18.3.3. Həmin iddiaçının daha əvvəlki iddia sənədinin daxil olması tarixi
üzrə ilkinliyin təyin
olunma şərti.
İddiaçı tərəfindən ilkinlik onun əvvəlki iddia sənədinin Patent idarəsinə daxil olduğu tarixdən
istənildikdə, iddiaçı tərəfindən aşağıdakı tələblərin gözlənildiyi yoxlanılır:
belə ilkinlik istənilən iddia sənədi, Patent idarəsinə, ixtira üçün daha əvvəl iddia sənədinin daxil
olduğü tarixdən 12 ay müddətində daxil olmalıdır;
belə ilkinlik istənilən iddia sənədi, ixtiraya və ya faydalı modelə verilmiş iddia sənədinin həmin
iddiaçısı tərəfindən təqdim edilməlidir;
iddia olunan ixtiranın mahiyyəti ixtiraya və ya faydalı modelə aid təqdim edilmiş iddia sənədində
açılmalıdır;
əvvəllər təqdim edilmiş iddia sənədi üçün daha əvvəlki ilkinlik istənilməməlidir.
Əvvəllər təqdim edilmiş bir neçə iddia sənədinin əsasında ilkinlik istənildikdə göstərilən tələblərin
gözlənilməsi onların hər biri barədə təyin edilir.
Göstərilən ilkinlik istənildikdə, daha əvvəlki iddia sənədi (əgər bir neçədirsə) geri götürülmüş
sayılır bu barədə iddiaçı xəbərdar edilir.
18.3.4. Ayrılmış iddia sənədi üzrə ixtiranın ilkinliyinin təyini şərti.
İddiaçı tərəfindən, ayrılmış iddia sənədi üzrə ixtiraya ilkinlik istənildikdə (Qanunun 29-cü
maddəsinin 5-ci bəndinə uyğun olaraq) aşağıdakı tələblərin yerinə yetirilməsi təyin edilir:
ayrılmiş iddia sənədi Patent idarəsinə ixtira və ya faydalı model üzrə ilkin iddia sənədi barədə
patent verilməsinə rədd cavabı haqqında, onun yenidən baxılması imkanı qurtardıqdan sonra qərar
qəbul edilməsinə qədər və ya ilkin iddia sənədi üzrə patent şəhadətnaməsi verilməsi barədə qərar
qəbul edildiyi təqdirdə, ixtiranın və ya faydalı modelin Azərbaycan Respublikasının müvafiq Dövlət
Reestirində qeyd edilmə tarixinə qədər müddətdə daxil olmalıdır;
ayrılmış iddia sənədində iddia olunan ixtiranın mahiyyəti ilkin iddia sənədində, əgər iddia sənədi
konvension iddia sənədindən ayrılmışsa və ilkinlik onun ilkinlik tarixinə görə istənilirsə, birinci
iddia sənədində açılmalıdır.
18.3.5. Bir neçə ilkinliyin təyini şərti.
İddiaçının belə ilkinlikləri istəməsi üçün göstərdiyi əsaslardan asılı olaraq, iddiaçının bir neçə
ilkinlik istədiyi halda bu Qaydaların 18.3.1-18.3.4 bəndlərində sadalanan müvafiq şərtlərin, onun
tərəfindən gözlənilməsi şərti ilə təyin edilir.
Belə ki, əgər düsturun asıli və asılı olmayan bəndlərində xarakterizə olunan ixtiraya müxtəlif təqdim
etmə tarixi (Qanunun 28-ci maddəsinin 2-ci olan iki birinci iddia sənədi əsasında müxtəlif
konvension ilkinlik istənilərsə, onda iddiaçı tərəfindən bu Qaydaların 18.3.1. bəndində göstərilmiş
gözlənilməsi təyin edildikdə, ilk iddia sənədinin birinci surətinin olması, birinci iki təqdim edilmiş
iddia sənədlərinə nəzərən 12 aylıq müddətin gözlənilməsi yoxlanılır.
İddiaçı tərəfindən düsturun bəndləri üzrə ilkinliyin istənildiyi tarix izah edilmədikdə, birinci iddia
sənədlərinin hansında hər bir ixtiranın mahiyyətinin ümumilikdə açılması təyin edilir.
18.3.6. İxtiranın ilkinliyinin təyin edilməsi şərtinin gözlənilməsinin yoxlanılması.
(1) Bu qaydaların 18.3.2-18.3.4 bəndlərinə uyğun olaraq, ixtiranın ilkinliyinin təyin edilmə şərtinin
gözlənilməsinin yoxlanılması zamanı, əmin olmaq lazımdır ki, ilkinlik istənilən iddia sənədinin
əsasında və ya əlavə materiallar təqdim edilən iddia sənədi üzrə belə istənilmə üçün əsas ola bilər
geri götürülməyib, geri çağırılmış sayılmır və qəbul edilmir. İstənilən ilkinliyin göstərilmiş təyin
edilmiş şərti yoxlanılarkən, bu Qaydaların 8-ci bəndinin 4 abzasın rəhbər tutmaq lazımdır.
(2) İddaçı tərəfindən istənilən ilkinlik üçün əsas olan əvvəllər təqdim edilmiş materiallarda (ilkin
təqdim edilmiş iddia sənədindəki əlavə materiallarda) iddia olunmuş ixtiranın mahiyyətini açılması
ilə bağlı tələblərin gözlənilməsinin təyini zamanı aşağıdakılar yoxlanılır:
- bu materiallarda (ixtiranın təsvirində əvvəl verilən ixtiranıri düsturunda və ya əlavə
materiallarında) iddia olunan ixtiranın düsturuna daxil olduğu bütün əlamətlərin göstərilməsi;
- ixtiranın mahiyyətinin bu materiallarda istənilən ilkinlik tarixinə qədər həyata keçirmək üçün
kifayət qədər tam açılması (bu Qaydaların 19.5.1 bəndinin (2) yarımbəndi). Verilmiş şərtin,
konvension ilkinlik istənildiyi təqdirdə yoxlanılması zamanı iddiaçıya, onun Paris konvensiyasının
üzvi olan dövlətlərdə təqdim etdiyi ilk iddia sənədinin tərcüməsini təqdim etmək təklif oluna bilər.
İddia sənədinin ekspertizasının keçirilməsinə maneə olmayan şəraitlə ixtiranın ilkinliyin təyini
zamanı yaranan sualları, iddia sənədinin baxılması zamanı yaranan suallarla eyni zamanda
müəyyənləşdirmək məqsədə uyğundur.
(4) Iddiaçı tərəfindən, bu Qaydaların 18.3.1-18.3.4 bəndlərinin tələbləri gözlənildikdə, iddia olunan
ixtira barəsində istənilən ilkinlik təyin edilir.
O halda ki, ixtiranın ilkinliyi, konvension iddia sənədindən ayrılmış iddia sənədinə istənilərsə, bu
Qaydaların 18.3.4 bəndinin tələblərinin gözlənildiyi təqdirdə, ixtiranın ilkinliyi, konvension iddia
sənədinin ilkinliyi tarixi ilə (Patent İdarəsinə daxil olan tarixlə yox) təyin edilir.
(5) İddiaçı tərəfindən, bu Qaydaların 18.3.1-18.3.4 bəndində göstərilmiş tələblərdən heç olmasa
birinin ödənilməməsi təqdirdə, ixtiranın ilkinliyi, bu Qaydaların 18.3 bəndinə uyğun olaraq, iddia
sənədinin Patent İdarəsinə daxil olduğu tarixlə təyin edilir (bu barədə iddiaçını qabağcadan xəbərdar
etməklə). Əgər göstərilmiş tələblər, məsələn çoxbəndli düsturun bəndlərinin birində səciyyələnən
hər hansı bir ixtiraya nəzərən gözlənilməzsə, iddia sənədinin Patent idarəsinə daxil olma ilkinliyi,
yalnız bu ixtira üçün təyin edilir.
(6) İlkinlik təyin edildikdən sonra, iddiaçı tərəfindən, ixtiranın dəyişilmiş düsturu təqdim edilərsə,
istənilən ilkinliyin təyini əsaslandırılma üçün təkrar yoxlanışla həyata keçirilir.
18.4. İxtira dıisturunun yoxlanılması.
(1) Yoxlama, ixtira sənədinin ilkin ekspertizasının qurtardığı ana kimi iddia sənədinə daxil olan
ixtiranın düsturuna nəzərən keçirilir. Əgər, o iddiaçı tərəfindən bundan sonra dəyişilibsə, onda bu
Qaydaların 19-cu bəndinin (3)-(6) yarımbəndində göstərilən tələblərin yerinə yetirilməsi şərtiilə,
dəyişilmiş düstur yoxlanılır.
O halda ki, iddia sənədinin ilkin ekspertizası zamanı ixtiranın vəhdətliyi tələbinin pozulması təyin
edilib və iddia sənədinin ekspertizasının keçirilməsinin başlanğıcına kimi iddiaçı tərəfindən təyin
edilmiş müddətdə, verilmiş iddia sənədi çərçivəsində hansı ixtiraya baxılması xəbər verilibsə,
yoxlama bu ixtira(lar) düsturu barəsində aparılır.
hansı ixtiranın (ixtiraların) düsturuna nəzərən həyata keçirilir.