İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20

İddia sənədi geri götürülmədiyi, lakin onun geri götürülmə müddəti hələ qurtarmadığı halda, 

ixtirasına baxılan iddiaçıya belə iddia sənədinin olması barədə (onun iddiaçısını göstərməməklə və 

məzmununu açmamaqla) və daha əvvəl ilkinliyi olan iddia sənədi üzrə müəyyənlik əldə olunanadək 

onun iddia sənədinə baxılmasının təxirə salınmasının mümkünlüyü haqqında xəbər verilir.  

İddiaçının iddia sənədinə baxılmasının təxirə salınması ilə razılaşmadığı təqdirdə, iddia olunan 

ixtiranın yenilik şərtinə uyğun olmadığı müəyyən edilir. 

(5) Asılı bəndləri olan düsturun asılı olmayan bəndində səciyyələnən ixtiranın yenilik şərtinə uyğun 

gəlməsi müəyyən edilərsə, asılı olan bəndlər barəsində mövcud bilgilər məcmusunun analizi 

aparılmır. 

(6) Asılı olan bəndli düsturun asılı olmayan bəndində səciyyələnən ixtira yeni sayılmadıqda, iddia 

sənədinə sonrakı baxılma bu Qaydaların 18.5.4 bəndinin (1) yarımbəndinə uyğun olaraq həyata 

keçirilir. 

(7) Asılı olan bəndli düsturun asılı olmayan bəndində səciyyələnən ixtiranın yeniliyinin olmaması 

təyin edildikdə, iddiaçıya, ekspertizanın dəlillərinin izahı ilə sorğu göndərilir və bu dəlillər 

barəsində rəyini və lazım gəldikdə isə, iddia sənədinin ilkin materialları əsasında, düzəldilmiş ixtira 

düsturunu təqdim etmək təklif edir. 

(8) Yenilik şərtinə uyğun gəlməyən ixtira barəsində, ixtiraçılıq səviyyəsinin yoxlanılması aparılmır. 

18.5.3.lxtiraçılıq səviyyəsinin yoxlanılması 

(1) Qanunun 7-ci maddəsinin 2-6 bəndlərinə uyğun olaraq, ixtira o vaxt ixtiraçıliq səviyyəsinə 

malikdir ki, o mütəxəssis üçün açıq-aşkar mövcud bilgilər məcmusundan irəli gəlmir.  

İxtiraçılıq səviyyəsi düsturun asılı olmayan bəndində səçiyyələnən ixtira barəsində yoxlanılır və  

aşağıdakıları daxil edir:  

bu Qaydaların 2.6.4.2. bəndinə uyğun olaraq, ən yaxın analoqun təyinini; 

iddia olunan ixtiranın ən yaxın analoqdan fərqləndirən əlamətlərin müəyyən edilməsini

mövcud bilgilər məcmusundan baxılan ixtiranın fərqləndirici əlamətləri ilə üst-üstə düşən əlamətləri 

olan həllərin üzə çıxarılmasını. 

(2) İxtiranın fərqləndirici əlamətləri ilə üst-üstə düşən əlamətləri olan həllər müəyyən edilməyibsə, 

və ya belə həllər müəyyən olunub, lakin iddiaçı tərəfindən göstərilən texniki nəticəyə fərqləndirici 

əlamətlərin məlum təsiri təsdiq edilməmişsə, ixtira ixtiraçılıq səviyyəsi şərtinə uyğun sayılır. 

(3) Aşağıdakılara əsaslandıqda, ixtira ixtiraçılıq səviyyəsi şərtinə uyğun sayılmır: 

barəsində məhz həmin əlavələrin (tamamlamaların) təsirı muəyyən edilmiş texniki nəticəyə nail 

olmaq üçün məlum vasitənin ona məlum qaydalarla birləşdirən har-hansı bir məlum hissə (hissələr) 

ilə tamamlanmasına; 

barəsində məhz həmin əvəzetmənin təsiri muəyyən edilmiş texniki səviyyəyə nail olmaq üçün hər­

hansı məlum vasitənin hissəsinin (hissələrinin) digər məlum hissə ilə əvəz edilməsinə; 

obyektin hər hansı bir hissəsinin (elementin, hərəkətin) eynı zamanda onun mövcudluğunu 

şərtləndirən funksiyanın xaric edilməsinə və belə xaric etmə üçün adi olan nəticənin (sadələşmə, 

kütlənin, ölçulərin, material tutumunun azaldılması, etibarlılığın artması, prosesin davamiyyətinin 

ixtisarı və s.) əldə edilməsinə; 

eyni tipli elementlərin, hərəkətlərin sayının məhz belə element və hərəkətlərin obyektdə  

mövcudluğuna əsaslanan texniki nəticənin gücləndirilməsi üçün artırılmasına; 

həmin materialın məlum xassələri ilə şərtləndirilən texniki nəticəyə nail olmaq üçün məlum  

obyektin və ya onun hissəsinin (hissələrinin) məlum materialdan hazırlanmasına; 



seçilmələri və aralarındakı əlaqə məlum qaydalar və tövsiyələr əsasında həyata keçirilmiş və bu 

zaman əldə edilən texniki nəticə yalnız həmin obyektin hissələrinin məlum xassələrinin və 

aralarındakı əlaqələrələ şərtləndirilən məlum hissələrdən ibarət obyektin hazırlanmasına; 

məlum qurğu, üsul, maddə və ştammın yeni təyinatı üzrə tətbiqinə, əgər bu yeni təyinat onun 

məlum xassələri, quruluşu, hazırlanması ilə şərtləndirilirsə və məhz belə xassə, quruluş və 

hazırlanma, bu təyinatın həyata keçirilməsi üçün zəruridir. 

Həmçinin elə ixtiralar ixtiraçılıq səviyyəsinə uyğun olmayan sayılır ki, onlar kəmiyyət əlamətinin 

(əlamətlərinin) dəyişməsinə, belə əlamətlərin qarşılıqlı əlaqədə verilməsinə, ya da onun növünün 

dəyişilməsinə, əgər onlardan hər birinin texniki nəticəyə təsiri faktı məlumdursa və bu əlamətlərin 

yeni qiyməti və ya onların qarşılıqlı əlaqəsinin məlum asıllıq və qanunauyğunluqlara əsaslanaraq 

alınmasına əsaslanır. 

(4) İxtiraçılıq səviyyəsi şərtinin təmininə, məsələn, aşağıdakılar uyğundur: 

təyin olunmuş quruluşlu yeni fərdi birləşmələrin (sinif, qrup) alınması üsulu; 

təyin olunmuş quruluşlu məlum fərdi birləşmələrin (sinif, qrup) alınması üsulu, əgər onlar verilmiş  

sinif və qrup birləşmələri üçün yeni olan reaksiyalara və ya həyata keçirilmə şərti məlum olmayan, 

verilmiş sinif və qrup birləşmələri üçün məlum reaksiyalara əsaslanırsa;  

mövcud bilgilər məcmusundan məlum olmayaraq, əldə edilmək imkanı olan sinergetik effekti təmin  

edən heç olmazsa iki məlum ingrediyentdən ibarən olan kompozisiya (yəni hər iki inqrediyentin 

xassələrinə malik olan, lakin bu xassələrdən heç olmazsa birinin kəmıyyət gostəricisi, ayrıca 

ingredientin xassə göstəricilərindən çox olduqda); 

məlum birləşmələr qrupunun ümumi quruluş formuluna aıd olan, lakin xüsusi alınmış və tədqiq 

edilmiş rimi təsvir olunmayan və bu zaman həm kəmiyyət, həm də keyfiyyətcə, bu qrup üçün 

məlum olmayan yeni xassələr göstərən fərdi birləşmə (selktiv ixtira). 

(5) İxtira, onun zahiri sadəliyi və texniki nəticənin əldə olunması mexanizminin iddia sənədi 

materiallarında açıqlanması, əgər belə açıqlanma mövcud bilgilər məcmusundan deyil, yalnız iddia 

sənədinin materiallarından məlum olubsa, ixtiraçılıq səviyyəsinə uyğun olmayan sayılmır. 

(6) İddia olunan ixtiranın fərqləndirici əlamətlərinin texniki nəticəyə təsirinin məlumduğu həm bir, 

həm də bir neçə informasiya mənbəyi ilə təsdiq edilə bilər. Konkret texniki bilgilər sahəsində  

ümumi qəbul edilmiş dokumentlərin hər hansı bir informasiya mənbəyi göstərməməklə cəlb 

edilməsinə yol verilir. Lakin bu ekspertizanı iddiaçı təkid edərsə, belə mənbələri iddia sənədinə  

gələcək baxılmada göstərmək vəzifəsindən azad etmir.  

(7) Mövcud bilgilər məcmusundan ixtiranın fərqləndirici əlamətləri ilə üst-üstə düşən əlamətlərə  

malik həllər müəyyən edilibsə, onların texniki nəticəyə məlum təsirinin təsdiqi, əgər belə əlamətlər 

barədə o iddiaçı tərəfindən təyin edilməmişsə, tələb olunmur.  

(8) Asılı bəndləri olan çoxbəndli düsturda iddia olunan ixtira, asılı olmayan bəndə nəzərən 

ixtiraçılıq səviyyəsi şərtinə uyğun qəbul edilərsə, düsturun asılı bəndləri barəsində sonrakı yoxlama 

aparılmır. 

(9) Asılı bəndləri olan düsturun asılı olmayan bəndinə görə ixtiranın ixtiraçılıq səyiyyəsi şərtinə  

uyğun gəlməməsi təyin edilərsə, iddia sənədinə sonrakı baxılma bu Qaydaların 2.7.2.4 bəndinə  

uyğun olaraq aparılır. 

(10) Asılı olan bəndləri olmayan düsturda səciyyələnən ixtiranın ixtiraçılıq səviyyəsinin olmadığı  

təyin edilərsə, iddiaçıya müvafiq dəlillər göstərilməklə sorğu göndərilir və bu dəlillər barəsində öz 

fikrini və lazım gəldikdə, iddia sənədinin ilkin materialları əsasında ixtiranın düsturundakı  

düzəlişləri təqdim etmək təklif edilir.  




Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə