İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

 
103 
və həyat  yoldaşı heç vaxt güman etməzdilər ki, belə bir 
iftixar onlara nəsib olsun. Əbdül Müttəlib Vəhəbin evinə 
gedib  onun  qızı  Amənəni  oğlu  Əbdullah  üçün  istədikdə 
onlar  məmnuniyyətlə  bunu  qəbul  etdilər.  Aminə  Əbdül 
Müttəlibin evinə gəlin köçdü. Bu cür ismətli və şücaətli 
ata-anadan  dünyanın  ən  üstün  insanı  olan  həzrət 
Məhəmməd (s) dünyaya gəldi. 
Bəli,  Amənə  qadın  idi.  Amma  elə  bir  qadın  idi  ki, 
Həzrət 
Məhəmmədin 
(s) 
anası 
olmağa 
layiq 
görülmüşdü.
129
 
İslam  Peyğəmbərinin  (s)  əziz  anası,  Həzrət 
Amənənin  dünyadan  getməsi  haqda  müxtəlif  nəzər  və 
fikirlər olsa da, düzgün hesab ediləni budur ki, Həzrətin 
(s)  altı  yaşı  olanda  ana  itkisi  ilə  üzləşdi.  Məkkədən 
Mədinəyə  öz  qohumlarını  görməyə  gedən  Amənə, 
qayıdan  zaman  (Məkkə  ilə  Mədinə  arasında  yerləşən) 
Əbva`  kəndində  dünyasını  dəyişdi.  Qəbri  indi  də  həmin 
yerdədi. 
Peyğəmbər  (s)  bu  səfərdə  anası  ilə  birlikdəydi  və 
onlar  bir  ay  Mədinədə  qaldılar.  Orada  atası  Əbdullahın 
qəbri üstünə gedib onu yad etdilər. Ancaq qayıdan zaman 
yolda əziz anası xəstələndi və Əbva` kəndində dünyasını 
dəyişdi.
130
 
2-Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd 
Fatimə  bint  Əsəd  İmam  Əlinin  (ə)  anası  və  Əbu 
Talibin  (ə)  həyat  yoldaşı  idi.  O  bir  müddət  Peyğəmbərə 
(s)  himayədarlıq  edərək  Ona  məhəbbət  bəsləyən 
mehriban bir ana kimi olmuşdu. Fatimə İmam Əli (ə) ilə 
birlikdə  Məkkədən  Mədinəyə  mühacirət  etmişdi. 
Fatimənin şə`ninə yalnız bu söz bəs edər ki, o, Həzrət Əli 
(ə)  kimi  övladını  Kə`bə  evində  dünyaya  gətirdi  və 
Əmirəlmö`minin  Əlinin  (ə)  anası  olmağın  böyük 
                                            
129
 Rəyahinuş-şəriət, 2-ci cild, səh.386-dan 411-ə qədər. 
130
 Sireye ibn Hişam, 1-ci cild, səh.177. 


 
104 
iftixarına layiq olmuşdu. Allah Peyğəmbəri (s) hər zaman 
yorğun  olanda  günortadan  qabaq  Fatimə  bint  Əsədin 
evinə  gedərək  orada  istirahət  edərdi.  O  bacardığı  qədər 
İslama  xidmət  etmək  üçün  çalışdı  və  Həzrət  Əli  (ə), 
Cəfər  Təyyar  kimi  İslam  ordusuna  başçılıq  etmiş 
övladlar  yetişdirmişdi.  Fatimə  dünyadan  gedəndə 
Peyğəmbər  (s)  ağlar  gözlə  onun  cəsədinin  yanına  gəldi 
və dedi: “Allah onu bağışlasın. O, təkcə Əlinin (ə) deyil, 
mənim də anam idi”. 
Sonra  Peyğəmbər  (s)  öz  köynəyini  və  əmmaməsini 
verdi  ki,  aparıb  onun  üçün  kəfən  düzəltsinlər.  Namazda 
ona  qırx  təkbir  dedi.  Onu  bş  qəbrinə  daxil  olaraq  orada 
uzandı.  Həzrət  Əliyə  (ə),  sonra  isə  Həsənə  (ə)  buyurdu: 
“Siz də qəbirə girib uzanın və qırağa çıxın”. 
Daha  sonra  Fatimənin  başı  tərəfində  durub  ona 
təlqin dedi və haqqında dua etdi. Əmmar Rəsulullaha (s) 
ərz  etdi:  “Heç  kim  üçün  Fatiməyə  etdiyin  kimi  rəftar 
etməmisən”. 
Həzrət  (s)  buyurdu:  “O  mənim  belə  rəftarıma  layiq 
idi.  O  öz  uşaqlarını  yeməklə  doyurmazdan  qabaq  məni 
doyurardı. 
Uşaqlarını 
paltarsız 
saxlayıb 
məni 
geyindirərdi. Öz övladlarından çox mənə xidmət edərdi”. 
Əmmar soruşdu: “Niyə onun namazında qırx təkbir 
dediniz?” 
Həzrət  (s)  buyurdu:  “Fatimənin  namazında  qırx 
cərgə mələk iştirak edirdi. Hər bir cərgə üçün bir təkbir 
dedim.  Öz  köynəyimi  və  əmmaməmi  ona  kəfən 
etməyimin  səbəbi  bu  idi  ki,  bir  gün  camaatın  qiyamət 
günü  lüt,  paltarsız  olması  barəsində  söhbət  edirdim.  Bu 
söhbəti  eşidən  Fatimə  qiyamət  günündə  paltarsız  və 
rüsvay  olmaqdan  nigaran  oldu.  Öz  paltarımla  onu 
kəfənlədim  ki,  qiyamət  günündə  paltarsız  olmasın  və 
kəfəni  də  çürüməsin.  O  qəbrdə  soruşulacaq  sualdan 
qorxduğu  üçün  onun  qəbrində  uzandım.  Allah  onun 


 
105 
qəbrinə  behiştdəki  qapılardan  birini  açdı  və  onun  qəbri 
behişt bağlarından birinə çevrildi”.
131
 
Beləliklə  görürük  ki,  qadın  elə  bir  ehtiram  və 
şəxsiyyət  həddinə  yüksəlir  ki,  tanınmış  böyük 
qəhrəmanlar  yetişdirir,  Kə`bə  evi  onların  doğum  yeri 
olur,  İslam  Peyğəmbəri  (s)  isə  onu  öz  anası  bilir.  Ey 
qadın! Sən özünü kiçik sanma. Sən böyük bir şəxsiyyətə 
maliksən.  Özünə  e`timad  etmək  və  güvənməklə  Allah 
yolunda addımla ki, uca və yüksək məqamlara çatasan. 
Fatimənin  Faxtə  (Ümmü  Hani)  adlı  bir  qızı  var  idi. 
Peyğəmbər (s) onun evindən me`raca getdi. O, Məkkənin 
fəthində  İslamı  qəbul  etdi.  Lakin  əri  kafir  qaldığı  üçün 
ondan  ayrıldı.  Məkkənin  fəthində  Peyğəmbər  (s) 
buyurdu:  “Kafirlərdən  hər  kim  Ümmü  Haninin  evinə 
getsə, amandadır”.
132
 
Bir gün Peyğəmbər (s) buyurdu: “İstəyirsinizmi sizə 
əmi  və  bibi  cəhətindən  ən  yaxşı  adamlardan  xəbər 
verim?” 
Orada olanlar dedilər: “Bəli”. 
Peyğəmbər  (s)  buyurdu:  “Onlar  Həsən  (ə)  və 
Hüseyndir (ə). Əmiləri behiştdə qanadları ilə uçan Cəfər 
Təyyar və bibiləri də behişt əhli olan Ümmü Hanidir”.
133
 
Əhli-sünnənin tanınmış alimi İbn Əbil-Hədid yazır: 
“Fatimə  bint  Əsəd  İslam  dini  aşkar  olmağa 
başlayanda müsəlman oldu
134
 və İslamı qəbul edən on üç 
nəfərdən  biri  idi.  Peyğəmbər  (s)  ona  çox  ehtiram  edirdi 
və onu ana çağırardı. O vəfat edən zaman öz vəsiyyətini 
Peyğəmbərə  (s)  etdi.  Peyğəmbər  (s)  onun  vəsiyyətini 
qəbul  etdi.  Cənazəsinə  namaz  qıldı,  qəbrində  uzandı  və 
                                            
131
 Məqatilut-talibin, səh.8; Bihar, 35-ci cild, səh.70. 
132
 Səfinətul-bihar, 2-ci cild, səh.726. 
133
 Tənqihul-məqal, 3-cü cild, səh.74. 
134
 Yə`ni İslam dinində olmasını aşkar etdi. Hərçənd ki, İmam Əlinin 
(ə)  anası  Fatimə  bint  Əsəd  bizim  əqidəmizə  görə  heç  vaxt  müşrik 
olmamışdı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə