İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə2/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   2   3   4   5   6   7   8   9   ...   119
islamda ushaq terbiyesinin esaslari

Vüsal Əliyev 
10 Fevral 2018-ci il
 
 



 
ميحرلا نحمرلا الله مسب
 
Həmd  aləmlərin  Rəbbi,  ər-Rahmən  (mərhəmətli)  və  ər-Ra-
him (rəhimli), qiyamət günün sahibi olan Allah`a məxsusdur. 
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik. 
Bizi  doğru  yola yönəlt.  Nemət  vermiş  olduğun  kəslərin  yolu-
na, azmışların və qəzəbə düçar olmuşların yoluna yox. 
Allah`ım İbrahimə və ailəsinə xeyir dua verdiyin kimi Mu-
həmmədə 

 və onun ailəsinə də xeyir dua ver. Allah`ım İbra-
himə  və  ailəsinə  bərəkət  verdiyin  kimi,  Muhəmmədə 

  və 
onun  ailəsinə  də  aləmlərdə  bərərkrət  ver.  Həqiqətən  də  Sən 
şükür və təriflərə layiq və şəni ucasan. 
Bundan  sonra  isə  onu  qeyd  edək  ki,  bu  kitab  böyük  alim 
Muhəmməd ibn Əbu Bəkr əl-Hənbəlinin öz nəvəsinə və ondan 
sonra gələn bütün uşaqlara töhfə etdiyi bir hədiyyədir. Bu elə 
nadir bir töhfədir ki, orada dünya və axirət xeyirləri cəm edil-
mişdir. Kitabın müəllifi toplanması çətin olan müxtəlif fiqh və 
hədis  kitablarında  uşaqlarla  bağlı  hökmləri  bir  kitabda  topla-
mış və bu əsəri ilə eyni mövzuda təkrar olunmaz bir əsər qo-
yub  getmişdir.  Bu  əsəri  ilə  müəllif,  həm  də  İslam  fiqhinə  bö-
yük bir töhfə vermiş və İslam fiqhində bütün hökmlərini əhatə 
edən bir mövzu üzrə fiqh kitabı yazmaqla özündən sonra  gö-
zəl bir sünnət qoymuşdur. 
Kitabın müəllifi yeni doğulan uşaqla bağlı bütün hökmləri 
– əqiq, ad qoyma, sünnət və hər gün qarşılaşdığımız uşağın si-
diyinin, ağız  suyunun və s. hökmlərini bir yerdə topladıqdan 
sonra uşağın tərbiyəsi  ilə bağlı bölmələr qeyd etmiş və onları 
tərbiyə  etməyin,  aralarında  ədalətli  davranmağın  vacibliyin-
dən söz açmışdır. 



 
Müəllif  (Allah`ın  rəhməti  onun  üzərinə  olsun)  kitabda 
yuxarıdakı  hökmləri  qeyd  etdikdən  sonra  əsasən  aşağıdakı 
mövzulardan bəhs etməkdədir: 
1.  Ananın  südünün  qarışıq  olduğundan  dolayı  doğumun 
ilk iki günündə uşağa süd verməməsi haqqında 
2.  Uşaqların  ilk  üç  ayda  bədənlərinin  zəif  olması  səbəbilə 
qucaqda daşınmaqdan çəkinilməsi haqqında 
3.  Uşaqların  dişləri  çıxana  qədər  qidalandırmada  yalnız 
südlə kifayətlənmək haqqında 
4. İlkin olaraq qidalandırmada tədriciliyə əməl etmək və ilk 
öncə yumşaq qidalardan başlanması və çətin həzm olan qida-
lardan çəkinmək haqqında 
5.  Uşaqların  dişləri  çıxdığı  dönəmdən  tam  çıxana  qədər 
bərk əşyaları ağızlarına aparmalarından və ya onları dişləmə-
sindən qorumaq və onun dişlərə əyrilik və s.  fəsadlar verməsi 
haqqında  
6. Uşaqların ağlamasının və qışqırmasının valideynləri na-
rahat etməməsini tövsiyə edərək  əslində ağlamağın uşaqların 
bədən üzvlərinin inkişafına, bağırsaqlarının böyüməsi və sinə-
sinin genişlənməsinə faydalı olması haqqında  
7.  Uşaqları  qorxudan  hər  bir  şeydən  qorunmasının,  əgər 
ona qorxu üz verərsə, onun əksi ilə ona qorxunun unudulma-
sının lazım olması haqqında 
8. Uşağın dişinin çıxdığı əsnada ona xüsusi qayğının göstə-
rilməsi haqqında 
9.  Süd  əmizdirən  qadın  uşağını  süddən  ayırmaq  istədikdə 
onu  mərhələlərlə  etməsi,  bunun  üçün  uşağı  ona  məşq  etdir-



 
məklə alışdırması və  adət etdiyi şeydən birdən-birə ayırmaqla 
ona zərər verəcəyindən qorxulması haqqında 
10.  Uşaqların  çoxlu  yemək  və  içməklə  mədələrinin  doldu-
rulmaması, onları doymayacaq qədər yedirməklə həzmlərinin 
yaxşılaşdırılmasına,  bədənlərinin  artıq  yeməkdən  qorunması 
və cisimlərinin düzgün inkşafına şərait yaradılması haqqında  
11.  Uşaqları  vaxtından  əvvəl  yeriməyə  sövq  etməmək  və 
bunun nəticəsində ayaqlarında zəiflik və qəbul etməməsi səbə-
bi ilə əyrilik və qüsurun yaranması haqqında  
12.  Uşaqları  ehtiyac  olduğu  halda  qusmasına,  yatmasına, 
yeməsinə,  içməsinə, asqırmasına və sidiyə çıxmasına qəti ola-
raq  mane  olmamaq  və  əks  halda  onun  xəstəliyinə  yol  açması 
haqqında 
13.  Uşağın  kiçik  yaşlarından  əxlaqına  xüsusi  diqqət  yetir-
mək və onun kiçik ikən aldığı tərbiyə üzrə yetişməsi haqqında. 
(Bu, müəllifin kitabda bəhs etdiyi ən gözəl mövzudur)  
14. Uşağın çox yeməkdən,çox içməkdən, çox yatmaqdan və 
qarışıq yerlərdən çəkindirilməsi haqqında 
15. Uşaqlara kiçik yaşlarından hansı işlərə uyğundursa onu 
öyrətmək,  onun  hazır  olmadığı  və  istəmədiyi  işlərə  məcbur 
etməmək və bunun boş əziyyətə səbəb olması haqqında 
Bundan  sonra  isə  müəllif  həm  böyüklər,  həm  də  kiçiklər 
üçün faydalı olacaq bir bölməyə keçir və orada insanın doğul-
duğu gündən iki məkandan – cənnət və cəhənnəmdən birində 
qalacağı vaxta qədər keçdiyi mərhələlərdən danışır. Bu bölmə-
də  müəllif  Abdullah  ibn  Məsuddan 

  rəvayət  olunan  hədis-
dəki  ruhun  üfrülməsi  məsələsini  araşdıraraq  insanı  başqa  bir 



 
şeyə  yönəlməyə  ehtiyac  buraxmayacaq  şəkildə  açıqlamalar 
vermiş və bütün qaranlıq məsələlərə aydınlıq gətirmişdir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə