İslamda qəhrəman qadınlar


KƏRBƏLADA BƏNĠ-HAġĠMDƏN BAġQA BĠR



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

 
87 
KƏRBƏLADA BƏNĠ-HAġĠMDƏN BAġQA BĠR 
NEÇƏ QƏHRƏMAN QADIN 
Qanlı  Aşura  tarixinin  qızıl  səhifələrində  İmam 
Hüseynə  (ə)  yaxın  (qohum)  olmayan  digər  bir  neçə 
qəhrəman qadının da adı nur kimi parlayır. 
KƏRBƏLADAKI TƏZƏ EVLƏNMĠġ VƏHƏBĠN 
HƏYAT YOLDAġI VƏ ANASI 
60-cı hicri ilinin zilhiccə ayı idi. Köçəri  yaşayan və 
mal-qara  sahibi  olan  xaçpərəst  əqidəli  Vəhəb  və  anası 
həmişəki kimi ilin müxtəlif fəsillərində bu yerdən başqa 
yerə  köçürdülər.  Həmin  il  onlar  yaşıl-yamaclı  və  yaxşı 
ab-havalı  (Kərbəla  yaxınlığında)  Sə`ləbiyyə  çöllüyündə 
xeymə  qurdular.  Vəhəb  evlənmək  yaşına  çatanda  anası 
Qəmər Haniyə adlı qızın elçiliyinə  getdi və o razı oldu. 
Bir neçə gündən sonra qız Vəhəbin evinə köçdü. 
Kufəyə  tərəf  mənzil-mənzil  hərəkətdə  olan  İmam 
Hüseynin  (ə)  karvanı  Sə`ləbiyyə  məntəqəsinə  çatanda 
İmamın  (ə)  gözü  bir  xeyməyə  sataşdı.  Yaxınlaşanda  bir 
qoca  arvad  gördü.  Ondan  əhvalını  soruşdu.  Qoca  öz 
vəziyyətini  Həzrətə  (ə)  bəyan  etdi.  Ancaq  susuzluqdan 
çətinlik çəkdiyini dedi. Qəlbi həmişə imkansızlardan ötrü 
döyünən  İmam  (ə)  o  səhrada  öz  nizəsi  ilə  yerdəki 
torpağın  bir  hissəsini  araladı.  Birdən  oradan  su  çıxdı. 
Qəmər  təəccübləndi  və  İmamın  (ə)  şəxsiyyəti  və  qeyri-
adiliyi  onu  özünə  cəlb  etdi.  İmam  (ə)  öz  səfərinin 
macərasını ona dedi və buyurdu: “Oğlun gəlsə, ona de ki, 
istəyirsə, bizim köməyimizə gəlsin”. 
Pak  və  təmiz  qəlbli  yeniyetmə Vəhəb  suyu  görəndə 
macəradan agah oldu və  İmam (ə) onu özünə cəzb etdi. 
Toyundan  on  beş  (ya  on  yeddi)  gün  keçsə  də,  anası  və 
həyat yoldaşı ilə birlikdə İmamın (ə) hüzuruna gəldi. Bir 
az  söhbət  etdikdən  sonra  İslamı  qəbul  etdilər.  Vəhəb 
dedi: “Sizin xəbəriniz bizə çatdı. Mən bundan sonra sizin 
əsgərinizəm”. 


 
88 
İmam  (ə)  ona  təşəkkür  etdi.  Vəhəb  anası  və  həyat 
yoldaşıyla  birlikdə  İmam  Hüseynin  (ə)  karvanı  ilə 
birlikdə  Kərbəlaya  gəldi.  Aşura  günü  çatdı.  Vəhəbin 
şücaətli  anası  Qəmər  təkrar-təkrar  ona  deyirdi:  “Sənə 
verdiyim  südün  əvəzində  istəyirəm  ki,  qanını  ovucuna 
alıb  İmamın  (ə)  xidmətində  şəhidlik  həddinə  kimi 
düşmənlə döyüşəsən”. 
Vəhəb dedi: “Həyat yoldaşımla bəs nə edim?” 
Ana dedi: “Əzizim! Əbədi gözəlliyi bir neçə günlük 
gözəlliyə dəyişmə”. 
Ananın  sözləri  Vəhəbi  dəyişdirdi.  O  artıq  İmam 
Hüseynin  (ə)  aşiqi  olmuşdu.  Vəhəbin  həyat  yoldaşı 
Haniyənin də əriylə söhbətdən sonra qəlbinə bir nur saçdı 
və dedi: “Mənim və sənin canından mini İmam Hüseynə 
(ə)  fəda  olsun.  Ancaq  qadınlar  üçün  cihad  olmadığına 
görə  mənim  səndən  bir  istəyim  var.  İmamın  (ə)  yanına 
gedək. Onun  (ə) hüzurunda mənə söz ver ki, qiyamətdə 
behiştə getməli olsan, mənsiz daxil olmayacaqsan”. 
Vəhəb  razı  oldu.  İmamın  (ə)  hüzuruna  getdilər  və 
orada  öz  verdiyi  sözünü  izhar  etdi.  Xülasə,  iki  cavan 
həyat  yoldaşı  ömürlərinin  şirin  çağında  İmam  Hüseynin 
(ə) karvanı ilə birlikdə hərəkət etdilər. Vəhəb aşura günü 
meydana  getdi.  Zalım  düşmənlərdən  bir  dəstəsini 
öldürərək öz yerinə qayıtdı. Qan qılıncından daman halda 
anasının yanına gəldi və dedi: “Məndən razı qaldın?” 
Ana  dedi:  “İmam  Hüseynin  (ə)  qabağında  şəhid 
olmayınca, səndən razı qalmayacam!” 
Vəhəb  meydana  tərəf  çapdı.  O  qədər  vuruşdu  ki, 
axırda şəhid oldu. Vəhəbin həyat yoldaşı Haniyə, özünü 
qana boyanmış Vəhəbin başı üstünə çatdırdı. Vəhəb dedi: 
“Xeyməyə qayıt”. 
O dedi: “Heç vaxt qayıtmaram. Sən mənim munisim 
idin. İndi səni tənha qoymaram”. 


 
89 
Vəhəbin  qana  boyanmış  bədənini  düşmənin  qoşun 
başçısının  (Ömər  Sə`din)  yanına  apardılar.  Ömər  Sə`d 
ona dedi: “Sənin hücumun çox çətin və ağır idi”. 
Sonra  əmr  etdi  ki,  onun  başını  bədənindən 
ayırsınlar.  Həyat  yoldaşı  qaniçən  düşmənlərin  üstünə 
qəzəblə  qışqıraraq,  ürək  yanğısı  və  şücaətlə  özünü 
Vəhəbə çatdırdı. Başı Vəhəbin sinəsi üstündə olan halda 
düşmən dəmir dəyənəklə onun başına vurdu. O da şəhid 
oldu. Anasının qəlbinə dağ çəkmək üçün Vəhəbin başını 
ona  göndərdilər.  O,  cavan  oğlunun  başını  götürüb  öpdü 
və  dedi:  “Şükr  olsun  Allaha  ki,  İmam  Hüseynin  (ə) 
qarşısında şəhid olmağınla məni üzüağ etdin”. 
Sonra xeyməyə gəlib xeymənin sütununu götürdü və 
düşmənlə  döyüşə  getdi.  Düşmənlərdən  ikisini  öldürdü. 
İmam Hüseyn (ə) qadını xeyməyə qaytararaq, onun üçün 
dua  etdi  və  ona  behişt  müjdəsi  verdi.  Qəmər  sevinərək 
dedi: “İlahi! Behişt ümidini məndən alma”.
108
 
ZÜHEYR ĠBN QƏYNĠN HƏYAT YOLDAġI DƏYLƏM 
Zuheyr  ibn  Qəyn  öz  tayfasının  başçısı  idi.  O  öz 
karvanı  ilə  birgə  Kufədən  həccə  getmişdi.  Məkkədə 
İmam Hüseynin (ə) hərəkət etməsi xəbərini eşitdi. Amma 
İmam  Hüseynlə  (ə)  birgə  olmaq  üçün  mə`nəvi  hazırlığı 
yox  idi.  Buna  görə  də  İmam  Hüseynin  (ə)  karvanı  ilə 
rastlaşmamaq  üçün  karvanını  Məkkədən  Kufəyə 
qaytarırdı. Çünki İmam Hüseyn (ə) onu görsə və kömək 
üçün  çağırsa,  o  çıxılmaz  vəziyyətdə  qalardı.  Züheyrin 
karvanı Kufəyə tərəf yola düşmüşdü. Təsadüfən istirahət 
üçün  bir  yerdə  dayandılar.  Onların  yaxınlığında  təpənin 
arxasında  İmam  Hüseynin  (ə)  karvanı  istirahət  üçün 
dayanmışdı. İmam Hüseyn (ə) xəbərdar olanda, Züheyrə 
xəbər  göndərdi.  Züheyr  İmam  Hüseyni  (ə)  qəlbən  çox 
sevirdi. Amma iman nuru onun qəlbinə daxil olmamışdı. 
                                            
108
  Riyazul-uns,  Kaşani,  1-ci  cild,  səh.11;  Rəyahinuş-şəriət,  3-cü 
cild, səh.300. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə