İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

 
85 
Ermənilərin  iddialarına  görə  eramızın  V  əsrindən 
başlayaraq (niyə məhz V əsrdən bəlli deyil) erməni tarix-
çiləri  meydana  gəlir  ki,  onlar  da  yalnız  «erməni  tarixi» 
yazırlar. Burada bir məsələyə ayrıca diqqət yetirmək yeri-
nə  düşərdi.  Müasir  ermənilər  niyə  məhz  erməni  tarixi 
yazırlar?  Axı  onlar  friqdirlər  və  yuxarıda  qeyd  etdi-
yimiz kimi friqlər və ərmənlər istər dil, milliyyət, ərazi, 
istərsə də adət-ənənə baxımından ayrı-ayrı xalqlardır.  
Məsələ  burasındadır  ki,  onlar  özgə  tarixi  əsasında 
uydurma və ziddiyyətli bir tarix yaratma iddiasında idilər, 
bu tarixi düzəldə bilmişlər və bu proses bu gün də davam 
etməkdədir.  Bütün  bu  qarmaqarışıq  konsepsiyanın  içəri-
sində onlar bu gün guya «toplanmış materiallar»  əsasında 
qədim  Hett,  Urartu,  türk  Ərmən  və  Albaniya  torpaqları, 
Türkiyə,  Azərbycan  dövlətləri  və  hazırda  Gürcüstanın 
azərbaycanlılar  yaşayan  əraziləri  hesabına  dənizdən-də-
nizə «böyük Ermənistan» iddiasından çıxış edirlər.  
Haliyədə  S.T.Eremyan,  A.N.Ter-Qevondyan,  B.A. 
Ulubabayan  və  b.  «tarixçilərin»  əsərlərində  bu  ərazilərin 
yerli  əhalisi  qeyd  etdiyimiz  kimi  guya  friqlər  olmuş,  son-
radan  onlar  «hayas»  və  «ərmənlərə»  çevrilmişlər.  Lakin 
bu  tarixi  prosesin  nə  zaman,  harada,  hansı  şəraitdə,  necə 
baş verməsi əsərlərdə öz əksini tapmamışdır.  
İndi  isə  onların  uydurduqları,  mənşəyi,  kimliyi  bi-
linməyən  «erməni  tarixçiləri»  haqqında  məlumat  vermək 
istərdik.  Bu  istiqamətdə  maraq  doğuran  məsələlərdən  biri 
də tarixçilərin müxtəlif ölkələrdən seçilməsi, hansı səbəbə 
görəsə bu şəxslərin «erməni tarixi» yazmalarıdır. Təbii ki, 
bu da onların «yeni elmi kəşfləri» hesab olunur və qəribə 
də olsa qəbul olunur. Bu gün «erməni tarixçiləri» hesab 
olunan, göstərəcəyimiz tarixçilər nə müasir erməni, nə 
də friqlərin tarixçiləri deyil.  


 
86 
Bu  barədə  M.  Abekyanın  araşdırmalarına  və  elmi 
nəticələrinə diqqət edək.  
Aqafanqel.  «IV  əsr  erməni  tarixçisi.  Kimliyi  bəlli 
deyil.  Çar  III  Trdatın  dövründə  Romadan  gəldiyi  ehtimal 
olunur. Sonra belə hesab olunur ki, bu dövr haqqında mə-
lumat yanlışdır və o, heç Trdatın da müasiri deyil».
1
 
 
Koryun.  «V  əsr  erməni  tarixçisi.  Kimliyi  haqqında 
heç bir məlumat yoxdur. Onu M.Maştoçun sadiq və baca-
rıqlı  şagirdi  hesab  edirlər.
2
  Nəyə  əsaslanaraq  belə  hesab 
olunur, bu haqda məlumat verilmir.  
Eqişe  Vardaped.  «V  əsr  erməni  tarixçisi.  Kimliyi 
haqqında heç bir məlumat yoxdur». 
Favst  Buzand.  «V  əsr  erməni  tarixçisidir.  Kimliyi 
bəlli  deyil.  Ya  yunan,  ya  da  suriyalıdır.  Əsərini  yunan 
dilində yazıb».
3
  
Bütün bu qeyri-adi kəşflər «görkəmli erməni tarix-
çisi» M. Abekyanın araşdırmalarının məhsuludur. Burada 
maraqlı olan faktlardan biri də budur ki, müəllifin fikrincə
bu «erməni tarixçiləri» bəlli olmayan ərazilərdə, milliyyəti 
bəlli  olmayan  xalqlar  arasında  doğulublar,  ancaq  nədənsə 
IV əsrdən başlayaraq «erməni tarixi» yazıblar. 
Növbəti  «erməni  tarixçiləri»  haqqında  T.  Qriqor-
yanın da  uydurduğu  konsepsiyaya nəzər  salaq. Onu qeyd 
edək ki, bu müəllif öz yazılarında M.Abeqyanın ənənəsinə 
sadiq qalmış, erməni siyasi maraqlarına uyğun tərzdə yeri, 
milləti məlum olmayan sonrakı dövr «erməni tarixçilərini» 
araşdırmış və onları da özlərinin görkəmli tarixçiləri sıra-
sına daxil etmişdir. 
                                           
1
 Абегян М. Древняя армянская литература. т. I, Ереван 1948, c.137. 
2
 Абегян М. Древняя армянская литература. т. I, Ереван 1948, s.140-
145. 
3
 Yenə orada, s.150. 


 
87 
Anani Şirakasi. «Bu erməni tarixçisi VII əsrdə ya-
şamışdır. Deyəsən ya Şirakan əyalətindən, ya da Ani qəsə-
bəsindəndir.  Onun  kimliyi  hələ  tam  aydınlaşdırılmamış-
dır».
1
  
 
Qevond Vardaped. T. Qriqoryanın fikrincə VIII əsr 
erməni tarixçisidir. Mənşəyi, yeri və kimliyi bəlli deyil. 
 
Steponos Asoqiq. X-XI əsr erməni tarixçisidir. Kim-
liyi bəlli deyil. 
  
Kirakos  Qandzakeçi-Gəncəli.  XIII  əsr  erməni  ta-
rixçisidir. N.Eminin tərcüməsi ilə bu barədə M.Xorenlinin 
«Erməni  tarixi»  kitabından  oxuyuruq.  «O,  XIII  əsrin  lap 
əvvəllərində  Qandzak  ölkəsində  doğulub.  Onun  sosial 
mənşəyi haqqında heç bir məlumat yoxdur. Mxitar Qoşun 
nəzarəti altında Vardaped Vanakanın (İovanessa Tavuşes-
si) yanında təhsil alıb».
2
  
İovanessa Tavuşessi. XII- XIII əsr erməni tarixçi-
sidir.  Onun  kimliyi  barədə  nə  M.Xorenlinin  kitabında,  nə 
  Xanlaryanın  məlumatında  heç  nə  deyilmir.  Burada  ta-
rixçinin  yalnız  fəaliyyəti  haqqında  deyilir  «Təəssüflər  ol-
sun ki, onun əməyi (yəni kitabı- İ.H., F.R.) itmişdir. Deyə-
sən Tavuşda doğulmuş, Xoranaşat düzündə yaşamışdır. O, 
erməni  mədəniyyətinə  bütöv  bir  mədəniyyət  xadimləri 
nəsli  yetişdirib  tərbiyə  etmişdir  ki,  onların  adı  şöhrət  qa-
zanmışdır. K. Qandzakski onlardan biridir».
3
 
 Misallardan göründüyü kimi, müəlliflərə bu məsə-
ləyə  aydınlıq  gətirmək  açıqdan-açığa  sərfəli  deyil.  Çünki 
göstərilən  tarixçilərin  friq-erməni  tarixçiləri  olmadığını 
sübut  edən  xeyli  tarixi  faktlar  var  və  bu  faktlar  onların 
                                           
1
 Григорян Т. История. Баку, 1946,с. 6-7. 
2
 Хоренский Моисей. История Армения. Пер. Н.О.Эмина, М., 1893, 
с.20-21. 
3
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə