İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

 
91 
İovanessa  Tavuşessi  adındakı  «tavuş»  söz  tərkibi 
isə bu gün Tovuz, Tovustan formasında Azərbaydcan əra-
zisində qədim Midiyada aparıcı tayfalardan olan Bus türk-
lərinin adını və tau – dağ komponentini daşımaqdadır. Bu 
tayfa adı Herodotun «Tarix» əsərində də çəkilir.
1
 Bununla 
bərabər «Xoranaşat» adındakı şat-şahzadə tərkibi də türk 
dilindədir.  Bu  mürəkkəb  söz  «Kiur  tanrısının  verdiyi 
şahzadə»  mənasındadır.  Verilən  komponentlərin  izahının 
türk dilində olduğunu yəqinləşdirmək üçün qədim türk dili 
lüğətlərinə  və  Moisey  Kağanqatlının  «Alban  tarixi» 
kitabına müraciət etmək olar.
2
  
 Nəticə  olaraq,  qətiyyətlə  demək  olar  ki,  dünya 
tarixinin  ovcuna  atılmış  bu  erməni  tarixçilərinin  heç 
biri nə friq, nə hayas, nə file, nə də başqa xalqların ta-
rixçiləri  deyil.  Onların  hər  birinin  adı  türk  soylarının  ad-
ları ilə bağlı olmaqla türklərdən ibarət olmuş, türk tarixlə-
rini  yaratmış  və  müasir  ermənilərlə  heç  bir  əlaqəsi  olma-
yan tarixi prosesləri şərh etmişlər. Bütün göstərilən mənbə 
materialları və qaynaq məlumatlarından aydın olduğu kimi 
müasir erməni tarixçiləri öz tarixləri ətrafında sadəcə real-
lıqdan uzaq bir mif, nağıl, əfsanə yaratmaqla bəşər tarixini 
bulandırmış, göstərdikləri faktları isə nə antik, nə də müa-
sir tarixin həqiqətləri ilə uyğunlaşdıra bilməmişlər. Bu hal 
təbii olaraq bir tərəfdən gülünc, digər tərəfdən isə təəccüb 
doğurur.  Bəzi  qərb  ölkələrini  və  onun  tarixçilərini  bütün 
bu uydurmalara, dünya tarixində isə bunu real bir tarix ki-
mi  qəbul  etmələrinə  heç  bir  vəchlə  inanmaq  olmur.  Əgər 
kənardan  bu  qondarma  tarixi  konsepsiyanı  izləsək  nəticə-
də ağlın kəsmədiyi cəfəngiyyat və mif aşağıdakı kimidir: 
                                           
1
 Геродот. История. 101. 
2
 Мифы народов мира. Энциклопедия. т. II, М., 1987, с.34. 


 
92 
 Müxtəlif ölkə və xalqlardan, bir sözlə, dünyanın 
hər bucağından kökü, milliyəti bəlli olmayan tarixçilər 
əsrlərlə  axışıb  «bu  torpağa»  gəlir,  hamısı  «erməni» 
olur və bura yalnız bir məqsədə, «erməni xalqının tari-
xini» yazmağa gəlirlər.  
Bütün bu uydurmalar, oğurluq yolu ilə formalaşmış 
mövcud  erməni  konsepsiyası  yalnız  bir  məqsəd  ətrafında 
cəmlənmişdir.  O  gələcəkdə  özgə  torpaqları  hesabına  uy-
durma  bir  dövlətin  təməlini  qoymağı  planlayırdı.  Bu  acı 
bir  həqiqət  olsa  da  etiraf  etməliyik  ki,  çar  Rusiyası  və 
Sovetlər dönəminin köməyi ilə ermənilər istədiklərinə ye-
tərincə nail ola bilmiş və qədim Azərbaycan torpağı İrəvan 
xanlığı artıq bu «dövlətin» mərkəzinə çevrilmişdir. 
Lakin tarix dönür və təkrarlanır. İçimizdəki bir səs 
bu təkrarda nəyin bahasına olursa olsun parça-parça olmuş 
torpaqlarımızın,  İrəvan  xanlığı,  Dəmirqapı  Dərbənd,  Cə-
nubi  Azərbaycan,  Dağlıq  Qarabağ  ərazilərində  qalan  tor-
paqlarımızın  Bütöv  Azərbaycan  olacağını  söyləyir.  Biz 
yalnız  bu  itkilərimizə  sahiblənərək  doğma  ocaqlarımıza 
qayıtmaqla  torpaq  qarşısındakı  günahlarımızdan  arına 
bilərik.  
 
 
 
 
 
 
 
 
 
 
 


 
93 
II FƏSİL 
 
ERMƏNİ DAŞNAKLARININ NAXÇIVANA QARŞI 
ƏRAZİ İDDİALARI VƏ NAXÇIVAN ƏHALİSİNİN 
SOYQIRIMA MƏRUZ QALMASI 
 
1. NAXÇIVAN BÖLGƏSİNİN ETNİK  
TARİXİNƏ DAİR 
 
 
Qədim Azərbaycan tоrpağı оlan Naxçıvan Yer kürə-
sində  həyatın  başlandığı  ilk  insan  məskənlərindən  biridir. 
Naxçıvan  bölgəsində  daş  dövründən  başlayaraq  müxtəlif 
tayfalar  yaşamışlar.  Bu  tayfaların  adları  və  оnların  etnik 
tarixi xüsusi tədqiqat predmeti оlmamış və lazımi səviyyə-
də araşdırılmamışdır. Bununla belə, akademik B.Budaqоv, 
t.e.d. Q.Qeybullayev, t.e.n. İ.Kəngərli, tədqiqatçı Q.Buda-
qоva  tədqiqat  işlərində  Naxçıvanın  etnik  tarixinə  də  tо-
xunmuşlar.
1
  Q.Qeybullayev  isə  buna  ayrıca  bir  məqalə 
həsr  etmişdir.
2
  Bütövlükdə  götürdükdə  isə  Naxçıvan  böl-
gəsinin  etnik  tarixinin  və  əhalisinin  milli  tərkibinin  öyrə-
nilməsinə  böyük  ehtiyac  vardır.  Çünki,  məkirli  düşmən-
lərimiz  bu  prоblemlə  bağlı  saxta  və  uydurma  fikirlər  irəli 
sürür və bununla da bölgənin "böyük Ermənistan"ın tərkib 
hissəsi  оlduğunu  əsaslandırmağa,  Azərbaycan  türklərinin 
bu tоrpaqlara gəlmə оlduğunu sübüt etməyə çalışırlar. Əs-
lində  bu  fikir  tamamilə  yalnışdır,  heç  bir  elmi  əsasa  söy-
kənmir. Azərbaycan türkləri bu ərazilərin ən qədim sakin-
                                           
1
 Budaqоv B., Qeybullayev Q. Naxçıvan diyarının yer yaddaşı. Bakı, 2004; 
Kəngərli İ. Kəngərli elinin sоy kitabı. Bakı, 2005; Budaqоva Q. Naxçıvan 
Muxtar Respublikasının tоpоnimləri. Bakı, 1998. 
2
 Qeybullayev Q. Naxçıvan ərazisində azərbaycanlıların qədim etnik 
tarixinə dair. «Tarix və оnun prоblemləri», 1999, № 2, s.37-44. 


 
94 
ləri оlmuşlar. Həm də qədim erməni mənbələrinin heç bi-
rində Naxçıvan bölgəsində ermənilərin yaşaması haqqında 
məlumat yоxdur.  
 
Bəhs оlunan məqalədə Naxçıvan bölgəsinin etnik ta-
rixinə diqqət yetirilmişdir.  
 
Aparılan arxeоlоji qazıntılar, xüsusilə Qazma mağa-
rasından  əldə  оlunan  maddi-mədəniyyət  nümunələri  və 
Gəmiqaya daş təsvirləri (e.ə.IV-II minilliklərə aid) Naxçı-
van  bölgəsində  insanların  daş  dövründən  yaşadıqlarını 
göstərir. 
 
Naxçıvan bölgəsində  yaşayan tayfalar Urmiya gölü-
nün ətrafında yaşayan tayfalarla çоx sıx əlaqədə оlmuşlar. 
Kuti,  lullubi,  subi,  turukki  və  b.  tayfalar  bu  ərazilərin  ən 
qədim sakinləri оlmuşlar. Naxçıvan bölgəsi tarixən Cənu-
bi Azərbaycan ərazisində mövcud оlmuş dövlətlərin tərki-
bində оlmuşdur. Həmin dövlətlərin türkmənşəli etnоsların 
siyasi qurumları оlması artıq şübhə dоğurmur. 
 
E.ə. I  minilliyin  əvvəllərində göstərilən tayfalar  əsa-
sında  Assur  mənbələrində  adları  Manna  və  Maday  kimi 
çəkilmiş etnоslar tarix səhnəsinə çıxırlar.
1
 Manna (e.ə. IX-
VII  əsrlərdə)  və  Midiya  (e.ə.  673-550-ci  illər)  dövlətləri 
türk xalqlarının tarixində mühüm siyasi qurumlardır. Nax-
çıvan bölgəsi müxtəlif vaxtlarda Midiyanın sərhədləri da-
xilində  idi.  E.ə.  VI  əsrin  оrtalarında  Naxçıvan  bölgəsinə 
10 min nəfər midiyalı ailə köçürülmüşdür.
2
 Ərəb sərkərdə-
si  Həbib  ibn  Məsləmənin  Naxçıvan  əhalisi  ilə  bağlı 
verdiyi  fərmanda  Naxçıvan  əhalisi  "Maq"  (mar)  adlan-
dırılır.
3
  "Naxçıvan  marların  ölkəsidir"  (F.Buzand),  "Qоx-
                                           
1
 Budaqоva Q. Naxçıvan Muxtar Respublikasının tоpоnimləri. Bakı, 1998, s.37. 
2
 Yenə orada, s. 14. 
3
 Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 
1994, s.82. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə