İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə7/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   2   3   4   5   6   7   8   9   10   ...   119
islamda ushaq terbiyesinin esaslari

BİRİNCİ BÖLÜM 
Övlad istəməyin müstəhəbliyi (bəyənilməsi)  
Allah 

 buyurur: 
 َنََٰ ـۡلٱَف
 ِۚۡمُكَل ُهلِّلّٱَبَتَك اَم ْاوُغَتۡبٱَو هنُهوُرِشََٰب
 
“...Artıq  bundan  sonra  onlara  (zövcələrinizə)  yaxınlaşın 
və Allah`ın sizin üçün yazdığını tələb edin...” 
(Bəqərə 187)
 
Ayənin təfsirində Şubə Hakəmin, o da Mücahidin belə de-
diyini  rəvayət  edir: 
“Allah`ın  sizin  üçün  yazdığını  tələb 
edin...”
 ayəsində məqsəd övladdır”. Hakəm, İkrimə, Həsən əl-
Bəsri,  Suddi  və  Dahhak  da  ayəni  eyni  cür  təfsir  etmişdilər. 
Muhəmməd  ibn  Sad  atasının  belə  dediyini  rəvayət  edir: 
“Mənə əmim, əmimə atam, atama da atası İbn Abbas 

 ayəni 
təfsir edərək demişdir: “Burada nəzərdə tutulan övladdır”. İbn 
Zeyd burada nəzərdə tutulan şeyin cinsi münasibət olduğunu 
söyləmişdir.  Qatadə  bu  ayəni  “Allah`ın 

  sizin  üçün  yazdığı 
rüsxətini  arayın”  kimi  təfsir  etmişdir.  İbn  Abbasdan 

  gələn 
başqa bir rəvayətdə isə ayədə nəzərdə tutulan mənanın “qədr 
gecəsi” olduğunu bildirilir.  
Məsələyə  tam  kökündən  baxsaq  deyə  bilərik  ki,  Allah 

 
ümmət üçün asanlıq olsun deyə oruc gecələrində günəş doğa-
na kimi qadınlarla cinsi münasibəti mübah qılmışdır. Bundan 
öncə  isə  bu,  caiz  deyildi  və  cima  etmək  istəyən  şəxsə  az  qala 
qəlbinə  başqa  bir  şey  gələnə  kimi  şəhvət  və  məqsədinə  yetiş-
mək  qalib  gəlirdi.
1
  Allah 

  bu  ləzzətin  içində  Onun  rizasını 
                                                 
1
 Müəllifin burada qeyd etmək istədiyi Bəqərə surəsinin 187-ci ayəsinin təf-
siridir.  İbn  Kəsir 
rahimahullah
  ayənin  təfsirində  qeyd  edir  ki,  İslamın  ilk 


16 
 
tələb  etməyin  yolunu  onlara  doğru  bir  şəkildə  göstərdi  və  
yalnız şəhvətə görə cinsi münasibətdə olmayıb, əksinə onunla 
Allah`ın 

 onlar  üçün  yazdığı  savabı qazanmağı öyrətdi. Belə 
ki, onlar bu əlaqə ilə Allah`dan 

 Ona heç bir şərik qoşmayan 
övladlar tələb edə, Allah`ın 

 onlar üçün rüxsət olaraq mübah 
etdiyi  bir  şeyi  Onun  hökmünə  layiq  şəkildə  qəbul  edərək 
Allah`ın 

  məhəbbətini  qazana  bilərdi.  “Həqiqətən  də  Allah 
özünə qarşı asi olmaqdan xoşlanmadığı kimi, Onun rüxsətləri 
ilə əməl etməyi də sevir.”
2
 Onlar qədr gecəsində də eyni fəzilə-
ti istəməklə, cinsi münasibətdə olmaqla əmr olunmuşdular.  
Sual yarana bilər ki, Allah`ın 

 qədr gecəsini müsəlmanlara 
bəxş  etməsi  və  müsəlmanların  Ramazan  ayı  boyunca  bu 
gecəni  axtarmağınının,  qadınlarla  cinsi  münasibətdə  olmaqla 
nə əlaqəsi vardır?! Burada, qadınlarla mübah edilən cinsi mü-
nasibətin müsəlmanlara min aydan daha xeyirli olan qədr ge-
cəsini  axtarmağa  mane  olmaması  üçün  bir  nəsihət  vardır. 
Sanki  Allah 

  bununla  bizə  bildirir  ki,  “Qadınlarınızla  oruc 
gecəsində ehtiyaclarınızı aradan qaldırın və bu sizin, Allah`ın 

 sizin üçün yazdığı və üstün tutduğu gecəni ihya etməyinizə 
mane olmasın”. Allah 

 ən doğrusunu bilir. 
                                                                                                                 
dövrlərində oruclu olan şəxs iftar etdikdən sonra işa namazına qədər yeyə, 
içə, cinsi münasibətdə ola bilərdi. İşadan sonra isə bu qadağan idi. Bu mü-
səlmanlara çox məşəqqətli gəldi və Allah 

 onlar üçün bunu yüngülləşdirdi 
və oruc gecəsi olan bu qadağaları mübah etdi. 
2
 Əhməd: 2/108, Təbərani: “əl-Əvsat”. Albaninin də “İrva” kitabında 564 rə-
qəmi ilə söylədiyi kimi hədis səhihdir. 


17 
 
Ənəs 

  rəvayət  edir  ki,  “Allah  Rəsulu 

  evlənməyi  əmr 
etdi  və  tərki-dünya  olmağı  qəti  şəkildə  qadağan  edərək  dedi: 
“Sevilən  və  doğan  qadınlarla  evlənin  ki,  mən  qiyamət  günü 
sizin  çoxluğunuzla  digər  peyğəmbərlərin  qarşısında  öyü-
nüm”.
3
 
Məqil  ibn  Yasər rəvayət edir ki, “Bir kişi  Allah Rəsulunun 

  yanına  gələrək  belə  dedi:  “Mən  gözəl,  göyçək  bir  qadına 
aşiq olmuşam. Ancaq o, uşaq dünyaya gətirmir. Onunla evlə-
nə  bilərəmmi?”  Allah  Rəsulu: 

  “xeyr”  –  deyə  cavab  verdi. 
Sonra o  kişi  ikinci  dəfə  gəldi.  Allah  Rəsulu 

  yenə  ona  bunu 
qadağan  etdi.  Üçüncü  dəfə  gəldiyi  zaman  isə  belə  buyurdu: 
“Uşaq dünyaya gətirən qadınlarla evlənin, mən sizin çoxluğu-
nuzla öyünəcəm”.
4
 
Abdullah  ibn  Amr 

  Allah  Rəsulunun 

  belə  buyurdu-
ğunu rəvayət edir: “Övlad anaları olan (övlad dünyaya gətirə 
bilən)  qadınlarla  evlənin,  qiyamət  günü  mən  sizinlə  fəxr  edə-
cəm”.
5
 
Aişə 
g
  Peyğəmbərin 

  belə  buyurduğunu  rəvayət  etmiş-
dir:  “Evlilik  mənim  sünnətimdəndir.  Kim  mənim  sünnətimlə 
əməl etməzsə, məndən deyildir. Evlənin! Şübhəsiz ki, mən qi-
                                                 
3
 
Hədisi  İmam  Əhməd  və  Əbu  Hatim  “Səhih”  Asərində  rəvayət  etmişdir. 
İbn Hibban səhih olduğunu demiş, Heysəmi həsən olduğuna hökm etmiş-
dir. Hədis bir çox digər mənbələrdə də keçərək  səhihliyini gücləndirir.
 
4
 Əbu Davud: 2050, Nəsai: 6/25-26. Hakim hədisin  səhih olduğunu demiş, 
Zəhəbi də bunu təsdiqləmişdir. 
5
 İmam Əhməd “əl-Musnəd”: 3/ 172.
 


18 
 
yamət  günü  sizin  çoxluğunuzla  digər  ümmətlər  qarşısında 
fəxr edəcəm”.
6
 
Həmmad  ibn Sələmə Asimdən, o Əbu Salihdən, o da Əbu 
Hüreyrədan 

 Allah Rəsulunun 

 belə buyurduğunu rəvayət 
etmişlər:  “(Qiyamət  günü)  bir  qulun  dərəcəsi  qaldırılacaq.  O 
deyəcək:  “Ey  Rəbbim!  Bunlar  mənə  hardandır?”  (Allah 


deyəcək: “Bu, səndən  sonra övladının  sənin  üçün bağışlanma 
diləməsi səbəbilədir”.
7
 
Fəsil 
Övlad  istəməyə  təşviq  edən  hədislərdən  biri  də  Müslimin 
“Səhih” kitabında Əbu Həssəndən rəvayət olunan hədisidir. O 
demişdir: “İki oğlum vəfat etdi. Mən Əbu Hüreyrəyə 

 dedim: 
“Sən  Peyğəmbərdən 

  elə  bir  hədis  eşitmisənmi  ki,  onu  bizə 
danışdığında  nəfsimizə  ölülərimiz  haqqında  bir  rahatlıq 
gətirsin? O: “bəli” – dedi və rəvayət etməyə başladı: “Az yaşlı 
uşaqlarınız
8
 cənnət səyyahlarıdır.
9
 Onlardan biri öz atasını (və 
ya  hər  iki  valideynini)  qarşılayıb  eynilə  mənim  sənin 
paltarından  tutduğum  kimi  paltarının  ətəyindən,  ya  da 
                                                 
6
 İbn Məcə: 1846. Busiri “Zəvaid”-də hədisin sənədindəki İsa ibn Meymun 
əl-Mədininin zəif olması üzərindəki ittifaqa əsaslanaraq  hədisin zəif oldu-
ğunu deyib. Buna baxmayaraq hədisin səhihliyini göstərən başqa rəvayət-
lər də mövcuddur. 
7
 İmam Əhməd:  “əl-Musnəd”: 2/509. Eyni məna ilə İbn Məcə: 3660. Busiri 
“Zəvaid”də isnadının səhih, ravilərinin isə siqa (inanılan yaxud etibarlı) ol-
duğunu demişdir. 
8
 Kiçik yaşda vəfat edən müsəlman uşaqları nəzərdə tutulur. 
9
 Hədisidə keçən “dəamis” sözünün mənası istənilən evə daxil olan, hər işə 
qarışan mənasındadır. Dünyada ikən uşaq olduqlarından dolayı  onlara bu 
qadağa  olunmadığı  üçün  Cənnətdə  də  qada  olmayacaqdır.  (“Lisanu`l-
Arab” izahlı lüğəti). 


19 
 
əllərindən  tutacaq  və  Allah 

  onu  və  atasını  (valideynini) 
Cənnətə daxil edənə kimi buraxmayacaq”.
10
 
İmam Əhməd demişdir: “Vəki Şubədən, Şubə Muaviyə ibn 
Qurradan,  o  isə  atasından  rəvayət  etmişdir:  “Bir  kişi  oğlu  ilə 
birgə Peyğəmbərin 

 yanına gəldi. Peyğəmbər 

 ondan “Onu 
sevirsənmi?”  deyə  soruşdu.  O  dedi:  “Ey  Allah`ın  Rəsulu! 
Mənim onu sevdiyim kimi Allah 

 da səni sevsin”. Bir müddət 
Peyğəmbər 

  onu  görə  bilmədi.  Peyğəmbər 

  həmin  şəxsin 
oğlu  haqqında:  “Filankəsin  oğlu  nə  oldu?”  –  deyə  soruşdu. 
“Öldü, ey Allah`ın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər 

  uşağın  atasına  belə  dedi:  “Sənə  açılan  Cənnət  qapılarının 
hər  hansı  birisinin  qarşısına  gəldiyin  zaman  övladını  onun 
qarşısında  dayanıb  səni  gözləyən  görmək  istəməzsənmi?” 
Başqa bir kişi dedi: “Bu yalnız ona mı məxsusdur, ey Allah`ın 
Rəsulu,  yoxsa  hər  birimizə?”  Peyğəmbər 

  buyurdu:  “Xeyr, 
bu sizlərdən hər birinə aiddir”.
11
 
İbn  Abbasdan 

  belə  dediyi  rəvayət  olunur:  “Allah  Rəsu-
lunun 

  belə  buyurduğunu  eşitdim:  “Ümmətimdən  hər  kim 
iki uşağını itirərsə, cənnətə daxil olar. Aişə 

 soruşdu: “Atam-
anam sənə  fəda olsun, bəs  bir uşağını  itirərsə, onda necə?” O 
buyurdu: “Hər kimin bir övladı belə ölsə, eyni müvəffəqiyyəti 
qazanar”.  O  yenə  soruşdu:  “Bəs  ümmətindən  itirdiyi  bir  kəsi 
olmayan  necə?”  Peyğəmbər 

  dedi:  “Mən  də  (ölümümlə) 
                                                 
10
 Müslim: 2635. İmam Əhməd “əl-Musnəd”: 2/477-510. 
11
 İmam Əhməd “əl-Musnəd”: 5/35. İsnadı səhihdir. Həmçinin Nəsai: 4/23. 


20 
 
ümmətimin  bir  itkisiyəm,  mənim  (ölümümə)  bərabər  olacaq 
bir müsibət yoxdur”.
12
 
Buxari  və  Müslim  Əbu  Səid  əl-Xudridən 

  Allah  Rəsulu-
nun 

 qadınlara belə buyurduğunu rəvayət etmişdir: “Sizlər-
dən hər hansı bir qadının üç övladı olub, dünyasını dəyişərsə, 
həmin  övladları  onu  Cəhənnəm  atəşindən  qoruyan  pərdə 
olar”. Qadınlardan biri dedi: “Bəs ikisi ölsə necə?” Peyğəmbər 

 buyurdu: “İkisi də”.
13
 
Müslim  “Səhih”  kitabında  Əbu  Hureyrədən 

  də  eyni 
hədisi rəvayət etmişdir. Həmçinin İbn Məsud və Əbu Bərzə Əl 
Əsləmi 

 də Allah Rəsulundan 

 bu hədisi rəvayət etmişlər. 
Buxari və Müslimdə rəvayət olunan hədisdə  Əbu Hüreyrə 

  Allah  Rəsulunun 

  belə  buyurduğunu  rəvayət  etmişdir: 
“Həddi-büluğa  çatmadan  üç  övladı  vəfat  edən  hər  bir 
müsəlmana Cəhənnəm atəşi ancaq yüngülcə toxunar”.
14
 
Buxarinin  “Səhih” kitabında da  Ənəsdən 

 Allah Rəsulu-
nun 

 belə buyurduğu rəvayət olunur: “Müsəlmanlardan hər 
kimin  həddi-büluğa  çatmamış  üç  övladı  vəfat  edərsə, Allah 

 
onu övladlarına mərhəmət olaraq Cənnətə daxil edər”.
15
 
                                                 
12
 İmam Əhməd “əl-Musnəd” : 1/335, Tirmizi: 1062. İsnadının həsən olduğu 
ehtimal olunur. 
13
 Buxari: 101, Müslim: 2633, İmam Əhməd “əl-Musnəd”: 3/34 . 
14
 Buxari: 1251, Müslim: 2632. 
15
 Buxari: 1248, 1381. 


21 
 
Müslimin “Səhih” kitabında Əbu Hüreyrənin 

 belə dediyi 
rəvayət olunur: “Bir qadın öz övladı ilə Peyğəmbərin 

 yanına 
gələrək: “Ey Allah`ın nəbisi! Bunun üçün Allah`a dua et. Mən 
üç  övladımı  dəfn  etmişəm”  –  dedi.  Peyğəmbər 

  soruşdu: 
“Üçünü dəfn etmisən?” Qadın: “Bəli” – deyə cavab verdi. Pey-
ğəmbər 

  buyurdu:  “Artıq  sən  Cəhənnəmin  alovuna  qarşı 
güclü bir hasarla himayə olunursan”.
16
 
Beləliklə, övlad elə bir nemətdir ki, valideynin ölümündən 
sonra yaşasa da, yaxud onlardan öncə ölsə də yenə hər ikisinə 
fayda verər. 
Müslim  öz  “Səhih”  kitabında  Əbu  Hüreyrədən 

  Pey-
ğəmbərin 

  belə  buyurduğunu  rəvayət  edir:  “İnsan  öldüyü 
zaman üç şey xaricində onun əməlləri kəsilər. Bu isə özündən 
sonra qoyub getdiyi daimi sədəqə,
17
 başqalarının onunla yarar-
landığı  faydalı  elm
18
  və  onun  üçün  dua  edəcək  saleh  bir 
övladdır”.
19
 
Fəsil 
Allah`ın 

 
                                                 
16
 Müslim: 2636. 
 
17
 Burada nəzərdə tutulan hər zaman insanlara fayda verəcək bir işdən söh-
bət gedir ki, buna da misal olaraq  məscid tikmək, yol çəkmək, su çəkmək 
və sair kimi əməlləri göstərə bilərik. 
18
 Burada nəzərdə tutulan yazdığı kitablar, etdiyi faydalı kəşflər və sair ki-
mi əməllərdir. 
19
 Müslim: 1631. 


22 
 
َمََٰتَيۡلٱ يِف ْاوُطِسۡقُت هلََأ ۡمُتۡفِخ ۡنِإَو
 َٰى
َف
ِكنٱ
اَم ْاوُح
 
 َنَم مُكَل َباَط
 
ِخ  ۡنِإَف   َعََٰبُرَو  َثََٰلُثَو  َٰىَنۡثَم  ِءٓاَسَنلٱ
ُتۡف
َأ  ۡم
ۡعَت  هلَ
َدِحََٰوَف  ْاوُلِد
 اَم  ۡوَأ  ًة
ََٰذ ِۚۡمُكُنََٰمۡيَأ ۡتَكَلَم
َت هلََأ َٰٓىَنۡدَأ َكِل
وُع
ْاوُل
 
٣
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə