İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

 
88 
yazdığı  tarixin  erməni  deyil,  türk  tarixi  olduğunu  sübut 
edəcəkdir. İndi isə bu tarixçilərin bir neçəsi haqqında qısa-
ca da olsa məlumat vermək istərdik.  
T.Qriqoryan həqiqətən VII əsrin siyasi proseslərinə 
aid  qədim  bir  «tarix»  yazırsa  necə  ola  bilər  ki,  Qafqazın 
etnik tarixi haqqında heç nə bilməsin? Əgər yadımıza sal-
saq bu problem Herodot, Strabon, M.Arrian, K.Ptolomey, 
Kvint  Krutiy  Raf,  M.  Xorenli  və  b.  məlumatlarına,  eləcə 
də  siyasi  baxışları  nəzərə  almasaq  V.V.Latışev,  V.V.Bar-
told,  A.İ.Boltunov,  V.B.Vinoqradov,  K.F.Qan,  A.M.Dirr, 
A.A.İessen və b. araşdırmalarına əsasən az-çox həll olun-
muş məsələdir. O zaman Anani Şirakasinin kimliyi T.Qri-
qoryana necə məlum olmaya bilərdi? 
Şirakasi-Şiraklı öz mənşəyinə görə bir türk olmaq-
la Şirak türk boyundan olub türk-Alban tarixinin müəyyən 
dövrlərini  yazmışdır.  Şirak  (sirak)  türk  ittifaqı  isə  bütün 
türk  dövlətlərinin  ərazilərində  geniş  şəkildə  yayılmaqla 
özlərinin  böyük  imperiyalarını  qurmuş,  Orta  Asiyadan 
başlayaraq Qafqaz və Etil çayına qədər yayılmışlar. Şirak-
ların  tarix  səhnəsində  fəaliyyəti  e.ə.  I  minilliyin  əvvəllə-
rindən eramızın VII-VIII əsrinə qədər davam etmişdir. Bü-
tün  bunlar  haqqında  geniş  məlumata  rus  dilində  yazılmış 
«Qədim  müəlliflər  Orta  Asiya  haqqında»  kitabında  söz 
açılır.
1
 Sonralar biz bu tayfaları antik müəlliflərin, eləcə də 
müasir araşdırıcıların əsərlərində qüdrətli Sak, Arsak, Var-
sak və Oğuz türk tayfaları ilə bir ittifaqda görürük. Onların 
qohum Şirak, daha doğrusu Siraklarla birgə hərbi yürüşləri 
tarixçilərin diqqətini daha çox çəkmişdir. V.B.Vinoqrado-
va görə şiraklar, onların ittifaqı elə bir gücə malik idilər ki
                                           
1
 Древние авторы о Средней Азии (ВI, в. до н. э.- III в. н.э.) Ташкент, 
1940, с.33-36. 


 
89 
yadellilərlə  döyüşlərdə  onlara  məğlubiyyət  yad  idi.
1
  Dara 
ilə  müharibədə  (e.ə.IV  əsr)  bu  ordular  bir  hərbi  səhvlik 
üzündən  məğlub  olmuş,  bundan  sonra  onlar  Qafqazda, 
Bütöv  Azərbaycan  (Şimal,  Cənub,  Qədim  İrəvan  xanlığı 
və  Gürcüstan)  və  Türkiyə  ərazilərinə  (o  zamankı  Kiçik 
Asiya) kiçik bölüklər şəklində yayılmışlar. Bu ittifaqın cə-
sur əsgərləri haqqında Strabonun «Coğrafiya» əsəri də ge-
niş məlumat verir.
2
 
Şirak türklərinin adı ilə eramızın XIX əsrinə qədər 
ərazimizdə  Şuragel-Şirak  eli  nahiyəsi  və  əyaləti  olmuş,
3
 
bu  tayfa  ittifaqları  yuxarıda  göstərilən  ərazilərdən  başqa 
Volqa, Ural, Don axarlarına, eləcə də Qara dəniz ətrafları-
na  qədər  məskunlaşaraq  tarixin  yaddaşında  qalmışlar.
4
 
Beləliklə  bu  gün  tayfa  adlarından  yaranan  Azər,  Xəzər, 
Sabir-Subər  və  s.  şəxs  adları  kimi  Anani  Şiraqasi-Şiraqlı 
da türk Azərbaycan elindən olmaqla bir türk- Azərbaycan 
tarixçisi idi və onun yazdığı tarix isə erməniləşdirilmişdir.  
Digər  bir  tarixçi  Steponos  Asoqiq  də  milliyətcə 
türk olmuşdurBu adda söz quruluşunun yaranma forma-
sını  izləyən  hər  bir  türkoloq  alim  tərkiblərin  türk  dilində 
olduğunu  asanlıqla  izləyə  bilər.  Asoqik  (As+ok+ik/uk) 
sözünü  əmələ  gətirən  bu  tərkiblər  öz  mənşəyinə  görə  As 
türk  etnosunun  adından,  ok-tərkibi  onok,  üçok,  bozok, 
okuz adlarında olduğu kimi birlik, tayfa, ittifaq və s. Söz-
lərdən,
5
 ik/uk isə övlad, oğul, varis sözlərindən formalaş-
                                           
1
 Виноградов В.Б. Сиракский союз племен на Северном Кавказе// 
Советская археология. 1965, № 1, с. 108. 
2
 Страбон. XI, c.5, 8. 
3
 Древнетюркский словарь.М., 1969, с.40-42. 
4
 Древние авторы о Средней Азии... c. 34-35; Виноградов В. Б. Сарма-
ты Северо-Восточного Кавказа.// Тр. ЧИНИИ, В III, Грозный, 1963, 
с.61-70.  
5
 Щербак М. Огузнаме, М.,1959.c.5-9, 117, 201. 


 
90 
mışdır.
1
  Bu  dil  ünsürləri  fars,  erməni,  yunan,  gürcü  və  s. 
dillərdə  təsadüf  edilmir.  Antroponim  Vardaped  isə  öz 
növbəsində  iki  türk  sözü  Varu/Börü-  «qurd»,
2
  və  da-
bed/Tibet-  «dağlıq  ölkə»  adlarından  formalaşmışdır.  Bu 
adların hər  biri türk dilinin III növ təyini söz  birləşmələri 
tipində «Dağlıq yurdun qurdu» və «Asların varisi» şəklin-
də  adlandırılmışdır.  Bu  adlar  bütün  türk  dilləri  üçün 
xarakterik olan sözyaratma üslubu kimi etnoantroponimik, 
morfoloji xüsusiyyətlər daşıyırlar.  
Fikrimizcə,  Kirakos  Qandzakeçi-Gəncəli  haqqın-
da  böyük  izahata  ehtiyac  yoxdur.  Azərbaycanda  Gəncə, 
Gənzək,  Kənizə  kimi  izlərini  məntəqə  adlarında  qoruyan 
Qanzak,  Gənzək  türk  boyları  qədim  türk  Sak  boyları  ol-
maqla e.ə. II minillikdən başlayaraq tarix səhnəsində görü-
nür.  Orta  Asiya,  Aral  ətrafı  bölgələr,  Qazaxstan,  Cənubi 
Azərbaycan  və  İrəvan  xanlığı,  Türkiyə,  Gürcüstan  və  ha-
zırkı  Rusiya  ərazilərində  geniş  yayılan  bu  tayfaların  adı 
e.ə.  VII  əsrdə  qədim  türk  yazılı  abidəsi  «Avestada»,  e.ə. 
520-ci ildə «Bisütun» qaya yazılarında və s.
3
 çəkilir. Onlar 
haqqında məlumatlara Herodotun «Tarix» əsərində,
4
 Stra-
bonun  isə  «Coğrafiya»  kitabında  da  rast  gəlirik
5
  Bundan 
başqa  Sak  türkləri  E.E.  Kuzmina,  T.A.Trofimova  və  b. 
tərəfindən də geniş araşdırılmışdır.
6
 Bütün mənbələrdə bu 
tayfa skif-oğuz türk boyları kimi göstərilir.  
                                           
1
 Древнетюркский словарь. c.611; Севортян Е.В.Этимологический сло-
варь тюркских языков.т. I, М.,1979, с. 59..  
2
 Мифы народов мира. Энциклопедия. Т. I, М., 1987, с.242. 
3
 Литвинский Б.А. Древние кочевники «Крыши мира», Москва.,1972, 
156 с. 
4
 Геродот. История
.
 I, с. 153; III, с. 93; IV, с.113; IX, с. 31, 71, 113  
5
 Страбон. География в II, с. 14; XI, с. 7.  
6
  Трофимова  Т.А.  Приаральские  саки.//  «Материалы  хорезмской  экс-
педи ции», вып. 6/12.том II, Москва,1963, с.233. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə