İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

 
74 
yaşı  axıtdı.  Bu  vaxt  dedi:  “Ərimi  bir  neçə  müddət 
məndən gizlətdiniz. İndi isə başını mənim üçün hədiyyə 
gətirmisiniz.  Ey  mənim  ömür-gün  yoldaşım,  xoş 
gəlmisən! Mən səni heç vaxt yaddan çıxartmayacam”. 
Sonra  mə`mura  dedi:  “Müaviyəyə  de  ki,  tezliklə 
ərimin  qanının  intiqamını  səndən  alacam.  Müaviyə  çox 
böyük günaha batıb. Tezliklə Allahın qəzəb və əzabı onu 
tutacaq”. 
Sonra  o,  ərinin  başını  bağrına  basıb  bir  neçə  söz 
dedi.  Mə`mur  Aminənin  sözünü  Müaviyəyə  çatdırdı. 
Müaviyə  əmr  verdi  ki,  onu  qəsrinə  gətirsinlər.  Bərk 
qəzəblənmiş Müaviyə Aminəyə dedi: “Eşitmişəm mənim 
barəmdə  belə  bir  sözlər  demisən?  Bir  halda  ki,  bizim 
əlimizdə olduğunu yaxşı bilirsən”. 
Aminə  dedi:  “Bəli,  bilirəm  və  İlahi  əzab  sənin 
başının üstündədir”.  
Müaviyə  Aminənin  alovlu  sözlərinin  müqabilində 
tab  gətirməyib  əmr  etdi  ki,  onu  oradan  uzaqlaşdırsınlar. 
Aminə məclisdən çölə çıxanda dedi: “Təəccüb edirəm ki, 
Müaviyənin  bizimlə  söhbət  etmək  qüdrəti  yoxdur  və 
əliylə işarə edir ki, məni çölə çıxartsınlar”. 
O  qapının  ağzına  çatmamış  Müaviyə  əmr  etdi  ki, 
Aminəni  qaytarsınlar.  Onu  yenidən  Müaviyənin  yanına 
apardılar.  Müaviyə  əmr  etdi  onun  qabağına  qızıl-gümüş 
töksünlər.  Aminə  üzünü  onlardan  çevirdi  və  dedi:  “Ey 
Müaviyə! Üzün qara olsun. Ərimi öldürdün, indi də məni 
mükafatlandırırsan.  And  ola  Allaha!  Bunların  yüz 
bərabəri  qədər  olsa  da,  ərimin  bir  dırnağı  ilə  belə 
dəyişmərəm”. 
Müaviyə  güldü  və  dedi:  “Əlidən  (ə)  uzaq  ol,  səni 
azad edim”. 
Aminə  Əlinin  (ə)  adın  eşidəndə  gözləri  yaşardı  və 
ağlayaraq  Müaviyənin  üstünə  qışqırıb  fəryad  qopardı: 
“Ey Müaviyə! Gör necə də dəhşətli təklif irəli sürürsən. 


 
75 
Pərvərdigara!  Bil  ki,  Əli  (ə)  yox,  Müaviyə  lə`nətə 
layiqdir”. 
Müaviyə  xəcalət  çəkdi.  Əmr  etdi  Aminəni  təzədən 
zindana apardılar. Bir neçə müddətdən sonra əmr etdi ki, 
onu  zindandan  azad  etsinlər  və  İraqa  qaytarsınlar. 
Məbada  Şam  camaatı  (Müaviyənin  nəzərincə)  onun  şər 
sözlərini  eşidib,  Müaviyənin  əleyhinə  qiyam  etmək 
fikrinə düşərlər.
97
 
HÜCR ĠBN ƏDĠNĠN MÜDAFĠƏSĠNDƏ ƏNSAR 
QADINI HĠNDĠN GÖSTƏRDĠYĠ ġÜCAƏTLĠK 
Hücr  ibn  Ədi  İmam  Əlinin  (ə)  zamanında 
Müaviyənin əleyhinə olan inqilabçılardan idi. Həzrət Əli 
(ə)  şəhid  olandan  sonra  onun  apardığı  mübarizənin 
davam  etdirən  Hücr  ibn  Ədi  və  yeddi  dostunu  Müaviyə 
Dəməşqin  yaxınlığında  “Mərci  Əzra”da  şəhid  etdi. 
Hücrü qətlə yetiriləcəyi yerə aparanda, çox çətin şəraitdə 
və sıxıntıdaydı, əgər hər kim onu müdafiə etsəydi, Əlinin 
(ə) dostu kimi e`dam olunardı. Zeyd Ənsarinin Hind adlı 
cəsur qızı bu barədə bir şe`r oxudu: 
Ey parlaq ay, bir boy göyə ucal sən, 
Şama aparılan Hücrü görəsən. 
Ziyad ona e`dam istəmiş deyə, 
Əsir apardılar Müaviyəyə. 
Bir gün darvazadan asılar bu can, 
Didər bədənini qan içən heyvan. 
Meydan zülmün olar Hücrdən sonra, 
Amma ki bu qəmdən könüllər yara. 
Fərəhlən bu işdən, ey Ədi oğlu, 
Xalqa yananların sinəsi dağlı.
98
 
MÜQAVĠMƏTLĠ QADIN SUDƏ 
                                            
97
 Əl-ğədir, 9-cu və 11-ci cild; Tənqihul-məqal, 2-ci cild; Hudəl-
İslam səh.58, (Məhəmməd Bəhrul-Ulumun məqaləsi). 
98
 Tarixe Təbəri, 6-cı cild, səh.143. 


 
76 
Həzrət  Əlinin  (ə)  qoşunu  ilə  Müaviyənin  qoşunu 
arasında  baş  verən  Siffeyn  döyüşü  on  səkkiz  ay  davam 
etdi. Bu, nurun zülmə qarşı savaşı idi. Sudə evdə oturub 
nurun, yə`ni Əlinin (ə) qoşununa kömək edə bilməməsini 
özünə ar bilirdi. Dözə bilməyib özünü cəbhəyə  çatdırdı. 
Yaralılara  tibbi  yardım  göstərmək  və  onlara  su  vermək 
üçün  hazır oldu.  O,  bə`zən  coşdurucu  sözlər  və  şe`rlərlə 
Əlinin  (ə)  dostlarını  küfrə  qarşı  qaldırardı.  Qardaşına 
dedi: “Atan kimi qəhrəmanlıqla düşmənin qarşısında dur. 
Öz  şücaətlərinlə  Hindi  (Müaviyənin  anasını)  və  oğlunu 
zillətin  (alçaqlığın)  qara  torpağına  otuzdur.  İman  və 
hidayət  bayraqdarı,  Həzrət  Peyğəmbərin  (s)  qardaşı, 
Əlini (ə) qoru”. 
Bu  qəhrəman  qadının  səsi  Müaviyənin  qulağına 
çatdı.  Əmr  etdi  ki,  onun  adını  Əlinin  (ə)  dostlarının 
sırasında  yazsınlar.  Əgər  bir  gün  muradına  çatsa,  ondan 
intiqam  alsın.  İllər  ötdü.  Həzrət  Əli  (ə)  şəhid  oldu, 
Müaviyə  isə  hakimiyyəti  ələ  aldı.  O,  şəhərlərə  zülmkar 
hakimlər tə`yin etdi. Onlardan biri də Busr ibn Ərtat idi. 
O, otuz min nəfərə yaxın Əli (ə) tərəfdarını öldürmüşdü. 
Sudə  bu  çətin  şəraitdə  özünü  Müaviyənin  sarayına 
çatdırdı. Qürur taxtında olan Müaviyə onu görəndə dedi: 
“Sən Siffeyn savaşında həzrət Əlinin (ə) qoşununu bizim 
əleyhimizə  qaldıran  adamsan.  İndi  isə  öz  ayağınla  bura 
gəlmisən. Bizim əleyhimizə şe`rləri deyən kim idi?” 
Sudə  qətiyyətlə  dedi:  “O  şe`rləri  deyən  mən  idim. 
Mənim  kimisi  gərək  düz  danışa  və  sözü  gizlətməyə. 
Əlinin (ə) vücudundakı haqqa sevgi və haqqa itaət, məni 
şe`r və şüarla car çəkib onu müdafiə etməyə vadar etdi”. 
Müaviyə  dedi:  “Bu  sözləri  buraxaq.  De  görüm  nə 
şikayətin var?” 
Sudə dedi: “Şikayətim sənin bu zülmkar valin Busr 
ibn  Ərtaddandır.  Onu  camaatın  boynuna  mindirmisən. 
Hamını  üzərlik  dənəsi  kimi  çəkməsinin  altında  əzir  və 
bizim mallarımızı qarət edir. Gəlmişəm deyəm ki, ya onu 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə