İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

 
71 
sonra  onu  “Şəhidə”  çağırardılar.  O,  Ömərin  xilafəti 
dövründə, onun kəniz və qulamının əliylə şəhid oldu.
91
 
 DÜġMƏNĠN MÜQABĠLĠNDƏ DURAN QƏHRƏMAN 
QADIN XƏVLƏ 
Həzrət 
Rəsulullahın 
(s) 
vəfatından 
sonra 
müsəlmanlarla  rumlular  arasında  böyük  müharibə 
başladı.  Düşmənin  sayı  müsəlmanlardan  bir  neçə  dəfə 
çox  idi.  İslam  ordusunun  başçısı  Xalid  ibn  Vəlid  Zərar 
ibn Əzvər adlı bir şəxsi kəşfiyyat üçün düşmən ordusuna 
göndərdi.  O  getdi  və  qayıdaraq  düşmən  ordusunun  hər 
cəhətdən hazırlıqlı olduğunu bildirdi. Xalid dedi: “Yaxşı 
olar ki, geri çəkilək”. 
Zərar dedi: Qur`an buyurur ki, “Ey iman gətirənlər! 
Kafirlərlə  bir  yerə  toplaşdıqları  vaxt  rastlaşsanız,  dönüb 
onlardan  qaçmayın”,
92
  “Neçə  dəfə  olub  ki,  az  bir  dəstə 
Allahın izni (iradəsi) ilə, çox bir dəstəyə qalib gəlib”.
93
 
Zərarın  əmri  ilə  savaş  başladı  və  o,  addım-addım 
irəliləyib,  düşmənin  bağrını  yararaq  döyüşə  davam  etdi. 
Amma  onu  əsir  aldılar.  Az  sonra  müsəlmanlar  tərəfdən 
bir  döyüşçünün  irəliləyib  meydanı  şüar  və  qılıncla  toz-
torpağa  bürüyərək  döyüşdüyünü  gördülər.  Hamı 
təəccübləndi ki, bu cür qəhrəmanlıq göstərən kimdir? Bir 
az keçdikdən sonra  gördülər ki, o, bədəni qana bulaşmış 
halda  döyüşə  davam  edir.  Xalid  onun  yanına  getdi  və 
dedi:  “Nə  vaxta  qədər  üzünü  gizlədəcəksən?  De  görüm 
sən kimsən?” 
O  dedi:  “Mən  özümü  tanıtdırmağa  utanıram.  Çünki 
özümə  layiq  bir  iş  görməmişəm.  Mən  Zərarın  bacısı 
Xəvləyəm.  Bilmirəm  qardaşıma  nə  ediblər.  Onu  azad 
etmək üçün döyüşürəm”. 
                                            
91
 Hilyətul-övliya, 2-ci cild, səh.63. 
92
 Ənfal surəsi, ayə 15. 
93
 Bəqərə surəsi, ayə 249. 


 
72 
Sözləri  qurtardıqdan  sonra  rəcəz  oxuyaraq  düşmən 
üzərinə  hücuma  keçib  döyüşə  davam  etdi.  O,  bu 
döyüşdən əlavə başqa döyüşlərdə də iştirak etmişdi.
94
 
DÖRD ġƏHĠD ANASI XĠNNƏSA 
İslamın  güclü  mübəlliğlərindən  (təbliğatçı)  sayılan 
Xinnəsanın  digər  adı  da  Təmazur  idi.  O  öz  qəbiləsini 
İslama  inandırmış  və  nəticədə  qəbiləsinin  bütün  üzvləri 
hamılıqla iman gətirmişdi. Xinnəsa camaatı öz söhbətləri 
və şe`rləri ilə İslam dininə də`vət edərdi. (Hicrətin 14-cü 
ilində)  Müsəlmanlarla  iranlılar  arasında  (Kufənin 
qərbində, 15 fərsəxlikdə) Qadisiyyə məntəqəsində döyüş 
baş  verdi.  Onun  oğlanlarından  dördü  həmin  döyüşdə 
şəhid oldular. O, özü övladlarını ön cəbhəyə göndərdi və 
onları  səbirli,  dözümlü  olmağa  çağıraraq,  Qur`an 
ayələrini  oxumaqla  onları  döyüşə  həvəsləndirirdi. 
Meydana  tərəf  çapıb  döyüş  mahnısı  oxuyur  və 
döyüşçüləri düşməni məhv etmək üçün hərəkətə gətirirdi. 
Oğlanlarının  dördünün  də  şəhidlik  xəbərini  eşidəndə 
dedi: “Mənə onların şəhidliyi ilə iftixar bəxş edən Allaha 
həmd olsun. Allah məni də onlarla birlikdə öz rəhmət və 
rizvanında məhşur etsin”.
95
 
Maraqlısı  budur  ki,  İslamın  əvvəlindəki  qadınlar, 
mübarizə səhnəsində və bu kimi sair işlərdə həmişə hazır 
olardılar.  İmam  Əli  (ə)  Cəməl  savaşında  Aişəni 
Mədinəyə  çatdırmaq  üçün  qırx  silahlı  qadını  ona 
mühafizəçi  tə`yin  etdi.
96
  Çünki  hiyləgər  insanlar 
tərəfindən ona təhlükə yaranar, fürsət axtaran adamlar isə 
bundan öz siyasi məqsədləri üçün istifadə edə bilərdilər. 
ƏMR ĠBN HƏMĠQĠN HƏYAT YOLDAġI AMĠNƏ 
MÜAVĠYƏNĠN ZĠNDANINDA 
                                            
94
 Nasixut-təvarixe xuləfa, 1-ci cild, səh.357. 
95
 Həmin mənbə, qədim ta hərfi, səh.196. 
96
 Murucuz-zəhəb, 2-ci cild, səh.12. 


 
73 
Əmr  ibn  Həmiq  Həzrət  Əlinin  (ə)  qoçaq  və  ixlaslı 
dostlarından  idi.  Həzrət  İmam  Əli  (ə)  şəhid  olandan 
sonra,  o, həmişə  və  hər  bir  fürsətdə  Müaviyəni  ifşa  edib 
camaatı  onun  əleyhinə  qaldırırdı.  Onun  bu  hərəkəti 
Müaviyənin  qulağına  çatdı.  Müaviyə  Kufədəki  valisi 
Ziyada  yazdığı  məktubunda  tə`kid  etdi  ki,  hər  bir 
imkandan istifadə edib onu tutub qətlə yetirsin. 
Əmr  Müaviyənin  cəlladlarının  əlindən  gizlənərək 
gizlin  şəkildə  fəaliyyət  göstərirdi.  O,  axırda  Müaviyənin 
Mosuldakı valisi Əbdürrəhman ibn  Osmanın vasitəsi ilə 
tutuldu. Onun həyat yoldaşı Aminəni isə Ziyadın əmri ilə 
ərinin  gizləndiyi  yeri  demədiyinə  görə  tutmuşdular. 
Müaviyə  (Mosulun  valisi)  Əbdürrəhmana  yazdı:  “Əmrə 
iki yol təklif et! Ya Əlidən (ə) imtina, ya da ölüm”. 
Əbdürrəhman  bu  tapşırığı  Əmrə  bildirdikdə  Əmr 
cavabında dedi: “Əlidən (ə) imtina etmək (yə`ni mümkün 
olmayan  şeydir).  Çünki  O,  haqdır,  Müaviyə  isə  batil. 
Amma  mən  ölməyə  hazıram.  Tezliklə  Allahın, 
Peyğəmbərin  (s)  və  Əlinin  (ə)  hüzurunda  olacam  və 
Müaviyədən intiqam alacam”. 
Daha  Əmrə  imkan  verməyib  onu  məzlumcasına 
öldürdülər.  Ona  hətta  iki  rəkət  namaz  qılmağa  da  icazə 
vermədilər.  Beləliklə,  o,  Əlinin  (ə)  yolunda  öz  qanına 
boyandı,  onun  başını  bədənindən  ayırıb  Müaviyə  üçün 
göndərdilər. 
Azadlıq  sevən  insanlar,  o  cümlədən  İmam  Hüseyn 
(ə)  Müaviyəyə  yazdığı  məktubunda  onun  bu  zülmünü 
pisləyib  məhkum  etdilər.  Müaviyənin  sarayında  kasa 
yalayanlardan biri ona dedi: “Yaxşı olar ki, Əmrin başını 
zindandakı qadını Aminəyə aparıb yarasına duz səpək və 
dediyi bütün şər sözlərin intiqamını alaq”. 
Aminənin göstərdiyi rəşadətlərdən çox narahat olan 
Müaviyə  bu  təklifi  qəbul  etdi.  Əmrin  başını  zindana 
aparıb  Aminənin  üstünə  atdılar.  Aminənin  gözü  Əmrin 
başına sataşanda, onun qəhrəmanlıqlarını  yada salıb göz 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə