İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

 
81 
Hüseynin  (ə)  şəhid  olduğu  zaman  özünü  Ömər  Sə`də 
çatdırdı  və  ona  dedi:  “Görmürsənmi  Peyğəmbər  (s) 
övladını öldürürlər?” 
Onunla  elə  danışdı  ki,  çirkin  və  günahkar  insanı 
ağlatdı. 
Zeynəb 
(ə) 
qardaşlarının 
başlarının 
bədənlərindən  ayrılmasını,  xeymələrin  yanmasını  və 
yetim  uşaqlara  zülm  olunmasını  gördü.  Bütün  bu 
müsibətlərin qabağında əgər dağ olsaydı əriyərdi. Amma 
tarixin  bu  dilavər  carçısı,  bu  yorulmaz  qəhrəman  elə  bir 
müqavimət  göstərdi  ki,  onu  bəyan  və  qələmlə  təcəssüm 
etmək  olmaz.  O  atasının  zamanında  Kufədə  qadınların 
müəllimi  idi.  İmam  Həsənin  (ə)  dövründə  isə  imkanı 
çatdığı  qədər  İslamın  vüs`ət  alması  üçün  çalışdı. 
Camaatın  onun  atasına  və  qardaşına  etdiyi  təkrar 
xəyanətlər,  qədirbilməzlik  və  ailəsinə  edilən  zülmlər 
Zeynəbin  (ə)  cəddinin  və  atasının  sünnəsini  dirçəltməsi 
yolunda  iradəsinə  zərrə  qədər  də  olsun  mənfi  tə`sir 
etmədi.  O,  qardaşı  İmam  Hüseynin  (ə)  dövründə,  ağır 
Kərbəla 
macərasında 
özünü 
bütün 
çətinliklərə 
uyğunlaşdırdı.  Maraqlısı  budur  ki,  İmam  Səccadın  (ə) 
buyurduğuna  əsasən,  bütün  bu  çətinliklərdə  o,  gecə 
namazını  tərk  etmədi.  Xanım  Zeynəb  (ə)  ər  evindəki 
firavan  həyatından  əl  çəkib  özünün  bütün  güc  və 
qüvvəsini İmam Hüseynin (ə) yolunda sərf etdi. Kərbəla 
müsibəti  baş  verəndə  onun  yaşı  əlli  beşdən  çox  idi.  Bu 
yaşda  dağ  kimi  möhkəm  qaməti  və  dərya  qədər  geniş 
olan  qəlbi  vardı.  Zeynəb  (ə)  bu  hadisələr  zamanı  üç 
mühüm işi yaxşı yerinə yetirdi: 
1. Rəhbəri himayə; 
2. Şəhidlərin uşaqlarını qoruyub saxlamaq; 
3.  Şəhidlərin  qanını  yerdə  qoymamaq,  onların 
yolunu  davam  etdirmək,  hədəf  və  məqsədlərini  ümmətə 
çatdırmaq. 
ĠMAM HÜSEYNĠ (Ə) HĠMAYƏ ETMƏK 


 
82 
Zeynəb (ə)  İmam  Hüseyn  (ə) sağ olduğu müddətdə 
onu himayə edirdi. İmam Hüseyn (ə) şəhid olandan sonra 
İmam  Səccad  (ə)  rəhbər  olanda  (və  aşura  macərasında 
xəstə  idi)  onu  himayə  etdi.  Bir  neçə  dəfə  istədilər  ki, 
İmamı (ə) qətlə yetirsinlər, ancaq Zeynəb (ə) buna imkan 
vermədi.  Belə  vəziyyətlərdən  biri  ibn  Ziyadın  Kufədəki 
iqamətgahında,  İmam  Səccadla  (ə)  ibn  Ziyad  arasında 
mübahisə  zamanı  yarandı.  İbn  Ziyad  İmam  Səccadı  (ə) 
şəhid  etmək  istədikdə  Zeynəb  (ə)  qoymadı  və  dedi: 
“Əgər o öldürüləcəksə, elə  isə məni öldür”.
101
 
ġƏHĠDLƏRĠN UġAQLARINI HĠMAYƏ ETMƏK 
Zeynəb  (ə)  şəhidlərin  uşaqlarına  elə  himayədarlıq 
edirdi  ki,  hətta  öz  yemək  payını  da  onlar  üçün  saxlayır, 
uşaqlara gecə-gündüz nəvaziş göstərir və dayanmadan öz 
sə`yi ilə onları düşmən təhlükəsindən amanda saxlayırdı. 
ġƏHĠDLƏRĠN QANINA HĠMAYƏDARLIQ 
Zeynəb  (ə)  İmam  Hüseyn  (ə)  və  Kərbəla  igidləri 
şəhid  olandan  sonra  hər  fürsətdə,  hara  getdisə  onların 
hədəf və məqsədlərini çatdırırdı. Zalımların başı üzərində 
elə  fəryad  etdi  ki,  hələ  də  çəkdiyi  fəryadın  zərbələri 
Yezidin  və  Yezid  dəstəsinin  üzünə  dəyir  və  uca  bəyanı 
zülmkarları lərzəyə saldı. 
Zeynəb,  Yezidin  Kufədəki  qaniçən  valisi  ibn 
Ziyadın  hökumət  iqamətgahındakı  çıxışında  bütün 
mətləbləri  bəyan  etdi  və  hamını  ağlatdı.  Zeynəb  car 
çəkdi:  “Ey  kufəlilər!  Heç  bilirsinizmi  Peyğəmbərin  (s) 
qəlbini  necə  parçaladınız,  hansı  qanı  nə  cür  axıtdınız, 
necə  də  böyük  bir  günah  etdiniz?  Göydən  sizə  yağış 
əvəzinə  qan  yağacaq.  Axirətdə  isə  elə  bir  əzaba  giriftar 
olacaqsınız  ki,  heç  bir  şəfaətçinin  sorağınıza 
gəlməməsinə təəccüb edəcəksiniz?”
102
 
                                            
101
 Məqtəlul-muqərrəm, səh.371. 
102
 Muqərrəmin “Məqtəlul-Husəyn”ində xütbənin şərhi, səh.384. 


 
83 
Həzrət  Zeynəbin  (ə)  Yezidin  Şamdakı  hökumət 
iqamətgahındakı  xütbəsi  Yezid  və  onun  əlaltılarını 
qiyamətə qədər rüsvay etdi. Onun çıxışı Qur`ani-Məcidin 
ayələrinə əsaslanan, hərtərəfli və qaneedici bir xütbə idi. 
Elə  bil  ki,  bu  xütbəni  o  xanımın  ata-anası  oxuyurdu. 
Qürurlanmış  Yezidin  burnunu  yerə  sürtdü.  Həzrətin  (ə) 
xütbəsi  çox  genişdir  və  burada  bir  neçə  cümləyə  diqqət 
yetirin:  “Ey  Yezid,  ey  o  kəslərin  oğlu  ki,  cəddim 
Peyğəmbər (s) Məkkənin fəthində əsir düşmüşkən onları 
azad  etdi!  Hər  nə  qədər  hiylə  və  kələk  bilirsənsə  işlət. 
Lakin  and  olsun  Allaha!  Bizi  və  bizim  səhnədəki 
hüzurumuzu  heç  vaxt  məhv  edə  və  vəhyin  nurlu  işığını 
söndürə bilməyəcəksən. 
Hərçənd  ki,  sənin  zülmlərin  dağları  uçurdan  və 
göyləri  viran  edəndir.  Ancaq  sənin  nənən  İslamın 
əvvəlindəki  şəhidlərin  ciyərini  (Həzrət  Həmzənin  (ə) 
ciyərini)  çeynəyibsə,  səndən  bundan  artıq  nə  gözləmək 
olar?  Sən 
İslamla  açıq-aşkar  müxalifət  bayrağı 
qaldıranların oğlusan. 
Mən  istəməzdim  ki,  zəmanə  məni  səninlə  üz-üzə 
gətirsin. Ancaq indi belədirsə, mən səni şəxsiyyətsiz bilib 
və sənə qarğış yağışı yağdıracam. 
Bizim  əzizlərimizi  öldürməyinə  sevinmə  (Qur`an 
buyurur):  Allah  yolunda  öldürülənləri  (şəhid  olanları) 
ölü  zənn  etmə!  Xeyir,  onlar  öz  Rəbbinin  yanında  diri 
olub, ruzi (cənnət ruzisi) yeyirlər”.
103
 
Zeynəbin (ə) xütbəsi elə bir iş gördü ki, Yezid bütün 
günahları ibn Ziyadın boynuna yıxdı və onu danladı.
104
 
O Həzrət (ə) Kərbəla macərasından sonra Mədinəyə 
qayıtdı.  Orada  da  fürsət  düşən  kimi  camaatı  Yezidin 
əleyhinə qaldırar, onu ifşa edərdi. Əhvalatı Yezidə xəbər 
verdilər.  Alimlərdən  bə`zilərinin  nəql  etdiyinə  görə, 
Yezid Mədinənin valisinə əmr etdi ki, Zeynəbi (ə) Misirə 
                                            
103
 Ali-İmran surəsi, ayə 169. 
104
 Məqtəlul-Husəyn (ə), səh.449; Tarixe-Təbəri, 6-cı cild, səh.266. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə