İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə11/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

 

32 


civiltisi, qarğaların qarıltısı, ilan-kormalların fısıltısı meşəni uğuldatdı. 

Tülkünün canını qorxu aldı. Elə bildi, onu tanıyıblar, bura icazəsiz 

gəldiyinə görə ona verəcəkləri cəzanı götür-qoy eləyirlər. Tülkü istədi 

qaçsın. Amma onların əlindən canını qurtara biləcəyinə inanmadı, ona 

görə də bu məsləhət-məşvərətin axırını gözləməli oldu. Tülkü hardan 

biləydi ki, onların şahı dünən ölüb, dünən dəfn ediblər, dünəndən də 

meşə sakinlərinin arasına tayfa çəkişməsi düşüb, hər tayfa istəyir təzə 

şah onların öz nəsil-köklərindən seçilsin. Göyqurşağı nuru, ziyası saçan 

tülkü burda görünəndən sonra tayfaların fikri dəyişmişdi, dünənki kimi 

deyişmək istəmirdilər, bilirdilər ki, indi hansı tayfa: "Şah bizim tayfadan 

olsun",  

– desə o biri tayfalar haray-həşir qoparacaq, dava-dalaş salıb qanı 

su yerinə axıdacaqlar. Ona görə də tayfaların hamısı göydən nazil olmuş 

sandıqları tülkünü şah seçmək istəyirdi. Onlar fikirləşmişdilər ki, 

göylərdən endirilmiş tülkünün heç bir tayfaya qohumluğu çatmır, 

hamıya bir gözlə baxacaq. Hər tayfa meşənin bir tərəfindən axıb gəldi, 

hər tayfadan da biri qabağa çıxıb öz tayfasının təmənnasını bildirib dedi 

ki, biz acizanə surətdə xahiş edirik, tanrının bizim məmləkətə bəxş 

elədiyi siz huri-qılman bizə şahlıq eləyəsiniz. Bəxtinin açıldığını görən 

tülkü belə ağır yükün altına girmək istəmirmiş kimi özünü çəkə-çəkə 

dedi:  

– Şahlıq çətin işdir. Şah gərək öz məmləkətindəkilərin hamısını öz 



ata-anası, əmi-dayısı, bacı-qardaşı, oğulu-qızı hesab eləsin, hamını, heç 

olmasa özü qədər istəsin. Şah gərək bir əli od olanda o biri əli su olsun, 

yandıranda söndürməyi də bacarsın. Tayfaların hamısı bir-birinin üzünə, 

gözünə bu mənada baxdı ki, allah bizimkini yaxşı yetirib, bu elə bizim 

arzuladığımız şahdır. Hər tayfadan yenə də biri dilləndi:  

– Ey qibleyi-aləm, biz öz bəxtimizi sizin mərhəmətinizə tapşırırıq, 

sizdən savayı heç kim bizə şahlıq eləyə bilməz, xahiş edirik bizim 

arzumuzu gözümüzdə qoymayın. Tülkü üzünü-yönünü hər tayfaya sarı 

bir dəfə çevirə-çevirə baş endirdi. Tayfalar yamyaşıl mamırdan təzə taxt 

düzəltdilər, gül-çiçəklə bəzədilər. Sonra hər tayfa bir xonça tutub gətirdi. 

Təzə şah da bu tayfanın xonçasını o tayfaya, onunkunu da buna payladı, 

onların hamısına minnətdarlıq eləyə-eləyə dedi:  

– Balaca bir cücə mənim iki günümə bəsdir. Mən çox yeməyə 

alışmamışam. Siz canınıza yaxşı qulaq asın. Mənim məmləkətimdə 

gərək heç kim xəstələnməsin. Ayılar təəsüflə kökslərini ötürdülər, 

pıçıldaşdılar: – Gözü-könlü tox olan şahı aldatmaq müşkül məsələdir. 




 

33 


Deyəsən, bunu öz tərəfimizə çəkə bilməyəcəyik. Canavarlar 

xısınlaşdılar:  

– Bu elə biz istəyəndəndir. Bildiyimizi babamıza vermərik. 

Çaqqallarla tülkülər gülümsündülər: – Keybalaxanımdı, başına corab 

hörərik. Sürünənlər fısıldaşdılar, ciyildəşdilər:  

– Deyəsən, əfəldir, yeyib-yatmağa belə bir yer axtarırmış. Uçanlar 

tayfası:  

– Şah sağ olsun, – dedilər, – bizim məmləkətin tarixinidə sizin 

kimi mərhəmətli şah olmayıb, allah sizi bizim üstümüzdən tək bircə gün 

də əskik eləməsin. Tayfalar qırx gün, qırx gecə yedilər, içdilər, çalıb-

çağırdılar, kef elədilər, təzə şahın şəninə təriflər yağdıra-yağdıra 

şənləndilər. Günlər keçdi, həftələr ötdü, aylar dolandı. Əvvəllər şaha 

ləzzət verən bu kef-damaq onu darıxdırmağa başladı. Gecələr sinə-sinə 

gedib hinə girməkdən, ya bir toyuq, bir cücə boğazlayıb kənddən 

çıxmaqdan, qırağa qaçmaqdan, dərənin birində onu qorxa-qorxa, dörd 

tərəfə boylana-boylana yeməkdən ötrü burnunun ucu göynədi. Ölümlər 

yatan qaranlıq həyətlərdən, hinlərdən oğurladığı azarlı toyuqların da əti 

necə şirin olarmış… Qanıq itlər dalınca salışanda qaça-qaça parçaladığı 

cücələrin budları necə dadlı olarmış… Bir gecə onun canına, yerinə qor 

doldu, yata bilmədi, qalxdı. Keşikçilərin ayıq-sayıqlığını yoxlamaq 

bəhanəsi ilə məmləkətin ucqarlarına getdi. Keşikçi çaqqallar bərk 

yatmışdılar, onların xorultusu birköçlükdən eşidilirdi. Şahın gəlişindən, 

yerişindən onların birinin xəbəri olmadı. Şah sərhəddi keçdi, özünü 

qonşu kəndə verdi, hindən bir toyuq götürdü, dərədə yedi, yenə öz 

məmləkətinə qayıtdı, taxtına çıxıb şirin-şirin yatdı. Səhər qonşu kəndin 

itləri ağızlarını göyə tutub ulaşdılar:  

– Ey meşə məmləkəti, ötən gecə bizim bir toyuğumuz yoxa çıxıb. 

Meşə məmləkətinin uçanlar tayfası göyün üzünü ağlı-qaralı buludlar 

kimi aldılar, sürünənlər meşəni fısıltılarla, ciyiltilərlə doldurdular, 

canavarlar tayfası ulaşdı, çaqqallar tayfası vəkkildəşdi, ayı tayfası 

donquldandı, tülkülər onların hamısından çox hay-küy saldılar. Tayfalar 

şahın hüzuruna axışdılar. Hər tayfanın ağsaqqalı bir addım irəli çıxdı, 

təzim edib şaha and içdilər ki, biz qonşu məmləkətin var-dövlətinə heç 

vaxt pis gözlə baxmamışıq, əlimizi onlar tərəfə haramxorluqla 

uzatmamışıq. Şah əmr etdi ki, ağsaqqallar qonşu kəndə getsinlər, onların 

etiqad etdiyi şey nədirsə ona əl bassınlar, onları inandırsınlar. 

Ağsaqqallar ehtiramla baş endirib getdilər. Həmin günün axşamı tülkü 

tayfasının ağsaqqalları, qarasaqqalları bir yerə yığışıb danışdılar ki, 




 

34 


şahın gözündə böyümək məqamı çatıb. Özümüzdən, özümüzün 

fərasətlilərimizdən bir dəstə düzəldək, hər gecə o kəndin keşiyini çəkək. 

Dadanan qudurandan pis olur, bizi qonşuların yanında üzüqara eləyən o 

yaramaz bir də gələcək. Bir də gələndə onu tutaq, həm şahımızın 

yanında hörmətimiz – etibarımız artsın, həm də bizə şər atan qonşumuzu 

şəkk-şübhədən qurtaraq. Aradan beş gecə, on gecə keçdi, şah yenə yata 

bilmədi, oğurlayıb dərələrdə parçaladığı toyuqların, dalınca salışan 

itlərin qabağınca qaça-qaça yediyi cücə budlarının şirinliyi yadına 

düşdü, ağzının suyu axdı, ağlı başından yenə çıxdı. Keşikçilərin ayıq-

sayıqlığını yoxlamaq bəhanəsi ilə sərhəddi yenə keçdi, qonşu kəndə 

girdi, başını hinə uzadanda yaxalandı, torbaya salındı. Tülkü tayfası 

oynaya-oynaya, çalıb çağıra-çağıra:  

– Qonşu kəndə dadanan oğrunu tutmuşuq, gəlin, tez gəlin, hamınız 

baxın, – deyib meşəyə hay sala-sala şahın taxtına yaxınlaşdılar. Amma 

şahı yerində tapmadılar. İşıqlaşana kimi gözlədilər, dedilər şahımız, 

yəqin məmləkətin uzaqlarına baş çəkməyə gedib, harda olsa qayıdar. 

Lakin gün günortadan ötdü, şah yenə də gəlib çıxmadı. Taxtı dövrəyə 

almış tayfaların hamısının səbri tükəndi. Ayıların ağsaqqalı dedi:  

– Torbada çox saxlamayın, nəfəsi kəsilər, çıxarın, əl-ayaqlarını 

bağlayıb yıxın yerə. Qoy şah onun ölüsünü yox, dirisini görsün. Ölüyə 

cəza verilmir. Tayfaların hamısı razılaşdı. Tülkü tayfasının ağsaqqalı 

torbanın ağzını açdı, aşağı tutdu, tülkülər torbanın künclərindən yapışıb 

yuxarı qaldırdılar, oğrunu yerə saldılar. Hamı rəngini dəyişmiş, amma 

tülkü ürəyini, tülkü xasiyyətini dəyişə bilməmiş şahı görəndə içini çəkdi:  

– Bu ki bizim öz şahımızmış…  

 

 



QÜVVƏTİN SİRRİ  

 

 Biri var idi, biri yox idi, keçmiş zamanda bir zülmkar xan var idi. 



Bu xanın Kamil adlı bir bağbanı var idi. Kamil əmi xanın bağçasındakı 

meyvə ağaclarına, güllərə, çiçəklərə qulluq edərdi. Xanın neçə illər idi 

ki, övladı olmurdu. Elə bəlkə buna görə xan həyət-bacada uşaq görən 

kimi daha da qəzəblənirdi. Bir gün xan uzaq səfərə çıxmışdı. O, səfərdən 

qayıdanda təsadüfən onu ilk qarşılayan Kamil əmi oldu. Kamil əmi xanı 

görən kimi sevinclə:  

– Xan, gözün aydın, gözümüz aydın! – dedi. Muştuluğumuzu ver, 

oğlun olub! Xan sevincindən bilmədi nə etsin. Atın üstündən sıyrılıb 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə