çox  şərəfli  ailələrinin  qızları 
Əbdullahın  həyat  yoldaşı  olmalarını  arzu  edərdilər. 
Ancaq  iffətli,  ağıllı  və  təcrübəli  bir  kişi  olan  Əbdül 
Müttəlib,  onun  xatirini  istəyənlərin  içindən  Vəhəb  ibn 
Əbd  Manafın  Amənə  adlı  qızını  Əbdullah  üçün  gözaltı 
etdi.  Tanınmamış,  orta  durumlu  bir  ailədən  olan  Vəhəb 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə