İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   18   19   20   21   22   23   24   25   26

MİSSİS ÇİVLİ (diksinib geriyə çəkilir). Nə? Bu nə deməkdir? 

LORD QORİNQ. Siz bu saçyığanı mənim dayım qızı Meri Berkşirdən 

oğurlamısınız. Mən bu saçyığanı o, ərə gedəndə ona bağışlamışdım. O vaxt 

bədbəxt xidmətçidən şübhələndilər və onu rüsvayçılıqla qovdular. Ötən gecə mən 

bunu dərhal tanıdım. Qərara aldım ki, oğrunu tapana kimi heç kəsə bir kəlmə 

deməyim. İndi oğrunu tapmışam; onun etirafını eşitdim. 

MİSSİS ÇİVLİ. Yalandır! (Başını qaldırır.) 

LORD QORİNQ. Həqiqətdir! Özünüz də bilirsiniz! Həm də sizin üzünüzdə elə 

indi oğru sözü yazılıb! 

MİSSİS ÇİVLİ. Yox, elə deyil, mən bu ittihamı rədd edirəm! Deyəcəyəm ki, mən 

bu miskin saçyığanı heç vaxt görməmişəm! Onu heç əlimdə də tutmamışam! 

Missis ÇİVLİ bilərziyi tələsik çıxarmağa çalışır. Lord Qorinq ona təbəssümlə 

baxır. Qadının əlləri bilərziyi çıxararkən titrəyir. Söyüş söyür. 

LORD QORİNQ. Missis ÇİVLİ, oğurluq sərf eləmir; çünki oğru heç vaxt bilmir 

ki, o, necə gözəl bir şey oğurlayıb. Siz saçyığanı çıxara bilmirsiniz? Bu saçyığanı 

belə çıxarmaq olmaz, gərək biləsən, yaycığı haradadır. Görünür, siz bilmirsiniz 

bunu. Onu tapmaq çox çətindir. 

MİSSİS ÇİVLİ. Əclaf! Donuzun biri donuz! (Yenə çalışır ki, saçyığanı açsın, 

amma aça bilmir.) 

LORD QORİNQ. Oh! Gurultulu sözlər nəyə lazımdır? Onların indi heç bir 

mənası yoxdur. 

MİSSİS ÇİVLİ (yenə hirslə, hiddətlə qışqırır, saçyığanı dartır. Sonra dayanır, lord 

Qorinqə baxır). Nə etmək fikrindəsiniz? 

LORD QORİNQ. Eşikağasını çağıracağam. O, nümunəvi xidmətçidir, çağırışa 

dərhal gəlir. O gələn kimi isə mən onu polisin dalınca göndərəcəyəm. 

MİSSİS ÇİVLİ (qorxudan əsir). Polisə? Nə üçün? 

LORD QORİNQ. Sabah Berkşirlər sizi məhkəməyə verəcək. Buna görə də polis 

gəlib sizi aparmalıdır. 

MİSSİS ÇİVLİ (qorxudan üzüntülü görünür, rəngi ağarıb, dodaqları titrəyir. 

Üzündən maska düşüb. Bu anlarda ona baxmaq çox dəhşətlidir). Bunu etməyin! 

Nə istəyirsiniz edərəm, Artur! Dünyada nəyi istəsəniz, edərəm sizin üçün! 

LORD QORİNQ. Robert Çilternin məktubunu verin! 

MİSSİS ÇİVLİ. Yox!.. Dayanın! Qoyun bir qədər fikirləşim! 

LORD QORİNQ. Robert Çilternin məktubunu verin! 

MİSSİS ÇİVLİ. Özümlə götürməmişəm axı! Sabah verərəm! 

LORD QORİNQ. Yalan deməyin! Məktubu bu saat mənə verin! 

 (Missis ÇİVLİ məktubu çıxarıb uzadır. Onun rəngi meyit kimi ağarıb.) Həmin 

məktubdur? 

MİSSİS ÇİVLİ (boğuq səslə). Hə, odur! 



LORD QORİNQ (məktubu götürür, baxır, diqqətlə gözdən keçirir və sonra onu 

lampa odunda yandırır). Missis ÇİVLİ, sizin kimi gözəl və yaraşıqlı qadının 

sağlam düşüncədən, hər halda, məhrum olmamasını görmək çox xoşdur. Sizi 

təbrik edirəm. 

MİSSİS ÇİVLİ (yazı masasının üstündə ledi Çilternin məktubu gözünə sataşır, 

məktubun ucu kitabın altından görünür.) Xahiş edirəm, bir stəkan su gətirin mənə! 

LORD QORİNQ. Oh, əlbəttə! (Otağın küncünə tərəf gedir, stəkana sü süzür, 

arxası missis ÇİVLİə olanda, qadın ledi Çilternin məktubunu oğurlayır, lord 

Qorinq qayıdıb suyu ona uzadanda qadın nazla imtina edir.) 

MİSSİS ÇİVLİ. Yox, istəmirəm, sağ olun. Mənə kömək edin, geyinim! 

LORD QORİNQ. Böyük məmnuniyyətlə. (Mantosunu tutur.) 

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. Mən bir də heç vaxt Robert Çilterni narahat 

etməyəcəyəm, ona zərər gətirməyəcəyəm. 

LORD QORİNQ. Missis ÇİVLİ, xoşbəxtlikdən, buna imkanınız da yoxdur! 

MİSSİS ÇİVLİ. Hətta imkanım da olsaydı, etməzdim. Əksinə, mən ona elə bir 

xidmət göstərmək istəyirəm ki! 

LORD QORİNQ. Bunu sizdən eşitməyimə şadam. Görünür, sizin qəlbinizdə 

çevriliş baş verib. 

MİSSİS ÇİVLİ. Bəli! Sadəcə, ürəyim ağrıyır: Robert Çiltern kimi təmiz, əsl 

ingilis zadəganını, vicdanlı adamı vicdansızcasına aldadırlar. Elə buna görə də... 

LORD QORİNQ. Nə buna görə?.. 

MİSSİS ÇİVLİ. Bilirsiniz, mənim cibimə necə olubsa, bir sənəd, özü də çox 

maraqlı bir sənəd düşüb. Gertruda Çilternin vida sözü və ölümqabağı etirafları... 

LORD QORİNQ. Nə demək istəyirsiniz? 

MİSSİS ÇİVLİ (acı-acı gülümsəyərək özündənrazı halda). Onu demək istəyirəm 

ki, mən Robert Çilternə onun arvadının bu gecə sizə yazdığı sevgi məktubunu 

göndərmək niyyətindəyəm! 

LORD QORİNQ. Sevgi məktubu? 

MİSSİS ÇİVLİ (gülərək). “İnanıram. Görmək istəyirəm. Gəlirəm. Gertruda”. 

LORD QORİNQ (yazı masasına yaxınlaşır, konverti götürür, içinə baxır, görür ki, 

boşdur, dönür). Mənfur qadın! Oğurluq etməsəniz, qala bilməzsiniz! Əliniz 

öyrəşib! Qaytarın mənə məktubu! Qaytarmasanız, onu zorla alacağam sizdən! 

Onu verməsəniz, mənim evimdən çıxa bilməyəcəksiniz! (Qadının üstünə cumur

lakin missis ÇİVLİ stolun üstündəki elektrik zəngini götürür, basır və Fipps o 

dəqiqə içəri girir). 

MİSSİS ÇİVLİ (pauzadan sonra). Lord Qorinq zəng vurdu ki, siz məni ötürəsiniz. 

Gecəniz xeyrə, lord Qorinq! (Fippsin müşayiəti ilə çıxır. Onun üzü yenə işıq saçır, 

həqarətli bir işıq. Gözləri od saçır, elə bil, gəncliyi yenidən qayıdıb. Onun vida 

baxışları ox kimi deşicidir.) 

 



Lord Qorinq miskin-miskin durub, dodaqlarını çeynəyir, sonra siqaret çəkməyə 

başlayır. 

 

         Pərdə. 



 

DÖRDÜNCÜ PƏRDƏ 

 

İkinci şəkildəki şərait. Lord Qorinq divar sobasına söykənib, əlləri ciblərində. 



Darıxır. 

 

LORD QORİNQ (saatı çıxarıb baxır, sonra zəngi basır). Axx, belə də iş olar?! Bu 



evdə heç kəsi tapa bilmirəm! Bir adam yoxdur ki, danışasan onunla! Məndə isə o 

qədər maraqlı məlumatlar var ki! Mən indi lap təcili nömrəyə gedən qəzet 

materialı kimiyəm! (Xidmətçi daxil olur.) 

CEYMS. Ser Robert hələ xarici işlər nazirliyindədir, milord. 

LORD QORİNQ. Ledi Çiltern hələ aşağı düşməyib? 

CEYMS. Miledi öz otağındadır, çölə çıxmayıb. Elə indicə at sürməkdən gəlib.  

LORD QORİNQ (öz-özünə). Bu da pis deyil! 

CEYMS. Lord Kaverşam ser Roberti kitabxanada gözləyir. Mən ona dedim ki, siz 

buradasınız, milord. 

LORD QORİNQ. Təşəkkür edirəm. Ona deyə bilərsinizmi ki, mən artıq çıxıb 

getmişəm? 

CEYMS (təzim edir). Deyərəm, milord. (Çıxır.) 

LORD QORİNQ. Üç gün dalbadal ata ilə görüşmək! Vallah, hətta ən sevimli ata 

olsa belə, oğul üçün bu çoxdur! Allah eləyə, o, bu otağa gəlməyə! Ümumiyyətlə, 

gərək atalar görünməsin, gərək heç onların səsini də eşitməyəsən. Möhkəm 

ailənin əsası yalnız budur! Analar fərqlidirlər. Analar adamın qəlbini oxuya 

bilirlər. (Özünü kresloya atır, qəzet götürür, başlayır oxumağa. Lord Kaverşam 

daxil olur.) 

LORD KAVERŞAM. Hə, oğlum, Artur, sən burada neyləyirsən? Yenə, adətin 

üzrə, vaxt öldürürsən, hə? 

LORD QORİNQ (qəzeti tullayıb ayağa durur). Əziz ata, əgər kimsə kiminsə evinə 

gedirsə, o özü vaxt itirmir, əksinə, qonaq getdiyi adamın vaxtını alır! 

LORD KAVERŞAM. Dünən gecəki söhbətlərim barədə fikirləşdin? 

LORD QORİNQ. Elə yalnız bu barədə düşünürəm, ata. 

LORD KAVERŞAM. Yaxşı, de görüm, artıq nişanlandın, ya yox? 

LORD QORİNQ (mülayim). Hələ yox! Amma yəqin ki, səhər yeməyinə qədər 

bunu edəcəyəm! 

LORD KAVERŞAM (istehzalı təbəssümlə). Nahara qədər də təxirə sala bilərsən, 

əgər münasib deyilsə! 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə