İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20

18.5.4. Çoxbəndli düsturla səciyyələnən ixtiranın patent qabiliyyətliliyinin yoxlanılmasınin 

xüsusiyyətləri. 

(1) Ixtira asılı olan bəndli çoxbəndli düsturla səciyyələnibsə və onun, yenilik və ya ixtiraçılıq 

səviyyəsinin asılı olmayan bəndinə nəzərən patent qabiliyyətli olmaması barədə nəticə alınarsa, 

iddiaçıya bu barədə xəbər verilir yə iddiaçı iddia sənədinin gələcək baxılmasının 

məqsədəuyğunluğunu təsdiq etdikdə isə, ixtiranın düzəldilmiş düsturunu təqdim etmək təklif edilir.  

(2) Asılı olan bəndli düsturun asılı olmayan bəndinə nəzərən ixtiranın patent qabiliyyətliliyi təyin 

edildiyi halda ixtiranın, asılı olan bəndlərdə olan əlamətlərinin xarakteristikası ixtiranın və ya 

iddiaçı tərəfindən göstərilən təyinatın həyata keçirilməsinə mane olmadığı barədə əmin olmaq 

lazımdır. Bundan başqa, asılı olan bəndlərin əlamətləri cəlb edilməklə səciyyələnən ixtiranın ictimai 

mənafeyə, humanizm və əxlaq prinsiplərinə zidd olmamasına, ekoloji təmizliyi və zərərsizliyinə 

əmin olmaq lazımdır. 

Asılı olan bəndli çoxbəndli düsturla səciyyələnən ixtira, bütün adları çəkilən şərtlərə nəzərən 

yoxlamanın müsbət nəticəsi olduqda, patent qabiliyyətli sayılır və bu Qaydaların 18.7. bəndinə 

uyğun olaraq iddia sənədi haqda informasiyanın çap edilməsi haqqında qərar çıxarılır. 

Hər hansı şərtə nəzərən yoxlamanın mənfi nəticəsi zamanı iddiaçıya bu barədə sorğuda xəbər verilir 

və ekspertizanın nəticələrini təkzib edən dəlillər təqdim etmək və ya düzəlişlər etmək və ya ixtiranın 

düsturundan belə asılı olan bəndləri çıxarmaq təklif edilir.  

(3) Əgər ixtiralar qrupu iddia olunarsa, patent qabiliyyətliliyi, ona daxil olan ixtiralardan hər birinə 

nəzərən yoxlanılır. İxtira qrupunun patent qabiliyyətliyi, qrupun bütün ixtiraları patent qabiliyyətli 

olduqda, təsdiq edilir.  

İxtira qrupuna daxil olan ixtiraların heç də hamısının patent qabiliyyətli olmaması təyin edilərsə, 

iddiaçıya bu barədə xəbər verilir və gətirilmiş dəlillər barədə öz fikrini təqdim etmək və lazım 

gəldikdə düsturdan, patent qabiliyyəti olmayan ixtiralarla səciyyələnən asılı olmayan bəndləri 

çıxarmaq, ya da bu bəndləri düzəlişlər edilmiş şəkildə təqdim etmək təklif edilir.  

(4) İddiaçı tərəfindən yuxarıda izah olunmuş hallarda ixtiranın dəyişilmiş düsturu təqdim edilərsə, 

iddia sənədinin sonrakı baxılması bu düsturda səciyyələnən ixtiraya (ixtiralara) nəzərən bu 

Qaydaların 18.3 və 18.4 bəndinə uyğun olaraq həyata keçirilir. 

İddiaçı ekspertizanın nəticəsini təkzib edən dəlillər gətirmədiyi və ya dəyişilmiş düstur təqdim 

etmədiyi halda əvvəllər onun tərəfindən təqdim olunmuş düsturla patent verilməsində təkid edərse, 

iddia sənədinin sonrakı baxılması aparılmır və bu Qaydaların 18.8. bəndinə uyğun olaraq patent 

verilməsindən imtinaya dair qərar çıxarılır. 

18.6. Əlavə materialların sorğusu. 

(1) Qanunun 27-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq əlavə materialların, həmçinin ixtiranın 

dəyişilmiş düsturunun sorğusu, iddiaçıya, belə materiallarsız iddia sənədinin ekspertizasının 

aparılması mümkün olmadıqda göndərilir. 

(1.1) Sorğu üçün əsas aşağıdakı hallardır:  

bu Qaydaların 18.3 bəndinə uyğun olaraq ixtiranın düsturunun, onun yoxlanılmasının nəticələrinə  

əsasən dəqiqləşdirilməsinin vacibliyi

bu Qaydaların 18.3 bəndinə uyğun olaraq, iddia olunan ixtiranın patent qabiliyyətliliyinin 

yoxlanılmaşı ilə bağlı məsələlərin həllinin vacibliyi; 

iddia olunan ixtiranın patent qabiliyyətliliyinin yoxlanılmasının nəticələrinə görə ixtiranın 

düsturunun dəqiqləşdirilməsinin vacibliyi; 



bu Qaydaların 18.9 bəndinə uyğun olaraq eyni ilkinlik tarixinə malik, sənaye mülkiyyətinin eyni 

obyektlərinə aid iddia sənədinin baxılması ilə bağlı məsələlərin həllinin vacibliyi ola bilər. 

Digər xarakterli məsələlər, həmçinin iddia sənədinin baxılması zamanı yaranan və məsələn, 

ilkinliyin təyini, ixtiranın mühüm əlamətinin xarakteristikasının dəqiqləşdirilməsi və s. bağlı irad və 

təkliflər də həmçinin yuxarıda göstərilən əsasla göndərilən sorğuya daxil edilə bilər. 

Əgər sorğunun göndərilməsi üçün göstərilən əsaslar yoxdursa, ortaya çıxan iradlar, təkliflər və s. 

barədə iddiaçı məktubla xəbərdar edilir. 

(1.2) Bu Qaydaların 18.4 bəndinin (9.1) yarımbəndinə uyğun olaraq baxılmış ixtiranın (ixtiraların) 

patent qabiliyyətliliyi müəyyən edilərsə, iddiaçıya göndərilən sorğuda bu barədə xəbər verilir və 

patent qabiliyyətliliyinin təyini aparılmayan ixtiranın (ixtiraların) xarakteristikasının çıxarılması 

yolu ilə düsturda düzəlişlər etmək və ya bu ixtiranın (belə ixtiralardan hər birinin) müvafiq rüsumun 

ödənilməsi ilə asılı olmayan bəndə ayrılması, ya da iddia sənədinin ekspertizasının keçirilməsi üçün 

əlavə rüsum ödənilməsi təklif edilir. Bu zaman iddiaçı, sorğu edilən materialları və ya göstərilən 

müddətin uzadılması barədə vəsatətini müəyyən edilmiş müddətdə təqdim etmədiyi təqdirdə, 

Qanunun 29-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq iddia sənədini geri götürülmüş sayılması 

barədə xəbərdar edilir.  

(2) Ekspertizanın hər hansı sual üzrə sorğuda və ya məktubda verdiyi rəyi texniki və hüququ 

xarakterli əsaslarla möhkəmləndirilir. Lazım gəldikdə, texniki ədəbiyyata, Qanunun, bu 

Qayadaların müddəalarına və digər normativ sənədlərə istinadlar edilir.  

İddiaçıya düsturda mühüm əlamətlərin xarakteristikasının dəqiqləşdirilməsi, mühüm olmayan 

əlamətin düsturdan çıxarılması və s. kimi düsturda düzəlişlərlə bağlı təkliflər göndərilərkən, belə 

düzəlişin və ya ondan imtinanın hüquqi nəticələri barədə bildirmək məqsədəuyğundur. 

(3) Sorğuda informasiya mənbəyinə istinad gətirildikdə, həmin mənbəyi aşkar etmək üçün lazım 

olan onun bütün biblioqrafik məlumatları, həmçinin iddia sənədinə baxılarkən nəzərə alınan 

məlumatların bu mənbədən tapılması üçün lazım olan digər məlumatlar (səhifə, abzas, qrafik 

təsvirin fıqurlarının nömrəsi və s.) göstərilməlidir.  

(4) Təsvirdə müvafiq düzəliş edilməsini tələb edən dərəcədə dəyişilmiş (iddiaçının öz təşəbbüsü ilə 

və ya ekspertizanın təklifinə görə) düsturla iddia sənədinin dərc edilməsi barədə qərar 

hazırlanarkən, həmçinin təsvir və (və ya) çertyojlarda, o cümlədən ekspertiza tərəfindən əvvəllər 

göstərilmiş, lakin iddiaçı tərəfindən aradan qaldırılmayan çatışmazlıqlar olduqda, iddiaçıya, təklif 

alındıqdan iki ay müddətində dəqiqləşdirilmiş təsvir və (və ya) çertyojlar (və ya əvəzedici vərəqlər) 

təqdim etməsi təklif edilə bilər. 

Bu zaman iddiaçı göstərilən materialları təqdim etmədiyi təqdirdə, MPEM tərəfindən müvafiq 

surətdə düzəldilmiş təsvirin dərc olunacaği barədə xəbərdar edilir.  

(5) Sorğu iddiaçıya iddia sənədinin baxılması üçün tələb olunan sayda göndərilə bilər. 

18.7. İddia sənədinin dərc edilməsi haqqında qərar. 

İddiaçı tərəfindən təklif olunan düsturda iddia olunan ixtiranın (qrup iddia olduqda - qrupun hər bir 

ixtira üçün) patent qabiliyyətliliyi şərtlərinin hamısına uyğun gəldiyi müəyyən edildikdə, bu 

düsturla ixtiranın referatını Patent idarəsinin rəsmi bülletenində dərc edilməsi haqda qərar çıxarılır. 

İddia olunmuş düstur ixtiranın mahiyyətini ifadə edirsə və tamamilə təsvirə əsaslanıbsa, lakin ən 

yaxın analoq (və ya ümumiyyətlə analoq) nəzərə alınmadan tərtib edilibsə və ya o, iddia olunan 

obyektin əlamətləri ilə yanaşı, digər obyektin əlamatlərini özünə daxil edirsə və iddiaçı düsturün 




Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə