İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   18   19   20   21   22   23   24   25   26

LORD QORİNQ. Bəli, çoxları belə hesab edir. 

MİSSİS ÇİVLİ. Mən sizi sevirdim, Artur. 

LORD QORİNQ. Əziz missis ÇİVLİ, kimisə sevmək üçün siz həmişə çox ağıllı 

olmusunuz. 

MİSSİS ÇİVLİ. Amma sizi sevirdim. Siz də məni sevirdiniz. Özünüz də bilirsiniz 

ki, məni sevirdiniz. Məhəbbət isə çox qeyri-adi bir hissdir. Əgər kişi nə vaxtsa bir 

qadını sevibsə, o, həmin qadın üçün hər şey edər. Bircə şeydən – o qadını 

sevməkdə davam etməkdən başqa! (Əlini onun əllərinə toxundurur.) 

LORD QORİNQ (əllərini ehtiyatla çəkir). Elədir, hər şeyi edər, bircə sevməkdən 

başqa. 


MİSSİS ÇİVLİ (pauzadan sonra). Mən xaricdə yaşamaqdan bezmişəm. Londona 

gəlmək istəyirəm. İstəyirəm ki, gözəl bir evim olsun burada. Salonum olsun

qonaq qəbul edim. Əgər ingilislərə danışmağı, irlandlara isə qulaq asmağı 

öyrətmək olsaydı, buradakı cəmiyyət, bilirsiniz, necə mədəni olardı! Bundan 

başqa, mən artıq yaşımın romantik mərhələsindəyəm. Mən dünən sizi Çilternlərin 

evində görəndə anladım ki, kimisə sevməli olsam, o yalnız siz olacaqsınız, Artur! 

Belə! Sizinlə evlənən günün səhərisi isə mən o məktubu sizə verəcəyəm. Robert 

Çilternin məktubunu! Bax mənim təklifim budur! Hətta mən o məktubu indi də 

verə bilərəm, əgər siz mənimlə evlənəcəyinizə söz versəniz. 

LORD QORİNQ. Lap indi? 

MİSSİS ÇİVLİ (gülür). Sabah! 

LORD QORİNQ. Ciddi deyirsiniz? 

MİSSİS ÇİVLİ. Tam ciddiyyətlə. 

LORD QORİNQ. Məndən sizə yaxşı ər olmaz. 

MİSSİS ÇİVLİ. Mənə pis ər də yetərlidir. Mən artıq iki dəfə ərdə olmuşam. 

İkisini görmüşəm. Onlar məni dəhşətli dərəcədə əyləndirirdilər. 

LORD QORİNQ. Demək istəyirsiniz ki, siz özünüz özünüzü əyləndirirdiniz

eləmi? 


MİSSİS ÇİVLİ. Mənim evliliyim barədə nə bilirsiniz? 

LORD QORİNQ. Heç nə. Lakin mən onu kitab kimi oxuya bilirəm. 

MİSSİS ÇİVLİ. Necə yəni kitab? Hansı kitabdan danışırsınız? 

LORD QORİNQ (qalxır). Say kitabından1. 

MİSSİS ÇİVLİ. Evinizə gələn qadını təhqir etmək nə dərəcədə nəzakət sayılır, 

hə? 


LORD QORİNQ. Əgər qadın sizin kimi belə füsunkardırsa, onun cinsi onun üçün 

müdafiə rolunu oynamır. Onun cinsi kişi üçün bir çağırışdır. 

MİSSİS ÇİVLİ. Yəni düşünürsünüz ki, bu, mənə komplimentdir, hə? Əzizim, 

qadınları komplimentlə tərk-silah etmək olmaz. Kişiləri isə etmək olar. İki cins 

arasındakı fərq də bundadır. 



LORD QORİNQ.  Qadınlar heç vaxt heç nə ilə tərk-silah olunmurlar... hər halda, 

mənim bildiyimə görə. 

MİSSİS ÇİVLİ (pauzadan sonra). Deməli, belə çıxır ki, siz dostunuz Robert 

Çilternin məhv olmasını görməyi mənimlə evlənməkdən daha məqbul sayırsınız, 

eləmi? Özü də hələ də cazibədarlığını itirməmiş mənim kimi bir qadınla 

evlənməkdən! Düşünürdüm ki, siz fədakarlıq göstərəcəksiniz. Artur, bu necə də 

yaxşı olardı! Ömrünüzün qalan hissəsini də yüksəklərdə keçirərdiniz! 

LORD QORİNQ. Mən indi elə belə edirəm. Fədakarlığa gəlincə isə onu gərək 

qanunla qadağan edəsən. Fədakarlıq özünü qurban verdiyin adamları əxlaqsız 

edir, adamlar həmişə yoldan çıxır, azırlar. 

MİSSİS ÇİVLİ.  Robert Çilterni nə iləsə əxlaqsızlaşdırmaq olmaz, hə? Yaddan 

çıxarmayın, mən onun əsl iç üzünü tanıyıram! 

LORD QORİNQ. Sizin dediyiniz cəhətlər Robertin əsl mahiyyəti deyil! Bəli, 

razıyam sizinlə, onun gəncliyində etdiyi səhv hərəkətlər rüsvayçılıqdır, 

axmaqlıqdır, razıyam, şərəfsizlikdir... onun üçün ləyaqətsiz bir hərəkətdir, bunu 

da qəbul edirəm... amma bu, onun əsl mahiyyəti və iç üzü deyil! 

MİSSİS ÇİVLİ. Siz kişilər həmişə bir-birinizi müdafiə edirsiniz! 

LORD QORİNQ. Siz qadınlar da həmişə bir-birinizə hücum edirsiniz! 

MİSSİS ÇİVLİ (qıcıqlanır). Mən yalnız bir qadına hücum edirəm, Gertruda 

Çilternə! Mən ona nifrət edirəm! İndi həmişəkindən daha çox nifrət edirəm ona! 

LORD QORİNQ. Yəqin, ona görə ki, siz onun həyatını əsl faciəyə döndərmisiniz. 

MİSSİS ÇİVLİ (istehzayla). Qadının həyatında yalnız bir əsl faciə var; onun üçün 

keçmiş olan şey onun əbədi məşuqu, gələcək isə bir qayda olaraq əridir. 

LORD QORİNQ. Ledi Çiltern sizin eyhamla danışdığınız həyatdan bixəbərdir. 

MİSSİS ÇİVLİ. Yeddi ölçülü əlcək geyən qadının başı heç nədən çıxmaz. 

Bilirsinizmi, Gertruda həmişə yeddi ölçüdə əlcək geyir?  Görünür, elə bu da bizi 

bir-birimizdən fərqləndirir... Nə isə... Artur, deməli, bizim romantik görüşümüz 

bitdi, eləmi? Heç olmasa, siz bu görüşün romantik olması qənaətindəsinizmi, hə? 

Bir də fikirləşin, əgər sizin arvadınız olsam, mən öz diplomatik karyeramı qurban 

verməyə belə hazıram! Siz imtina etdiniz. Çox yaxşı. Əgər ser Robert mənim 

istədiyim Argentina kanalını müdafiə etməsə, mən onu ifşa edəcəyəm. Voilà 

tout!1 


LORD QORİNQ. Bunu etməyin! Bu, alçaqlıq, vicdansızlıq olar! 

MİSSİS ÇİVLİ (çiyinlərini çəkir). Belə gurultulu sözlər nəyə lazım?! Onların heç 

bir mənası yoxdur ki! Bu, kommersiya sövdəsidir. Vəssalam. Sentimental hissləri 

bura qarışdırmaq olmaz. Mən Robert Çilternə təklif etdim ki, məndən nəyisə pulla 

alsın. O hesab edir ki, mənim qiymətim həddən artıq bahadır. Əgər o, mənim 

istədiyim qiyməti verməsə, onda cəmiyyətlə hesablaşmalı olacaq. Bu, ona daha 

baha başa gələcək. Daha nə deyim, sözüm yoxdur. Mən getməliyəm. Sağ olun! 

Siz mənim əlimi sıxmaq istəmirsiniz? 




LORD QORİNQ. Sizin? Yox! Mən sizin Robert Çilternlə bağlı o kommersiya 

sövdənizi, hiyləgər niyyətinizi bağışlayardım. Mən deyərdim ki, bu fırıldaq elə 

bizim iyrənc biznes əsrimizə layiq bir işdir. Bunu da keçərdim sizə; lakin siz, 

görünür, unutmusunuz ki, bura sevgi haqqında danışmağa gəlmişdiniz, sizin 

dodaqlarınızdan “məhəbbət” sözü qopanda mən duydum ki, artıq bu sözün özünü 

də ləkələdiniz; sizin üçün sevgi artıq bağlanmış kitabdır; siz dünyanın ən mötəbər, 

ən zərif bir qadınının evinə gedib hiyləgərcəsinə ailəni dağıtmaq, ərini o qadının 

gözündən salmaq, onun sevgisini öldürmək, qəlbini incitmək, bəlkə də, parça-

parça etmək, o qadının idealını məhv edib həyatını büsbütün zəhərləmək 

niyyətində olmusunuz! Bax bunu sizə bağışlaya bilməyəcəyəm! Bax bu, rəzalət 

və çirkinlikdir! Bunu heç cür bağışlamaq olmaz! 

MİSSİS ÇİVLİ. Artur, siz mənə qarşı insafsızcasına danışırsınız. İnanın mənə, siz 

mənə ədalətsizlik edirsiniz. Əvvəla, mən Gertrudagilə heç o məqsədlə də 

getməmişdim, mənim onu incitmək, yaxud onunla oyun oynamaq fikrim də yox 

idi. Biz ledi Markbiylə ona görə getdik ki, mən saçyığanımı itirmişdim, haradasa 

salmışdım. Soruşmaq istəyirdik ki, bəlkə, Gertrudagildə düşüb. İnanmırsansa, ledi 

Markbidən soruşa bilərsən. Ledi Markbi təsdiq edə bilər. Sonra ledi Markbi çıxıb 

getdi, biz qaldıq tək. Bizim Gertruda ilə söhbətimiz isə yaxşı alınmadı. Gertruda 

özü mənə kinayəli və tənəli sözlər dedi. Mən də cavabını qaytardım, bəlkə də, bir 

qədər sərt oldum, amma nə isə… mənim məqsədim bu deyildi, brilyant 

bilərziyimi tapmaq idi. Məsələ belə oldu.  

LORD QORİNQ. Yaqut qaşlı ilanabənzər brilyant saçyığan? 

MİSSİS ÇİVLİ. Hə, hə. Haradan bildiniz? 

LORD QORİNQ. Çünki o tapılıb. Daha doğrusu, onu mən tapdım, lakin gedərkən 

eşikağasına bu barədə deməyi unutdum. (Qonaq otağına, yazı masasına tərəf 

gedir, masanın gözlərini açır.) Saçyığan buradadır. Yox, o biri gözdədir. Bax 

budur, saçyığan! Sizinkidirmi? (Gətirib göstərir). 

MİSSİS ÇİVLİ. Hə. Ah, necə sevinirəm. Nə yaxşı tapıldı! Bu... Artur, mənə 

hədiyyədir... 

LORD QORİNQ. Siz onu taxacaqsınız? 

MİSSİS ÇİVLİ. Mütləq. Mənə kömək edin. (Lord Qorinq qəflətən qadının 

saçyığanını onun biləyinə taxır.) Nə edirsiniz? Mən bilmirdim heç, bunu bilərzik 

kimi də taxmaq olar? 

LORD QORİNQ. Doğrudan? 

MİSSİS ÇİVLİ (işvəylə öz gözəl əlini lorda uzadır). Belə də pis deyil! Baxın, 

görün mənə necə yaraşır! 

LORD QORİNQ. Elədir. Onu sonuncu dəfə gördüyümdən də gözəldir. 

MİSSİS ÇİVLİ. Nə vaxt görmüsünüz? 

LORD QORİNQ (təmkinlə). On il bundan əvvəl. Ledi Berkşirin boynunda, siz də 

ondan oğurlamısınız bunu. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə