İslamda Uşaq Tərbiyəsinin Əsasları


Əgər  kasıblıqdan  qorxursunuzsa,  (bilin  ki,)  Allah  istəsə



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə9/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   5   6   7   8   9   10   11   12   ...   119
islamda ushaq terbiyesinin esaslari

Əgər  kasıblıqdan  qorxursunuzsa,  (bilin  ki,)  Allah  istəsə, 
Öz lütfündən (bəxş etməklə) sizi varlandırar
. (Tövbə 28)
 
Şair demişdir: 
يرديامو
 
يرقفلا
 
تىم
 
يرديامو...هانغ
 
نيغلا
 
تىم
 
ليعي
 
           “Kasıb necə bilsin ki, nə vaxt var əldə edəcək
             Varlı haradan bilsin ki, varı əldən gedəcək.” 
Yəni – nə vaxt kasıb və ehtiyac sahibi olacaq. 
Övladın çoxalması sözünə gəlincə isə bu feillərdən heç biri 
ilə  ifadə  olunmur.  Övladların  çoxalması  əa`lə,  yuilu  (
لاعأ
 
ليعي

feili ilə ifadə olunur. Məsələn “əalə`r-raculu” , “yuilu” kişinin 
övladı çoxaldı mənasındadır. Bu, dilçi alimlərin rəyidir. 
22
 
əl-Vahidi özünün “Bəsit” kitabında bütün təfsir alimləri və 
dilçilərin belə dediklərini nəql edir: “Təulu” kəlməsinin məna-
sı  (haqdan)  meyl  etmək  və  zülmkar  davranmaqdır”.  Bununla 
yanaşı  mərfu
23
  hədisdə  belə  deyildiyi  rəvayət  olunur:  “Pey-
ğəmbər 

 ayənin açıqlaması haqqında dedi: “Yəni zülm etmə-
yəsiniz”.
24
 Başqa bir rəvayətdə isə belə deyilir: “Haqdan meyl 
                                                 
22
  Müəllifin  oxucuların  nəzərinə  çatdırmaq  istədiyi  orada  işlənən  sözün 
ailəni artırmaq deyil, zülm etməmək anlamında gəldiyini bildirməkdir. Bu-
nunla  da  bir  qadınla  evlənməyin  üstünlüyü  İmam  Şafiinin  dediyi  kimi 
ailənin çoxluğundan deyil, zülm etmək ehtimalına bağlıdır. 
23
 Mərfu hədis sənədi Peyğəmbərə 

 qədər gedib çıxan hədisdir. 
24
 İbn Hibban “Səhih” kitabında 1730 rəqəmi ilə rəvayət etmişdir. İbn Kəsir 
İbn Əbu Hatimdən onun öz sözünü nəql edərək belə demişdir: “Atam dedi 


24 
 
etməyəsiniz”.  Bu  həmçinin  İbn  Abbas,  Həsən,  Qatədə,  Rabii, 
Suddi,  Əbu  Malik,  İkrimə,  Fərra,  Zəccac,  İbn  Quteybə  və 
İbnu`l-Ənbəri kimi alimlərin görüşüdür”. 
Baxmayaraq  ki,  İmam  Şafii  öz  iddiasında  Fərranın  Kəsai-
dən  etdiyi  nəqlinə  əsaslanmış  mən  deyirəm  ki,  həqiqətən  də 
ayə  bu  mənaya  dəlalət  edir.  Kəsai  bəzi  səhabələrin  ayədəki 
sözün  övladların  artması  mənasında  işləndiyini  demişdir.  O 
həmçinin  bunun  ərəblərdən  eşitdiyi  əsl    ədəbi  dil  olduğunu 
bildirmişdir. Ancaq bizim dediyimiz  mənanı bir neçə yöndən 
dəstəkləyən səbəblər vardır. 
Birincisi: Bu kəlmənin övladların artması mənasını verməsi 
iddiasını  Kəsaidən  başqa  heç  kim  deməmişdir.  Digər  dilçilər 
bunun əksini söyləmişlər. 
İkincisi: Birinci görüşün dəlili ğarib hədis
25
 olsa da bu rəva-
yət Allah Rəsulundan 

 nəql olunmuşdur. Buna görə də o, ra-
cih
26
 görüş olmağa daha uyğundur. 
Üçüncüsü: Birinci görüş Aişə 
g
 və İbn Abbasdan 

 rəvayət 
olunmuş  və  təfsir  alimlərindən  də  onların  bu  sözünə  müxalif 
bir  şey  deyən  olmamışdır.  Hakim  Əbu  Abdullah  demişdir: 
“Bizə görə səhabənin təfsiri mərfu hökmündədir”.
27
 
                                                                                                                 
ki,  bu  hədisə  mərfu  deyilməsi  doğru  deyildir.  Doğru  olan  bu  hədisin 
Aişədən 

 məvquf  (Aişənin özünə nisbət edilən) olmasıdır”. 
25
 Ğarib hədis yalnız bir səhabədən (ravidən) rəvayət olunan hədisə deyilir. 
26
 Racih görüş bir məsələ ətrafında bir neçə rəy olduğunda müəyyən əsas-
larla üstünlük verilən rəydir 
27
  Hakim  səhabənin  təfsirini  mərfu  yəni  Peyğəmbərə 

  nisbət  edilən  söz 
hesab  etmişdir.  Bu  xüsusən  rəy  (ictihad)  qəbul  etməyən  ayələrin  təfsirinə 


25 
 
Dördüncüsü: Doğan qadınlarla evlənməyə təşviq edən də-
lillər və Peyğəmbərin 

 ümmətinin çoxluğu ilə qiyamət günü 
fəxr edəcəyini deməsi bu təfsiri (Şafiinin təfsirini) əsassız edir. 
Beşincisi: Ayənin ümumi mövzusu onları, zülm və haqsız-
lıq etməkdən  qorxduqları  məsələlərdən başqa bir yönə istiqa-
mətləndirmir. Allah 

 ayənin əvvəlində buyurur

 َنَم مُكَل َباَط اَم ْاوُحِكنٱَف َٰىَمََٰتَيۡلٱ يِف ْاوُطِسۡقُت هلََأ ۡمُتۡفِخ ۡنِإَو
  َعََٰبُرَو َثََٰلُثَو َٰىَنۡثَم ِءٓاَسَنلٱ
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə