İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

16. İddia səhədinin Patent idarəsinə daxil olması. İddia sənədləri ilə işləmə qaydası 

16.1. Ixtira barəsində daxil olan iddia sənədlərinin qeydə alınması. 

Iddia sənədi materialları MPEM-ə verilərkən patent alınması barədə ərizə azərbaycan dilində tərtib 

olunmuşsa, həmin sənədin üzərinə onun daxil olduğu tarix yazılır və iddia sənədi verilmiş hesab 

edilir. İddia sənədi materiallarında ərizə azərbaycan dilində olmadığı təqdirdə iddia sənədi geri 

qaytarılır. 

Iddia sənədinə Patent idarəsində qeydiyyat nömrəsi verilir (birinci dörd rəqəm iddia sənədinin 

verilmə tarixini, qalan dörd rəqəm isə - həmin il üzrə verilən iddia sənədinin sıra nömrəsini ifadə 

edir). 

İddia sənədinin daxil olma faktı barədə iddiaçıya bildiriş göndərilir: bildirişdə iddia sənədinin 



qeydiyyat nömrəsi və daxil olma tarixi göstərilir. 

Iddia sənədinin digər materialları azərbaycan dilində olmadığı təqdirdə iddiaçıya həmin 

materialların tərcüməsi üçün 2 ay vaxt verilir. İddiaçı həmin müddət ərzində iddia sənədi 

materiallarının azərbaycan dilində tərcüməsini təqdim etmədikdə, materialların azərbaycan dilində 

tərcüməsinin daxil olduğu tarixdən ilkinlik müəyyən edilir. 

İlkin ekspertizanın sürətləndirilməsinə dair iddiaçı vəsatət verərsə və iddia sənədi materiallarının 

azərbaycan dilində tərcüməsi təqdim edilməzsə, ekspertizanın aparılmasının mümkün olmadığı 

iddiaçıya bildirilir. 

Qeydə alınmış iddia sənədi materialları geri qaytarılmır. 

16.2. Iddia sənədinin verilməsinə görə ödşnilən rüsumun yoxlanılması. 

Iddia sənədi qeydə alınarkən materialların içərisində iddia sənədinin verilməsinə görə müəyyən 

olunan məbləğdə rüsumun ödənildiyini təsdiqləyən sənədin mövcudluğu yoxlanılır. Materialların 

içərisində bu cür sənədin olmadığı və ya rüsumun ödənilməsindən azad olunmağa, və yaxud onun 

məbləğinin azaldılmasına əsas verən sənədlərin olmadığı təqdirdə, iddiaçıya bildiriş göndərilərək, 

iki ay ərzində həmin sənədlərin təqdim olunması tələb olunur. 

Iddiaçıya həmçinin bildirilir ki, göstərilən müddət ərzində rüsum ödənilmədikdə, ixtiraya görə iddia 

sənədi verilməmiş sayılır, ixtiralar qrupuna dair iddia sənədləri üzrə isə iddiaçının seçdiyi və ya 

ixtira düsturunda birinci göstərilən və rüsumu ödənilən ixtira materialları üzrə ekspertiza aparılır. 

İstər bir iddia sənədi üçün və istərsə də ixtiralar qrupu üçün rüsum müəyyən edilmiş müddətdə və 

məbləğdə ödənilmədikdə, həmin iddia sənədi verilməmiş sayılır. 

Sürətləndirilmiş ekspertiza iddiaçının vəsatətinə əsasən və yalnız müəyyən edilmiş məbləğdə haqq 

ödənilməsi şərtilə aparılır. 

16.3. İddia sənədinin məxfiliyi.  

Iddia sənədi MPEM-ə daxil olduğu tarixdən onun məxfiliyi müəyyən edilərsə, ona dair 

məlumatların qeyri-qanuni açıqlanmasına yol verilmir.  



17. İddia sənədi materiallarının ekspertizası 

17.1. İddia sənədinin ilkin ekspertizasının keçirilmə müddəti. 

Bu Qaydaların 16.1 bəndilə uyğun olaraq MPEM-ə daxil olduğu tarixdən 1 ay ərzində iddia 

sənədləri üzrə ilkin ekspertiza həyata keçirilir. Bu vaxt ərzində iddiaçı, iddia sənədinin mahiyyətini 

dəyişmədən əlavə materialları rüsum ödəmədən daxil edə bilər. 

17.2. İddia sənədinin ilkin ekspertizasının aparılmasının məzmunu. 

Iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılar yoxlanılır: 

iddia sənədində nəzərdə tutulmuş sənədlərin mövcudluğu (Qaydaların 2.1 və 2.2 bəndi); 

onlar üçün təyin edilmiş tələblərin gözlənilməsi (bu Qaydaların 3-6 bəndləri);  

iddia sənədinin Qanunun 27-ci maddəsinin 2 bəndində nəzərdə tutulmuş hallarda təqdim edilmə  

qaydasının gözlənilməsi, patent müvəkkilinin səlahiyyətlərini təsdiqləyən etibarnamənin 

mövcudluğu və düzgün tərtib edilməsi; 

iddiaçının təqdim etdiyi təklif ixtira kimi mühafizə edilən obyektlərə aid olub - olmaması (bu 

Qaydaları 1.1 və 1.1.4 bəndləri);  

ixtiraya görə vəhdətlik tələblərinin yerinə yetirilməsi (Qanunun 27-ci maddəsinin 3 bəndinə görə); 

əlavə olunan materialların ixtiranın mahiyyətini dəyişib-dəyişməməsi və onların təqdim 

olunmasının müəyyən edilmiş qaydasının gözlənilməsi (bu Qaydaların 19-cu bəndi); 

ixtiranın iddiaçı tərəfindən müəyyənləşdirilmiş BPT üzrə təsnifatının düzgünlüyü (iddiaçı  

tərəfindən təsnifat göstərilmədiyi halda ixtiranın təsnifatı müəyyənləşdirilir. 

17.3. Əlavə materiallar.  

Qanunun 29-cu maddəsinin 2-ci bəndinə uygun olaraq, iddiaçı şəxsi təşəbbüsü və ya ekspertizanı 

həyata keçirən orqanın sorgusu ilə iddia sənədlərinin ekspertizasının keçirildiyi müddətdə, ixtiranın 

mahiyyətini dəyişdirmədən iddia sənədlərinin materiallarına əlavələr etmək, onları dəqiqləşdirmək 

və ya təshih etmək hüququna malikdir.  

Əlavə materiallarda iddia sənədlərinin ilk materiallarında (bilavasitə ixtiranın təsvirində, ixtiranın 

düsturunda, ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyoj və digər materiallarda) 

olmayan, ixtiranın düsturuna daxil edilməli olan əlamətlər oldugda, əlavə materiallar iddia edilən 

ixtiranın mahiyyətini dəyişdirməməlidir.  

Əlavə materiallar ekspertizanın sorğusu üzrə, onun alındığı tarixdən 2 ay müddətində təqdim 

edilməlidirlər. İddiaçı göstərilən müddət qurtarana qədər müddətin uzadılması haqqında xahiş 

etmək hüququna malikdir. Göstərilən hallarda, ekspertizanın aparılması müddəti uyqun olaraq 

uzadılır. 

Əlavə materiallar iddia edilən ixtiranın mahiyyətini dəyişdirirsə, onlar ixtiranın mahiyyəti 

dəyişdirilən hissədə nəzərə alınırlar. İddiaçı onu ayrıca iddia sənədi kimi tərtib etmək hüqüquna 

malikdir.  

Daha əvvəlki sənədlərə aid əlavə materiallar əsasında tərtib edilmiş iddia sənədləri üzrə ixtiranın 

ilkinliyi, Qanunun 27 maddəsinin 8-ci bəndinin 3-cü abzasına və 29-cu maddəsinin 2-ci bəndinə 



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə