İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

 
93 
Məclisdəkilər  məscidin  küncündən  ildırım  kimi 
gurultulu  fəryadın  qalxdığını  eşitdilər:  “Ey  haramzadə! 
Yalançı sən, sənin atan, səni və atanı camaatın boynuna 
mindirəndir!  Ey  pozğun  qadının  oğlu!  Peyğəmbərin  (s) 
pak  və  təmiz  övladlarını  öldürürsünüz,  sonra  pak 
müsəlman kimi danışırsınız”. 
Onunla  ibn  Ziyad  arasında  mübahisə  davam  etdi. 
Axırda  ibn  Ziyad  onun  tutulmasının  əmrini  verdi  və 
qışqırdı: “Onu qaçmağa qoymayın”. 
Amma  Əzud  tayfası  onu  müdafiə  etdi.  Məclis  bir-
birinə  dəydi.  Əbdullahı  evə  apardılar.  Camaat 
dağılışandan  sonra  Əbdullahın  dilavər  qızı  atasına  dedi: 
“Belə  görürəm  ki,  ibn  Ziyadın  cəlladları  bizim  evimizə 
gələcəklər”. 
Əbdullah qızına dedi: “Qızım qorxma. Qılıncımı ver 
və düşmən qapını döyəndə mənə yol göstər”. 
Cəlladlar daxil oldular. Əbdullah qızının köməyi və 
yol  göstərməsi  ilə  qılıncla  onlara  hücum  etdi.  Bu  şir 
ürəkli qız Səfiyyə fəryad çəkib qışqırdı: “Ey kaş mən də 
kişi  olaydım  və  səndən  qabağa  düşüb  bu  zalımlarla 
döyüşəydim”. 
Hər  tərəfdən  Əbdullaha  hücum  etdilər.  Səfiyyə 
atasını  hücum  edilən  tərəfdən  xəbərdar  etdi.  Şücaətlik 
fəryadı  çəkən  Əbdullah  döyüşürdü.  Axırda  cəlladlar 
Əbdullahı mühasirəyə alıb ibn Ziyadın  yanına apardılar. 
O  da  söhbətdən  sonra,  Əbdullahın  edam  əmrini  verdi. 
Onun  başını  kəsib  bədənini  asdılar.  O  şəhid  olandan 
sonra  Səfiyyə  heç  vaxt  zülm  qarşısında  təslim  olmadı. 
Qızı  tutub  zindana  salsalar  da,  o,  zindanda  axıra  kimi 
müqavimət göstərdi. Süleyman ibn Surədlə Yezidin ölüm 
xəbərindən  sonra  məhbuslarla  birlikdə  qiyam  qaldıran 
zaman  zindandan  çıxdılar  və  əməvi  hakimiyyətinə  qarşı 
hərəkatı e`lan etdilər.
112
 
                                            
112
 Fərsanul-həyca, 1-ci cild, səh.245. 


 
94 
Kor  Əbdullahın  və  dilavər  qızının  qiyamı  zahirdə 
məğlub  oldu,  ancaq  onların  hərəkatı,  digər  qiyamçıların 
hərəkatı  ilə  birlikdə  Muxtarın  qiyamının  bünövrəsini 
qoydu  və  onların  pak  qanlarından  lalə  çiçəkləri  yetişib, 
qaniçən ibn Ziyadın qüdrətini məhv etdi. 
BĠR KƏNĠZĠN HAQQ SÖZÜ XƏLĠFƏNĠ 
QƏFLƏTDƏN OYATDI 
Yeziddən sonra “İkinci  Müaviyə” xilafət kürsüsünə 
əyləşdi.  Onun  xilafəti  qırx  gün  davam  etdi.  O  yatanda, 
gözəl kənizlərindən birini baş tərəfində, digərini isə ayaq 
tərəfində  oturdardı  ki,  təhlükədən  amanda  qalsın.  Bir 
gecə kənizlərindən biri xəlifəni yatmış güman edib o biri 
kənizə dedi: “Xəlifə məni çox sevir, gündə məni üç dəfə 
görməsə, sakit olmaz”. 
O biri kəniz dedi: “Mürdəşir səni və xəlifəni aparsın. 
Sizin hər ikinizin yeri cəhənnəmdir”. 
(Xəlifə  oyaq  idi.  Ancaq  özünü  yuxuluğa  vurmuşdu 
və istəyirdi görsün ki, onların sözü hara çatacaq). Başının 
üstündəki  kəniz  dedi:  “Niyə  görə  xəlifə  cəhənnəm 
əhlidir?” 
Ayaq  tərəfində  olan  kəniz  dedi:  “Ona  görə  ki,  həm 
atası Yezid, həm də babası Müaviyə rəhbərlik məqamın 
qəsb etmişdilər, özü də onların yerində oturub rəhbərliyə 
layiq şəxsin (İmam Səccadın (ə)) yerini qəsb edib”. 
Xəlifə bu sözü eşidəndə fikirə getdi. Başa düşdü ki, 
kəniz düz deyir və haqq sözü danışır. Yataqdan qalxanda 
onların  sözünü  eşitdiyini  bildirmədi.  Sabahı  günü  e`lan 
etdi ki, camaatın hamısı təzə xəbər eşitmək üçün məscidə 
gəlsinlər.  İkinci  Müaviyə  qərara  gəlmişdi  ki,  xilafət 
mənsəbindən  əl  çəksin.  Camaat  məscidə  toplaşdı.  O 
minbərə  qalxdı  və  həmd-sənadan  sonra  dedi:  “Ey 
camaat!  Həqiqət  budur  ki,  mən  xilafətə  layiq  deyiləm. 
Peyğəmbərin  (s)  həqiqi  canişini  Həzrət  Əli  ibn  Hüseyn 
(ə)  İmam Səccaddır. Atam və babam xilafəti qəsb etdiyi 


 
95 
kimi  bu  müddət  ərzində  mən  də  onun  haqqını  qəsb 
etmişəm”. 
Sonra  minbərdən  aşağı  enib  evinə  getdi  və  qapını 
bağladı.  Anası  çox  narahat  oldu  və  ona  dedi:  “Kaş  səni 
doğmayaydım!” 
O  cavabında  dedi:  “Kaş  belə  olaydım  (yə`ni  sən 
dediyin kimi), atamın ar və alçaldıcı adı mənim üstümdə 
olmayaydı”.
113
 
Beləliklə,  bir  qadının  haqq  sözünü  deməsi  xəlifəni 
qəflət yuxusundan oyatdı və dəyişdirdi. 
ÖMƏR ĠBN ƏBDÜL-ƏZĠZĠN HƏYAT YOLDAġI 
FATĠMƏ 
Ömər  ibn  Əbdül-Əzizin  (səkkizinci  əməvi 
xəlifəsinin) həyat yoldaşı Fatimə Əbdül-Məlikin (beşinci 
əməvi  xəlifəsinin)  qızı  idi  və  onun  qardaşlarının  hamısı 
qəsbkar xəlifə idilər. Ancaq o çox mə`rifətli bir qadın idi 
və  mə`nəviyyatı  madiyyatdan  üstün  tutardı.  Ərinin 
ədalətli  olmasında,  xeyir  və  ədalət  yolunda  ona  kömək 
etməkdə  mühüm  rol  oynayırdı.  İctimai  ədaləti  qorumaq 
üçün  ər  evində  ən  çətin  vəziyyətə  dözürdü.  Bəlkə  də 
onun carçısı idi. Əri dünyadan gedəndə çox narahat oldu 
və  ağladı.  Qardaşları  ona  dedilər:  “Narahat  olma! 
Saraydan,  sərvətdən  hər  nə  istəsən  sənin  ixtiyarında 
qoyarıq”. 
O cavabında dedi: “Mən bunlardan ötrü ağlamıram. 
Ağlamağım  ona  görədir  ki,  bir  gecə  ərim  Ömər  ibn 
Əbdül-Əzizi yuxudan qalxıb gecə namazı qılan gördüm. 
Bu  ayələri  oxuyurdu  və  ağlayırdı:  “O  gün  insanlar 
kəpənək  kimi  ətrafa  səpələnəcəklər.  Dağlar  isə  havada 
atılmış pambıq kimi məhv olacaqlar”.
114
 
                                            
113
 Camiun-nureyn, səh.316. 
114
 Qariə surəsi, ayə 3 və 4. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə