İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

SER ROBERT ÇİLTERN. O biri otaqda nəsə səs eşitdim. Elə bil, kreslo aşdı. 

Kimsə bizə qulaq asır. 

LORD QORİNQ. Yox, yox! Orada heç kim yoxdur! 

SER ROBERT ÇİLTERN. Yox, orada kimsə var! Otaqdan işıq da gəlir. Qapı da 

aralıdır. Kimsə mənim bütün sirlərimə qulaq asır. Artur, bu nədir belə? 

LORD QORİNQ. Robert, siz həyəcanlısınız, gərginsiniz, əsəbiləşmisiniz. Sizə elə 

gəldi. Orada heç kim yoxdur. Əyləşin, dostum! 

SER ROBERT ÇİLTERN. Siz mənə söz verin ki, orada heç kim yoxdur! 

LORD QORİNQ. Bəli, söz verirəm! 

SER ROBERT ÇİLTERN. Deyin vicdan haqqı. (Əyləşir.) 

LORD QORİNQ. Vicdan haqqı! 

SER ROBERT ÇİLTERN (yenidən ayağa durur). Artur, yox, özüm 

yoxlayacağam! 

LORD QORİNQ. Yox, yox, yox! 

SER ROBERT ÇİLTERN. Əgər heç kim yoxdursa, mən ora niyə baxmayım, hə? 

Artur, siz məni o otağa buraxmalısınız, mən ora baxmalıyam! Mən əmin 

olmalıyam ki, orada heç bir casus yoxdur və mənim ailəmin də sirrini heç kim 

bilmir! Artur, siz bilmirsiniz, mən nə çəkirəm! 

LORD QORİNQ. Robert, sakit olun! Mən axı sizə dedim orada heç kim yoxdur! 

Bu, kifayət deyil? 

SER ROBERT ÇİLTERN (otağa hücum çəkir). Yox, kifayət deyil! Mən bu otağa 

girmək istəyirəm! Tələb edirəm! Siz dediniz orada heç kəs yoxdur! Bəs məni niyə 

buraxmırsınız ora? 

LORD QORİNQ. Allah xatirinə, Robert, lazım deyil! Orada kimsə var! O 

kimsəni siz görməməlisiniz! 

SER ROBERT ÇİLTERN. Ah, gördünüz, elə belə də bilirdim! 

LORD QORİNQ. Mən sizə o otağa girməyi qadağan edirəm! 

SER ROBERT ÇİLTERN. Çəkilin yolumdan! Mənim həyatım qumara qoyulub! 

Cəhənnəmə ki orada kim var! Mənə dəxli yoxdur, bu saat onu görməliyəm! Mən 

bilməliyəm ki, sirrimi kimə açmışam, mənim ailə həyatımın gizlinlərini kim 

eşidib! (Otağa girir.) 

LORD QORİNQ. Ay Allah! Orada öz arvadıdır! 

 

    Ser Robert Çiltern geri qayıdır. Acıqlı və əsəbi halda 



 

SER ROBERT ÇİLTERN. Mənə izah edin görüm, o qadının burada nə işi var? 

LORD QORİNQ. Robert, and içirəm ki, o qadın pak və günahsızdır! Sizə qarşı da 

xəyanət etməyib! 

SER ROBERT ÇİLTERN. Alçaq, rəzil bir qancıq! 



LORD QORİNQ. Robert, belə deməyin! O qadın sizdən ötrü gəlib bura. Ona görə 

gəlib ki, mənimlə məsləhətləşsin ki, sizi necə xilas etmək olar! O, sizdən başqa 

heç kimi sevmir! Yalnız sizi sevir! 

SER ROBERT ÇİLTERN. Siz dəli olmusunuz! Bu qadınla sizin əlaqələrinizin 

mənə dəxli yoxdur! Qoy o, sizin sevgiliniz olsun! Siz elə bir-birinizə yaraşırsınız! 

Əla cütlüksünüz! O qadın əxlaqsız, tərbiyəsiz və utanmazdır, siz də – xəyanətkar 

dost, düşməndən də betərsiniz. 

LORD QORİNQ. Yox, Robert, yalandır! Allaha and olsun, bu, düz deyil! Gəlin 

gedək içəri, qoy sizin yanınızda mən izah edim hər şeyi! 

SER ROBERT ÇİLTERN. Ser, icazə verin, gedim. Buraxın məni! Siz mənə 

kifayət qədər yalan danışdınız! (Çıxır.) 

 

Ser Robert Çiltern çıxır, lord Qorinq qonaq otağına sarı yüyürür, missis ÇİVLİ 



qarşısına çıxır və ona kinayəli, işvəli təbəssümlə baxır. 

 

MİSSİS ÇİVLİ (bic-bic gülərək). Axşamınız xeyir, lord Qorinq! 



LORD QORİNQ. Missis ÇİVLİ?! Aman Allah! Sizin mənim qonaq otağımda nə 

işiniz var, hə? 

MİSSİS ÇİVLİ. Qulaq asırdım. Qapı arasından danışıqlara qulaq asmaqdan ötrü 

sinov gedirəm! Adam həmişə belə vəziyyətlərdə elə maraqlı şeylər eşidir ki! 

LORD QORİNQ. Bu, Allaha da xoş getməz! Sizə elə gəlmir ki, bu, Tanrının 

özünü də tovlamaq deməkdir, hə? 

MİSSİS ÇİVLİ. Oh! Narahat olmayın, Tanrının özünü neçə dəfə yoldan 

çıxarıblar, artıq buna öyrəşib! 

 

İşarə edir ki, lord ona mantosunu çıxarmaqda kömək eləsin, lord Qorinq itaətlə 



bunu edir. 

 

LORD QORİNQ. Çox şadam ki, gəlmisiniz. Mən sizə xeyirxah bir məsləhət 



vermək istəyirəm. 

MİSSİS ÇİVLİ. Oh! Allah xatirinə! Bunu etməyin! Qadına axşamlar geyinə 

bilməyəcəyi heç şeyi bağışlamaq lazım deyil. 

LORD QORİNQ. Görürəm, siz əvvəllər olduğu kimi inadkarlıq göstərirsiniz. 

MİSSİS ÇİVLİ. Daha çox! Mən təkmilləşmişəm! Yaxşılığa doğru! Təcrübə 

toplamışam. 

LORD QORİNQ. Həddən artıq! İfrat təcrübə təhlükəlidir. Siqaret çəkirsiniz? 

Londonda gözəl qadınların yarısı siqaret çəkir. Şəxsən mən o biri yarısına 

üstünlük verirəm. 

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. Mən, ümumiyyətlə, siqaret çəkmirəm. Mənim 

dərzim siqaret iyini xoşlamır. Qadının həyatda birinci vəzifəsi isə dərzisini razı 



salmaqdır. Elə deyil? İkinci vəzifəsi nədən ibarətdir – hələ heç kim bunu izah edə 

bilməyib.  

LORD QORİNQ. Siz bura Robert Çilternin məktubunu mənə satmağa 

gəlmisiniz? 

MİSSİS ÇİVLİ. Onu sizə bir neçə şərtlə təklif etmək üçün! Haradan bildiniz 

bunu? 


LORD QORİNQ. Çünki siz bu barədə susursunuz. Məktub sizdədir? 

MİSSİS ÇİVLİ (əyləşir). Oh, yox! Görmürsən, mənim gözəl donumun cibi 

yoxdur? Gözəl tikilmiş paltarda cib olmur! 

LORD QORİNQ. Qiymətinizi deyin! 

MİSSİS ÇİVLİ.  Necə də mənasız bir ingilissiniz! Bu ingilislər niyə düşünürlər 

axı həyatda çek kitabı hər şeyi həll edə bilər? Niyə, hə, əzizim Artur, niyə? 

Mənim pulum sizinkindən qat-qat çoxdur! Təxminən, Robert Çilterninki qədər 

pulum var! Mənə pul lazım deyil! 

LORD QORİNQ. Bəs nə istəyirsiniz, missis ÇİVLİ? 

MİSSİS ÇİVLİ. Məni niyə Laura çağırmırsınız, hə? 

LORD QORİNQ. Mən bu adı xoşlamıram. 

MİSSİS ÇİVLİ. Vaxt vardı xoşlayırdınız... 

LORD QORİNQ. Elədir. Buna görə də indi xoşlamıram. (Missis ÇİVLİ jestlə onu 

yanında oturmağa çağırır, lord gülümsəyir və onun yanına gedir.) 

MİSSİS ÇİVLİ. Artur, bir zamanlar siz məni sevirdiniz. 

LORD QORİNQ. Hə, sevirdim. 

MİSSİS ÇİVLİ. Və məndən xahiş edirdiniz ki, sizin arvadınız olum. 

LORD QORİNQ. Bu, mənim sizə olan sevgimin təbii nəticəsi idi. 

MİSSİS ÇİVLİ. Sonra da məni atdınız... ona görə ki, guya, məni Tenbinin qış 

bağında olarkən zavallı lord Mortleyklə mazaqlaşanda görmüşdünüz... Daha 

doğrusu, siz dediniz ki, görmüsünüz... 

LORD QORİNQ. Bildiyimə görə, bu məsələni mənim vəkilim müəyyən şərtlərlə 

sizinlə həll edib. O şərtləri siz özünüz diktə etmişdiniz... 

MİSSİS ÇİVLİ. O zaman mən kasıb idim, siz varlı... 

LORD QORİNQ. Elədir. Buna görə də siz özünüzü elə aparırdınız ki, guya, məni 

sevirsiniz. 

MİSSİS ÇİVLİ (çiyinlərini çəkir). Yazıq qoca lord Mortleyk! Onun danışmağa 

ikicə mövzusu vardı – biri arvadıydı, biri də podaqrası! Və mən heç vaxt başa 

düşə bilmirdim ki, o, bunların hansı birindən danışır. Bədbəxt qoca onların hər 

ikisini elə pis söyürdü ki! Nə isə... Artur, siz o zaman çox sarsaq bir hərəkət 

etdiniz. Lord Mortleyk mənim üçün əyləncədən başqa bir şey deyildi. Belə deyək 

də – ingilis bağ evinə qonaq getdiyin zaman qeyri-ixtiyari özünü əyləncəyə aludə 

edən adamın rəzil məşğuliyyəti kimi bir şey idi. Adam darıxmaqdan orada nə 

desən edər! Bundan ötrü heç kimi günahkar saymazlar! 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə