iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən
patent müvəkkilinə
vəkalət verildiyini təsdiq edən sənəd. Patent müvəkkilinin müvəkkilliyini təsdiq edən sənəd,
sənədin tərtib olunduğu ölkənin qanunvericiliyinə uyğun olmalıdır. Patent müvəkkilinin
müvəkkilliyini təsdiq edən sənəd iddia sənədi verildiyi tarixdən iki ay ərzində təqdim edilməlidir;
toksikoloji və ekologiyaya təsir edən maddələr, üsullar və qurğu obyektləri üzrə iddia sənədlərinə
toksikoloji və ekoloji zərərsizliyi təsdiqləyən sənəd.
Konvensiya ilkinliyi xahiş edildikdə, iddia sənədini qəbul etmiş orqan tərəfindən ilk iddia sənədinin
surəti və ya həmin patent haqqında biblioqrafik məlumat və ixtira düsturunun tərcüməsi
təsdiqlənmiş formada, iddia sənədinin Azərbaycan Respublikasının Patent idarəsinə daxil olduğu
tarixdən üç aydan gec olmayaraq təqdim edilə bilər.
Mikroorqanizm ştammına bitki və heyvan hüceyrələri kulturalarına, onun alınmasına və ya istifadə
edilməsinə aid ixtiraya dair iddia sənədinə ştammın, bitki və heyvan hüceyrələri kulturalarının buna
rəsmi müvəkkil edilmiş kolleksiyada - depozitarda depozitləşməsi haqqında sənəd əlavə edilir.
Depozitləşmə iddia sənədinin verilmə tarixinədək və ya onunla eyni zamanda edilə bilər.
2.3. Iddia sənədinin yazılış dili
Patent verilməsi haqqında ərizə azərbaycan dilində təqdim edilir. İddia sənədinin digər materialları
azərbaycan və ya başqa dildə təqdim edilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının
azərbaycan dilinə tərcüməsi iddia sənədinin MPEM-ə verildiyi tarixdən 2 ay ərzində təqdim
olunmalıdır. Materialların tərcüməsi göstərilən müddət ərzində təqdim edilmədikdə, iddia sənədinin
ilkinliyi tərcümənin daxil olduğu tarixdən sayılır.
2.4. Nüsxələrin sayı
Patent verilməsi haqqında ərizə, ixtiranın təsviri, ixtiranın düsturu, ixtiranın mahiyyətini başa
düşmək üçün çertyojlar və digər materiallar həmçinin referat üç nüsxədən ibarət təqdim edilir.
Qalan sənədlər bir nüsxədən ibarət təqdim edilir.
2.5. Patent verilməsi haqqında ərizə.
(1) Patent verilməsi haqqında ərizə, bu Qaydalara əlavə edilmiş formada təqdim edilir. Hər-hansı
məlumat ərizədəki uyğun qrafada yerləşmədikdə, həmin qrafada "bax davamı əlavə vərəqdə"
ifadəsini yazmaqla məlumatı əlavə vərəqdə vermək olar.
(2) "Ərizə" sözünün üstündə yerləşmiş qrafalar iddiaçı tərəfindən doldurulmur. Həmin qrafalar
iddia sənədi MPEM-ə daxil olduqdan sonra doldurulur.
(3) Azərbaycan Respublikasının patenti verilməsi xahişini göstərə qrafada (71-ci qrafada) patent
istəyən iddiaçı şəxs haqqında məlumatlar, fiziki şəxsin soyadı, adı, atasının adı (soyad addan əvvəl
göstərilir) və ya hüquqi şəxsin rəsmi adı (təsis sənədinə uyğun olaraq), həmçinin onu yaşayış yeri,
yerləşdiyi dövlətin adı və ünvanı göstərilir. Adına patent almaq istəyən və Azərbaycan
Respublikasından kənarda yaşayan xarici hüquqi və ya fiziki şəxslər üçün Ümumdünya İntellektual
Mülkiyyət Təşkilatının (ÜİMT) St.3 standartlarına uyğun ölkənin kodu 97-ci qrafada göstərilir
(təyin edilibsə). İddiaçılar bir neçə şəxs olduqda, patentin onlardan hansının adına verilməsi
haqqında sənəd təqdim edilir və göstərilən məlumatlar onların hər biri üçün verilir.
(4) İlkinliyə dair qrafa, yalnız iddia sənədinin patent idarəsinə daxil olma tarixindən daha tez
ilkinlik istənildikdə doldurulur. Bu halda müvafiq qrafada "X" işarəsi qoyulmaqla istənilən ilkinlik
üçün əsas qeyd olunur və ilkinlik iştənilən əlavə materiallar və ya onun əsasında daha əvvəlki iddia
sənədinin nömrəsi və ilkiniik tarixi (daha əvvəl daxil olan iddia ərizəsi və ona görə əlavə
materialların daxil olma tarixi) göstərilir. Əgər ilkinlik bir neçə iddia sənədi əsasında istənilirsə,
onda bütün iddia sənədlərinin nömrəsi və müvafiq hallarda istənilən ilkinliyin bir neçə tarixi
göstərilir. Konvensiya ilkinliyi istənildikdə ÜİMT St.3 standartı üzrə ölkənin kodu göstərilir.
(5) 54 kodlu qrafada iddia olunan ixtiranın (ixtira qrupunun) adı göstərilir. Bu ad ixtiranın
təsvirində yazılmış adla üst-üstə düşməlidir.
(6) 98 kodlu qrafada, yazışma üçün ünvan, telefon, teleks, faks nömrələri (əgər onlar varsa)
göstərilir. Yazışma üçün fiziki şəxş olan və Azərbaycan Respublikasında yaşayan iddiaçının
(iddiaçılardan birinin) yaşayış yerinin ünvanı və ya hüquqi şəxs olan iddiaçının Azərbaycan
Respublikasında yerləşdiyi yerin ünvanı, yaxud patent müvəkkilinin yaşadığı yerin ünvanı göstərilə
bilər.
(7) İddiaçı tərəfindən iddia sənədinin təqdim edilməsindən qabaq patent
müvəkkili təyin edildiyi
halda 74 kodlu qrafada onun haqqında məlumatlar, soyadı, adı, atasının adı, Patent idarəsində
qeydiyyat nömrəsi, Azərbaycan Respublikasında yaşadığı ünvan, telefon, teleks, faks nömrəsi (əgər
onlar varsa) verilir.
(8) Ərizənin ikinci səhifəsinin "Qoşulan sənədlərin siyahısı" qrafasının müvafiq xanasında "X"
işarəsini qoymaqla və əlavə edilən sənədlərin hər nüşxəsində səhifələrin və nüsxələrin sayını
göstərməklə doldurulur. Qoşulan sənədlər siyahısında adi göstərilməyən sənədlər "digər sənədlər"
qrafasında konkret göstərilir.
(9) İddia sənədini vermək və patent almaq hüququnu təsdiq edən sənəd qrafasında "X" işarəsinin
qoyulması ilə iddia sənədinin təqdim edilməsi və patentin alınması üçün müvafıq əsas (əsaslar)
qeyd olunur.
(10) 72, 97 kodlu qrafalarda ixtiranın müəllifinin (müəlliflərinin) soyadı, adı, atasının adı, dövlətin
adı (ÜİMT) St.3 standartı üzrə kod və yaşayış yerinin ünvanı verilir.
(11) İddia sənədinin ikinci səhifəsinin axırıncı qrafası müəllifin hüquq varisi olan şəxsə iddia
sənədinin təqdim edilməsi hüququ verildikdə doldurulur. Burada belə hüquq varisi haqqında
məlumatlar: fiziki şəxsin soyadı, adı, atasının adı, poçt ünvanı və ya hüquqi şəxsin rəsmi adı və
yerləşdiyi yerin ünvanı, onun imzası ilə və tarix qoyulmaqla təsdiqlənmiş şəkildə təqdim edilir
(müəllifin hüquq varisi, hüquqi şəxs olarsa, rəhbərin imzası verilir).
(12) İddia sənədinin "İmza" adlı axırıncı qrafasının doldurulması zamanı imza tarixinin göstərilməsi
bütün hallarda vacibdir. İddia sənədi iddiaçı tərəfindən imzalanır. Hüquqi şəxsin adından, iddia
sənədi, təşkilatın rəhbərinin imzası ilə onun vəzifəsini göstərməklə imzalanır və imza möhürlə
təsdiqlənir. Iddia sənədi patent müvəkkili vasitəsi ilə təqdim edildikdə, iddia sənədi patent
müvəkkili tərəfindən imzalanır.
(13) Yuxarıda (11) və (12) yarımbəndlərində göstərilən iddia sənədinin qrafalarındakı imzalar,
imzalayan şəxsin soyadı, adı və atasının adının göstərilməsi ilə açıqlanır.
(14) İmzalanması tələb olunan bu və ya digər məlumatlar verildikdə, əlavə vərəqdə o eyni qayda ilə
imzalanır. Iddiaçının və ya patent müvəkkilinin imzasının hər bir vərəqdə olması vacibdir.
2.6. İxtiranin təsviri.