İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Iddia sənədinin baxılması tarixi və vaxtı əvvəlcədən razılaşdırılır. İddia sənədinə təyin edilmiş 

vaxtda baxılmasında iştirak edə bilməyən tərəf, bu barədə digər tərəfi dərhal xəbərdar edir. 

MPEM və iddiaçı, iddia sənədinə birgə baxılmanı vaxtından əvvəl və ya məqsədə üyğun 

saymazlarsa, onda MPEM-nin təklifi və ya iddiaçının xahişi, müvafiq dəlillər gətirməklə rədd oluna 

bilər. 

MPEM-nə iddiaçının əvvəlcədən razılaşdırmadan gəlməsinə görə onun iştirakı ilə iddia sənədinə 



baxılması barədə xahişi rədd edilə bilər. 

Iddia sənədinə baxarkən, iddiaçının səlahiyyətli nümayəndəsi, bu Qaydaların 6 və 2.2-ci bəndlərinin 

şərtləri gözlənilməklə, iştirak edə bilər. 

İddia sənədinin iddiaçının iştirakı ilə baxılması danışıqlar yolu ilə və ya ekspert iclasında həyata 

keçirilir. 

Danışıqlar, məsələlər ekspert və iddiaçının bilavasitə iştirakı ilə həll edildikdə, ekspert iclası isə -

məsələlərin həlli üçün ekspertiza tərəfindən bir sıra mütəxəssislərin iştirakı tələb olunduqda həyata 

keçirilir. 

Danışıqların və ya ekspert iclasının nəticələri əsasında 2 nüsxədə müəyyən edilmiş formada 

protokol tərtib edilir. Protokolda iştirakçılar haqqında məlumatlar, tərəflərin təklifləri və gələcək 

karguzarlıq işləri haqqında fikirləri öz əkşini tapır. 

Protokolda: iddiaçı (onun nümayəndəsi) tərəfindən təklif edilən ixtira düsturunun yeni redaksiyası; 

iddia sənədinin geri götürülməsi barədə ərizə ekspertizanın; yazılı izah tələb edən suallan və s. 

verilə bilər. 

Protokol ekspert iclasının bütün iştirakçıları tərəfindən imzalanır. Bir nüsxə iddia sənədinin 

materiallarına əlavə edilir, digər nüsxəsi isə iddiaçıya (onun nümayəndəsinə) verilir. 

Müzakirə olunan məsələlər üzrə razılıq əldə edilmədikdə, protokolda iştirakçıların şəxsi xüsusi fikri 

qeyd oluna bilər. Müvafiq nəticələri özünə daxil edən və iddiaçıya (onun nümayəndəsinə) verilən 

protokolun nüsxəsi, iddia sənədi üzrə icraata xitam verilməsi (iddia sənədi geri götürülərsə) 

haqqında sorğu ilə və yə onda müvafiq qeyd tərtib edilməklə, ekspertizanın sorğusu ilə əvəz edilə 

bilər. 

13. Sorğulanan materialların təqdim edilmə vaxtının uzadılması. 



Qanunun 29-cu maddəsinin 2-ci bəndinə əsasən iddiaçı tərəfindən sorğulanan materialların təqdim 

edilməsi müddəti, iddiaçının xahişi əsasında uzadıla bilər. 

Müddətin uzadılması üçün təqdim olunan xahiş ərizəsinə müəyyən edilmiş məbləğdə rüsumun 

ödənilməsini təsdiq edən sənəd də qoşulur. Rüsumun ödənilməsi barədə sənəd təqdim edilmədikdə, 

müddətin uzadılması barədə xahiş qəbul edilmir və bu barədə iddiaçı xəbərdar edilir.  

Müddətin uzadılmasına dair vəsatət, sorğu Qanunun 29-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq 

göndərilmişsə və iddia sənədinə qarşı qoyulmuş materialların surətləri bu cür sorğu verlldiyi 

tarixdən bir ay ərzində iddiaçı tərəfindən istənilmişsə, iddiaçının sorğunu və ya göstərilən olduğu 

tarixdən iki ay ərzində təqdim edilir.  

İddiaçı tərəfındən müəyyən edilmiş rüsum ödənildiyi təqdirdə materialların təqdim olunma müddəti 

uzadılır və bu barədə iddiaçı xəbərdar edilir. 



Müddətin uzadılması ilə bağlı iddiaçı vaxtında müraciət etmədikdə iddiaçının xahişi qəbul edilmir 

bu barədə o, xəbərdar edilir.  

14. Ötürülmüş müddətin bərpası. 

(1) Qanunun 38-ci maddəsinin 1 və 2-ci bəndlərinə uyğun olaraq iddiaçı tərəfindən aşağıdakı 

hallarda ötürülmüş müddətlər bərpa edilə bilər: 

ilkin ekspertiza mərhələsində sorğuya əsasən, düzəldilmiş və ya olmayan sənədin təqdim edilməsi 

müddəti; 

iddia sənədinin ekspertizası mərhələsində sorğuya əsasən əlavə materialların təqdim edilməsi 

müddəti; 

ixtiranın vəhdətliyi tələbinin pozulması haqqında xəbərdarlığa cavabın təqdim edilmə müddəti; 

Ixtiraya dair iddia sənədinə qarşı qoyulmuş materialların sorğu edilmə müddəti beləki həmin 

müddətin gözlənilməsi ekspertiza sorğusuna əsasən əlavə materialların təqdim edilməsi və ya 

surətlər alındığı tarixdən patent verilməsindən imtinaya dair qərardan etiraz verilməsi müddətinin 

başlanması şərtidir; 

ilkin ekspertizanın nəticələrinə görə, patent verilməsinə rədd cavabı qərarına etirazın təqdim edilmə 

müddəti; 

ekspertizanın nəticələrinə, görə, patent verilməsinə rədd cavabı qərarına etirazın təqdim edilmə 

müddəti; 

(2) Ötürülmüş müddətin bərpası üçün xahiş iddiaçı tərəfindən, ötürülmüş müddətin qurtardiğı 

gündən on iki aydan gec olmayaraq, ötürülmüş müddət üçün üzurlu səbəbləri göstərməklə təqdim 

edilir. Patent idarəsi, göstərilmiş səbəblərin sənədə təsdiqini tələb etmək hüququna malikdir.  

(3) Vəsatətlə birgə, müəyyən edilmiş məbləğdə müvafıq rüsumun ödənilməsini təsdiqləyən sənəd 

təqdim edilir (göstərilən müddətin bərpası üçün onun ödənilməsi nəzərdə tutulubsa). 

Belə sənəd təqdim edilməzsə, onda ötürülmüş müddətin bərpasına dair vəsatət təqdim edilməmiş 

sayılır və, bu barədə iddiaçı xəbərdar edilir. 

(4) Ötürülmüş müddət bərpa edildikdə bu barədə iddiaçı xəbərdar edilir.  

Ötürülmüş müddətin bərpası ilə bağlı rüsumun ödənildiyini təsdiqləyən sənədlə yanaşı 

əsaslandırılmış xahiş təqdim olunur.  

15. Iddia sənədinin geri götürülməsi 

(1) Qanunun 29-cu maddəsinin 8-ci bəndinə əsasən, iddiaçı iddia sənədini geri ala bilər. 

Iddia sənədinin geri alınması barədə ərizə, iddia sənədinin daxil olduğu tarixdən ona dair 

məlumatların dərc olunması müddətinə qədər təqdim edilə bilər. 

(2) İddia sənədinin geri alınması hüquqi nəticələrə səbəb olunur: iddiaçının sonrakı hərəkətləri bu 

iddia sənədinə əşaslana bilməz (sonrakı iddia sənədi təqdim edildikdə, geri alınmış iddia sənədi və 

ya onun əlavə materiallann daxil olma tarixinə ilkinlik istəmək olmaz); dərc olunmuş geri alınmış 

iddia sənədi, digər iddia sənədləri ekspertiza olunduqda texniki səviyyəyə daxil edilmir.  

(3) Iddiaçının, ona iddia sənədini geri götürməyə dair ərizəsinin qəbul edilməsi barədə bildiriş 

göndərildikdən sonra daxil olmuş iddia sənədini geri götürmək barədə ərizəsinin etibarsız 

sayılmasına dair xahişi yuxarıda (2) yarımbəndində göstərilmiş nəticələrin yaranması üçün əsas 

deyil. 



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə